Ənkəbut surəsi
Ənkəbut surəsinin fəziləti
Ənkəbut surəsinin oxunuşunun savabı:
“Səvabul-əmal” kitabında İmam Sadiq (ə)-dan belə nəql olunmuşdur: “Hər kəs “Ənkəbut” və “Rum” surələrini Ramazan ayının iyirmi üçüncü gecəsində oxusa, behişt əhlindən olar”.
“Ənkəbut” surəsinin “Və in cahədəkə…” (Əgər valideynlər (özləri Allaha şərik qoşanlardan olduqları halda) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə!) – ayəsinin nazil olma səbəbi barəsində “Xülasətul-mənhəc” kitabında qeyd olunmuşdur ki, Səd ibn Əbi Vəqqas İslamı qəbul etdikdə, anası Cümnə binti Süfyan ibn Üməyyə ibn Əbdüşşəms and içib dedi: “Sənin tutduğun bu işə görə, ölənə qədər yemək yeməyəcəyəm, qoy camaat sənə desin ki, anasını öldürdü”. Buna görə də o, birinci gün nə yemək yedi, nə də su içdi. İkinci gündə bu minvalla davam etdi. Nəhayət, Səd dedi: “Hər nə etsən də, mən Məhəmmədin (s) dinindən üz çevirən deyiləm, istəyirsən yemək ye, istəyirsənsə də yemə!”
Bundan sonra Səd bu məsələni həzrət peyğəmbərə dedikdə, bu ayə nazil oldu.
Ayədə “ma leysə ləkə bihi elmun” (sənin bilmədiyin bir şeyi) ifadəsinin gətirilməsində məqsəd budur ki, insanın pak və halal olduğunu bilmədiyi bir şeyi yerinə yetirməsi düzgün deyildir. (Allah daha yaxşı bilir!)
Həmin surənin 13-cü ayəsində buyurulan “əsqalihim” sözündən məqsəd yoldan çıxartdıqları kimsələrin günahları da onların boynuna yüklənəcəkdir.
25-ci ayə: Bu ayədə qeyd olunan “əvsana” sözü göstərir ki, sizin (İbrahim qövmünün) bütpərəst olmağınızın səbəbi ata-babalarınızın tutduğu yoldan üz çevirməməyiniz və bu işdə bir-birinizlə əlbir olmağınızdır. Siz bu yolun batil və əyri olduğunu daha yaxşı bilirsiniz.
26-cı ayə: “Və qalə inni muhacirun…”
“İbrahim (bəzilərinin dediklərinə görə, Lut peyğəmbər) dedi: “Mən (qövmümü tərk edib) Rəbbimin əmr etdiyi yerə hicrət edəcəyəm.”
Təfsir alimlərin bəyanlarından aydın olduğu, eləcə də “Kafi” kitabında İmam Sadiq (ə)-dan nəql olunan rəvayətdə buyurulduğu kimi, həzrət İbrahim (ə) bacısı oğlu həzrət Lut ilə birlikdə Kufənin Kusa kəndindən Cərrana, oradan da Fələstinə köç etdilər və elə orada da Həzrət Lut (ə) Sədum əhalisinə peyğəmbər seçildi.
29-cu ayə: Bu ayədə qeyd olunan “əl-munkər” sözündən məqsəd, Lut qövmünün livat etmək (kişinin kişi ilə cinsbazlığı), şəhvətlə bir-birlərinə yaxınlaşmaq, çılpaq gəzmək, müsafirlərin namusuna toxunmaq, mallarını əllərindən almaq, yollarını kəsmək, onlara daş atmaq və söyüş vermək kimi, çirkin işlər görməkləridir.
“Xülasətul-mənhəc” kitabında qeyd olunmuşdur ki, ayədəki “əl-munkər” sözündən məqsəd, onların müsafirlərə kiçik daşlar atmaqları və yollarını kəsib şəhvətlə onlarla yaxınlaşmaqlarıdır.
Qumar oynamaq, başqalarını lənətləmək, insanlara, xüsusilə anaya söyüş vermək və adam öldürmək kimi, digər işlər bu qövmün çirkin əməllərindən idi.
45-ci ayə: “Utlu ma uhiyə iləykə…”
“(Ya Məhəmməd!) Qurandan sənə vəhy olunanı oxu, namaz qıl. Həqiqətən namaz insanı çirkin və pis əməllərdən çəkindirər.” Yəni namaz insanı günah etməkdən saxlayır. “Məcmə” kitabında həzrət peyğəmbərdən nəql olunmuşdur ki, Ənsardan olan bir cavan gündəlik namazlarını o həzrətlə birlikdə qılırdı, eyni zamanda pis və çirkin işlər də görürdü. Peyğəmbər (s) bundan xəbərdar olduqda, buyurdu: “Həqiqətən namaz insanı çirkin və pis əməllərdən saxlayır, tez bir zamanda həmin cavan namaz qıldığı üçün çirkin işlərdən çəkinər.” Az müddətdən sonra həmin cavan çirkin işlərdən əl çəkib, o həzrətin zahid səhabələrindən oldu. Bu ayədə qeyd olunan “əl-munkər” sözündə məqsəd budur ki, namaz insanı Allah taalanın nəhy etdiyi şeylərdən çəkindirər. Necə ki, İmam Sadiq (ə) buyurmuşdur: “Hər kim namazının qəbul olunmasını bilmək istəyirsə, baxıb görsün ki, namaz onu çirkin işlərdən çəkindirir, ya yox! Onun pis və çirkin işlərdən çəkindiyi qədər namazı qəbul olur”.
48-cı ayə: “Və ma kuntə…”
Yəni, ya Məhəmməd! Əgər sən peyğəmbərliyə seçilməmişdən və Quran nazil olmamışdan öncə yazıb-oxumağı bacarsaydın, batilə uyanlar onun barəsində şəkk-şübhəyə düşər və deyərdilər ki, onu keçmiş kitablardan oxuyub öyrənmişdir.
49-cu ayə: “Bu Quran, elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir.”
“Üsuli-kafi” və “Bəsairud-dərəcat” kitablarında İmam Baqir (ə) və İmam Sadiq (ə)-dan nəql olunmuşdur ki, həmin şəxslər məsum imam¬lar¬dır.
60-cı ayə: “Yer üzündə zəiflikləri ucbatından ruzi əldə edə (daşıya) bilməyən canlılar vardır.”
Bu ayədə insanlar, siçanlar və qarışqalar müstəsna olmaqla, bütün canlılar nəzərdə tutulur.
