Dua: «Səhifəyi Səccadiyyə» kitabının 20-ci duası — «Məkarimul əxlaq» duası
Bu dua, adından göründüyü kimi, bəyənilməz cəhətlərin aradan getməsi, eyni zamanda gözəl cəhətlərin yaranması və Allahın razılığına səbəb olan yolda hərəkət üçün Allaha yalvarışdır. İmam Səccad (ə) dua dili ilə bir çox pis cəhətləri və günahları sadalamış, bu yolla onlardan çəkiniməyi bir daha yada salmışdır. Habelə, gözəl əxlaqi cəhətəri saymış və onlara sahib olmağı Allahdan istəmişdir ki, beləcə, möminlər bu cəhətləri əldə etmək üçün səy göstərsinlər. Bu dua dəyərli “Səhifəyi Səccadiyyə” kitabının 20-ci duasıdır.
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə salli əla Muhəmmədin və alih, və bəlliğ bi imani əkmələl iman, vəc`əl yəqini əfzələl yəqin, vəntəhi biniyyəti ila əhsənin niyyat, və bi əməli ila əhsənil ə`mal, Əllahummə vəffir bi lutfikə niyyəti və səhhih bima indəkə yəqini, vəstəslih bi qudrətikə ma fəsədə minni, Əllahummə salli əla Muhəmmədin və alih, vəkfini ma yəşğəlunil ihtimamu bih, vəstə`milni bima təs`əluni ğədən ənh, vəstəfriğ əyyami fima xələqtəni ləh, və əğnini və əvsi` ələyyə fi rizqik, və la təftinni bin nəzəri və əizzəni və la təbtəliyənni bil kibr, və əbbidni ləkə və la tufsid ibadəti bil ucb, və əcir lin nasi əla yədəyyəl xəyrə və la təmhəqhu bil mənn, və həb li məaliyəl əxlaqi və`simni minəl fəxr, Əllahummə salli əla Muhəmmədin və alih, və la tərfə`ni fin nasi dərəcətən illa hətəttəni ində nəfsi misləha, və la tuhdis li izzən zahirən illa əhdəstə li zillətun batinətən ində nəfsi bi qədəriha, Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, və mətti`ni bihudən salihin la əstəbdilu bih, və təriqəti həqqin la əziğu ənha, və niyyəti ruşdin la əşukku fiha, və əmmirni ma kanə umri bizlətən fi taətik, fə iza kanə umri mərtəən liş şəytani fəqbizni iləykə qəblə ən yəsbiqə məqtukə iləyy, əv yəstəhkimə ğəzəbukə ələyy, Əllahummə la tədə` xəslətən tuabu minni illa əsləhtəha, və la aibətən uənnəbu biha illa həssəntəha, və la ukrumətən fiyyə naqisətən illa ətməmtəha, Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, və əbdilni min biğzəti əhliş şənanil məhəbbəh, və min həsədi əhlil bəğyil məvəddəh, və min zinnəti əhlis səlahis siqəh, və min ədavətil ədnəynəl vilayətə və min uquqi zəvil ərhamil məbərrəh, və min xizlanil əqrəbinən nusrəh, və min hubbil mudarinə təshihəl miqəh, və min rəddil mulabisinə kərəməl işrəti və min mərarəti xəvfiz zaliminə həlavətəl əmənəh, Əllahummə salli əla Muhəmmədin və alih, vəc`əl li yədən əla mən zələməni və lisanən əla mən xasəməni, və zəfərən bimən anədəni, və həb li məkrən əla mən kayədəni, və qudrətən əla məniztəhədəni, və təkzibən limən qəsəbəni, və səlamətən mimmən təvə`ədəni, və vəffiqni litaəti mən səddədəni, və mutabəəti mən ərşədəni, Əllahummə salli əla Muhəmmədin və alih, və səddidni liən uarizə mən ğəşşəni bin nushi və əcziyə mən həcərəni bil birr, və usibə mən hərəməni bil bəzl, və ukafiyə mən qətəəni bis siləh, və uxalifə məniğtabəni ila husniz zikr, və ən əşkurəl həsənətə və uğziyə ənis səyyiəh, Əllahummə salli əla Muhəmmədin və alih, və həllini bihilyətis salihin, və əlbisni zinətəl muttəqinə fi bəstil ədli və uəzmil ğəyzi və itfain nairəh, və zəmmi əhlil furqəti və islahi zatil bəyni və ifşail arifəh, və sitril aibəti və linil ərikəti və xəfzil cənahi və husnis sirəh, və sukunir rihi və tibil muxaləqəti vəs səbqi iləl fəziləh, və isarit təfəzzuli və tərkit tə`yiri vəl ifzali əla ğəyril mustəhiq, vəl qəvli bil həqqi və in əzz, vəstiqlalil xəyri və in kəsur, min qəvli və fi`li vəstiksariş şərri və in qəll, min qəvli və fi`li, və əkmil zalikə li bidəvamit taəti və luzumil cəmaəti və rəfzi əhlil bidəi və mustə`milir rə`yil muxtərə`, Əllahummə salli əla Muhəmmədin və alih, vəc`əl əvsəə rizqikə ələyyə iza kəbirt, və əqva quvvətikə fiyyə iza nəsibtu və la təbtəliyənni bil kəsəli ən ibadətik, və ləl əma ən səbilikə və la bittəərruzi lixilafi məhəbbətik, və la mucaməəti mən təfərrəqə ənk, və la mufariqətə mənictəməə iləyk, Əllahumməc`əlni əsulu bikə indəz zərurəh, və əs`əlukə indəl hacəti və ətəzərrəu iləykə indəl məskənəh, və la təftinni bil istianəti biğəyrikə izəzturirt, və la bil xuzui lisuali ğəyrikə izəftəqərt, və la bit təzərrui ila mən dunəkə iza rəhibt, fə əstəhiqqə bizalikə xizlanəkə və mən`əkə və i`razək, ya ərhəmər rahimin, Əllahumməc`əl ma yulqiş şəytanu fi rui minət təmənni vət təzənni vəl həsəd, zikrən li əzəmətikə və təfəkkurən fi qudrətikə və tədbirən əla əduvvik, və ma əcra əla lisani min ləfzəti fuhşin əv hucrin əv şətmi irzin əv şəhadəti batil, əviğtiyabi mu`minin ğaibin əv səbbin hazir, və ma əşbəhə zalikə nutqən bil həmdi ləkə və iğraqən fis sənai ələyk, və zəhabən fi təmcidikə və şukrən li ni`mətikə və`tirafən bi ihsanikə və ihsanən li minənik, Əllahummə salli əla Muhəmmədin və alih, və la uzləmənnə və əntə mutiqun lid dəf`i ənni, və la əzlimənnə və əntəl qadiru ələl qəbzi minni, və la əzillənnə və qəd əmkənətkə hidayəti, və la əftəqirənnə və min indikə vus`i, və la ətğəyənnə və min indikə vucdi, Əllahummə ila məğfirətikə vəfədtu və ila əfvikə qəsədt, və ila təcavuzikəştəqtu və bifəzlikə vəsiqt, və ləysə indi ma yucibu li məğfirətək, və la fi əməli ma əstəhiqqu bihi əfvək, və ma li bə`də ən həkəmtu əla nəfsi illa fəzluk, fəsalli əla Muhəmmədin və alihi və təfəzzəl ələyy, Əllahummə və əntiqni bil huda və əlhimnit təqva və vəffiqni lilləti hiyə əzka vəstə`milni bima huvə ərza, Əllahumməsluk biyət təriqətəl musla, vəc`əlni əla millətikə əmutu və əhya, Əllahummə salli əla Muhəmmədin və alih, və mətti`ni bil iqtisadi vəc`əlni min əhlis sədad, və min ədillətir rəşadi və min salihil ibad, vərzuqni fəvzəl məadi və səlamətəl mirsad, Əllahummə xuz linəfsikə min nəfsi ma yuxəllisuha, və əbqi linəfsi min nəfsi ma yuslihuha, fə innə nəfsi halikətun əv tə`siməha, Əllahummə əntə uddəti in həzintu və əntə muntəcəi in hurimt, və bikəstiğasəti in kərist, və indəkə mimma fatə xələfun və lima fəsədə səlah, və fima ənkərtə təğyir, fəmnun ələyyə qəbləl bəlai bil afiyəh, və qəblət tələbi bil cidəti və qəbləz zəlali bir rəşad, vəkfini məunətə məərrətil ibad, və həb li əmnə yəvmil məad, vəmnihni husnəl irşad, Əllahummə salli əla Muhəmmədin və alih, vədrə` ənni bilutfikə vəğzuni bini`mətik, və əslihni bikərəmikə və davini bisun`ik, və əzilləni fi zərakə və cəllilni rizak, və vəffiqni izəştəkələt ələyyəl umuru liəhdaha, və iza təşabəhətil ə`malu liəzkaha, və iza tənaqəzətil miləlu liərzaha, Əllahummə salli əla Muhəmmədin və alih, və təvvicni bil kifayəti və sumni husnəl vilayəh, və həb li sidqəl hidayəti və la təftinni bis səəti vəmnihni husnəd dəəh, və la təc`əl əyşi kəddən kədda, və la təruddə duai ələyyə rədda, fəinni la əc`əlu ləkə ziddən və la əd`u məəkə nidda, Əllahummə salli əla Muhəmmmədin və alih, vəmnə`ni minəs sərəfi və həssin rizqi minət tələf, və vəffir mələkəti bil bərəkəti fihi və əsib bi səbiləl hidayəti lil birri fima unfiqu minh, Əllahummə salli əla Muhəmmədin və alih, vəkfini məunətəl iktisabi vərzuqni min ğəyrihtisab, fəla əştəğilə ən ibadətikə bit tələb, və la əhtəmilə isrə təbiatil məksəb, Əllahummə fə ətlibni bi qudrətikə ma ətlubu və əcirni bi izzətikə mimma ərhəb, Əllahummə salli əla Muhəmmədin və alih, və sun vəchi bil yəsari və la təbtəzil cahi bil iqtar, fəstərziqə əhlə rizqikə və əstə`tiyə şirarə xəlqik, fə əftətinə bihəmdi mən ə`tani, və ubtəla bizəmmi mən mənəəni və əntə min dunihim vəliyyul i`tai vəl mən, Əllahummə salli əla Muhəmmədin və alih, vərzuqni sihhətən fi ibadətin və fərağən fi zəhadətin və ilmən fisti`malin və vərəən fi icmal, Əllahumməxtim biəfvikə əcəli, və həqqiq fi rəcai rəhmətikə əməli, və səhhil ila buluği rizakə subuli və həssin fi cəmii əhvali əməli, Əllahummə salli əla Muhəmmədin və alih, və nəbbihni lizikrikə fi əvqatil ğəfləh, vəstə`milni bi taətikə fi əyyamil muhləh, vənhəc li ila məhəbbətikə səbilən səhlətən əkmil li biha xəyrəd dunya vəl axirəh, Əllahummə salli əla Muhəmmədin və alih, kə əfzəli ma səlləytə əla əhədin min xəlqikə qəbləh, və əntə musallin əla əhədin bə`dəh, və atina fid dunya həsənətən və fil axirəti həsənəh, və qini birəhmətikə əzabən nar. | İlahi! Muhəmməd və onun Əhlibeytinə salam yetir və imanın ən kamil mərtəbəsini mənə mərhəmət buyur. Mənim yəqinimi ən üstün yəqinə çevir, niyyətimi ən gözəl niyyətlərlə və əməlimi ən yaxşı əməllərlə tamamla. İlahi! Öz lütfünlə niyyətimi üstün et, Öz dərgahında olanlar vasitəsilə yəqinimi həqiqi yəqinlərdən qərar ver (yəqinimi şəkkə aludə olmağa qoyma) və Öz qüdrətinlə keçmişdə korladıqlarımı islah buyur. İlahi! Muhəmməd və onun Əhlibeytinə salam yetir və qəlbimi məşğul edənləri yolumdan götür ki, qəlbim yalnız Səni düşünsün. Məni sabah – qiyamətdə barəsində sual edəcəyin vəzifələrimi yerinə yetirməkdə müvəffəq et və günlərimi yaranışımda qoyduğun məqsədlərə sərf olunmaqla doldur. Məni dünya malı ilə varlı et, ruzini mənim üçün artır, məni faydasız düşüncələr fitnəsinə atma, məni (xalqın yanında) əziz et və təkəbbürə düçar etmə. Sənə ibadət etmək üçün mənə müvəffəqiyyət əta et, ibadətimi xudbinliyimlə puç etmə, xalqın yaxşı işlərini (xalqa xidməti) mənim əlimlə gör, xidmətimi minnət qoymağımla məhv etmə, mənə gözəl əxlaq əta et və məni qürrələnməkdən qoru. İlahi! Muhəmməd və onun Əhlibeytinə salam yetir, məni başqalarının gözündə nə qədər ucaltsan, öz gözümdə bir o qədər kiçilt və mənə zahirdə nə qədər izzət versən də, öz batinimdə bir o qədər zəlil et. İlahi! Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, məni doğru yoldan bəhrələndir ki, onu başqa bir şeylə dəyişməyim (həmişə bu yolda sabitqədəm olum). Məni haqq yoldan faydalandır ki, (bir daha) ondan dönməyim. Məni elə bir xeyir niyyətdən faydalandır ki, onda şəkkə düşməyim, ömrümü Sənə itaət yolunda sərf etdiyim vaxta qədər mənə ömür ver və ömrüm şeytan otlağına çevrildiyi zaman qəzəbinə tuş gəlməmiş və yaxud qəzəbinə qəti olaraq düçar olmamışdan öncə canımı al! İlahi! Məzəmmətimə səbəb olacaq hər bir sifəti məndən uzaqlaşdır və islah et. Danlanmağıma səbəb olacaq hər bir eybi yaxşı xasiyyətə çevir və məndə olan bütün naqis fəzilətləri kamilləşdir! İlahi! Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, müxaliflər və mənə qarşı kin saxlayanların düşmənçiliyini dostluğa və paxıllıqdan həddi aşıb mənə zülm edənlərin həsədini səmimiyyətə çevir. Saleh insanların mənə qarşı bədgümanlığını etimadla, yaxınlarımın ədavətini məhəbbətlə, yaxın qohumlarımın pisliyini yaxşılıqla əvəz et, onların məni köməksiz qoymasını köməyə və mülayim insanların mənə qarşı zahiri dostluğunu həqiqi dostluğa çevir. Mənimlə əlaqə saxlayıb, təkliflərimi rədd edən şəxslərin rəftarını böyüklüklə əvəz et və zalımlardan qorxu acılığını asudəlik şirnisinə çevir. İlahi! Muhəmməd və onun Əhlibeytinə salam yetir və mənə zülm edən şəxslərin zülmü qarşısında (müqavimət üçün) qüdrət əta et. Mənə elə bir dil ver ki, düşmənlərimin tənəsi və sözlərinə cavab verə bilim, məni mənimlə düşmənçilik edənlərə qalib et və hiyləgərin məkr və hiyləsinin təsirinə düşməmək üçün mənə kömək et. Məni məhv etmək istəyənlərə qarşı müqavimət və mənə nalayiq sözlər deyənləri təkzib etmək üçün qüdrət ver. Məni hədələyənlərin hədəsi müqabilində mənə əmin-amanlıq bəxş et, mənə kömək edən və yol göstərən şəxslərə itaət üçün müvəffəqiyyət ver. İlahi! Muhəmməd və onun Əhlibeytinə salam yetir, mənə xəyanət edənlərin cavabını xeyirxahlıqla qaytarmaq, məni tərk edənlərə yaxşı mükafat vermək və məhrum edənlərə bəxşiş etmək, mənimlə əlaqəsini qıranlarla rabitə yaratmaq, qeybətimi qıranları yaxşı adla xatırlayıb onlardan təşəkkür etmək və pisliklərinə göz yummaq üçün qədəmlərimi möhkəmlət. İlahi! Muhəmməd və onun Əhlibeytinə salam yetir və məni saleh bəndlərin zinəti ilə bəzə. Təqvalıların haqq-ədaləti genişləndirmək, qəzəblərini udmaq, fitnələrə son qoymaq, ayrılıqları biliyə çevirmək, insanlar arasında barışıq yaratmaq, yaxşı işləri aşkar edib pislikləri gizlətmək, gülərüzlülük, təvazökarlıq, yaxşı rəftar, təkəbbürsüzlük, xoşəxlaqlılıq, fəzilətlərə doğru can atmaq, yaxşı işlərdə fədakarlıq, camaatı qınamamaq, hər əl açana bəxşiş etmək, öz zərərlərinə olsa da haqq söz demək, söz (zikr) və (yaxşı) əməlləri çox olsa da, yaxşılıqlarını az bilmək, (pis) söz və əməlləri az olsa da, pisliklərini çox bilmək kimi zinətlərini mənə də əta et. Bütün bunları daimi itaət, haqq əhli ilə yoldaşlıq etmək, bidət əhlini və öz saxta nəzərlərini tətbiq edənləri tərk etməyimlə kamilləşdir. İlahi! Muhəmməd və onun Əhlibeytinə salam yetir, qocaldığım zaman ruzini mənim üçün artır və əldən düşdüyüm zaman Öz qüvvətinlə mənə qüvvət ver. Məni ibadətdə tənbəlliyə düçar etmə, yolundan azdırma, Sənin məhəbbətinlə müxalif olanlara yaxınlaşdırma, Səndən ayrılanlarla yoldaş etmə və Səninlə yoldaş olanlardan ayırma. İlahi! Məni çarəsizlik zamanı yalnız Sənə üz tutmağa, hacət zamanı yalnız Səndən diləməyə və yoxsulluq zamanı yalnız Sənin dərgahında ah-nalə etməyimə müvəffəq et. Çarəsiz olduğum zaman Səndən başqasından kömək istəmək və qorxduğum zaman Səndən başqasının qapısında ah-nalə etməklə məni imtahan etmə, yoxsa, bu işlər məni Sənin dərgahında xar edər və Sənin lütf və mərhəmətindən uzaqlaşdırar, ey mehribanların ən mehribanı! İlahi! Şeytanın qəlbimə saldığı arzu, bədgümanlıq və paxıllığı Sənin böyüklüyünü xatırlamaq, qüdrətin haqda düşünmək və düşmənini məhv etmək üçün tədbirlə əvəz et. Dilimə cari etdiyi söyüş, boş və yersiz sözlər, camaatın abır-həyasını aparmaq, nahaq yerə şəhadət vermək, qaib olan möminin qeybətini qırmaq, yaxud hazır olan mömini söymək və bu kimi dil günahlarını Sənə həmd və hədsiz tərif, böyüklüyünü yad etmək, nemətlərinə şükür və ehsanlarını etiraf etmək, bəxşişlərini sayıb-hesablamaqla dəyişdir. İlahi! Muhəmməd və onun Əhlibeytinə salam yetir, mənə zülm olunmağın qarşısını al, bir halda ki, Sən onu məndən dəf etməyə qadirsən. Həmçinin məni başqasına zülm və haqsızlıq etməyə