Zilzal surəsi

Print Friendly, PDF & Email

Zilzal (Zəlzələ) surəsinin fəziləti
Peyğəmbərin belə buyurduğu nəql olunur: “Hər kəs bu surəni dörd dəfə oxusa, elə bil, bütün Quranı oxumuşdur”.

AyəTranskripsiyaTərcüməƏrəbcə
Bismillahir rəhmanir rəhimBağışlayan və mehriban Allahın adı iləبسم الله الرحمن الرحيم
1İza zulzilətil ərzu zilzaləha Yer özünə məxsus (yaradılışın tarixində yalnız bircə dəfə baş verəcək) bir titrəyişlə titrədiyi zaman, إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا
2Və əxrəcətil ərzu əsqaləha Yer öz qiymətli yüklərini və çox dəyərli mallarını (ölüləri, mədənləri və xəzinələri) çıxarıb atacağı zaman وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا
3Və qaləl insanu ma ləha Və (onun köksündən çıxan) insan (təəccüb və dəhşətlə): «Buna, nə olub?!»- deyəcəyi zaman وَقَالَ الْإِنسَانُ مَا لَهَا
4Yəvməizin tuhəddisu əxbarəha Məhz o gün yer öz xəbərlərini açıb söyləyər. (Köksündəkiləri çıxarıb atmağı onun elə danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar). يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا
5Biənnə rəbbəkə əvha ləha Ona görə ki, sənin Rəbbin ona vəhy etmişdir. بِأَنَّ رَبَّكَ أَوْحَى لَهَا
6Yəvməizin yəsdurun nasu əştatən liyurəv ə`maləhum O gün insanlar əməllərinin (haqq-hesabının) özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb (haqq-hesab səhnəsinə tərəf) gələrlər və əməlləri(nin qarşılığı, ya eyni ilə təcəssümü) onlara göstərilsin deyə (haqq-hesab mərkəzindən öz əbədi məskənlərinə doğru) çıxarlar. يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِّيُرَوْا أَعْمَالَهُمْ
7Fəmən yə`məl misqalə zərrətin xəyrən yərəh Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ
8Və mən yə`məl misqalə zərrətin şərrən yərəh Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir.وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ

Читайте также: