Ziyarətnamə: İmamzadələrin ziyarəti

Print Friendly, PDF & Email

Seyid Əli ibn Tavus  “Misbahuz-zair” adlı kitabında imamzadələri ziyarət etmək üçün 2ziyarətnamə nəql etmişdir və biz də o ziyarətnamələri bu saytda nəql etməyi münasib bildik. Seyid ibn Tavus buyurubdur: “Həzrət İmam Kazimin (ə) övladı Qasim, Əmirilmöminin Əlinin (ə) övladı Abbas, Əli ibn Hüseynin (ə) Tif adlı məkanda qətlə yetirilən Abbas (ə) adlı övladı və s. bu kimi imamzadələri ziyarət etdikdə, onların məzarı üstündə bu ziyarətnaməni oxu: Birinci ziyarətnamə:

TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə əyyuhəs səyyiduz zəkiyyut tahirul vəliyyu vəd dail həfiyy, Salam olsun sənə, ey pak-pakizə sərvər, rəhbər və mehribanlığa dəvət edən! اَلسَّلامُ عَلَيْكَ اَيُّهَا السَّيِّدُ الزَّكِيُّ، الطَّاهِرُ الْوَلِيُّ، وَالدَّاعِي الْحَفِيُّ
əşhədu ənnəkə qultə həqqən və nətəqtə həqqən və sidqa, və dəəvtə ila məvlayə və məvlakə əlaniyətən və sirra, Şəhadət verirəm ki, sən haqqı dedin, haqq və doğru danışdın, insanları aşkar və gizli şəkildə mənim mövlam və öz mövlana (aləmlərin Rəbbinə) doğru dəvət etdin. اَشْهَدُ اَنَّكَ قُلْتَ حَقّاً، حَقّاً وَصِدْقاً، وَدَعَوْتَ اِلَى مَوْلايَ وَمَوْلاكَ عَلانِيَةً وَسِرّاً،
fazə muttəbiukə və nəca musəddiqukə və xabə və xəsirə mukəzzibuk, vəl mutəxəttifu ənk, Sənə itaət edən səadətə çatdı, səni təsdiqləyən nicat tapdı, səni təkzib və səninlə müxalifətçilik edən isə naümid və ziyankar oldu. فَازَ مُتَّبِعُكَ، وَنَجَى مُصَدِّقُكَ، وَخَابَ وَخَسِرَ مُكَذِّبُكَ، وَالْمُتَخَلِّفُ عَنْكَ
işhəd li bihazihiş şəhadəti liəkunə minəl faizinə bimə`rifətikə və taətikə və təsdiqikə vəttibaik, Mənim bu şəhadətimə şahid ol ki, mən də səni tanımaq, sənə itaət etmək, səni təsdiqləmək və sənə tabe olmaqla səadətə çatanların zümrəsinə qoşulum. اِشْهَدْ لي بِهاذِهِ الشَّهَادَةِ لاَِكُونَ مِنَ الْفَائِزينَ بِمَعْرِفَتِكَ وَطَاعَتِكَ، وَتَصْديقِكَ وَاتِّبَاعِكَ
əssəlamu ələykə ya səyyidi vəbnə səyyidi, Salam olsun sənə, ey mənim sərvərim və sərvərimin oğlu! وَالسَّلامُ عَلَيْكَ يَا سَيِّدي وَابْنَ سَيِّدي
əntə babullahil mu`ta minhu vəl mə`xuzu ənhuSən Allahın giriş və (dini elmlərin) əxz olunduğu qapısısan! اَنْتَ بَابُ اللهِ الْمُؤْتَى مِنْهُ، وَالْمَاْخُوذُ عَنْهُ
ətəytukə zaira, və hacati ləkə mustəvdia, və ha ənə za əstəvdiukə dini və əmanəti və xəvatimə əməli, və cəvamiə əməli ila muntəha əcəli, Sənin ziyarətinə gəlmişəm, hacətlərimi sənə həvalə edirəm, dinimi, əmanətimi, işlərimin nəticəsini və ömrümün sonuna qədər bütün arzularımı sənə tapşırıram. اَتَيْتُكَ زَائِراً، وَحَاجَاتي لَكَ مُسْتَوْدِعاً، وَهـَا أَنَا ذَا اَسْتَوْدِعُكَ ديني وَاَمَانَتي وَخَوَاتيمَ عَمَلي، وَجَوَامِعَ اَمَلي اِلَى مُنَتَهَى اَجَلي