qoyma, bir halda ki, Sən mənim zülm və haqsızlığımın qarşısını almağa qadirsən. Mənim zəlalətə yuvarlanmağıma mane ol, bir halda ki, Sən məni doğru yola yönəltməyə qadirsən. Məni möhtac olmağa qoyma, bir halda ki, geniş ruzi Sənin tərəfindəndir. Mənim tüğyanımın qarşısını al, bir halda ki, mənim bütün varlığım (sərvətim) Səndəndir. İlahi! Sənin məğfirətinə doğru üz tutdum, əfvini qəsd etdim, güzəştinə müştaq oldum, lütf və mərhəmətinə etimad etdim. Mən Sənin məğfirətinə səbəb olan və əfvini qazanan bir əmələ sahib deyiləm. Özümü məhkum etdikdən sonra Sənin lütf və mərhəmətindən başqa, mənə nicat yolu yoxdur. Elə isə Muhəmməd və onun Əhlibeytinə salam yetir və məni lütf və mərhəmətinə şamil et. İlahi! Dilimi hidayətə aç, mənə təqva və pəhrizkarlıq ilham et, məni gözəl və pak əməllərə müvəffəq və qüvvəmi razılığına səbəb olanlara sərf et. İlahi! Məni gözəl yola yönəlt, Öz dinində öldür və dirilt. İlahi! Muhəmməd və onun Əhlibeytinə salam yetir, məni iqtisad və mötədilliklə bəhrələndir, doğru yolda olanlar, hidayət yolunu göstərənlər və saleh bəndələr sırasına qat, qiyamət günü nicat ver və onun dolanbacından sağ-salamat keçir. İlahi! Mənim nəfsimdən onun nicat və xilasına səbəb olanları Özün üçün götür (məhv et) və saleh olanları isə mənim nəfsim üçün saxla. Çünki Sən qoruyub-saxlamasan, mənim nəfsim öz-özlüyündə həlakətə məhkumdur. İlahi! Kədərləndiyim zaman ehtiyatım və (hər yerdən) ümidim üzüldüyü zaman nemət və azuqə yerim Sənsən. Möhnət və çətinliyə düşdüyüm zaman, yalnız Sənə yalvarıb-yaxarıram. Əldən çıxanların əvəzi Sənin yanında, fasid olanların islahı və bəyənmədiklərinin dəyişilməsi Sənin ixtiyarındadır. Elə isə, (ey Rəbbim,) bəla və müsibətdən qabaq mənə afiyət və sağlamlıq verməklə, istəməkdən qabaq ehtiyacsız etməklə, zəlalətdən qabaq doğru yola yönəltməklə minnət qoy. Bəndələrin əzab-əziyyətinin ağrı-acısında mənə yetərli ol, qiyamət günü mənə əmin-amanlıq bağışla və gözəl hidayətini mənə şamil et. İlahi! Muhəmməd və onun Əhlibeytinə salam yetir, Öz lütfünlə məni müdafiə et, nemətinlə qidalandır, böyüklüyünlə islah et, qüdrətinlə xəstəliyimi aradan qaldır, məni Öz lütf və mərhəmətinin sayəsində yerləşdir və razılıq xələtini əynimə geyindir. Bəzən işlər mənə çətinlik yaratdıqda məni doğru işə, əməllər bir-birinə oxşadıqda pak əmələ, xalqlar arasında ixtilaf baş qaldırdıqda bəyənilən yola müvəffəq et. İlahi! Muhəmməd və onun Əhlibeytinə salam yetir, başıma kifayət və ləyaqət tacı qoy və adımı yaxşı dostluqla tanıtdır. Məni hidayət və doğru yola yönəlt, geniş ruzi və sərvətlə sınaqdan keçirmə. Mənə xoş həyat əta et, həyatımda ağır çətinliklərə düçar etmə və duamı geri qaytarma. Çünki Sənə şərik qoşmadım və kimisə Sənə tay bilmədim. İlahi! Muhəmməd və onun Əhlibeytinə salam yetir, mənim israfçılığıma mane ol, ruzimi tələf olmaqdan qoru, sərvətimi bərəkət vasitəsilə artır və sərvətimdən xeyir işlərə xərc etmək üçün məni doğru yola hidayət et. İlahi! Muhəmməd və onun Əhlibeytinə salam yetir, ruzi qazanmaq üçün mənə yetərli ol və mənə saysız-hesabsız ruzi əta et ki, ruzi qazanmaqla Sənə ibadətdən yayınmayım və kəsb-qazancın ağır məsuliyyətlərinə yüklənməyim. İlahi! Qüdrətinlə məni istəyimə yetir və izzətinlə məni qorxduğumdan qoru. İlahi! Muhəmməd və onun Əhlibeytinə salam yetir, mənə geniş sərvət verməklə abır-həyamı qoru və yoxsulluqla şəxsiyyət və mövqeyimi etibardan salma, yoxsa, Sənin ruzindən istifadə edənlərdən ruzi diləyərəm, şər insanlara əl