TAM Mübarək Ramazan ayının gecələrinin namazları

Print Friendly, PDF & Email

Mərhum Əllamə Məclisi «Zadul-məad» kitabında ramazan ayının əməllərinin axırıncı fəslində ramazan ayının gecələrinin namazlarını bu qaydada bəyan etmişdir (nəzərə alsaq ki, mübarək ramazan ayında ən yaxşı əməl namaz qılmaq və Quran oxumaqdır, bu namazlar bir çox Quran surələrini əhatə edir. Kim neçə gecənin namazlarını qılsa, qənimətdir):
1-ci gecənin namazı: 4 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra 15 dəfə «İxlas» surəsi oxunur.
2-ci gecənin namazı: 4 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra 20 dəfə «Qədr» surəsi oxunur.
3-cü gecənin namazı: 10 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra 50 dəfə «İxlas» surəsi oxunur.
4-cü gecənin namazı: 8 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra 20 dəfə «Qədr» surəsi oxunur.
5-ci gecənin namazı: 2 rəkətdir və «Həmd» surəsindən sonra 50 dəfə «İxlas» surəsi oxunur. Namazın salamından sonra 100 dəfə salavat deyin: «Əllahummə salli əla Muhəmməd və Ali Muhəmməd».
6-cı gecənin namazı: 4 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra «Mulk» surəsi oxunur.
7-ci gecənin namazı: 4 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra 13 dəfə «Qədr» surəsi oxunur.
8-ci gecənin namazı: 2 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra 10 dəfə «İxlas» surəsi oxunur. Namazın salamından sonra 1000 dəfə «Subhənəllah» zikrini deyin.
9-cu gecənin namazı: 6 rəkətdir və məğrib ilə işa namazı arasında qılınır. Hər rəkətdə «Həmd» surəsindən sonra100 dəfə «Ayətəl-kursi» oxunur. Namazları qılıb qurtardıqdan sonra 50 dəfə salavat deyin: «Əllahummə salli əla Muhəmməd və Ali Muhəmməd».
10-cu gecənin namazı: 20 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra 30 dəfə «İxlas» surəsi oxunur.
11-ci gecənin namazı: 2 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra 20 dəfə «Kövsər» surəsi oxunur.
12-ci gecənin namazı: 8 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra 30 dəfə «Qədr» surəsi oxunur.
13-cü gecənin namazı: 4 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra 25 dəfə «İxlas» surəsi oxunur.
14-cü gecənin namazı: 6 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra 30 dəfə «Zilzal» surəsi oxunur.
15-ci gecənin namazı: 4 rəkətdir və 1-ci 2 rəkətdə «Həmd» surəsindən sonra 100 dəfə «İxlas» surəsi, 2-ci 2 rəkətdə «Həmd» surəsindən sonra 50 dəfə «İxlas» surəsi oxunur.
16-cı gecənin namazı: 12 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra 12 dəfə «Təkasur» surəsi oxunur.
17-ci gecənin namazı: 2 rəkətdir və 1-ci rəkətdə «Həmd» surəsindən sonra istədiyin surəni oxu, 2-ci rəkətdə «Həmd» surəsindən sonra 100 dəfə «İxlas» surəsini oxu. Namazın salamından sonra 100 dəfə de: «Lə ilahə illəllah».
18-ci gecənin namazı: 4 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra 25 dəfə «Kövsər» surəsi oxunur.
19-cu gecənin namazı: 50 rəkətdir və hər rəkətdə «Həmd» surəsi ilə 50 dəfə «Zilzal» surəsi oxunur. Mərhum Əllamə Məclisi deyir: Belə başa düşülür ki, hər rəkətdə bir dəfə «Zilzal» surəsi oxunacaq. Çünki bir gecədə 2500 dəfə «Zilzal» surəsini oxumaq çətin olar.
20-ci gecədən 24-cü gecəyədək namazlar: Bu gecələrin hər birində 8 rəkət namaz qılınır. Hər rəkətdə «Həmd» surəsindən sonra istədiyin surəni oxu.
25-ci gecənin namazı: 8 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra 10 dəfə «İxlas» surəsi oxunur.
26-cı gecənin namazı: 8 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra 100 dəfə «İxlas» surəsi oxunur.
27-ci gecənin namazı: 4 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra  «Mulk» surəsi oxunur. Əgər bu surəni oxuya bilməsəniz, 25 dəfə «İxlas» surəsini oxuyun.
28-ci gecənin namazı: 6 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra 100 dəfə «Ayətəl-kursi», 100 dəfə «İxlas» və 100 dəfə «Kövsər» surəsi oxunur. Namazdan sonra 100 dəfə salavat deyin: «Əllahummə salli əla Muhəmməd və Ali Muhəmməd». Mərhum Şeyx Abbas Qummi yazır: «Mənim əldə etdiyim nüsxədə 100 dəfə yerinə 10 dəfə qeyd olunubdur.»[1] (Bu, daha uyğun görünür.)
29-cu gecənin namazı: 2 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra 25 dəfə «İxlas» surəsi oxunur.
30-cu gecənin namazı: 12 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra 25 dəfə «İxlas» surəsi oxunur. Namazdan sonra 100 dəfə salavat deyin: «Əllahummə salli əla Muhəmməd və Ali Muhəmməd».

Xatırlatma:
Bu namazların hər iki rəkəti bir salamla qılınır, yəni namazlar iki rəkət-iki rəkət qılınır.[2] Qeyd etdiyimiz kimi, əgər bu namazların hamısını qılmaq imkanınız olmazsa, bacardığınızı qılın.

Mənbələr:
[1] Şeyx Abbas Qumi — Məfatihul-cinan, Ramazan ayının gecələrinin namazları.
[2] Əllamə Məclisi — Zadul-məad, səh 213-214

Читайте также: