Rum surəsi
Rum surəsinin fəziləti
Rum surəsinin oxunuşunun savabı:
“Ənkəbut” surəsinin fəziləti haqqında deyilənlər bu surənin fəzilətinə də məxsusdur.
Bu surənin 2-ci ayəsində buyurlur: “Rumlular məğlub oldular.”
Deyilənlərə görə, iranlılar rumlulara (bizanslılara) qalib gəldilər. Qüreyş kafirləri bu hadisədən şad oldular, müsəlmanlara tənə vurub deyirdilər ki, rumlularla da sizin kimi kitab əhli idi, lakin onlar müşrik olan iranlılara məğlub oldular. Biz də sizə qalib gələcəyik. Həmin vaxtda bu ayə nazil oldu.
3-cü ayə: “Ən yaxın bir yerdə.”
“Ən yaxın yer”dən məqsəd, ya İrana yaxın olan Ərəbistan yarımadasıdır, ya da Ərəbistana yaxın olan Şam şəhəridir.
4-cü ayə: “Bir neçə ilin içində.”
Bu ayədə qeyd olunan “biz” sözü üç ildən on ilə qədər olan müddət mənasını daşıyır. İranlılar da doqquz il rumlulara qalib çıxdılar, ondan sonra rumlular iranlıları məğlub etdilər. Bununla da ayədə bəyan olunan qeybi xəbər öz həqiqətini aşkar etdi və müsəlmanların şad olmalarına səbəb oldu.
“Rövzeyi-kafi” kitabında Əbu Übeydədən nəql olunmuşdur ki, o deyir: “Əbu Cəfər (ə)-dan “Rum” surəsinin təfsiri və nazil olması haqqında soruşduqda, o həzrət buyurdu: “Ya Übeydə, bu ayənin təvilini (yozumunu) Allah və elmdə qüvvətli olanlardan (peyğəmbərin əhli-beytindən) başqa heç kəs bilmir. Allahın Rəsulu Mədinəyə hicrət edəndə, İslam dini gücləndi. Peyğəmbər Rum padşahına bir məktub yazıb, onu İslam dininə dəvət etdi. Sonra İranın padşahına da bir məktub yazdı və onu da haqq dinə çağırdı. Rumun padşahı həzrət Peyğəmbərin məktubunu qəbul edib, ona ehtiram göstərdi. Lakin İranın padşahı o həzrətin məktubunu cırdı və elçisini istehza edib, ona hörmətsizlik etdi. Həmin dövrdə rumlularla iranlılar arasında müharibə gedirdi və müsəlmanlar rumluların iranlılara qalib gəlməsini istəyirdilər. Lakin rumlular iranlılara məğlub olduqda, onlar narahat oldular. Buna görə də Allah taala bu məsələ ilə əlaqədar bu ayələri nazil etdi. Nəhayət müsəlmanlar iranlılarla cihad edib, onları məğlub etdilər və xoşhal oldular.”
Əbu Übeydə deyir: “İmama dedim ki, ayədə onların bir neçə ilin içində məğlub olmaqları buyurulmuşdur, lakin müsəlmanlar bu ayənin nazil olmasından uzun müddət sonra, yəni Ömərin xilafəti dövründə iranlılara qalib gəldilər. (Bu da ayədəki “bir neçə ilin içində” ifadəsi ilə uyğun gəlmir.)”
Həzrət buyurdu: “Sənə dedim ki, bu ayənin təvilini (yozumunu) yalnız Allah və elmdə qüvvətli olanlar bilirlər!”
28-ci ayə: “Sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz mal-dövlətə sizinlə bərabər şərik olan, özünüzdən (bir-birinizin haqqına toxunmaqdan) çəkindiyiniz kimi, o kölələrdən də çəkindiyiniz şərikləriniz varmı?” Yəni siz buna heç vaxt razı olmazsınız. Elə isə bəs Mənə (Allaha) öz aciz bəndələrimi şərik qoşmağa necə razı olursunuz?
30-cu ayə: Bu ayədə qeyd olunan “Fitrətəllah” sözündə məqsəd tövhiddir. “Üsuli-kafi” və “Tövhidi-Səduq” kitablarında İmam Baqir (ə) və İmam Sadiq (ə)-dan nəql olunan hədisdə də bu mənaya işarə edilmişdir. Eləcə də Əli ibn İbrahimin təfsir kitabında ondan məqsədin tövhid olmasını İmam Sadiq (ə) və atası İmam Baqir (ə)-dən buyurduğu nəql olunmuşdur. Tövhidə ən yaxın olan İslam dinidir və insanların ilkin fitrəti haqq və doğru əqidəni qəbul etmişdir. Tövhid və İslam dini də haqq olduğundan, insanların fitrəti onun üzərində yaranmışdır. Quran və hədislərdə də bu məsələyə geniş toxunulmuşdur.
38-ci ayə: “(Ya Məhəmməd!) Yaxın adamlarına… haqqını ver.”
Şiə və sünnülərin təfsir kitablarında nəql olunmuşdur ki, bu ayə nazil olduqda, həzrət Peyğəmbər (s) Fədəki xanım Zəhra (səlamullah əleyha)-ya bağışladı.
39-cu ayə: “Sələmlə verdiyiniz malın Allah yanında heç bir bərəkəti olmaz.”
Bəzilərinin nəzərinə görə, ayədən məqsəd budur ki, sələm olan malda heç bir xeyir-bərəkət və artım yoxdur, lakin Allah xatirinə və ixalscasına verilən zəkatın xeyir-bərəkəti çox olar. Bəzilərinin nəzərinə görə isə, hər bir bəxşiş, Allah xatirinə və ixlasla olmasa, onun heç bir savabı olmaz.
| Ayə | Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|---|
| № | Bismillahir rəhmanir rəhim | Bağışlayan və mehriban Allahın adı ilə | ﷽ |
| 1 | Əlif lam mim | Əlif, Lam, Mim. (Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitab Əlif (Allah) tərəfindən Lam (Cəbrail) vasitəsilə Mimə (Muhəmməd – səlləllahu ələyhi və Alihi və səlləmə) nazil olunmuşdur. Bu kitabın möhkəm və bu cür mütəşabih ayələri vardır.) | الم |
| 2 | Ğulibətir rum | Rumlular məğlub oldular. | غُلِبَتِ الرُّومُ |
| 3 | Fi ədnəl ərzi vəhum min bə`di ğələbihim səyəğlibun | (Hicaza, yəni Suriya və İordaniyaya) ən yaxın olan bir yerdə. Onlar məğlubiyyətlərindən sonra tezliklə qalib gələcəklər. | فِي أَدْنَى الْأَرْضِ وَهُمْ مِنْ بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ |
| 4 | Fi biz`i sininə lillahil əmru min qəblu və min bə`du və yəvməizin yəfrəhul mu`minun | (Gələcəkdə) bir neçə il ərzində. (Aləmin idarə olunma) iş(i) və ondan (o qələbədən) öncə və ondan sonra (bütün aləmdə olan nüfuzlu) əmr Allaha məxsusdur və o gün möminlər (müsəlmanlar) sevinəcəklər; | فِي بِضْعِ سِنِينَ ۗ لِلَّهِ الْأَمْرُ مِنْ قَبْلُ وَمِنْ بَعْدُ ۚ وَيَوْمَئِذٍ يَفْرَحُ الْمُؤْمِنُونَ |
| 5 | Binəsrillahi yənsuru mən yəşau və huvəl əzizur rəhim | Allahın köməyi və yardımı ilə, O, (Allah) istədiyinə kömək edər. O yenilməz qüdrət sahibi və mehribandır. | بِنَصْرِ اللَّهِ ۚ يَنْصُرُ مَنْ يَشَاءُ ۖ وَهُوَ الْعَزِيزُ الرَّحِيمُ |
| 6 | Və`dəllahi la yuxlifullahu və`dəhu və lakinnə əksərən nasi la yə`ləmun | Allahın vədidir, Allah əsla Öz vədinə xilaf çıxmaz, lakin camaatın əksəriyyəti (bunu) bilmir (Allahı tanımır və Allah barəsində vədə xilaf çıxmaq məsələsinin qeyri – mümkün olduğunu bilmir). | وَعْدَ اللَّهِ ۖ لَا يُخْلِفُ اللَّهُ وَعْدَهُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ |
| 7 | Yə`ləmunə zahirən minəl həyatid dunya vəhum ənil axirəti hum ğafilun | Onlar dünya həyatının zahirini bilirlər (hiss etdikləri və bəhrələndikləri şey onlar üçün məqsəddir və əsasdır) və axirətdən (dünya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər. | يَعْلَمُونَ ظَاهِرًا مِنَ الْحَيَاةِ الدُّنْيَا وَهُمْ عَنِ الْآخِرَةِ هُمْ غَافِلُونَ |
| 8 | Əvələm yətəfəkkəru fi ənfusihim ma xələqəllahus səmavati vəl ərzə və ma bəynəhuma illa bil həqqi və əcəlin musəmmən və innə kəsirən minən nasi biliqai rəbbihim ləkafirun | Və məgər onlar öz – özlüklərində Allahın göyləri və yeri və o ikisinin arasındakıları yalnız haqq ilə (əql əsasında olan yüksək hədəf və məqsəd üçün) və yalnız məhdud və müəyyən bir müddət üçün yaratdığını fikirləşmədilərmi? Və şübhəsiz, insanların əksəriyyəti öz Rəbbi ilə görüşü (ölümdən sonrakı həyata inanmırlar) inkar edir. | أَوَلَمْ يَتَفَكَّرُوا فِي أَنْفُسِهِمْ ۗ مَا خَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ وَأَجَلٍ مُسَمًّى ۗ وَإِنَّ كَثِيرًا مِنَ النَّاسِ بِلِقَاءِ رَبِّهِمْ لَكَافِرُونَ |
| 9 | Əvələm yəsiru fil ərzi fəyənzuru kəyfə kanə aqibətulləzinə min qəblihum kanu əşəddə minhum quvvətən və əsarul ərzu və əməruha əksərə mimma əməruha və caəthum rusuluhum bil bəyyinati fəma kanəllahu liyəzliməhum və lakin kanu ənfusəhum yəzlimun | Məgər onlar yer üzündə gəzib – dolanmadılarmı ki, görsünlər onlardan öncəkilərin aqibəti necə olmuşdur? Onlar bunlardan daha qüvvətli idilər və torpağı (əkinçilik, bağçılıq və s. üçün) şumlamış və bunların abad etdiklərindən çox abad etmişdilər. Peyğəmbərləri onlara (tovhid, peyğəmbərlik və məad barədə) aydın dəlillər gətirdilər, (lakin inkar və təkziblərinin cəzası olaraq məhv oldular), beləliklə Allah onlara zülm edən deyildi. Lakin onlar özləri-özlərinə zülm edirdilər. | أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ كَانُوا أَشَدَّ مِنْهُمْ قُوَّةً وَأَثَارُوا الْأَرْضَ وَعَمَرُوهَا أَكْثَرَ مِمَّا عَمَرُوهَا وَجَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ ۖ فَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ |
| 10 | Summə kanə aqibətəlləzinə əsaus sua ən kəzzəbu biayatillahi və kanu biha yəstəhziun | Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək və onlara istehza etmək oldu. | ثُمَّ كَانَ عَاقِبَةَ الَّذِينَ أَسَاءُوا السُّوأَىٰ أَنْ كَذَّبُوا بِآيَاتِ اللَّهِ وَكَانُوا بِهَا يَسْتَهْزِئُونَ |
| 11 | Əllahu yəbdəul xəlqə summə yuiduhu summə turcəun | Allah məxluqları əvvəlcə yaradır, onları (öldürdükdən sonra, axirət günündə) yenidən dirildir. O zaman siz Ona (Onun Cənnətinə, ya Cəhənnəminə) tərəf qaytarılacaqsınız. | اللَّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ |
| 12 | Və yəvmə təqumus saətə yublisul mucrimun | Qiyamət qopacağı gün (əqidələri fəsadlı olan) günahkarlarsərgərdan, (məxluqatın köməyindən və Haqqın rəhmətindən) naümid olarlar. | وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُبْلِسُ الْمُجْرِمُونَ |
| 13 | Vələm yəkun ləhum min şurəkaihim şufəau və kanu bişurakaihim kafirin | Onlar üçün öz şəriklərindən (bütlərdən) şəfaətedicilər olmayacaqdır. (Onlar) öz şəriklərini inkar edəcək və onlara ibadət etmələrini danacaqlar. | وَلَمْ يَكُنْ لَهُمْ مِنْ شُرَكَائِهِمْ شُفَعَاءُ وَكَانُوا بِشُرَكَائِهِمْ كَافِرِينَ |
| 14 | Və yəvmə təqumus saətu yəvməizin yətəfərrəqun | Qiyamətin qopacağı gün – məhz o gün – hamı bir-birlərindən ayrılacaq (cinlər adamlardan, insanlar şeytanlardan, möminlər kafirlərdən və yaxşı iş görənlər pis iş görənlərdən). | وَيَوْمَ تَقُومُ السَّاعَةُ يَوْمَئِذٍ يَتَفَرَّقُونَ |
| 15 | Fəəmməlləzinə amənu və əmilsus salihati fəhum fi rəvzətin yuhbərun | İman gətirib yaxşı iş görənlər (Cənnət) bağ(ların)da şadlıq və sevinc içərisində olarlar. | فَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَهُمْ فِي رَوْضَةٍ يُحْبَرُونَ |
| 16 | Və əmməlləzinə kəfəru və kəzzəbu biayatina və liqail axirəti fəulaikə fil əzabi muhzərun | Lakin kafir olub Bizim ayələrimizi və axirət görüşünü təkzib edənlər (Cəhənnəm) əzab(ın) a gətiriləcəklər. | وَأَمَّا الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا وَلِقَاءِ الْآخِرَةِ فَأُولَٰئِكَ فِي الْعَذَابِ مُحْضَرُونَ |
| 17 | Fəsubhanəllahi hinə tumsunə və hinə tusbihun | Belə isə, Allahı həmişə təsbih edin (xüsusilə) axşam düşərkən (məğrib və işa namazlarını qılmaqla) və sübh açılırkən (sübh namazını qılmaqla). | فَسُبْحَانَ اللَّهِ حِينَ تُمْسُونَ وَحِينَ تُصْبِحُونَ |
| 18 | Vələhul həmdu fis səmavati vəl ərzi və əşiyyən və hinə tuzhirun | Göylərdə və yerdə (ixtiyari və qeyri-ixtiyari) həmd-səna Ona məxsusdur. (Günün bütün vaxtlarında həmd-səna Ona məxsusdur, xüsusi ilə) əsr zamanı (əsr namazını qılmaqla) və zöhr zamanı (günorta namazını qılmaqla). | وَلَهُ الْحَمْدُ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَعَشِيًّا وَحِينَ تُظْهِرُونَ |
| 19 | Yuxricul həyyə minəl məyyiti və yuxricul məyyitə minəl həyyi və yuhyil ərzə bə`də məvtiha və kəzalikə tuxrəcun | Allah dirini ölüdən (bitkiləri dənlərdən, toxumlardan, heyvanları və adamları nütfələrdən, mömin nəsli kafirdən) çıxarır və ölünü diridən (dənləri, toxumları bitkilərdən, nütfələri heyvanlardan, kafir nəsli mömindən) çıxarır. O, yeri (və onda olan maddələri soyuq fəsildə) öldükdən sonra (isti fəsildə) dirildir və siz də (qəbirlərinizdən) beləcə çıxarılacaqsınız. | يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَيُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ وَكَذَٰلِكَ تُخْرَجُونَ |
| 20 | Və min ayatihi ən xələqəkum min turabin summə iza əntum bəşərun təntəşirun | (Sizin ilk baba və nənənizi vasitəsiz olaraq), sizi (bir neçə vasitə ilə) torpaqdan yaratması, sonra da sizin (saysız-hesabsız) bir bəşər (dəstəsi) olub daim (yer üzünə) yayılmağınız Onun (tovhid və qüdrət) nişanələrindəndir. | وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَكُمْ مِنْ تُرَابٍ ثُمَّ إِذَا أَنْتُمْ بَشَرٌ تَنْتَشِرُونَ |