açaram və nəticədə, mənə yardım edəni tərifləməyə və əsirgəyəni pisləməyə mübtəla olaram. Halbuki bəxşiş etmə və əsirgəmə onlara yox, Sənə məxsusdur! Muhəmməd və onun Əhlibeytinə salam yetir, ibadətlə yanaşı sağlamlıq və təqva ilə yanaşı rahatlığı mənə ruzi et. Mənə daim əməllə yanaşı olan elm, ifrata varmayan təqva və pəhrizkarlıq əta et! İlahi! Ölüm zamanı mənə əfvini nəsib et, Sənin rəhmətinə ümidvarlıq arzumu həyata keçir, Sənin razılığına çatdıran yolların dolamasını mənim üçün aradan qaldır və bütün hallarda əməlimi xeyirli et! İlahi! Muhəmməd və onun Əhlibeytinə salam yetir, məni qəflət və unutqanlıq zamanı öz zikrinlə oyat, ömrümün qalan hissəsində məni öz itaətinə yönəlt, məhəbbətinə çatmaq üçün mənə asan və sadə yol hazırla ki, Öz məhəbbətinlə dünya və axirət xeyrini mənim üçün tamamlayasan. İlahi! Muhəmməd və onun Əhlibeytinə salam yetir, onlara varlıq aləmində əvvəldən axıra Öz yaratdıqlarından birinə göndərdiyin ən üstün salamı göndər, bizə dünya və axirətdə yaxşılıq əta buyur və Öz rəhmət və mehribanlığınla məni cəhənnəm əzabından qoru! | اَللَّـهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِهِ، وَبَلِّغْ بِايمَاني اَكْمَلَ الاْيمَانِ، وَاجْعَلْ يَقيني اَفْضَلَ الْيَقينِ، وَانْتَهِ بِنِيَّتي اِلَى اَحْسَنِ النِّيَّاتِ، وَبِعَمَلي اِلَى اَحْسَنِ الاَعْمَالِ، اَللَّـهُمَّ وَفِّرْ بِلُطْفِكَ نِيَّتي، وَصَحِّحْ بِمَا عِنْدَكَ يَقيني، وَاسْتَصْلِحْ بِقُدْرَتِكَ مَا فَسَدَ مِنّي، اَللَّـهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِهِ، وَاكْفِني مَا يَشْغَلُنِي الاْهْتِـمَامُ بِهِ، وَاسْتَعْمِلْني بِمَا تَسْئَلُني غَداً عَنْه وَاسْتَفْرِغْ اَيَّامي فيـمَا خَلَقْتَني لَهُ، وَاَغْنِني وَاَوْسِعْ عَلَيَّ في رِزْقِكَ، وَلا تَفْتِنّي بِالنَّظَرِ، وَاَعِزَّني وَلا تَبْتَلِيَنّي بِالْكِبْرِ، وَعَبِّدْني لَكَ، وَلا تُفْسِدْ عِبَادَتي بِالْعُجْبِ، وَاَجْرِ لِلنَّاسِ عَلَى يَدَيَّ الْخَيْرَ وَلا تَمْحَقْهُ بِالْمَنِّ، وَهَبْ لي مَعَالِيَ الاَخْلاقِ، وَاعْصِمْني مِنَ الْفَخْرِ، اَللَّـهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِهِ، وَلا تَرْفَعْني فِي النَّاسِ دَرَجَـةً اِلاََّ حَطَطْتَنـي عِنْـدَ نَفْسي مِثْلَهَا، وَلا تُحْدِثْ لي عِزّاً ظـَاهِراً اِلاََّ اَحَدَثْتَ لي ذِلَّةً بَاطِنَةً عِنْدَ نَفْسي بِقَدَرِهَا اَللَّـهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، وَمَتِّعْني بِهُديً صَالِحٍ لا اَسْتَبْدِلُ بِهِ، وَطَريقَةِ حَقٍّ لا اَزيغُ عَنْهَا، وَنِيَّةِ رُشْدٍ لا اَشُكُّ فيهَا، وَعَمِّرْني مَا كَانَ عُمْري بِذْلَةً في طـَاعَتِكَ، فَاِذَاكَانَ عُمْري مَرْتَعاً لِلشَّيْطـَانِ فَاقْبِضْني اِلَيْكَ، قَبْلَ اَنْ يَسْبِقَ مَقْتُكَ اِلَيَّ، اَوْ يَسْتَحْكِمَ غَضَبُكَ عَلَيَّ، اَللَّـهُمَّ لا تَدَعْ خَصْلَةً تُعَابُ مِنّي اِلاََّ اَصْلَحْتَهَا، وَلا عَائِبَةً اُؤَنَّبُ بِهَا اِلاََّ حَسَّنْتَهَا وَلا اُكْرُومَةً فِيَّ نَاقِصَةً اِلاَّ اَتْمَمْتَهَا، اَللَّـهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، وَاَبْدِلْني مِنْ بِغْضَةِ اَهْلِ الشَّنَـَانِ الْمَحَبَّةَ وَ مِنْ حَسَدِ أَهْلِ الْبَغْيِ الْمَوَدَّةَ وَ مِنْ ظِنَّةِ أَهْلِ الصَّلاَحِ الثِّقَةَ وَ مِنْ عَدَاوَةِ الْأَدْنَيْنَ الْوَلاَيَةَ وَ مِنْ عُقُوقِ ذَوِي الْأَرْحَامِ الْمَبَرَّةَ وَ مِنْ خِذْلاَنِ الْأَقْرَبِينَ النُّصْرَةَ وَ مِنْ حُبِّ الْمُدَارِينَ تَصْحِيحَ الْمِقَةِ وَ مِنْ رَدِّ الْمُلاَبِسِينَ كَرَمَ الْعِشْرَةِ وَ مِنْ مَرَارَةِ خَوْفِ الظَّالِمِينَ حَلاَوَةَ الْأَمَنَةِ اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ اجْعَلْ لِي يَداً عَلَى مَنْ ظَلَمَنِي وَ لِسَاناً عَلَى مَنْ خَاصَمَنِي وَ ظَفَراً بِمَنْ عَانَدَنِي وَ هَبْ لِي مَكْراً عَلَى مَنْ كَايَدَنِي وَ قُدْرَةً عَلَى مَنِ اضْطَهَدَنِي وَ تَكْذِيباً لِمَنْ قَصَبَنِي وَ سَلاَمَةً مِمَّنْ تَوَعَّدَنِي وَ وَفِّقْنِي لِطَاعَةِ مَنْ سَدَّدَنِي وَ مُتَابَعَةِ مَنْ أَرْشَدَنِي اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ سَدِّدْنِي لِأَنْ أُعَارِضَ مَنْ غَشَّنِي بِالنُّصْحِ وَ أَجْزِيَ مَنْ هَجَرَنِي بِالْبِرِّ وَ أُثِيبَ مَنْ حَرَمَنِي بِالْبَذْلِ وَ أُكَافِيَ مَنْ قَطَعَنِي بِالصِّلَةِ وَ أُخَالِفَ مَنِ اغْتَابَنِي إِلَى حُسْنِ الذِّكْرِ وَ أَنْ أَشْكُرَ الْحَسَنَةَ وَ أُغْضِيَ عَنِ السَّيِّئَةِ اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ حَلِّنِي بِحِلْيَةِ الصَّالِحِينَ وَ أَلْبِسْنِي زِينَةَ الْمُتَّقِينَ فِي بَسْطِ الْعَدْلِ وَ كَظْمِ الغَيْظِ وَ إِطْفَاءِ النَّائِرَةِ وَ ضَمِّ أَهْلِ الْفُرْقَةِ وَ إِصْلاَحِ ذَاتِ الْبَيْنِ وَ إِفْشَاءِ الْعَارِفَةِ وَ سَتْرِ الْعَائِبَةِ وَ لِينِ الْعَرِيكَةِ وَ خَفْضِ الْجَنَاحِ وَ حُسْنِ السِّيرَةِ وَ سُكُونِ الرِّيحِ وَ طِيبِ الْمُخَالَقَةِ وَ السَّبْقِ إِلَى الْفَضِيلَةِ وَ إِيثَارِ التَّفَضُّلِ وَ تَرْكِ التَّعْيِيرِ وَ الْإِفْضَالِ عَلَى غَيْرِ الْمُسْتَحِقِ وَ الْقَوْلِ بِالْحَقِّ وَ إِنْ عَزَّ وَ اسْتِقْلاَلِ الْخَيْرِ وَ إِنْ كَثُرَ مِنْ قَوْلِي وَ فِعْلِي وَ اسْتِكْثَارِ الشَّرِّ وَ إِنْ قَلَّ مِنْ قَوْلِي وَ فِعْلِي وَ أَكْمِلْ ذَلِكَ لِي بِدَوَامِ الطَّاعَةِ وَ لُزُومِ الْجَمَاعَةِ وَ رَفْضِ أَهْلِ الْبِدَعِ وَ مُسْتَعْمِلِ الرَّأْيِ الْمُخْتَرَعِ اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ اجْعَلْ أَوْسَعَ رِزْقِكَ عَلَيَّ إِذَا كَبِرْتُ وَ أَقْوَى قُوَّتِكَ فِيَّ إِذَا نَصِبْتُ وَ لاَ تَبْتَلِيَنِّي بِالْكَسَلِ عَنْ عِبَادَتِكَ وَ لاَ الْعَمَى عَنْ سَبِيلِكَ وَ لاَ بِالتَّعَرُّضِ لِخِلاَفِ مَحَبَّتِكَ وَ لاَ مُجَامَعَةِ مَنْ تَفَرَّقَ عَنْكَ وَ لاَ مُفَارَقَةِ مَنِ اجْتَمَعَ إِلَيْكَ اَللَّهُمَّ اجْعَلْنِي أَصُولُ بِكَ عِنْدَ الضَّرُورَةِ وَ أَسْاَلُكَ عِنْدَ الْحَاجَةِ وَ أَتَضَرَّعُ إِلَيْكَ عِنْدَ الْمَسْكَنَةِ وَ لاَ تَفْتِنِّي بِالاِسْتِعَانَةِ بِغَيْرِكَ إِذَا اضْطُرِرْتُ وَ لاَ بِالْخُضُوعِ لِسُؤَالِ غَيْرِكَ إِذَا افْتَقَرْتُ وَ لاَ بِالتَّضَرُّعِ إِلَى مَنْ دُونَكَ إِذَا رَهِبْتُ فَأَسْتَحِقَّ بِذَلِكَ خِذْلاَنَكَ وَ مَنْعَكَ وَ إِعْرَاضَكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ اَللَّهُمَّ اجْعَلْ مَا يُلْقِي الشَّيْطَانُ فِي رُوعِي مِنَ التَّمَنِّي وَ التَّظَنِّي وَ الْحَسَدِ ذِكْراً لِعَظَمَتِكَ وَ تَفَكُّراً فِي قُدْرَتِكَ وَ تَدْبِيراً عَلَى عَدُوِّكَ وَ مَا أَجْرَى عَلَى لِسَانِي مِنْ لَفْظَةِ فُحْشٍ أَوْ هُجْرٍ أَوْ شَتْمِ عِرْضٍ أَوْ شَهَادَةِ بَاطِلٍ أَوِ اغْتِيَابِ مُؤْمِنٍ غَائِبٍ أَوْ سَبِّ حَاضِرٍ وَ مَا أَشْبَهَ ذَلِكَ نُطْقاً بِالْحَمْدِ لَكَ وَ إِغْرَاقاً فِي الثَّنَاءِ عَلَيْكَ وَ ذَهَاباً فِي تَمْجِيدِكَ وَ شُكْراً لِنِعْمَتِكَ وَ اعْتِرَافاً بِإِحْسَانِكَ وَ إِحْصَاءً لِمِنَنِكَ اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ لاَ أُظْلَمَنَّ وَ أَنْتَ مُطِيقٌ لِلدَّفْعِ عَنِّي وَ لاَ أَظْلِمَنَّ وَ أَنْتَ الْقَادِرُ عَلَى الْقَبْضِ مِنِّي وَ لاَ أَضِلَّنَّ وَ قَدْ أَمْكَنَتْكَ هِدَايَتِي وَ لاَ أَفْتَقِرَنَّ وَ مِنْ عِنْدِكَ وُسْعِي وَ لاَ أَطْغَيَنَّ وَ مِنْ عِنْدِكَ وُجْدِي اَللَّهُمَّ إِلَى مَغْفِرَتِكَ وَفَدْتُ وَ إِلَى عَفْوِكَ قَصَدْتُ وَ إِلَى تَجَاوُزِكَ اشْتَقْتُ وَ بِفَضْلِكَ وَثِقْتُ وَ لَيْسَ عِنْدِي مَا يُوجِبُ لِي مَغْفِرَتَكَ وَ لاَ فِي عَمَلِي مَا أَسْتَحِقُّ بِهِ عَفْوَكَ وَ مَا لِي بَعْدَ أَنْ حَكَمْتُ عَلَى نَفْسِي إِلاَّ فَضْلُكَ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ تَفَضَّلْ عَلَيَّ اَللَّهُمَّ وَ أَنْطِقْنِي بِالْهُدَى وَ أَلْهِمْنِي التَّقْوَى وَ وَفِّقْنِي لِلَّتِي