67-ci ayə: Bu ayədə buyurulan “aminən” sözündən məqsəd budur ki, Biz Məkkəni qorxulu, xətərli olduğu və ətraf şəhərlərdə qarət baş verdiyi halda, qorxusuz-xətərsiz və əmin-amanlıq bir yer qərar verdik.
69-cu ayə: Nəhayət, bu ayədə buyurulur: “Bizim uğrumuzda (malları və canları ilə) cihad edənləri öz yolumuza hidayət edəcəyik. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir.”
Əli ibn İbrahim öz təfsirində İmam Baqir (ə)-ın belə buyurduğu nəql olunmuşdur: “Bu ayə, Peyğəmbərin Əhli-beyti və onun şiələri haqqındadır.” “Məanil-əxbar” kitabında həzrət Əmirəl-möminin Əli (ə)-dan belə nəql olunmuşdur: “Allah taalanın bu ayədə buyurduğu -”yaxşı əməllər edənlər”- bizik!”
| Ayə | Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|---|
| № | Bismillahir rəhmanir rəhim | Bağışlayan və mehriban Allahın adı ilə | بسم الله الرحمن الرحيم |
| 1 | Əlif lam mim | Əlif, Lam, Mim. (Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lamın (Cəbrailin) vasitəsilə Mimə (Muhəmməd-səlləllahu ələyhi və Alihi və səlləmə) vəhy olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.) | الم |
| 2 | Əhəsibən nasi ən yutrəku ən yəqulu amənna vəhum la yuftənun | Məgər insanlar «İman gətirdik» - demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?! | أَحَسِبَ النَّاسُ أَنْ يُتْرَكُوا أَنْ يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ |
| 3 | Və ləqəd fətənnəlləzinə min qəblihim fələyə`ləmənnəllahulləzinə sədəqu vələyə`ləmənnəl kazibin | Məgər insanlar «İman gətirdik» - demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?! | وَلَقَدْ فَتَنَّا الَّذِينَ مِنْ قَبْلِهِمْ ۖ فَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ صَدَقُوا وَلَيَعْلَمَنَّ الْكَاذِبِينَ |
| 4 | Əm həsibəlləzinə yə`ləmunəs səyyiati ən yəsbiquna ma yəhkumun | Yoxsa (etiqadlarıyla və əməlləriylə) günahlara batanlar (hesab-kitab və cəza məqamında) Bizdən sovuşacaqlarını və Bizi aciz edəcəklərinimi güman etdilər?! Onlar necə də pis mühakimə yürüdürlər? | أَمْ حَسِبَ الَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ أَنْ يَسْبِقُونَا ۚ سَاءَ مَا يَحْكُمُونَ |
| 5 | Mən kanə yərcu liqaəllahi fəinnə əcələllahi ləatin və huvəs səmiul əlim | Hər kəs Allahla görüşəcəyinə (Bərzəx, qiyamət günü və Cənnətdə Onun hüzuruna daxil olmağa) ümid edirsə, onda (çox çalışsın, çünki) şübhəsiz, Allah (tərəfindən müəyyən olunmuş) müddət (mütləq) gələcəkdir. O, (hər şeyi) eşidən və biləndir. | مَنْ كَانَ يَرْجُو لِقَاءَ اللَّهِ فَإِنَّ أَجَلَ اللَّهِ لَآتٍ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ |
| 6 | Və mən cahədə fəinnəma yucahidu linəfsihi innəllahə ləğəniyyun ənil aləmin | Və kim (öz nəfsi, yaxud Allah düşməni ilə) cihad etsə, yalnız öz xeyrinə cihad etmişdir, çünki Allah aləmdəkilərin heç birinə möhtac deyil. | وَمَنْ جَاهَدَ فَإِنَّمَا يُجَاهِدُ لِنَفْسِهِ ۚ إِنَّ اللَّهَ لَغَنِيٌّ عَنِ الْعَالَمِينَ |
| 7 | Vəlləzinə amənu və əmilus salihati lənukəffirənnə ənhum səyyiatihim və lənəcziyənnəhum əhsənəlləzi kanu yə`məlun | İman gətirib yaxşı işlər görənlərin günahlarını mütləq silərik və onların ən gözəl əməllərinə mükafat verərik. | وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَنَجْزِيَنَّهُمْ أَحْسَنَ الَّذِي كَانُوا يَعْمَلُونَ |
| 8 | Və vəssəynəl insanə bivalidəyhi husnən və in cahədakə lituşrikə bi ma ləysə ləkə bihi elmun fəla tut`ihuma iləyyə mərciukum fəunəbbiukum bima kuntum tə`məlun | (Biz) insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik və (dedik:) «Əgər (atan, anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağa vadar etsələr onlara itaət etmə. Hamınızın dönüşü Mənə tərəfdir (hüzuruma qayıdacaqsınız). (Mən də) sizə etdiklərinizdən xəbər verəcəyəm». | وَوَصَّيْنَا الْإِنْسَانَ بِوَالِدَيْهِ حُسْنًا ۖ وَإِنْ جَاهَدَاكَ لِتُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فَلَا تُطِعْهُمَا ۚ إِلَيَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ |
| 9 | Vəlləzinə amənu və əmilus salihati lənudxilənnəhum fis salihin | İman gətirib yaxşı işlər görənləri şübhəsiz, salehlər zümrəsinə daxil edəcəyik. | وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُدْخِلَنَّهُمْ فِي الصَّالِحِينَ |
| 10 | Və minən nasi mən yəqulu amənna billahi fəiza uziyə fillahi cəələ fitnətən nasi kəəzabillahi vələin caə nəsrun min rəbbikə ləyəqulunnə inna kunna məəkum əvələysəllahu biə`ləmə bima fi suduril aləmin | Camaat arasında elələri (də) vardır ki, (dillə) «Allaha iman gətirdik» deyərlər, amma Allah yolunda bir işkəncə görsələr, insanların fitnəsini Allahın əzabı hesab edərlər (və onun qorxusundan zahiri imandan dönərlər). Əgər Rəbbindən bir kömək yetişsə, (zəfər, ya qənimət əldə etsəniz) ciddi surətdə deyərlər: «Biz də sizinləydik». Allah aləmdəkilərin sinələrində olanları daha yaxşı bilən deyilmi?! | وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللَّهِ فَإِذَا أُوذِيَ فِي اللَّهِ جَعَلَ فِتْنَةَ النَّاسِ كَعَذَابِ اللَّهِ وَلَئِنْ جَاءَ نَصْرٌ مِنْ رَبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمْ ۚ أَوَلَيْسَ اللَّهُ بِأَعْلَمَ بِمَا فِي صُدُورِ الْعَالَمِينَ |