| 21 | Və min ayatihi ən xələqə ləkum min ənfusikum əzvacən litəskunu iləyha və cəələ bəynəkum məvəddətən və rəhmətən innə fi zalikə ləayatin liqəvmin yətəfəkkərun | Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır. | وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ |
| 22 | Və min ayatihi xəlqus səmavati vəl ərzi vəxtilafu əlsinətikum və əlvanikum innə fi zalikə ləayatin lil aləmin | Göylərin və yerin yaradılışı, sizin dillərinizin (kəlmələrinizin, danışıq tərzinizin, səsinizin) və rənglərinizin (irqlərinizin və hər birinizin) müxtəlifliyi də onun nişanələrindəndir. Şübhəsiz, bunda (zatın xilqətində və sifətlərin müxtəlifliyində) alimlər üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır. | وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافُ أَلْسِنَتِكُمْ وَأَلْوَانِكُمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِلْعَالِمِينَ |
| 23 | Və min ayatihi mənamukum bil ləyli vən nəhari vəbtiğaukum min fəzlihi innə fi zalikə ləayatin liqəvmin yəsməun | Sizin gecə və gündüz (beynin və bədənin fəaliyyətdə olan qüvvələrinin öz güclərini bərpa etmək üçün olan) yuxunuz və Onun fəzlindən (ruzi və yaşayış ehtiyaclarını təmin etmək üçün imkanlar) aramanız da Onun nişanələrindəndir. Şübhəsiz, bunda (iki halda: istirahət və çalışmada) eşidən bir qövm üçün nişanələr (ibrətlər) vardır. | وَمِنْ آيَاتِهِ مَنَامُكُمْ بِاللَّيْلِ وَالنَّهَارِ وَابْتِغَاؤُكُمْ مِنْ فَضْلِهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَسْمَعُونَ |
| 24 | Və min ayatihi yurikumul bərqə xəvfən və təməən və yunəzzilu minəs səmai maən fəyuhyi bihil ərzə bə`də məvtiha innə fi zalikə ləayatin liqəvmin yə`qilun | (Şimşəyi və) ildırımı qorxu və ümid üçün (viran olmaq qorxusu və yağışa olan ümid) sizə göstərməsi və göydən (yağış, qar və dolu şəklində) su nazil etməsi, onun vasitəsilə yeri (yaxud bitkilər üçün lazım olan maddələri) öldükdən sonra diriltməsi də onun nişanələrindəndir. Həqiqətən, bunda (suyun nazil olması və bitkilərin həyat tapmasında) düşünən bir qövm üçün (Onun qüdrət və hikmətinə dair) nişanələr vardır. | وَمِنْ آيَاتِهِ يُرِيكُمُ الْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنَزِّلُ مِنَ السَّمَاءِ مَاءً فَيُحْيِي بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ |
| 25 | Və min ayatihi ən təquməs səmau vəl ərzu biəmrihi summə iza dəakum də`vətən minəl ərzi iza əntum təxrucun | Onun nişanələrindən (biri) budur ki, göy və yer (məhdud bir müddətədək) Onun mütləq iradəsi ilə durmaqdadır. (Canlıları öldürdükdən və torpaq altına apardıqdan sonra) sizi bircə dəfə yerin altından səsləməklə (surun ikinci dəfə üfürülməsi ilə) qəfildən sizin hamınız (torpağın köksündən) çıxarsınız. | وَمِنْ آيَاتِهِ أَنْ تَقُومَ السَّمَاءُ وَالْأَرْضُ بِأَمْرِهِ ۚ ثُمَّ إِذَا دَعَاكُمْ دَعْوَةً مِنَ الْأَرْضِ إِذَا أَنْتُمْ تَخْرُجُونَ |
| 26 | Vələhu mən fis səmavati vəl ərzi kullun ləhu qanitun | Göylərdə və yerdə olan hər kəs (və hər şey) Ona məxsusdur (Onun həqiqi mülküdür, çünki yaradılış, qoruma, idarəetmə və məhv etmək Onun iradəsi ilədir və) hamısı Onun müqabilində itaətkar və əmrinə boyun əyəndirlər. | وَلَهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ كُلٌّ لَهُ قَانِتُونَ |
| 27 | Və huvəlləzi yəbdəul xəlqə summə yuiduhu və huvə əhvənu ələyhi və ləhul məsəlul ə`la fis samavati vəl ərzi və huvəl əzizul həkim | Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (fani etdikdən sonra) onları qaytaran Odur. (Bu əməl) Onun üçün olduqca asandır. Göylərdə və yerdə olan ən üstün sifətlər Onun üçündür (göylərdə və yerdə olan hər bir varlığın bütün üstün sifətləri – həyat, elm, qüdrət və nur yalnız Ona məxsusdur), yerdə və göylərdə olan (mələklər, məsumlar, övliyalar kimi) ən üstün nümayəndələr Ona məxsusdur. O, yenilməz qüdrət və hikmət sahibidir. | وَهُوَ الَّذِي يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَهُوَ أَهْوَنُ عَلَيْهِ ۚ وَلَهُ الْمَثَلُ الْأَعْلَىٰ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ |
| 28 | Zərəbə ləkum məsələn min ənfusikum həl ləkum min ma mələkət əymanikum min şurəkai fi ma rəzəqnakum fəəntum fihi səvaun təxafunəhum kəxifətikum ənfusəkum kəzalikə nufəssilul ayati liqəvmin yə`qilun | (Allah) sizə özünüzdən bir məsəl çəkmişdir: «Sizin qullarınız içərisində sizə ruzi olaraq verdiyimiz (mal-dövlətə) şərik olanlar varmı ki, hamınız ondan (istifadə etməkdə ortaq) bərabər olasınız belə ki, onlar(ın haqqını tapdalamaq)dan özünüz kimi qul olmayanlardan qorxduğunuz kimi qorxasınız?. (Baxmayaraq ki, qul heç öz sahibinin malına və mülkünə ortaq və şərik ola bilməz.) Beləcə (Öz tovhid) ayə(lərimiz)i ağılla dü-şünən bir qövm üçün bütün təfsilatı ilə bəyan edirik (ki, bilsinlər: müşriklərin məbudları rübubi məqamda deyildirlər, əksinə, Allahın mülküdürlər Onun şəriki deyillər). | ضَرَبَ لَكُمْ مَثَلًا مِنْ أَنْفُسِكُمْ ۖ هَلْ لَكُمْ مِنْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ مِنْ شُرَكَاءَ فِي مَا رَزَقْنَاكُمْ فَأَنْتُمْ فِيهِ سَوَاءٌ تَخَافُونَهُمْ كَخِيفَتِكُمْ أَنْفُسَكُمْ ۚ كَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْقِلُونَ |
| 29 | Bəlit təbəəlləzinə zələmu əhvaəhum biğəyri ilmin fəmən yəhdi mən əzəlləllahu və ma ləhum min nasirin | (Xeyr, onlar ağılla düşünmədilər), əslində (əksinə) zülm edənlər heç bir elm(ə sahib) olmadan öz nəfsani istəklərinə tabe oldular. Belə isə, (dəlil-sübutlar təqdim edilib tamamlandıqdan sonra) Allahın azğınlıqda buraxdığı kəsləri kim hidayət edər?! Və əsla onlara heç bir kömək edən olmaz. | بَلِ اتَّبَعَ الَّذِينَ ظَلَمُوا أَهْوَاءَهُمْ بِغَيْرِ عِلْمٍ ۖ فَمَنْ يَهْدِي مَنْ أَضَلَّ اللَّهُ ۖ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ |
| 30 | Fəəqim vəchəkə lid dini hənifən fitrətəllahilləti fətərən nasə ələyha la təbdilə lixəlqillahi zalikəd dinul qəyyimu və lakinnə əksərənnasi la yə`ləmun | (Ya Peyğəmbər!) haqqa tapınaraq ürəyini (qəlbini) bu dinə (İslam dininə) sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də olmamalıdır). Sabit və möhkəm olan din budur. Lakin camaatın əksəriyyəti (bunu) bilmir. | فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا ۚ فِطْرَتَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا ۚ لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ |
| 31 | Munibinə iləyhi vəttəquhu və əqimus səlatə və la təkunu minəl muşrikin | (Allahın dininə üz tutun!) Tövbə edərək Ona tərəf qayıdın, Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın. | مُنِيبِينَ إِلَيْهِ وَاتَّقُوهُ وَأَقِيمُوا الصَّلَاةَ وَلَا تَكُونُوا مِنَ الْمُشْرِكِينَ |
| 32 | Minəlləzinə fərrəqu dinəhum və kanu şiyəən kullu hizbin bima lədəyhim fərihun | O kəslərdən ki, öz dinlərini parçaladılar, bölük-bölük oldular və hər bir dəstə özündə olana sevinər. | مِنَ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا ۖ كُلُّ حِزْبٍ بِمَا لَدَيْهِمْ فَرِحُونَ |
| 33 | Və iza məssən nasi zurru dəəv rəbbəhum munibinə iləyhi summə iza əzaqəhum minhu rəhmətən iza fəriqun minhum birəbbihim yuşrikun | İnsanlara bir çətinlik və ziyan yetişən zaman tövbə edib özlərinin Rəbbinə tərəf qayıdar. Sonra (Allah), Öz rəhmətindən onlara dadızdırdıqda isə dərhal onlardan bir dəstə (yenə) Rəbbinə şərik qoşar. | وَإِذَا مَسَّ النَّاسَ ضُرٌّ دَعَوْا رَبَّهُمْ مُنِيبِينَ إِلَيْهِ ثُمَّ إِذَا أَذَاقَهُمْ مِنْهُ رَحْمَةً إِذَا فَرِيقٌ مِنْهُمْ بِرَبِّهِمْ يُشْرِكُونَ |
| 34 | Liyəkfuru bima atəynahum fətəməttəu fəsəvfə tə`ləmun | Nəticədə Bizim onlara verdiklərimizə nankorluq etsinlər deyə. Belə isə, (ey kafirlər, bir neçə günlük) bəhrələnin, tezliklə başa düşəcəksiniz! | لِيَكْفُرُوا بِمَا آتَيْنَاهُمْ ۚ فَتَمَتَّعُوا فَسَوْفَ تَعْلَمُونَ |
| 35 | Əm ənzəlna ələyhim sultanən fəhuvə yətəkəlləmu bima kanu bihi yuşrikun | Yoxsa (Biz) onlara şərik qoşmalarını (doğruluğunu) söyləyən (təsdiq edən, yaxud şərik qoşduqları məbudların, tanrıların xeyrinə danışan) bir dəlil-sübutmu nazil etmişik. | أَمْ أَنْزَلْنَا عَلَيْهِمْ سُلْطَانًا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُوا بِهِ يُشْرِكُونَ |
| 36 | Və iza əzəqnən nasə rəhmətən fərihu biha və in tusibhum səyyiətun bima qəddəmət əydihim iza hum yəqnətun | İnsanlara (əmin-amanlıq, ruzi bolluğu kimi) hər hansı bir mərhəmət dadızdırdığımız zaman ona çox sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir ziyan yetişdikdə, dərhal (Haqqın rəhmətindən də) məyus olarlar. (Bu halların hər ikisi də pisdir.) | وَإِذَا أَذَقْنَا النَّاسَ رَحْمَةً فَرِحُوا بِهَا ۖ وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ إِذَا هُمْ يَقْنَطُونَ |
| 37 | Əvələm yərəv ənnəllahə yəbsutur rizqə limən yəşau və yəqdiru innə fi zalikə ləayatin liqəvmin yu`minun | Allahın istədiyi hər bir kəsin (varlıq aləminin tam nizamının tələbatına uyğun olaraq) ruzisini bol etdiyini, yaxud azaltdığını görmürlərmi?! Şübhəsiz, bunda (bu işdə) mömin bir qövm üçün (Allahın qüdrəti, tədbiri və hikmətinə dair) nişanələr (ibrətlər) vardır. | أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ |
| 38 | Fəati zəl qurba həqqəhu vəl miskinə vəbnəs səbili zalikə xəyrun lilləzinə yuridunə vəchəllahi və ulaikə humul muflihun | Qohumların, fəqirin (miskinin) və (pulu qurtarıb) yolda qalan kəsin haqqını ver. (Yaxın qohumlarının yaşayış xərcini, Peyğəmbərin yaxın qohumlarına (məsumlara) ənfal və xumsu, yoxsullara zəkatı, yolda qalan kəslərə zəkat və xumsu ver.) Bu (cür xərcləmək) Allahın razılığını istəyənlər üçün daha yaxşıdır və səadətə qovuşanlar onlardır. | فَآتِ ذَا الْقُرْبَىٰ حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ ۚ ذَٰلِكَ خَيْرٌ لِلَّذِينَ يُرِيدُونَ وَجْهَ اللَّهِ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ |
| 39 | Və ma atəytum min ribən liyərbuvə fi əmvalin nasi fəla yərbu indəllahi və ma atəytum min zəkvətin turidunə vəchəllahi fəulaikə humul muz`ifun | Xalqın var-dövləti hesabına sərvətinizin artması üçün başqasına sələmlə verdiyiniz mal Allahın yanında artmaz və zəkatdan Allahın razılığını diləyərək verdiyinizdən isə (mənfəət götürəcəksiniz). Bunu edənlər mənfəətlərini qat-qat artıranlardır. | وَمَا آتَيْتُمْ مِنْ رِبًا لِيَرْبُوَ فِي أَمْوَالِ النَّاسِ فَلَا يَرْبُو عِنْدَ اللَّهِ ۖ وَمَا آتَيْتُمْ مِنْ زَكَاةٍ تُرِيدُونَ وَجْهَ اللَّهِ فَأُولَٰئِكَ هُمُ الْمُضْعِفُونَ |
| 40 | Əllahulləzi xələqəkum summə rəzəqəkum summə yumitikum summə yuhyikum həl min şurəkaikum mən yəf`əlu min zalikum min şəy`in subhanəhu və təala əmma yuşrikun | Sizi yaradan, sonra sizə ruzi verən, sizi öldürən və sonra da dirildən Allahdır. Şərikləriniz (Allaha şərik qoşduqlarınız) içərisində bunları edə biləcək bir kəs vardırmı? (Şübhəsiz yoxdur). (Allah) Ona şərik qoşduqlarından pak (və uzaq)dır. | اللَّهُ الَّذِي خَلَقَكُمْ ثُمَّ رَزَقَكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۖ هَلْ مِنْ شُرَكَائِكُمْ مَنْ يَفْعَلُ مِنْ ذَٰلِكُمْ مِنْ شَيْءٍ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ |
| 41 | Zəhərəl fəsadu fil bərri vəl bəhri bima kəsəbət əydin nasi liyuziqəhum bə`zəlləzi əmliu ləəlləhum yərciun | İnsanların öz əlləri ilə etdikləri (böyük günahlar) üzündən suda və quruda fəsad (zəlzələ, tufan, qıtlıq, xəstəlik, müharibə, qətl, əmniyyətsizlik) aşkar olur. Bununla (Allah) onlara etdiklərinin bəzisini daddırır ki, bəlkə Allaha tərəf qayıtsınlar. | ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِي النَّاسِ لِيُذِيقَهُمْ بَعْضَ الَّذِي عَمِلُوا لَعَلَّهُمْ يَرْجِعُونَ |
| 42 | Qul siru fil ərzi fənzuru kəyfə kanə aqibətulləzinə min qəblu kanə əksəruhum muşrikin | (Ya Peyğəmbər!) de: «Bu yer üzündə gəzin, dolanın, beləliklə baxın görün ki, sizdən öncəkilərin (tüğyan edənlərin, zalımların, sərvət toplayanların) aqibəti necə oldu?! Onların əksəriyyəti müşrik idi». | قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلُ ۚ كَانَ أَكْثَرُهُمْ مُشْرِكِينَ |
| 43 | Fəəqim vəchəkə lid dinil qəyyimi min qəbli ən yə`tiyə yəvmin la mərəddə ləhu minəlllahi yəvməizin yəssəddəun | (Ya Muhəmməd!) Allah tərəfindən qarşısıalınmaz gün gəlməzdən öncə (qəlbinin) üzünü bu düzgün və möhkəm (sabit) dinə doğru döndər. O gün (insanlar) parçalanıb bölük-bölük olarlar. | فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ الْقَيِّمِ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لَا مَرَدَّ لَهُ مِنَ اللَّهِ ۖ يَوْمَئِذٍ يَصَّدَّعُونَ |
| 44 | Mən kəfərə fəələyhi kufruhu və mən əmilə salihən fəliənfusihim yəmhədun | Kim kafir olsa, küfrü öz ziyanınadır. Yaxşı iş görənlər isə özləri üçün (axirət aləminin əbədi həyat vasitələrini) hazırlayarlar ki, | مَنْ كَفَرَ فَعَلَيْهِ كُفْرُهُ ۖ وَمَنْ عَمِلَ صَالِحًا فَلِأَنْفُسِهِمْ يَمْهَدُونَ |
| 45 | Liyəcziyəlləzinə amənu və əmilus salihati min fəzlihi innəhu la yuhibbul kafirin | (Allah) iman gətirib və saleh əməllər edənlərə Öz fəzlindən mükafat versin. Həqiqətən, O, kafirləri sevməz. | لِيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْ فَضْلِهِ ۚ إِنَّهُ لَا يُحِبُّ الْكَافِرِينَ |
| 46 | Və min ayatihi ən yursilər riyahə mubəşşiratin və liyuziqəkum min rəhmətihi və litəcriyəl fulku biəmrihi və litəbtəğu min fəzlihi və ləəlləkum təşkurun | Öz rəhmətindən sizə daddırması (küləkləri əsdirməsi), gəmilərin onun mütləq iradəsi altında hərəkət etməsi üçün küləkləri müjdəverici olaraq (yağışın yağma müжdəsini versin deyə) göndərməsi, Onun fəzlindən (külək və yağış vasitəsi ilə yaranan ruzini) axtarmanız Onun (tovhid, qüdrət və hikmət) nişanələrindəndir. Bəlkə şükr edəsiniz! | وَمِنْ آيَاتِهِ أَنْ يُرْسِلَ الرِّيَاحَ مُبَشِّرَاتٍ وَلِيُذِيقَكُمْ مِنْ رَحْمَتِهِ وَلِتَجْرِيَ الْفُلْكُ بِأَمْرِهِ وَلِتَبْتَغُوا مِنْ فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ |
| 47 | Və ləqəd ərsəlna min qəblikə rusulən ila qəvmihim fəcauhum bil bəyyinati fəntəqəmna minəlləzinə əcrəmu və kanə həqqən ələyna nəsrul mu`minin | (Ya Muhəmməd!) Şübhəsiz, səndən öncə də (bəzi) qövmlərə peyğəmbərlər göndərdik, onlara (Allah tərəfindən) aydın dəlillər gətirdilər (onların bəzisi kafir və bəzisi mömin oldular), bu zaman Biz günahkarlardan intiqam aldıq. Möminlərə daim kömək etmək Bizim öhdəmizdə olan bir haqdır və vacibdir. | وَلَقَدْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَاءُوهُمْ بِالْبَيِّنَاتِ فَانْتَقَمْنَا مِنَ الَّذِينَ أَجْرَمُوا ۖ وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ الْمُؤْمِنِينَ |
| 48 | Əllahulləzi yursilur riyahə fətusiru səhabən fəyəbsutuhu fis səmai kəyfə yəşau və yəc`əluhu kisəfən fətərəl vədqə yəxrucu min xilalihi fəiza əsabə bihi mən yəşau min ibadihi iza hum yəstəbşirun | Küləkləri göndərib, buludu hərəkətə gətirən (Allah) onu göydə istədiyi kimi yayır və müxtəlif topalar şəklinə salır, bu zaman görürsən ki, yağış onun arasından çıxır. Elə ki, (Allah) o yağışı bəndələrindən istədiyinə yetirir, dərhal sevinir və şad olurlar. | اللَّهُ الَّذِي يُرْسِلُ الرِّيَاحَ فَتُثِيرُ سَحَابًا فَيَبْسُطُهُ فِي السَّمَاءِ كَيْفَ يَشَاءُ وَيَجْعَلُهُ كِسَفًا فَتَرَى الْوَدْقَ يَخْرُجُ مِنْ خِلَالِهِ ۖ فَإِذَا أَصَابَ بِهِ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَ |
| 49 | Və in kanu min qəbli ən yunəzzilə ələyhim min qəblihi ləmublisin | Həqiqətən, onlar başlarına yağış yağmazdan öncə çox ümidsiz idilər. | وَإِنْ كَانُوا مِنْ قَبْلِ أَنْ يُنَزَّلَ عَلَيْهِمْ مِنْ قَبْلِهِ لَمُبْلِسِينَ |
| 50 | Fənzur ila asari rəhmətillahi kəyfə yuhyil ərzə bə`də məvtiha innə zalikə ləmuhyil məvta və huvə əla kulli şəy`in qədir | Belə isə, (Ya Muhəmməd!) Allahın rəhmətinin əsər-əlamətinə (yağışa) bir bax ki, necə də yeri (və onun yetişdirici maddələrini) öldükdən sonra (baharda) dirildir. Həqiqətən, O ölüləri (axirət günü) dirildən Allahdır və O hər şeyə qadirdir. | فَانْظُرْ إِلَىٰ آثَارِ رَحْمَتِ اللَّهِ كَيْفَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ ذَٰلِكَ لَمُحْيِي الْمَوْتَىٰ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ |
| 51 | Vələin ərsəlna rihən fərəəvhu musfərrən ləzəllu min bə`dihi yəkfurun | Və əgər (yandırıcı və ziyanverici) bir külək göndərsək və onun nəticəsində öz əkinlərini saralmış (solmuş) görsələr, mütləq ondan sonra (da ayılmaq əvəzinə) küfr edərlər. | وَلَئِنْ أَرْسَلْنَا رِيحًا فَرَأَوْهُ مُصْفَرًّا لَظَلُّوا مِنْ بَعْدِهِ يَكْفُرُونَ |
| 52 | Fəinnəkə la tusmiul məvta vəla tusmius summəd duaə iza vəlləv mudbirin | Şübhəsiz, sən (küfr və inad) ölülər(in)ə (heç nəyi) eşitdirə bilməzsən, öz dəvətini arxa çevirib, dönüb gedən karlara yetirə bilməzsən. | فَإِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَىٰ وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاءَ إِذَا وَلَّوْا مُدْبِرِينَ |
| 53 | Və ma əntə bihadil umyi ən zəlalətihim in tusmiu illa mən yu`minu biayatina fəhum muslimun | Və sən qəlbləri ölmüş kəsləri öz azğınlıqlarından düz yola yönəldən deyilsən; sən (öz dəvətini) yalnız (təbiətlərinin tələbinə əsasən) Bizim ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən, buna görə də (onlar fitri qabiliyyətlərinə görə də Bizim müqabilimizdə) təslimdirlər. | وَمَا أَنْتَ بِهَادِ الْعُمْيِ عَنْ ضَلَالَتِهِمْ ۖ إِنْ تُسْمِعُ إِلَّا مَنْ يُؤْمِنُ بِآيَاتِنَا فَهُمْ مُسْلِمُونَ |
| 54 | Əllahulləzi xələqəkum min zə`fin summə cəələ min bə`di zə`fin quvvətən summə cəələ min bə`di quvvətin zə`fən və şəybətən yəxluqu ma yəşau və huvəl əlimul qədir | Allah sizi bir zəifdən və qüdrətsizdən (zəif bir varlıqdan–nütfədən) yaratdı, (sizin üçün) zəiflik və gücsüzlükdən sonra (həddi-büluğa yetişdikdən qocalıq çağına kimi fikri və cismi) qüvvə və güc verdi və yenə də (sizdə) qüdrətdən sonra gücsüzlük və qocalıq bərqərar etdi. (Bəli,) O, istədiyini yaradır və Odur (hər şeyi) bilən və qüdrət sahibi. | اللَّهُ الَّذِي خَلَقَكُمْ مِنْ ضَعْفٍ ثُمَّ جَعَلَ مِنْ بَعْدِ ضَعْفٍ قُوَّةً ثُمَّ جَعَلَ مِنْ بَعْدِ قُوَّةٍ ضَعْفًا وَشَيْبَةً ۚ يَخْلُقُ مَا يَشَاءُ ۖ وَهُوَ الْعَلِيمُ الْقَدِيرُ |
| 55 | Və yəvmə təqumus saətu yuqsimul mucrimunə ma ləbisu ğəyrə saətin kəzalikə kanu yu`fəkun | Və qiyamət qopacağı gün günahkarlar and içəcəklər ki, (dünyada, yaxud öldükdən sonra) yalnız bircə saat qalmış (və ölümlə dirilmə arasında heç bir fasilə olmamışdır). Onlar (dünyada da) bu cür (səhv edib) azırdılar. | وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُقْسِمُ الْمُجْرِمُونَ مَا لَبِثُوا غَيْرَ سَاعَةٍ ۚ كَذَٰلِكَ كَانُوا يُؤْفَكُونَ |
| 56 | Və qaləlləzin utul ilmə vəl imanə ləqəd ləbistum fi kitabillahi ila yəvmil bə`si fəhaza yəvmul bə`si və lakinnəkum kuntum la tə`ləmun | Elm və iman verilmiş kəslər (peyğəmbərlər, övliyalar və mələklər) isə deyərlər: «Siz, şübhəsiz, Allahın kitabına (Lövhi-Məhfuz və Qurani-Məcidə) əsasən (o aləmdə) dirilmə gününə qədər qaldınız. Budur dirilmə və qiyamət günü. Lakin siz (Bərzəx aləmini keçirəcəyinizi) bilmirdiniz (və qiyamətin haqq olduğuna inanmırdınız). | وَقَالَ الَّذِينَ أُوتُوا الْعِلْمَ وَالْإِيمَانَ لَقَدْ لَبِثْتُمْ فِي كِتَابِ اللَّهِ إِلَىٰ يَوْمِ الْبَعْثِ ۖ فَهَٰذَا يَوْمُ الْبَعْثِ وَلَٰكِنَّكُمْ كُنْتُمْ لَا تَعْلَمُونَ |
| 57 | Fəyəvməizin la yənfəulləzinə zələmu mə`zirətuhum vələ hum yustə`tubun | Beləliklə o gün zülm edənlərin üzr diləmələri heç bir fayda verməyəcəkdir. Onlardan üzr diləmələri istənilməyəcəkdir. | فَيَوْمَئِذٍ لَا يَنْفَعُ الَّذِينَ ظَلَمُوا مَعْذِرَتُهُمْ وَلَا هُمْ يُسْتَعْتَبُونَ |
| 58 | Və ləqəd zərəbna lin nasi fi hazəl Qur`ani min kulli məsəlin və ləin ci`təhum biayatin ləyəqulunnəlləzinə kəfəru in əntum illa mubtilun | Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkdik (lakin ayılmadılar) və əgər onlar üçün (aydın) bir nişanə gətirsən, kafir olanlar mütləq deyəcəklər: «Siz yalnız batil əhli və boş danışanlarsınız». | وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِي هَٰذَا الْقُرْآنِ مِنْ كُلِّ مَثَلٍ ۚ وَلَئِنْ جِئْتَهُمْ بِآيَةٍ لَيَقُولَنَّ الَّذِينَ كَفَرُوا إِنْ أَنْتُمْ إِلَّا مُبْطِلُونَ |
| 59 | Kəzalikə yətbəullahu əla qulubilləzinə la yə`məlun | Allah bilməyənlərin (tovhid və din elminə yiyələnməyənlərin) qəlblərinə beləcə (bədbəxtlik və anlamazlıq) möhür(ü) vurar. | كَذَٰلِكَ يَطْبَعُ اللَّهُ عَلَىٰ قُلُوبِ الَّذِينَ لَا يَعْلَمُونَ |
| 60 | Fəsbir innə və`dəllahi həqqun və la yəstəxiffənnəkəlləzinə la yuqinun | (Ya Peyğəmbər! Onların hədələri və hiylələri müqabilində) sən səbr et. Şübhəsiz, Allahın vədi (ümmətin qələbəsi, kitabın yayılması və dininin bütün dünyaya şamil olması və əbədiliyi) haqdır və (Allahın vədlərinə) yəqinləri olmayanlar, səni yüngüllüyə (səbirsizliyə) və iztiraba vadar etməsinlər. | فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۖ وَلَا يَسْتَخِفَّنَّكَ الَّذِينَ لَا يُوقِنُونَ |
