Ziyarətnamə: İmam Rzanın (ə) bacısı Xanım Məsumənin (s) Qum şəhərində ziyarəti
Məsumə (ə) adı ilə tanınan İmam Musa ibn Cəfərin (ə) qızı Xanım Fatimənin (s.ə) pak qəbri müqəddəs Qum şəhərində yerləşir. O, Qum əhalisinin gözünün nuru və insanların pənah yeridir. Hər il milyonlarla insan yaxın və uzaq şəhərlərdən, ölkələrdən səfər çətinliklərinə qatlaşıb bu xanımı ziyarət edirlər.
Xanım Məsumənin (s) fəziləti və cəlaləti barədə nəql olunan saysız hədislərdən yalnız bir neçəsini sizin nəzərinizə çatdırırıq:
1) Şeyx Səduq və İbn Qavləvəyh (mötəbər sənədlə) nəql edirlər ki, Səd ibn Səd dedi: “Mən İmam Əli ibn Musa Rzadan (ə) İmam Musa ibn Cəfərin (ə) qızı Xanım Fatimə (s) barəsində soruşdum. İmam Rza (ə) buyurdu: “Hər kim onu ziyarət etsə, Cənnət onun olacaqdır.”[1]
2) İmam Cavad (ə) buyurub: “Hər kim mənim Qumdakı bibimi ziyarət etsə, Cənnət onun olacaqdır.”[2]
3) Hüseyn ibn Muhəmməd Qummi “Qumun tarixi” kitabında İmam Sadiqin (ə) bu hədisini qeyd edib: “Allah üçün bir hərəm vardır və o hərəm Məkkədir. Rəsulallah (s) üçün bir hərəm vardır və o hərəm Mədinədir. Əmirəl-möminin (ə) üçün bir hərəm vardır və o hərəm Kufədir. Bizim (Əhlibeyt) üçün bir hərəm vardır və o da Qumdur. Tezliklə mənim övladlarımdan Fatimə adlı bir xanım orada dəfn olunacaqdır. Hər kim onu ziyarət etsə, Cənnət ona vacib olar.”
Ravi deyir: İmam Sadiq (ə) bu hədisi bəyan edərkən onun zövcəsi hələ Musa ibn Cəfərə (ə) (yəni Xanım Məsumənin (s) atasına) hamilə deyildi.[3]
Söz yox ki, bu müqəddəs şəxsiyyətin haqqını tanımaq hədislərdə sözügedən fəzilətlərə nail olmaq üçün əsas şərtdir. Bu mətləbə bəzi hədislərdə toxunulmuşdur.[4]
Bu xanımın qəbrinin baş tərəfində dayanıb, 34 dəfə “Allahu əkbər”, 33 dəfə “Subhanəllah” və 33 dəfə “Əlhəmdulillah” zikrlərini dedikdən sonra bu ziyarətnaməni oxu:
Xanım Məsumə (ə) ziyarəti
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu əla Adəmə sifvətillah, | Salam olsun Allahın seçdiyi Adəmə! | السَّلامُ عَلَى آدَمَ صِفْوَةِ اللَّهِ |
| əssəlamu əla Nuhin nəbiyyillah, | Salam olsun Allahın peyğəmbəri Nuha! | السَّلامُ عَلَى نُوحٍ نَبِيِّ اللَّهِ |
| əssəlamu əla İbrahimə xəlilillah, | Salam olsun Allahın dostu İbrahimə! | السَّلامُ عَلَى إِبْرَاهِيمَ خَلِيلِ اللَّهِ |
| əssəlamu əla Musa kəlimillah, | Salam olsun Allahın həmsöhbəti Musaya! | السَّلامُ عَلَى مُوسَى كَلِيمِ اللَّهِ |
| əssəlamu əla İsa ruhillah, | Salam olsun Allahın ruhu İsaya! | السَّلامُ عَلَى عِيسَى رُوحِ اللَّهِ |
| əssəlamu ələykə ya rəsuləllah, | Salam olsun sənə, ey Allahın Rəsulu! | السَّلامُ عَلَيْكَ يَا رَسُولَ اللَّهِ |
| əssəlamu ələykə ya xəyrə xəlqillah, | Salam olsun sənə, ey Allahın yaratdıqlarının ən yaxşısı! | السَّلامُ عَلَيْكَ يَا خَيْرَ خَلْقِ اللَّهِ |
| əssəlamu ələykə ya səfiyyəllah, | Salam olsun sənə, ey Allahın seçilmişi (xas bəndəsi)! | السَّلامُ عَلَيْكَ يَا صَفِيَّ اللَّهِ |
| əssəlamu ələykə ya Muhəmmədəbnə Əbdillahi xatəmən nəbiyyin, | Salam olsun sənə, ey peyğəmbərlərin sonuncusu Abdullahın oğlu Muhəmməd (s)! | السَّلامُ عَلَيْكَ يَا مُحَمَّدَ بْنَ عَبْدِ اللَّهِ خَاتَمَ النَّبِيِّينَ |
| əssəlamu ələykə ya əmirəl mu`mininə Əliyyəbnə Əbi Talibin vəsiyyə rəsulillah, | Salam olsun sənə, ey Allahın Rəsulunun canişini Əbu Talibin oğlu Əmirəlmöminin Əli! | السَّلامُ عَلَيْكَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ وَصِيَّ رَسُولِ اللَّهِ |
| əssəlamu ələyki ya Fatimətu səyyidətə nisail aləmin, | Salam olsun sənə, ey aləmlərin qadınlarının sərvəri Fatimə! | السَّلامُ عَلَيْكِ يَا فَاطِمَةُ سَيِّدَةَ نِسَاءِ الْعَالَمِينَ |
| əssəlamu ələykuma ya sibtəy nəbiyyir rəhməh, və səyyidəy şəbabi əhlil cənnəh, | Salam olsun sizə, ey rəhmət Peyğəmbərinin nəvələri və cənnət əhlinin cavanlarının sərvərləri! | السَّلامُ عَلَيْكُمَا يَا سِبْطَيْ نَبِيِّ الرَّحْمَةِ وَ سَيِّدَيْ شَبَابِ أَهْلِ الْجَنَّةِ |
| əssəlamu ələykə ya Əliyyəbnəl Husəyni səyyidəl abidinə və qurrətə əynin nazirin, | Salam olsun sənə, ey abidlərin sərvəri və bəsirət əhlinin gözünün işığı Hüseynin oğlu Əli! | السَّلامُ عَلَيْكَ يَا عَلِيَّ بْنَ الْحُسَيْنِ سَيِّدَ الْعَابِدِينَ وَ قُرَّةَ عَيْنِ النَّاظِرِينَ |
| əssəlamu ələykə ya Muhəmmədəbnə Əliyyin Baqirəl ilmi bə`dən nəbiyy, | Salam olsun sənə, ey Peyğəmbərdən sonra elmin sirlərini açan Əlinin oğlu Muhəmməd Baqir! | السَّلامُ عَلَيْكَ يَا مُحَمَّدَ بْنَ عَلِيٍّ بَاقِرَ الْعِلْمِ بَعْدَ النَّبِيِّ |
| əssəlamu ələykə ya Cə`fərəbnə Muhəmmədinis Sadiqəl barrəl əmin, | Salam olsun sənə, ey sadiq, xeyirxah və əmanətdar Muhəmmədin oğlu Cəfər Sadiq! | السَّلامُ عَلَيْكَ يَا جَعْفَرَ بْنَ مُحَمَّدٍ الصَّادِقَ الْبَارَّ الْأَمِينَ |
| əssəlamu ələykə ya Musəbnə Cə`fərinit tahirət tuhr, | Salam olsun sənə, ey pak və pakizə Cəfərin oğlu Musa Kazim! | السَّلامُ عَلَيْكَ يَا مُوسَى بْنَ جَعْفَرٍ الطَّاهِرَ الطُّهْرَ |
| əssəlamu ələykə ya Əliyyəbnə Musər Rizəl murtəza, | Salam olsun sənə, ey təslim və riza məqamına sahib Musanın oğlu Əli Rza! | السَّلامُ عَلَيْكَ يَا عَلِيَّ بْنَ مُوسَى الرِّضَا الْمُرْتَضَى |
| əssəlamu ələykə ya Muhəmmədəbnə Əliyyinit Təqiyy, | Salam olsun sənə, ey Əlinin oğlu Muhəmməd Təqi (təqvalı)! | السَّلامُ عَلَيْكَ يَا مُحَمَّدَ بْنَ عَلِيٍّ التَّقِيَّ |
| əssəlamu ələykə ya Əliyyəbnə Muhəmmədinin nəqiyyən nasihəl əmin, | Salam olsun sənə, ey nəsihətçi və əmanətdar Muhəmmədin oğlu Əli Nəqi (pak-pakizə)! | السَّلامُ عَلَيْكَ يَا عَلِيَّ بْنَ مُحَمَّدٍ النَّقِيَّ النَّاصِحَ الْأَمِينَ |
| əssəlamu ələykə ya Həsənəbnə Əliyy, | Salam olsun sənə, ey Əlinin oğlu Həsən! | السَّلامُ عَلَيْكَ يَا حَسَنَ بْنَ عَلِيٍّ |
| əssəlamu ələl vəsiyyi min bə`dih, | Salam olsun ondan sonrakı canişinə! | السَّلامُ عَلَى الْوَصِيِّ مِنْ بَعْدِهِ |