| 11 | Və ləyə`ləmənnəllahulləzinə amənu və ləyə`ləmənnəl munafiqin | Əlbəttə, Allah iman gətirənləri də tanıyacaqdır, münafiqləri də mütləq tanıyacaqdır. (Onların halı barədə Onun əzəli elmi həqiqətə çevriləcəkdir və halları hamıya məlum olacaqdır). | وَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ آمَنُوا وَلَيَعْلَمَنَّ الْمُنَافِقِينَ |
| 12 | Və qaləlləzinə kəfəru lilləzinə amənut təbiu səbiləna vəl nəhmil xətayakum və mahum bihamilinə min xətayahum min şəy`in innəhum ləkazibun | Və (Məkkə müşriklərindən) kafir olanlar iman gətirənlərə dedilər: «Siz bizim yolumuza tabe olun ki, (əgər axirət və cəza olmuş olsa) biz sizin günahlarınızı öz öhdəmizə (boynumuza) götürərik». Və onlar əsla bunların günahlarından heç bir şeyi öz boyunlarına götürəsi deyillər. Onlar, həqiqətən, yalançıdırlar. | وَقَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا اتَّبِعُوا سَبِيلَنَا وَلْنَحْمِلْ خَطَايَاكُمْ وَمَا هُمْ بِحَامِلِينَ مِنْ خَطَايَاهُمْ مِنْ شَيْءٍ ۖ إِنَّهُمْ لَكَاذِبُونَ |
| 13 | Vələyəhmilunnə əsqaləhum və əsqalən məə əsqalihim və ləyus`əlunnə yəvməl qiyaməti əmma kanu yəftərun | Əlbəttə, (onlar qiyamət günü) həm öz (günahlarının) ağır yüklərini, həm də öz ağır yüklərindən əlavə daha ağır yüklər (azdırdıqları kəslərin yüklərini) daşıyacaqlar. (Eyni zamanda azdırdıqları şəxslərin günahları azaldılmayacaq). Mütləq qiyamət günü onlar uydurduqları yalanlar (şirk və digər bidətlər) barəsində sorğu-sual olunacaqlar! | وَلَيَحْمِلُنَّ أَثْقَالَهُمْ وَأَثْقَالًا مَعَ أَثْقَالِهِمْ ۖ وَلَيُسْأَلُنَّ يَوْمَ الْقِيَامَةِ عَمَّا كَانُوا يَفْتَرُونَ |
| 14 | Və ləqəd ərsəlna Nuhən ila qəvmihi fələbisə fihim əlfə sənətin illa xəmsinə amən fəəxəzəhumut tufanu vəhum zalimun | Həqiqətən, Biz Nuhu öz qövmünə (Peyğəmbər) göndərdik. Beləliklə onların arasında doqquz yüz əlli il qaldı (amma az bir qism istisna olmaqla ona iman gətirmədilər). Zalım olduqları halda tufan (su) onları yaxaladı. | وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًا فَأَخَذَهُمُ الطُّوفَانُ وَهُمْ ظَالِمُونَ |
| 15 | Və ləqəd ərsəlna Nuhən ila qəvmihi fələbisə fihim əlfə sənətin illa xəmsinə amən fəəxəzəhumut tufanu vəhum zalimun | Beləliklə Biz ona və gəmi əhlinə nicat verdik və onu (o hadisəni, yaxud o gəmini) aləmlər üçün (Öz qüdrət və qəzəbimizə dair) bir nişanə (ibrət) etdik. | فَأَنْجَيْنَاهُ وَأَصْحَابَ السَّفِينَةِ وَجَعَلْنَاهَا آيَةً لِلْعَالَمِينَ |
| 16 | Və İbrahimə iz qalə liqəvmihi`budullahə vəttəquhu zalikum xəyrun ləkum in kuntum tə`ləmun | Və İbrahimi (göndərdik). O zaman (o), öz qövmünə demişdi: «Allaha ibadət edin və Ondan qorxun, bu sizin üçün daha yaxşıdır, əgər bilsəydiniz!» | وَإِبْرَاهِيمَ إِذْ قَالَ لِقَوْمِهِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ ۖ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ |
| 17 | İnnəma tə`budunə min dunillahi əvsanən və təxluqunə ifkən innəlləzinə tə`budunə min dunillahi la yəmlikunə ləkum rizqən fəbtəğu indəllahir rizqə və`buduhu vəşkuru ləhu iləyhi turcəun | «Həqiqətən, siz Allahı qoyub (təsirsiz) bütlərə ibadət edirsiniz və (onlara İlah (məbud), şəfi və müqərrib adları verməklə) yalan uydurursunuz. Şübhəsiz, Allahın yerinə ibadət etdikləriniz sizin üçün heç bir ruzi verməyə qadir deyildirlər. Odur ki, ruzini yalnız Allahdan diləyin və Ona ibadət edin. Ona şükr edin ki, hamınız Ona tərəf (hüzuruna) qaytarılacaqsınız». | إِنَّمَا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ أَوْثَانًا وَتَخْلُقُونَ إِفْكًا ۚ إِنَّ الَّذِينَ تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ لَا يَمْلِكُونَ لَكُمْ رِزْقًا فَابْتَغُوا عِنْدَ اللَّهِ الرِّزْقَ وَاعْبُدُوهُ وَاشْكُرُوا لَهُ ۖ إِلَيْهِ تُرْجَعُونَ |
| 18 | Və in tukəzzibu fəqəd kəzzəbə uməmun min qəblikum və ma ələr rəsuli illəl bəlağul mubin | «Əgər (məni) təkzib etsəniz (təəccüblü olmaz). Sizdən öncəki ümmətlər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. Açıq-aşkar təbliğdən başqa bir şey Peyğəmbərin öhdəsində deyildir (təslim olmağa və əməl etməyə məcbur etmək isə imamın öhdəsindədir. Dünyada və axirətdə mükafat və cəza vermək isə Allahın öhdəsindədir)». | وَإِنْ تُكَذِّبُوا فَقَدْ كَذَّبَ أُمَمٌ مِنْ قَبْلِكُمْ ۖ وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ |
| 19 | Əvələm yərəv kəyfə yubdiullahul xəlqə summə yuiduhu innə zalikə ələllahi yəsir | Məgər görmədilər (bilmədilər)mi ki, Allah canlı məxluqları (dünyada) necə vücuda gətirir, sonra isə onları (öldükdən sonra, axirət aləmində) yenidən qaytaracaqdır?! Şübhəsiz bu (iş) Allah üçün asandır. | أَوَلَمْ يَرَوْا كَيْفَ يُبْدِئُ اللَّهُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ |
| 20 | Qul siru fil ərzi fənzuru kəyfə bədəəl xəlqə summəllahə yunşiun nəş`ətəl axirətə innəllahə əla kulli şəy`in qədir | (Ya Peyğəmbər!) De: «Yer üzündə gəzib dolanın, baxın görün ki, (Allah) məxluqları necə yaratmışdır. Sonra isə Allah başqa bir aləm icad edəcəkdir. Həqiqətən, Allah hər şeyə qadirdir». | قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ بَدَأَ الْخَلْقَ ۚ ثُمَّ اللَّهُ يُنْشِئُ النَّشْأَةَ الْآخِرَةَ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ |
| 21 | Yuəzzibu mən yəşau və yərhəmu mən yəşau və iləyhi tuqləbun | İstədiyinə (əzaba layiq bildiyinə) əzab verər və istədiyinə (layiq bildiyinə) rəhm edər. (Siz) Ona tərəf qaytarılacaqsınız. | يُعَذِّبُ مَنْ يَشَاءُ وَيَرْحَمُ مَنْ يَشَاءُ ۖ وَإِلَيْهِ تُقْلَبُونَ |
| 22 | Və ma əntum bimu`cizinə fil ərzi və la fis səmai və ma ləkum min dunillahi min vəliyyin və la nəsir | Siz əsla (qiyamət günü) nə yerdə və nə də göydə Allahı aciz edəcək və Onun qüdrətindən qaçacaq deyilsiniz və sizin (orada) Allahdan başqa heç bir dost, hami və yardımçınız olmayacaqdır. | وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ ۖ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ |
| 23 | Vəlləzinə kəfəru biayatillahi və liqaihi ulaikə yəisu min rəhməti və ulaikə ləhum əzabun əlim | Allahın (tovhid və kitab) nişanələrinə və Onunla görüşə kafir olanlar (inanmayanlar) mənim rəhmətimdən ümidlərini üzənlərdir. Onlar üçün ağrılı bir əzab vardır. | وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ وَلِقَائِهِ أُولَٰئِكَ يَئِسُوا مِنْ رَحْمَتِي وَأُولَٰئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ |
| 24 | Fəma kanə cəvabə qəvmihi illa ən qaluqtuluhu əv hərriquhu fəəncahullahu minən nari innə fi zalikə ləayatin liqəvmin yu`minun | Beləliklə, onun (İbrahimin) qövmünün cavabı «Onu öldürün, yaxud da yandırın!» – deməkdən başqa bir şey olmadı. (Və onu oda atdılar). Amma Allah onu oddan xilas etdi, həqiqətən, bunda (bu cür xilas etmədə) iman gətirən bir tayfa üçün (Onun tovhidinə və qüdrətinə dair) nişanələr (ibrətlər) vardır. | فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا اقْتُلُوهُ أَوْ حَرِّقُوهُ فَأَنْجَاهُ اللَّهُ مِنَ النَّارِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ |
| 25 | Və qalə innəməttəxəztum min dunillahi əvsanən məvəddətə bəynikum fil həyatid dunya summə yəvməl qiyaməti yəkfuru bə`zukum bibə`zin və yəl`ənu bə`zukum bə`zən və mə`vakumun naru və ma ləkum min nasirin | Və (İbrahim) dedi: «Həqiqət budur ki, dünya həyatında aranızda dostluğa səbəb olsun deyə siz Allahı yox, bütləri qəbul etdiniz (hər hansı bir məzhəb adamlarının aralarındakı dostluq kimi). Sonra – qiyamət günü – sizin bəziniz digərinizi inkar edəcək və bəziniz digərinizə lənət oxuyacaqdır. Sizin qalacağınız yer oddur və sizə heç bir kömək edən olmayacaqdır». | وَقَالَ إِنَّمَا اتَّخَذْتُمْ مِنْ دُونِ اللَّهِ أَوْثَانًا مَوَدَّةَ بَيْنِكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ ثُمَّ يَوْمَ الْقِيَامَةِ يَكْفُرُ بَعْضُكُمْ بِبَعْضٍ وَيَلْعَنُ بَعْضُكُمْ بَعْضًا وَمَأْوَاكُمُ النَّارُ وَمَا لَكُمْ مِنْ نَاصِرِينَ |
| 26 | Fəamənə ləhu Lutun və qalə inni muhacirun ila rəbbi innəhu huvəl əzizul həkim | Beləliklə (qardaşı oğlu) Lut ona iman gətirdi. Və (İbrahim) dedi: «Həqiqətən, mən (öz qövmümün arasından) Rəbbimə tərəf hicrət edirəm. Odur yenilməz qüdrət və hikmət sahibi». | فَآمَنَ لَهُ لُوطٌ ۘ وَقَالَ إِنِّي مُهَاجِرٌ إِلَىٰ رَبِّي ۖ إِنَّهُ هُوَ الْعَزِيزُ الْحَكِيمُ |
| 27 | Və vəhəbna ləhu İshaqə və Yə`qubə və cəəlna fi zurriyyətihin nubuvvətə vəl kitabə və atəynahu əcrəhu fid dunya və innəhu fil axirəti ləminəs salihin | İshaq və Yəqubu (ömrünün axırlarında) ona bəxş etdik və nübuvvəti və (səmavi) kitabı övladlarına əta etdik. Dünyada onun mükafatını verdik və əlbəttə (o,) axirətdə də salehlərdən olacaqdır. | وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِ النُّبُوَّةَ وَالْكِتَابَ وَآتَيْنَاهُ أَجْرَهُ فِي الدُّنْيَا ۖ وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ |
| 28 | Və Lutən iz qalə liqəvmihi innəkum lətə`tunəl fahişətə ma səbəqəkum biha min əhədin minəl aləmin | Və Lutu (göndərdik), o zaman öz qövmünə dedi: «Həqiqətən, siz özünüzdən əvvəl aləmlərdəkilərdən heç birinin etmədiyi olduqca iyrənc bir işi görürsünüz!» | وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ إِنَّكُمْ لَتَأْتُونَ الْفَاحِشَةَ مَا سَبَقَكُمْ بِهَا مِنْ أَحَدٍ مِنَ الْعَالَمِينَ |
| 29 | Əinnəkum lətə`tunər ricalə və təqtəunəs səbilə və tə`tunə fi nadikumul munkərə fəma kanə cəvabə qəvmihi illa ən qalu`tina biəzabillahi in kuntə minəs sadiqin | «(Doğrudanmı) siz kişilərlə cinsi əlaqədə olur və yol kəsirsiniz (nəsil artırma yolunu yaxud da şəhərin yolunu oradan keçənlərin üzünə bağlayırsınız) və ümumi məclislərinizdə çirkin işlər görürsünüz?!» Beləliklə, onun qövmünün cavabı yalnız bu oldu: «Əgər düzdanışanlardansansa, bizə Allahın əzabını gətir!» | أَئِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ وَتَقْطَعُونَ السَّبِيلَ وَتَأْتُونَ فِي نَادِيكُمُ الْمُنْكَرَ ۖ فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا ائْتِنَا بِعَذَابِ اللَّهِ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ |
| 30 | Qalə rəbbinsurni ələl qəvmil mufsidin | (Lut) dedi: «Ey Rəbbim, bu fitnə-fəsad törədən qövmə qarşı mənə kömək et». | قَالَ رَبِّ انْصُرْنِي عَلَى الْقَوْمِ الْمُفْسِدِينَ |
| 31 | Vələmma caət rusuluna İbrahimə bil buşra qalu inna muhliku əhli hazihil qəryəti innə əhləha kanu zalimin | Göndərdiklərimiz (mələklər) İbrahimə müжdəni (övladı olması xəbərini) gətirdikdə, dedilər: «Əlbəttə Biz bu şəhərin (Lut qövmünün məskəninin) əhalisini də həlak edənik, çünki oranın əhalisi zalımdır». | وَلَمَّا جَاءَتْ رُسُلُنَا إِبْرَاهِيمَ بِالْبُشْرَىٰ قَالُوا إِنَّا مُهْلِكُو أَهْلِ هَٰذِهِ الْقَرْيَةِ ۖ إِنَّ أَهْلَهَا كَانُوا ظَالِمِينَ |
| 32 | Qalə innə fiha Lutən qalu nəhnu ə`ləmu bimən fiha lənunəcciyənnəhum və əhləhu illəmrəətəhu kanət minəl ğabirin | (İbrahim) dedi: «Lut oradadır!» Dedilər: «Biz orada olanları daha yaxşı bilirik, mütləq onu və ailəsini xilas edəcəyik. Yalnız zövcəsindən başqa. O, (əzab içində) qalanlardandır». | قَالَ إِنَّ فِيهَا لُوطًا ۚ قَالُوا نَحْنُ أَعْلَمُ بِمَنْ فِيهَا ۖ لَنُنَجِّيَنَّهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ كَانَتْ مِنَ الْغَابِرِينَ |
| 33 | Və ləmma ən caət rusuluna Lutən siə bihim vəzaqə bihim zər`ən və qalə la təxəf vəla təhzən inna munəccukə və əhləkə illəmrəətəkə kanət minəl ğabirin | Bizim göndərdiklərimiz (elçilərimiz) Lutun yanına gələndə, onlara (qövmünün onların dalınca gələ biləcəklərinə) görə halı pisləşdi və taqəti azaldı. Dedilər: «Qorxma və qəmgin olma, Biz sənin və ailənin xilaskarıyıq. Yalnız zövcəndən savayı. O (əzab içində) qalanlardandır». | وَلَمَّا أَنْ جَاءَتْ رُسُلُنَا لُوطًا سِيءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًا وَقَالُوا لَا تَخَفْ وَلَا تَحْزَنْ ۖ إِنَّا مُنَجُّوكَ وَأَهْلَكَ إِلَّا امْرَأَتَكَ كَانَتْ مِنَ الْغَابِرِينَ |
| 34 | İnna munzilunə əla əhli hazihil qəryəti riczən minəs səmai bima yəfsuqun | «Biz etdikləri pozğunluğa görə bu şəhərin əhalisinə göydən bir əzab endirəcəyik». | إِنَّا مُنْزِلُونَ عَلَىٰ أَهْلِ هَٰذِهِ الْقَرْيَةِ رِجْزًا مِنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ |
| 35 | Vələqət tərəkna minha ayətən bəyyinətən liqəvmin yə`qilun | Həqiqətən, Biz düşünən bir tayfa üçün o şəhərdən aydın bir nişanə (yağmış daşlar, qurumuş bulaqlar və sahibsiz torpaqlar) qoyduq. | وَلَقَدْ تَرَكْنَا مِنْهَا آيَةً بَيِّنَةً لِقَوْمٍ يَعْقِلُونَ |
| 36 | Və ila mədyənə əxahum Şuəybən fəqalə ya qəvmi`budullahə vərcul yəvməl axirə vəla tə`səv fil ərzi mufsidin | Mədyən (əhlin)ə onların (qəbilə) qardaşları Şüeybi (göndərdik). O, dedi: «Ey mənim qövmüm! Allaha ibadət edin və axirət gününə ümidiniz (və imanınız) olsun və yer üzündə fəsad törədici hərəkət etməyin». | وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ وَارْجُوا الْيَوْمَ الْآخِرَ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ |
| 37 | Fəkəzzəbuhu fəəxəzəthumur rəcfətu fəəsbəhu fi darihim casimin | (Mədyənlilər) onu təkzib etdilər, bu zaman şiddətli bir zəlzələ onları yaxaladı. Öz evlərində üzləri üstə yerə düşdülər və həlak oldular. | فَكَذَّبُوهُ فَأَخَذَتْهُمُ الرَّجْفَةُ فَأَصْبَحُوا فِي دَارِهِمْ جَاثِمِينَ |
| 38 | Və Adən və Səmudə və qəd təbəyyənə ləkum min məsakinihim vəzəyyənə ləhumuş şəytanu ə`maləhum fəsəddəhum ənis səbili və kanu mustəbsirin | Ad və Səmud qövmünü də (məhv etdik) və onların (viran olmuş) məskənlərindən (pis aqibətləri) sizə bəlli oldu. Şeytan onların (çirkin) əməllərini nəzərlərində zinətləndirdi, beləliklə də onları (Allahın) yol(un)dan saxladı. Halbuki bundan öncə (tovhid və din barədə) bəsirət əhli idilər. | وَعَادًا وَثَمُودَ وَقَدْ تَبَيَّنَ لَكُمْ مِنْ مَسَاكِنِهِمْ ۖ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِيلِ وَكَانُوا مُسْتَبْصِرِينَ |
| 39 | Və qarunə və fir`əvnə və hamanə və ləqəd caəhum Musa bil bəyyinati fəstəkbəru fil ərzi və ma kanu sabiqin | Və Qarunu, Fironu və Hamanı da (məhv etdik). Şübhəsiz, Musa (tovhid və şəriətlər barədə) Bizim aydın dəlillərimizi onlara gətirmişdi, onlar isə yer üzündə təkəbbür və tüğyan etdilər. Amma əsla Bizim iradəmizdən önə keçən deyildilər (Bizim əzabımızdan qaça bilməzlər). | وَقَارُونَ وَفِرْعَوْنَ وَهَامَانَ ۖ وَلَقَدْ جَاءَهُمْ مُوسَىٰ بِالْبَيِّنَاتِ فَاسْتَكْبَرُوا فِي الْأَرْضِ وَمَا كَانُوا سَابِقِينَ |
