TAM Mübarək Ramazan ayının son 10 gününün müştərək əməlləri
1) Mərhum Şeyx Kuleyni dəyərli «Usuli-kafi» kitabında İmam Sadiqin (ə) bu hədisini nəql edir: «Mübarək Ramazan ayının axırıncı 10 günündə hər gecə bu duanı oxu[1]:
| Ərəbcə | عُوذُ بِجَلالِ وَجْهِكَ الْكَرِيمِ أَنْ يَنْقَضِيَ عَنِّي شَهْرُ رَمَضَانَ أَوْ يَطْلُعَ الْفَجْرُ مِنْ لَيْلَتِي هَذِهِ وَ لَكَ قِبَلِي ذَنْبٌ أَوْ تَبِعَةٌ تُعَذِّبُنِي عَلَيْهِ |
| Tərcümə | (İlahi,) Ramazan ayında məni bağışlamaq və yaxud bu gecənin sübhü üzümə açıldığı halda, mənim üzərimdə Sənin tərəfindən bir cəza və ya Sənə qarşı bir günah qalaraq əzaba düçar olacağımdan Sənin böyük zatına sığınmışam! |
| Transkripsiya | Əuzu bicəlali vəchikəl kəri-mi ən yənqəziyə ənni şəhru rə-məzan, əv yətluəl fəcru min ləyləti hazih, və ləkə qibəli zən-bun əv təbiətun tuəzzibuni ələyh. |
2) «Bələdul-əmin» kitabının haşiyəsində Şeyx Kəf`əmidən belə nəql olunur: «İmam Sadiq (ə) Mübarək Ramazan ayının axırıncı 10 gecəsində vacib və nafilə namazlardan sonra bu duanı oxuyarmış[2]»:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə əddi ənna həqqə ma məza min şəhri rəməzan, vəğfir ləna təqsirəna fih, və təsəlləmhu minna məqbula, və la tuaxizna biisrafina əla ənfusina, vəc`əlna minəl mərhumin, və la təc`əlna minəl məhrumin. | İlahi, Ramazan ayından keçənlərin haqqını bizim tərəfimizdən əda et, həmin ayda xətalarımızı bağışla, onu bizdən qəbul olunmuş halda al, bizi özümüzə israfçılığımızla cəzalandırma, bizi rəhm olunanlardan et və məhrum olanlardan etmə! | اللَّهُمَّ أَدِّ عَنَّا حَقَّ مَا مَضَى مِنْ شَهْرِ رَمَضَانَ وَ اغْفِرْ لَنَا تَقْصِيرَنَا فِيهِ وَ تَسَلَّمْهُ مِنَّا مَقْبُولا وَ لا تُؤَاخِذْنَا بِإِسْرَافِنَا عَلَى أَنْفُسِنَا وَ اجْعَلْنَا مِنَ الْمَرْحُومِينَ وَ لا تَجْعَلْنَا مِنَ الْمَحْرُومِينَ |
3) Seyid ibn Tavus «İqbal» kitabında nəql İbni Əbi Əmirdən, o da Mürazimdən nəql edir ki, İmam Sadiq (ə) Mübarək Ramazan ayının axırıncı 10 gecəsində bu duanı oxuyardı[3]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə innəkə qultə fi kitabikəl munzəli şəhru rəmə-zanəlləzi unzilə fihil Qur`an, hudən lin nasi və bəyyinatin minəh huda vəl furqan, fəəz-zəmtə hurmətə şəhri rəməzan, bima ənzəltə fihi minəl Qur`an, və xəsəstəhu biləylətil qədr, və cəəltəha xəyrən min əlfi şəhr, Əllahummə və hazihi əyyamu şəhri rəməzanə qədinqəzət, və ləyalihi qəd təsərrəmət, və qəd sirtu ya ilahi minhu ila ma əntə ə`ləmu bihi minni, və əhsa liədədihi minəl xəlqi əcməin, fəəs`əlukə bima səələkə bihi məlaikətukəl muqərrəbun, və ənbiyaukəl mursəlun, və ibadukəs salihun, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təfukkə rəqəbəti minən nar, və tudxilə-nil cənnətə birəhmətik, və ən tətəfəzzələ ələyyə biəfvikə və kərəmik, və tətəqəbbələ təqər-rubi və təstəcibə duai və tə-munnə ələyyə (ila) bil əmni yəvməl xəvfi min kulli həvl, ə`dədtəhu liyəvmil qiyaməh, İlahi və əuzu bivəchikəl kərim, və bicəlalikəl əzim, ən yən-qəziyə əyyamu şəhri rəməzanə və ləyalih, və