| Əllahummə salli əla nurikə və siracikə və vəliyyi vəliyyikə və vəsiyyi vəsiyyikə və huccətikə əla xəlqik, | İlahi, Öz nurun, çırağın, nümayəndənin nümayəndəsi, canişininin canişini və məxluqatın üzərindəki höccətinə salam yetir! | اللَّهُمَّ صَلِّ عَلَى نُورِكَ وَ سِرَاجِكَ وَ وَلِيِّ وَلِيِّكَ وَ وَصِيِّ وَصِيِّكَ وَ حُجَّتِكَ عَلَى خَلْقِكَ |
| əssəlamu ələyki ya bintə rəsulillah, | Salam olsun sənə, ey Allahın Rəsulunun qızı! | السَّلامُ عَلَيْكِ يَا بِنْتَ رَسُولِ اللَّهِ |
| əssəlamu ələyki ya bintə Fatimətə və Xədicəh, | Salam olsun sənə, ey Fatimə və Xədicənin qızı! | السَّلامُ عَلَيْكِ يَا بِنْتَ فَاطِمَةَ وَ خَدِيجَةَ |
| əssəlamu ələyki ya bintə əmiril mu`minin, | Salam olsun sənə, ey Əmirəlmömininin qızı! | السَّلامُ عَلَيْكِ يَا بِنْتَ أَمِيرِ الْمُؤْمِنِينَ |
| əssəlamu ələyki ya bintəl Həsəni vəl Husəyn, | Salam olsun sənə, ey Həsən və Hüseynin qızı! | السَّلامُ عَلَيْكِ يَا بِنْتَ الْحَسَنِ وَ الْحُسَيْنِ |
| əssəlamu ələyki ya bintə vəliyyillah, | Salam olsun sənə, ey Allahın nümayəndəsinin qızı! | السَّلامُ عَلَيْكِ يَا بِنْتَ وَلِيِّ اللَّهِ |
| əssəlamu ələyki ya uxtə vəliyyillah, | Salam olsun sənə, ey Allahın nümayəndəsinin bacısı! | السَّلامُ عَلَيْكِ يَا أُخْتَ وَلِيِّ اللَّهِ |
| əssəlamu ələyki ya əmmətə vəliyyillah, | Salam olsun sənə, ey Allahın nümayəndəsinin bibisi! | السَّلامُ عَلَيْكِ يَا عَمَّةَ وَلِيِّ اللَّهِ |
| əssəlamu ələyki ya bintə Musəbni Cə`fərin | Salam olsun sənə, ey Musa ibn Cəfərin qızı! | السَّلامُ عَلَيْكِ يَا بِنْتَ مُوسَى بْنِ جَعْفَرٍ |
| və rəhmətullahi və bərəkatuh, | Allahın rəhmət və bərəkətləri olsun sənə! | وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
| əssəlamu ələyki ərrəfəl lahu bəynəna və bəynəkum fil cənnəh, | Salam olsun sənə! Allah bizimlə sizin aranızda behiştdə tanışlıq yaratsın, | السَّلامُ عَلَيْكِ عَرَّفَ اللَّهُ بَيْنَنَا وَ بَيْنَكُمْ فِي الْجَنَّةِ |
| və həşərəna fi zumrətikum və əvrədəna həvzə nəbiyyikum, | bizi sizin zümrənizdə məhşur etsin, bizi sizin Peyğəmbərinizin hovuzuna daxil etsin, | وَ حَشَرَنَا فِي زُمْرَتِكُمْ وَ أَوْرَدَنَا حَوْضَ نَبِيِّكُمْ |
| və səqana bikə`si cəddikum min yədi Əliyyibni Əbi Talibin | babanızın camı və Əbu Talibin oğlu Əlinin əli ilə sirab etsin. | وَ سَقَانَا بِكَأْسِ جَدِّكُمْ مِنْ يَدِ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ |
| sələvatullahi ələykum, | Allahın salamı olsun sizə! | صَلَوَاتُ اللَّهِ عَلَيْكُمْ |
| Əs`əlullahə ən yuriyəna fikumus sururə vəl fərəc, | Allahdan istəyirəm ki, sizin fərəc və sevincinizi (imam Zamanın zühuru ilə) bizə göstərsin, | أَسْأَلُ اللَّهَ أَنْ يُرِيَنَا فِيكُمُ السُّرُورَ وَ الْفَرَجَ |
| və ən yəcməəna və iyyakum fi zumrəti cəddikum Muhəmmədin salləllahu ələyhi və alih, və ənla yəslubəna mə`rifətəkum | bizi və sizi babanız Muhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) zümrəsində cəm etsin və sizin mərifətinizi bizdən almasın. | وَ أَنْ يَجْمَعَنَا وَ إِيَّاكُمْ فِي زُمْرَةِ جَدِّكُمْ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ أَنْ لا يَسْلُبَنَا مَعْرِفَتَكُمْ |
| innəhu vəliyyun qədir, | Həqiqətən, O, ixtiyar sahibi və qüdrətlidir! | اِنَّهُ وَلِيٌّ قَدِيرٌ |
| ətəqərrəbu iləllahi bihubbikum vəl bəraəti min ə`daikum, vət təslimi iləllahi raziyən bihi ğəyrə munkirin və la mustəkbir, və əla yəqini ma əta bihi Muhəmməd, və bihi razin nətlubu bizalikə vəchəkə ya səyyidi, | Mən Allaha sizə məhəbbət bəsləmək, düşmənlərinizə nifrət etmək və Ona təslim olmaqla, Ondan razı qalıb heç nəyi inkar etmədən, heç vaxt təkəbbür göstərmədən həzrət Muhəmmədin gətirdiklərinə yəqin edib ondan razı qalmaqla Allahın dərgahına yaxınlaşıram. Bunları sənə yaxınlaşmaq üçün edirəm, ey sərvərim! | أَتَقَرَّبُ إِلَى اللَّهِ بِحُبِّكُمْ وَ الْبَرَاءَةِ مِنْ أَعْدَائِكُمْ وَ التَّسْلِيمِ إِلَى اللَّهِ رَاضِيا بِهِ غَيْرَ مُنْكِرٍ وَ لا مُسْتَكْبِرٍ وَ عَلَى يَقِينِ مَا أَتَى بِهِ مُحَمَّدٌ وَ بِهِ رَاضٍ نَطْلُبُ بِذَلِكَ وَجْهَكَ يَا سَيِّدِي |
| Əllahummə və rizakə vəd darəl axirəh, | İlahi, razılığını və axirət evini istəyirəm! | اللَّهُمَّ وَ رِضَاكَ وَ الدَّارَ الْآخِرَةِ |
| ya Fatimətuşfəi li fil cənnəti | Ey Fatimə, mənə behiştə daxil olmaqda şəfaətçi ol! | يَا فَاطِمَةُ اشْفَعِي لِي فِي الْجَنَّةِ |
| fəinnə ləkə indəllahi şə`nən minəş şə`n, | Həqiqətən, sənin Allah dərgahında böyük məqamın var. | فَاِنَّ لَكِ عِنْدَ اللَّهِ شَأْنا مِنَ الشَّأْنِ |
| Əllahummə inni əs`əlukə ən təxtimə li bis səadəti fəla təslub minni ma ənə fih, | İlahi, Səndən istəyirəm ki, mənim aqibətimi səadətlə xətm edəsən və hal-hazırda etiqad bəslədiyim imanı məndən almayasan! | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ أَنْ تَخْتِمَ لِي بِالسَّعَادَةِ فَلا تَسْلُبْ مِنِّي مَا أَنَا فِيهِ |
| və la həvlə və la quvvətə illa billahil əliyyil əzim, | Uca və böyük Allahdan başqa heç bir güc və qüdrət yoxdur. | وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ |
| Əllahumməstəcib ləna və təqəbbəlhu bikərəmikə və izzətikə və birəhmətikə və afiyətik, | İlahi, kərəmin, izzətin, rəhmətin və afiyətinə xatir bizim duamızı qəbul və rəva et. | اللَّهُمَّ اسْتَجِبْ لَنَا وَ تَقَبَّلْهُ بِكَرَمِكَ وَ عِزَّتِكَ وَ بِرَحْمَتِكَ وَ عَافِيَتِكَ |
| və salləllahu əla Muhəmmədin və alihi əcməin və səlləmə təslimən | Allahın qəni-qəni salamı olsun Muhəmməd və onun Əhlibeytinə – onların hamısına! | وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ أَجْمَعِينَ وَ سَلَّمَ تَسْلِيما |
| ya ərhəmər rahimin. | Ey mehribanların ən mehribanı! | يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Mənbələr:
[1] Şeyx Səduq — Uyuni əxbarur-Rza, c 2, səh 267,
İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 106, səh 324, hədis 1
[2] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 106, hədis 2
[3] Qumun tarixi, İran çapı 1353-cü il, səh 215,
Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 267
[4] Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 266, hədis 4