هِيَ أَزْكَى وَ اسْتَعْمِلْنِي بِمَا هُوَ أَرْضَى اَللَّهُمَّ اسْلُكْ بِيَ الطَّرِيقَةَ الْمُثْلَى وَ اجْعَلْنِي عَلَى مِلَّتِكَ أَمُوتُ وَ أَحْيَا اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ مَتِّعْنِي بِالاِقْتِصَادِ وَ اجْعَلْنِي مِنْ أَهْلِ السَّدَادِ وَ مِنْ أَدِلَّةِ الرَّشَادِ وَ مِنْ صَالِحِ الْعِبَادِ وَ ارْزُقْنِي فَوْزَ الْمَعَادِ وَ سلاَمَةَ الْمِرْصَادِ اَللَّهُمَّ خُذْ لِنَفْسِكَ مِنْ نَفْسِي مَا يُخَلِّصُهَا وَ أَبْقِ لِنَفْسِي مِنْ نَفْسِي مَا يُصْلِحُهَا فَاِنَّ نَفْسِي هَالِكَةٌ أَوْ تَعْصِمَهَا اَللَّهُمَّ أَنْتَ عُدَّتِي إِنْ حَزِنْتُ وَ أَنْتَ مُنْتَجَعِي إِنْ حُرِمْتُ وَ بِكَ اسْتِغَاثَتِي إِنْ كَرِثْتُ وَ عِنْدَكَ مِمَّا فَاتَ خَلَفٌ وَ لِمَا فَسَدَ صَلاَحٌ وَ فِيمَا أَنْكَرْتَ تَغْيِيرٌ فَامْنُنْ عَلَيَّ قَبْلَ الْبَلاَءِ بِالْعَافِيَةِ وَ قَبْلَ الْطَّلَبِ بِالْجِدَةِ وَ قَبْلَ الضَّلاَلِ بِالرَّشَادِ وَ اكْفِنِي مَئُونَةَ مَعَرَّةِ الْعِبَادِ وَ هَبْ لِي أَمْنَ يَوْمِ الْمَعَادِ وَ امْنِحْنِي حُسْنَ الْإِرْشَادِ اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ ادْرَأْ عَنِّي بِلُطْفِكَ وَ اغْذُنِي بِنِعْمَتِكَ وَ أَصْلِحْنِي بِكَرَمِكَ وَ دَاوِنِي بِصُنْعِكَ وَ أَظِلَّنِي فِي ذَرَاكَ وَ جَلِّلْنِي رِضَاكَ وَ وَفِّقْنِي إِذَا اشْتَكَلَتْ عَلَيَّ الْأُمُورُ لِأَهْدَاهَا وَ إِذَا تَشَابَهَتِ الْأَعْمَالُ لِأَزْكَاهَا وَ إِذَا تَنَاقَضَتِ الْمِلَلُ لِأَرْضَاهَا اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ تَوِّجْنِي بِالْكِفَايَةِ وَ سُمْنِي حُسْنَ الْوِلاَيَةِ وَ هَبْ لِي صِدْقَ الْهِدَايَةِ وَ لاَ تَفْتِنِّي بِالسَّعَةِ وَ امْنِحْنِي حُسْنَ الدَّعَةِ وَ لاَ تَجْعَلْ عَيْشِي كَدّاً كَدّاً وَ لاَ تَرُدَّ دُعَائِي عَلَيَّ رَدّاً فَإِنِّي لاَ أَجْعَلُ لَكَ ضِدّاً وَ لاَ أَدْعُو مَعَكَ نِدّاً اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ امْنَعْنِي مِنَ السَّرَفِ وَ حَصِّنْ رِزْقِي مِنَ التَّلَفِ وَ وَفِّرْ مَلَكَتِي بِالْبَرَكَةِ فِيهِ وَ أَصِبْ بِي سَبِيلَ الْهِدَايَةِ لِلْبِرِّ فِيمَا أُنْفِقُ مِنْهُ اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ اكْفِنِي مَئُونَةَ الاِكْتِسَابِ وَ ارْزُقْنِي مِنْ غَيْرِ احْتِسَابٍ فَلاَ أَشْتَغِلَ عَنْ عِبَادَتِكَ بِالطَّلَبِ وَ لاَ أَحْتَمِلَ إِصْرَ تَبِعَاتِ الْمَكْسَبِ اَللَّهُمَّ فَأَطْلِبْنِي بِقُدْرَتِكَ مَا أَطْلُبُ وَ أَجِرْنِي بِعِزَّتِكَ مِمَّا أَرْهَبُ اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ صُنْ وَجْهِي بِالْيَسَارِ وَ لاَ تَبْتَذِلْ جَاهِي بِالاِقْتَارِ فَأَسْتَرْزِقَ أَهْلَ رِزْقِكَ وَ أَسْتَعْطِيَ شِرَارَ خَلْقِكَ فَأَفْتَتِنَ بِحَمْدِ مَنْ أَعْطَانِي و أُبْتَلَى بِذَمِّ مَنْ مَنَعَنِي وَ أَنْتَ مِنْ دُونِهِمْ وَلِيُّ الْإِعْطَاءِ وَ الْمَنْعِ اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ ارْزُقْنِي صِحَّةً فِي عِبَادَةٍ وَ فَرَاغاً فِي زَهَادَةٍ وَ عِلْماً فِي اسْتِعْمَالٍ وَ وَرَعاً فِي إِجْمَالٍ اَللَّهُمَّ اخْتِمْ بِعَفْوِكَ أَجَلِي وَ حَقِّقْ فِي رَجَاءِ رَحْمَتِكَ أَمَلِي وَ سَهِّلْ إِلَى بُلُوغِ رِضَاكَ سُبُلِي وَ حَسِّنْ فِي جَمِيعِ أَحْوَالِي عَمَلِي اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ نَبِّهْنِي لِذِكْرِكَ فِي أَوْقَاتِ الْغَفْلَةِ وَ اسْتَعْمِلْنِي بِطَاعَتِكَ فِي أَيَّامِ الْمُهْلَةِ وَ انْهَجْ لِي إِلَى مَحَبَّتِكَ سَبِيلاً سَهْلَةً أَكْمِلْ لِي بِهَا خَيْرَ الدُّنْيَا وَ الْآخِرَةِ اَللَّهُمَّ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ كَأَفْضَلِ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ خَلْقِكَ قَبْلَهُ وَ أَنْتَ مُصَلٍّ عَلَى أَحَدٍ بَعْدَهُ وَ آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَ فِي الْآخِرَةِ حَسَنَةً وَ قِنِي بِرَحْمَتِكَ عَذَابَ النَّارِ |