| 40 | Fəkullən əxəzna bizənbihi fəminhum mən ərsəlna ələyhi hasibən və minhum mən əxəhəthus səyhətu və minhum mən xəsəfna bihil ərzə və minhum mən əğrəqna və ma kanəllahu liyəzliməhum və lakin kanu ənfusəhum yəzlimun | Beləliklə (Biz) onların hər birini öz günahının cəzası ilə (bərk) yaxaladıq. Onlardan elələri var idi ki, başına daş yağdırdıq (Lut qövmü kimi), yaxud qum yağışı ilə (qarışıq) bir külək göndərdik (Ad qövmü kimi). Onlardan (Şüeyb və Səmud qövmü kimi) elə tayfa da var idi ki, onları (göydən gələn öldürücü) bağırtı bürüdü. Onlardan bəzisini yerə batırdıq (Qarun kimi). Bəzisini (suda) qərq etdik. (Nuhun qövmü və Fironun adamları kimi). Allah onlara əsla zülm etmirdi. Lakin onlar (özləri) özlərinə zülm edirdilər. | فَكُلًّا أَخَذْنَا بِذَنْبِهِ ۖ فَمِنْهُمْ مَنْ أَرْسَلْنَا عَلَيْهِ حَاصِبًا وَمِنْهُمْ مَنْ أَخَذَتْهُ الصَّيْحَةُ وَمِنْهُمْ مَنْ خَسَفْنَا بِهِ الْأَرْضَ وَمِنْهُمْ مَنْ أَغْرَقْنَا ۚ وَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ |
| 41 | Məsəlul ləzinət təxəzu min dunillahi əvliyaə kəməsəlil ənkəbutit təxəzət bəytən və innə əvhənəl buyuti ləbəytul ənkəbuti ləv kanu yə`ləmun | Allahdan başqa (və Onun müqabilində) özlərinə hami və yardımçı qəbul edən kəslər (etimad etdikləri şeyin süstlüyü və mənfəətsizliyi baxımından) özünə yuva qurmuş hörümçəyə bənzərlər. Şübhəsiz, evlərin ən zəifi hörümçək yuvasıdır. Kaş biləydilər. | مَثَلُ الَّذِينَ اتَّخَذُوا مِنْ دُونِ اللَّهِ أَوْلِيَاءَ كَمَثَلِ الْعَنْكَبُوتِ اتَّخَذَتْ بَيْتًا ۖ وَإِنَّ أَوْهَنَ الْبُيُوتِ لَبَيْتُ الْعَنْكَبُوتِ ۖ لَوْ كَانُوا يَعْلَمُونَ |
| 42 | İnnəllahə yə`ləmu ma yəd`unə min dunihi min şəy`in və huvəl əzizul həkim | Şübhəsiz, Allah onların Allahı qoyub nəyə ibadət etdiklərini hər nə olursa-olsun (həqiqətini) bilir (ki, Allahın müqabilində təsirsiz və cansızlardan başqa bir şey deyillər). O, yenilməz qüdrət və hikmət sahibidir. | إِنَّ اللَّهَ يَعْلَمُ مَا يَدْعُونَ مِنْ دُونِهِ مِنْ شَيْءٍ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ |
| 43 | Və tilkəl əmsalu nəzribha lin nasi və ma yə`qiluha illəl alimun | Və (Biz) belə məsələləri insanlar üçün çəkirik. Lakin onları alimlərdən başqa heç kim anlamır (və dərinliyinə, həqiqətinə varmır). | وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ ۖ وَمَا يَعْقِلُهَا إِلَّا الْعَالِمُونَ |
| 44 | Xələqəllahu səmavati vəl ərzə bil həqqi innə fi zalikə ləəyatən lil mu`minun | Allah göyləri və yeri haqq olaraq (uca, üstün və əqli bir məqsəd naminə) yaratdı; şübhəsiz, bunda (yaradılışda) möminlər üçün (Onun tovhidinə, calalına və camalına dair) bir nişanə vardır. | خَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِلْمُؤْمِنِينَ |
| 45 | Utlu ma uhiyə iləykə minəl kitabi və əqimis səlatə innəs səlatə tənha ənil fəhşai vəl munkəri vələzikrullahi əkbəru vəllahu yə`ləmu ma təsnəun | Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir. Əlbəttə, insanın Allahı yad etməsi və Allahın insanı yad etməsi daha böyükdür. Allah nə etdiyinizi bilir. | اتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلَاةَ ۖ إِنَّ الصَّلَاةَ تَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ ۗ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ ۗ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ |
| 46 | Və la tucadilu əhləl kitabi illa billəti hiyə əhsənu illəlləzinə zələmu minhum və qulu amənna billəzi unzilə iləyna və unzilə iləykum və ilahuna və ilahukum vahidun və nəhnu ləhu muslimun | Və kitab əhli ilə (yəhudilər və xristianların) zülm edənləri (təkəbbürlü olanlar, inadkarlar və haqqı qəbul etməyənlər) istisna olmaqla, yalnız ən gözəl bir tərzdə (təhqirsiz, hədəsiz, kobud davranmadan) mücadilə və mübahisə edin. Deyin: «Biz özümüzə nazil olana və sizə nazil olana iman gətirmişik və bizim də Allahımız və sizin də Allahınız birdir və biz Ona təslim olanlarıq». | وَلَا تُجَادِلُوا أَهْلَ الْكِتَابِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ إِلَّا الَّذِينَ ظَلَمُوا مِنْهُمْ ۖ وَقُولُوا آمَنَّا بِالَّذِي أُنْزِلَ إِلَيْنَا وَأُنْزِلَ إِلَيْكُمْ وَإِلَٰهُنَا وَإِلَٰهُكُمْ وَاحِدٌ وَنَحْنُ لَهُ مُسْلِمُونَ |
| 47 | Və kəzalikə ənzəlna iləykəl kitabə fəlləzinə atəynahumul kitabə yu`minunə bihi və min haulai mən yu`minu bihi və ma yəchədu biayatina illəl kafirun | (Keçmiş peyğəmbərlərə necə kitab nazil etmişdiksə) bu kitabı da sənə belə nazil etdik. Beləliklə kitab verdiyimiz kəslər (öz kitablarına diqqət yetirmək və etiqad bəsləməklə) bu kitaba iman gətirirlər. Bunlardan (müşriklərdən də) bəzisi iman gətirir. Bizim ayələrimizi (inadkar) kafirlərdən başqa (heç kəs) inkar etmir. | وَكَذَٰلِكَ أَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ ۚ فَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يُؤْمِنُونَ بِهِ ۖ وَمِنْ هَٰؤُلَاءِ مَنْ يُؤْمِنُ بِهِ ۚ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الْكَافِرُونَ |
| 48 | Və ma kuntə tətlu min qəblihi min kitabin və la təxuttuhu biyəminikə izən lərtabəl mubtilun | Sən bu Qurandan öncə heç bir yazı və kitab oxumurdun. Və öz əlinlə heç bir yazı yazmırdın. Əgər belə olmasaydı, onda batilə uyanlar (sənin peyğəmbərliyinə) şəkk edərdilər. | وَمَا كُنْتَ تَتْلُو مِنْ قَبْلِهِ مِنْ كِتَابٍ وَلَا تَخُطُّهُ بِيَمِينِكَ ۖ إِذًا لَارْتَابَ الْمُبْطِلُونَ |
| 49 | Bəl huvə ayatun bəyyinatun fi sudurilləzinə utul ilmə və ma yəchədu biayatina illəz zalimun | Xeyr, bu Quran (İlahi) elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi zalımlardan başqa (heç kəs) inkar etmir. | بَلْ هُوَ آيَاتٌ بَيِّنَاتٌ فِي صُدُورِ الَّذِينَ أُوتُوا الْعِلْمَ ۚ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الظَّالِمُونَ |
| 50 | Və qalu ləv la unzilə ələyhi ayatun min rəbbihi qul innəməl ayatu indəllahi və innəma ənə nəzirun mubin | (Kafirlər) dedilər: «Bəs nə üçün ona (Salehin dişi dəvəsi, Musanın əsası və İsanın maidəsi kimi möcüzəli) nişanələr (möcüzələr) nazil olmur?» De: «O ayələr yalnız Allahın ixtiyarındadır və mən isə yalnız açıq-aşkar qorxudan bir peyğəmbərəm». | وَقَالُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَاتٌ مِنْ رَبِّهِ ۖ قُلْ إِنَّمَا الْآيَاتُ عِنْدَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُبِينٌ |
| 51 | Əvələm yəkfihim ənna ənzəlna ələykəl kitabə yutla ələyhim innə fi zalikə lərəhmətən və zikra liqəvmin yu`minun | Məgər daim oxunmaqda olan bu kitabı sənə nazil etməyimiz (sənə möcüzə nazil olması məsələsində) onlara kifayət etmədimi,? (Və onlar Quranın müxtəlif yöndən möcüzələrini görürlər?) Həqiqətən, bu kitabda iman gətirən tayfa üçün rəhmət və öyüd – nəsihət vardır! | أَوَلَمْ يَكْفِهِمْ أَنَّا أَنْزَلْنَا عَلَيْكَ الْكِتَابَ يُتْلَىٰ عَلَيْهِمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَرَحْمَةً وَذِكْرَىٰ لِقَوْمٍ يُؤْمِنُونَ |
| 52 | Qul kəfa billahi bəyni və bəynəkum şəhidən yə`ləmu ma fis səmavati vəl ərzi vəlləzinə amənu bil batili və kəfəru billahi ulaikə humul xasirun | De: «Allahın mənimlə sizin aranızda şahid olması kifayət edər; O, göylərdə və yerdə olanı bilir. O kəslər ki, batilə (Allahdan başqa ibadət olunan hər bir şeyə) iman gətirib Allaha küfr etmişlər, onlar ziyankarlardır». | قُلْ كَفَىٰ بِاللَّهِ بَيْنِي وَبَيْنَكُمْ شَهِيدًا ۖ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَالَّذِينَ آمَنُوا بِالْبَاطِلِ وَكَفَرُوا بِاللَّهِ أُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ |
| 53 | Vəyəstə`cilunəkə bil əzabi və ləvla əcəlun musəmmən ləcaəhumul əzabu vələyə`tiyənnəhum bəğtətən vəhum la yəş`urun | Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər (Allahın Lövhi – Məhfuzda onlar üçün yazmış olduğu) müəyyən bir müddət olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. Əlbəttə, onların əzabları qəfildən – onlar qafil olduqları halda yetişəcəkdir. | وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ ۚ وَلَوْلَا أَجَلٌ مُسَمًّى لَجَاءَهُمُ الْعَذَابُ وَلَيَأْتِيَنَّهُمْ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ |
| 54 | Yəstə`cilunəkə bil əzabi və innə cəhənnəmə ləmuhitətun bil kafirin | Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Halbuki, Cəhənnəm kafirləri əhatə edir, yaxud əhatə edəcəkdir. | يَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ |
| 55 | Yəvmə yəğşahumul əzabu min fəvqihim və min təhti ərculihim və yəqulu zuqu ma kuntum tə`məlun | O gün ki, əzab onları başları üstündən və ayaqları altından bürüyəcəkdir, deyəcəkdir: «Etdiklərinizin cəzasını (yaxud o əqidə və əməlin eynilə təcəssümünü) dadın». | يَوْمَ يَغْشَاهُمُ الْعَذَابُ مِنْ فَوْقِهِمْ وَمِنْ تَحْتِ أَرْجُلِهِمْ وَيَقُولُ ذُوقُوا مَا كُنْتُمْ تَعْمَلُونَ |
| 56 | Ya ibadiyəlləzinə amənu ənnə ərzi vasiətun fəiyyayə fə`budun | Ey mənim iman gətirən bəndələrim, şübhəsiz, Mənim yerim genişdir. Odur ki, (əgər hər hansı bir mühitdə dini əqidənizi qorumağa, yaxud onun əməllərini, hökmlərini həyata keçirməyə qadir deyilsinizsə, başqa bir yerə gedin və) yalnız Mənə ibadət edin. | يَا عِبَادِيَ الَّذِينَ آمَنُوا إِنَّ أَرْضِي وَاسِعَةٌ فَإِيَّايَ فَاعْبُدُونِ |
| 57 | Kullu nəfsin zaiqətul məvti summə iləyna turcəun | Hər bir canlı ölümü dadacaqdır. Sonra isə Bizim hüzurumuza (Bizim Bərzəx aləmimizə, Bizim qiyamət səhnəmizə, Bizim Cənnətimizə və Cəhənnəmimizə) qaytarılacaqsınız! | كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۖ ثُمَّ إِلَيْنَا تُرْجَعُونَ |
| 58 | Vəlləzinə amənu və əmilus salihati lənubəvviənnəhum minəl cənnəti ğurəfən təcri min təhtihəl ənharu xalidinə fiha ni`mə əcrul amilin | İman gətirən və saleh işlər görən kəsləri, şübhəsiz altından çaylar axan Cənnət otaqlarında əbədi olaraq yerləşdirəcəyik. (Yaxşı) mükafat necə də gözəldir! | وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُبَوِّئَنَّهُمْ مِنَ الْجَنَّةِ غُرَفًا تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ نِعْمَ أَجْرُ الْعَامِلِينَ |
| 59 | Əlləzin səbəru və əla rəbbihim yətəvəkkəlun | O kəsləri ki, (həm camaat qarşısında vəzifələrini, həm də öz ilahi vəzifələrini yerinə yetirməkdə) səbr etdilər və daim öz Rəbbinə təvəkkül etdilər. | الَّذِينَ صَبَرُوا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ |
| 60 | Və kəəyyin min dabbətin la təhmilu rizqəhəllahu yərzuquha və iyyakum və huvəs səmiul əlim | Bir çox canlılar var ki, öz ruzilərini əldə edə bilmirlər (quruda və suda yaşayan heyvanların bir çoxu kimi). Onlara da, sizə də ruzini Allah verir. O, eşidən və biləndir. | وَكَأَيِّنْ مِنْ دَابَّةٍ لَا تَحْمِلُ رِزْقَهَا اللَّهُ يَرْزُقُهَا وَإِيَّاكُمْ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ |
| 61 | Vələin səəltəhum mən xələqəs səmavati vəl ərzə və səxxərəş şəmsə vəl qəmərə ləyəqulunnəllahə fəənna yu`fəkun | (Ya Peyğəmbər!) əgər onlardan (Məkkə müşriklərindən) soruşsan ki; «Göyləri və yeri kim yaratmış və günəşi, ayı kim ram etmişdir?» Mütləq deyəcəklər: «Allah» (Çünki, onlar bütləri xaliq və aləmlərin idarə edəni deyil, yalnız Rəbbin dərgahında, onun nəzəri altında olan şəfaət edən, dərgaha yaxın olan tanrılar bilirdilər). Bəs belə isə (Haqdan) necə və haraya döndərilirlər? | وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ لَيَقُولُنَّ اللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ |
| 62 | Əllahu yəbsutur rizqə limən yəşau min ibadihi və yəqdiru ləhu innəllahə bikulli şəy`in əlim | Allah bəndələrindən istədiyi hər bir kəsin ruzisini artırar da, azaldar da. Həqiqətən, Allah hər şeyi biləndir. | اللَّهُ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ مِنْ عِبَادِهِ وَيَقْدِرُ لَهُ ۚ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ |
| 63 | Vələin səəltəhum mən nəzzələ minəs səmai maən fəəhya bihil ərzə min bə`di məvtiha ləyəqulunnəllahu qulil həmdu lillahi bəl əksəruhum la yə`qulun | Və əgər onlardan: «Göydən (yağış, qar və dolu şəklində) su nazil edib, bunun vasitəsilə yeri ölümündən sonra (bitkilər, ağaclar bitirməklə) dirildən kimdir?» – deyə soruşsan, mütləq deyəcəklər: «Allah». De: «Həmd yalnız Ona məxsusdur. Lakin onların çoxu (dərindən) düşünmür». | وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ نَزَّلَ مِنَ السَّمَاءِ مَاءً فَأَحْيَا بِهِ الْأَرْضَ مِنْ بَعْدِ مَوْتِهَا لَيَقُولُنَّ اللَّهُ ۚ قُلِ الْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ |
| 64 | Və ma hazihil həyatud dunya illa ləhvun və ləibun və innəd darəl axirətə ləhiyəl həyəvanu ləv kanu yə`ləmun | Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, Axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər! | وَمَا هَٰذِهِ الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَهْوٌ وَلَعِبٌ ۚ وَإِنَّ الدَّارَ الْآخِرَةَ لَهِيَ الْحَيَوَانُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ |
| 65 | Fəiza rəkibu fil fulki dəəvullahu muxlisinə ləhud dunya fələmma nəccahum iləl bərri iza hum yuşrikun | Gəmiyə minən (və qərq olmaq təhlükəsi ilə üzləşən) zaman dini yalnız Allaha məxsus edib Ona dua edərlər. (İbadət etdikləri bütləri unudarlar. Allah) onları quruya çıxarıb, xilas edən kimi dərhal ona şərik qoşarlar. | فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ |
| 66 | Liyəkfuru bima atəynahum və liyətəməttəu fəsəvfə yə`ləmun | Qoy onlar verdiklərimizə (nicat nemətinə) nankorluq etsinlər və (dünya ləzzətlərindən) bəhrələnsinlər, (əməllərinin nəticələrini) tezliklə biləcəklər. | لِيَكْفُرُوا بِمَا آتَيْنَاهُمْ وَلِيَتَمَتَّعُوا ۖ فَسَوْفَ يَعْلَمُونَ |
| 67 | Əvələm yərəv inna cəəlna hərəmən aminən və yutəxəttəfun nasu min həvlihim əfəbil batili yu`minunə və bini`mətillahi yəkfurun | Məgər görmədilərmi ki, Biz (dünya əhalisinə) əmin-amanlıq olan bir hərəm (yer) etdik, halbuki (əmin-amanlığın olmaması üzündən) onların ətrafında insanlar oğurlanırdı? Belə isə, (indi) məgər batiləmi iman gətirirlər, Allahın nemətinimi (din və kitabı) inkar edirlər?! | أَوَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا حَرَمًا آمِنًا وَيُتَخَطَّفُ النَّاسُ مِنْ حَوْلِهِمْ ۚ أَفَبِالْبَاطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَةِ اللَّهِ يَكْفُرُونَ |
| 68 | Və mən əzləmu mimməniftəra ələllahi kəzibən əv kəzzəbə bil həqqi ləmma caəhu ələysə fi cəhənnəmə məsvən lil kafirin | Allaha qarşı yalan uydurandan (Allah bütləri özünə şərik, şəfaət edən qərar vermişdir deyən kəsdən), yaxud haqq (Peyğəmbərin nübuvvəti və kitabı) ona yetişdikdə təkzib edəndən də daha zalım kimdir?! Məgər Cəhənnəmdə kafirlər üçün qalacaq yer yoxdur? | وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِالْحَقِّ لَمَّا جَاءَهُ ۚ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِلْكَافِرِينَ |
| 69 | Vəlləzinə cahədu fina lənəhdiyənnəhum subuləna və innəllahə ləməəl muhsinin | Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir. | وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا ۚ وَإِنَّ اللَّهَ لَمَعَ الْمُحْسِنِينَ |