ləkə qibəli təbiə-tun əv zənbun tuvaxizuni bih, əv xətiətun turidu ən təqtəs-səha minni, ləm təğfirha li səyyidi səyyidi səyyidi, əs`ə-lukə ya la ilahə illa ənt, iz la ilahə illa əntə in kuntə rəzitə ənni fi hazəş şəhr, fəzdəd ənni riza, və in ləm təkun rəzitə ənni fəminəl anə fərzə ənni ya ərhəmər rahimin, ya Əllahu ya əhədu ya səmədu ya mən ləm yəlid və ləm yuləd, və ləm yəkun ləhu kufuvən əhəd. | İlahi, həqiqətən, Sən nazil olunmuş kitabında belə buyurubsan: “Ramazan ayı insanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quranın nazil olduğu bir aydır.” Ramazan ayında Quranı nazil etdiyin üçün həmin ayı ehtiramla yad etdin, “qədr” gecəsini ona məxsus bildin, həmin gecəni min aydan üstün və xeyirli etdin. İlahi, bu Ramazan ayının günləri və gecələri sona yetdi və mənim bu ayla bağlı vəziyyətimi və əməllərimin sayını Sən məndən və bütün insanlardan yaxşı bilirsən! Belə isə, yaxın mələklərin, “mürsəl” peyğəmbərlərin və saleh bəndələrinin Səndən istədikləri kimi, mən də Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən, rəhmətinlə məni cəhənnəmdən xilas edib behiştə aparasan, əfv və kərəmini mənə artırasan, Sənin dərgahına yaxınlığımı və dualarımı qəbul edəsən, qorxulu və vəhşətli gündə, qiyamət günü (günahkarlar) üçün hazırladığın qorxu və vəhşətdən amanda saxlamaqla mənə minnət qoyasan! Ramazan ayının günləri və gecələri başa çatdığı halda, mənim üzərimdə Sənin tərəfindən bir cəza, yaxud Sənə qarşı bir günah qalaraq əzaba düçar olacağım və yaxud bağışlamadığın xətalarıma görə məndən qisas alacağından Sənin böyük zatına və əzəmətli şövkətinə sığınmışam! Ey mənim mövlam, ey mənim mövlam, ey mənim mövlam, Səndən istəyirəm, ey Səndən başqa heç bir tanrı olmayan, çünki Səndən başqa heç bir tanrı yoxdur, əgər bur ayda məndən razı qalıbsansa, razılığını daha da artır və əgər razı qalmayıbsansa, elə bu saat məndən razı qal, ey mehribanların ən mehribanı! Ey Allah, ey yeganə, ey ehtiyacsız, ey doğmayan, doğulmayan və tayı-bərabəri olmayan! | اللَّهُمَّ اِنَّكَ قُلْتَ فِي كِتَابِكَ الْمُنْزَلِ شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْءَانُ هُدًى لِلنَّاسِ وَ بَيِّنَاتٍ مِنَ الْهُدَى وَ الْفُرْقَانِ فَعَظَّمْتَ حُرْمَةَ شَهْرِ رَمَضَانَ بِمَا أَنْزَلْتَ فِيهِ مِنَ الْقُرْآنِ وَ خَصَصْتَهُ بِلَيْلَةِ الْقَدْرِ وَ جَعَلْتَهَا خَيْرا مِنْ أَلْفِ شَهْرٍ اللَّهُمَّ وَ هَذِهِ أَيَّامُ شَهْرِ رَمَضَانَ قَدِ انْقَضَتْ وَ لَيَالِيهِ قَدْ تَصَرَّمَتْ وَ قَدْ صِرْتُ يَا إِلَهِي مِنْهُ إِلَى مَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي وَ أَحْصَى لِعَدَدِهِ مِنَ الْخَلْقِ أَجْمَعِينَ فَأَسْأَلُكَ بِمَا سَأَلَكَ بِهِ مَلائِكَتُكَ الْمُقَرَّبُونَ وَ أَنْبِيَاؤُكَ الْمُرْسَلُونَ وَ عِبَادُكَ الصَّالِحُونَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَفُكَّ رَقَبَتِي مِنَ النَّارِ وَ تُدْخِلَنِي الْجَنَّةَ بِرَحْمَتِكَ وَ أَنْ تَتَفَضَّلَ عَلَيَّ بِعَفْوِكَ وَ كَرَمِكَ وَ تَتَقَبَّلَ تَقَرُّبِي وَ تَسْتَجِيبَ دُعَائِي وَ تَمُنَّ عَلَيَّ [إِلَيَ] بِالْأَمْنِ يَوْمَ الْخَوْفِ مِنْ كُلِّ هَوْلٍ أَعْدَدْتَهُ لِيَوْمِ الْقِيَامَةِ إِلَهِي وَ أَعُوذُ بِوَجْهِكَ الْكَرِيمِ وَ بِجَلالِكَ الْعَظِيمِ أَنْ يَنْقَضِيَ أَيَّامُ شَهْرِ رَمَضَانَ وَ لَيَالِيهِ وَ لَكَ قِبَلِي تَبِعَةٌ أَوْ ذَنْبٌ تُؤَاخِذُنِي بِهِ أَوْ خَطِيئَةٌ تُرِيدُ أَنْ تَقْتَصَّهَا مِنِّي لَمْ تَغْفِرْهَا لِي سَيِّدِي سَيِّدِي سَيِّدِي أَسْأَلُكَ يَا لا إِلَهَ إِلا أَنْتَ إِذْ لا إِلَهَ إِلا أَنْتَ إِنْ كُنْتَ رَضِيتَ عَنِّي فِي هَذَا الشَّهْرِ فَازْدَدْ عَنِّي رِضًا وَ إِنْ لَمْ تَكُنْ رَضِيتَ عَنِّي فَمِنَ الْآنَ فَارْضَ عَنِّي يَا أَرْحَمَ الرَّاحِمِينَ يَا اللَّهُ يَا أَحَدُ يَا صَمَدُ يَا مَنْ لَمْ يَلِدْ وَ لَمْ يُولَدْ وَ لَمْ يَكُنْ لَهُ كُفُوا أَحَدٌ |
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya muləyyinəl hədidi liDavudə ələyhis səlam, ya kaşifəz zurri vəl kərbil izami ən Əyyubə ələyhis səlam, əy mufərricə həmmi Yə`qubə ələyhis səlam, əy munəffisə ğəmmi Yusufə ələyhis səlam, | Ey dəmiri Davudun (salam olsun ona) əlilə yumşaldan, ey ağrı-acıları və qəm-qüssələri Əyyubdan (salam olsun ona) uzaqlaşdıran, ey Yəqubun ((salam olsun ona) kədərini aparan, ey Yusifin (salam olsun ona) qəm-qüssəsini aradan qaldıran, | يَا مُلَيِّنَ الْحَدِيدِ لِدَاوُدَ عَلَيْهِ السَّلامُ يَا كَاشِفَ الضُّرِّ وَ الْكُرَبِ الْعِظَامِ عَنْ أَيُّوبَ عَلَيْهِ السَّلامُ أَيْ مُفَرِّجَ هَمِّ يَعْقُوبَ عَلَيْهِ السَّلامُ أَيْ مُنَفِّسَ غَمِّ يُوسُفَ عَلَيْهِ السَّلامُ |
| salli əla Muhəmmədin və ali Muhəmməd, kəma əntə əhluhu ən tusalliyə ələyhim əcməin, vəf`əl bi ma əntə əhluh, və la təf`əl bi ma ənə əhluh. | Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, Sənə layiq olduğu kimi, onların hamısına salam yetir və mənə deyil, Sənə layiq olduğu kimi mənimlə rəftar et! | صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ كَمَا أَنْتَ أَهْلُهُ أَنْ تُصَلِّيَ عَلَيْهِمْ أَجْمَعِينَ وَ افْعَلْ بِي مَا أَنْتَ أَهْلُهُ وَ لا تَفْعَلْ بِي مَا أَنَا أَهْلُهُ |
4) Rəvayət olunur ki, Həzrət Rəsulallah (s) Mübarək Ramazan ayının axırıncı 10 gecəsində hər gecə qüsl edərmiş.[4]
Həmçinin bu gecələrdə məscidlərdə etikaf etmək müstəhəbdir. Hədislərin birində Həzrət Rəsulallah (s) buyurmuşdur ki, Müqəddəs Ramazan ayının axırıncı 10 günündə etikaf etmək 2 həcc və 2 umrəyə bərabədir.[5]
Həzrət Rəsulallah (s) Mübarək Ramazan ayının axırıncı 10 gününü məsciddə etikaf edərdi.[6] O həzrət yatağını yığar, bütün gecəni ibadətlə məşğul olardı (müsəlmanların əksəriyyəti də o həzrət kimi edərdilər).[7] Təəssüflər olsun ki, bəzi qafillər Qədr gecələrindən sonra Mübarək Ramazan ayının fəzilətli əməllərinin bitdiyini hesab edirlər.
Mənbələr:
[1] Şeyx Kuleyni — Usuli-kafi, c 4, səh 160, hədis 1
[2] Şeyx Abbas Qumi — Məfatihul-cinan,
Ramazan ayının axırıncı 10 gecəsinin əməlləri.
[3] Seyid ibn Tavus – İqbal, səh 189
[4] Seyid ibn Tavus — İqbal, səh 195
[5] Əllamə Məclisi — Biharul-ənvar, c 94, səh 129, hədis 7
[6] Seyid ibn Tavus — İqbal, səh 185
[7] Əllamə Məclisi — Biharul-ənvar, c 94, səh 130, hədis 7