vəs səlamu ələykə və rəhmətullahi və bərəkatuh.Salam olsun sənə! Allahın rəhmət və bərəkətləri olsun sənə!وَالـسَّلامُ عَلَيْكَ وَرَحْمَةُ اللهِ وَبَـرَكـَاتُهُ
İkinci ziyarətnamə:
TranskipsiyaTərcüməƏrəbcə
Əssəlamu əla cəddikəl Mustəfa, Salam olsun cəddin Mustafaya! اَلسَّلامُ عَلَى جَدِّكَ الْمُصْطَفَى
əssəlamu əla əbikəl Murtəzər (Riza), Salam olsun atan Mürtəzaya! اَلسَّلامُ عَلَى اَبيكَ الْمُرْتَضَي [الرِّضَا]
əssəlamu ələs səyyidəynil Həsəni vəl Husəyn, Salam olsun iki böyük ağa Həsən və Hüseynə! اَلسَّلامُ عَلَي السَّيِّدَيْنِ الْحَسَنِ وَالْحُسَيْنِ
əssəlamu əla Xədicətə ummi səyyidəti nisail aləmin, Salam olsun aləmlərin qadınlarının sərvərinin anası Xədicəyə! اَلسَّلامُ عَلَى خَديجَةَ اُمِ سَيِّدَةِ نِسَاءِ الْعَالَمينَ
əssəlamu əla Fatimətə ummil əimmətit tahirin, Salam olsun pak imamların anası Fatiməyə! اَلسَّلامُ عَلَى فَاطِمَةَ اُمِ الاَئِمَّةِ الطَّاهِرينَ
əssəlamu ələn nufusil faxirəti buhuril ulumiz zaxirəh, şufəai fil axirəti və əvliyai ində əvdir ruhi iləl izamin naxirəh, əimmətil xəlqi və vulatil həqq, Salam olsun iftixar sahiblərinə, qaynar elm dəryasına, axirətdə mənim şəfaətçilərimə, ruhun çürümüş sümüklərə qayıtdığı zaman mənim sərvərlərimə, insanların imamlarına və haqq rəhbərlərinə! اَلسَّلامُ عَلَي النُّفُوسِ الْفَاخِرَةِ، بُحُورِ الْعُلُومِ الزَّاخِرَةِ، شُفَعَائي فِي الاْخِرَةِ، وَاَوْلِيَائي عِنْدَ عَوْدِ الرُّوحِ اِلَي الْعِظـَامِ النَّاخِرَةِ، اَئِمَّةِ الْخَلْقِ، وَوُلاةِ الْحَقِّ
əssəlamu ələykə əyyuhəş şəxsuş şərifut tahirul kərim, Salam olsun sənə, ey şərafətli, pak və kəramətli insan! اَلسَّلامُ عَلَيْكَ اَيُّهَا الشَّخْصُ الشَّريفُ الطَّاهِرُ الْكَريمُ
əşhədu ən la İlahə illəllahu və ənnə Muhəmmədən əbduhu və Mustəfahu və ənnə Əliyyən vəliyyuhu və Muctəbahu və ənnəl İmamətə fi vuldihi ila yəvmid din, Şəhadət verirəm ki, həqiqətən, Allahdan başqa heç bir tanrı yoxdur, Muhəmməd Onun bəndəsi və (insanlar arasından) bəyənib-seçdiyi, Əli Onun vəlisi, seçdiyi və qiyamət gününə qədər imamət məqamı onun övladlarına məxsusdur. اَشْهَدُ اَنْ لا اِلَهَ اِلاَّ اللهُ، وَاَنَّ مُحَمَّداً عَبْدُهُ وَمُصْطَفَاهُ، وَاَنَّ عَلِيّاً وَلِيُّهُ وَمُجْتَبَاهُ، وَاَنَّ الاِْمَامَةَ في وُلْدِهِ اِلَى يَوْمِ الدّينِ
nə`ləmu zalikə ilməl yəqini və nəhnu lizalikə mu`təqidunə və fi nəsrihim muctəhidun.Biz bu mətləbə əminik, etiqad bəsləyirik və onlara yardım etmək üçün çalışırıq!نَعْلَمُ ذلِكَ عِلْمَ الْيَقينِ، وَنَحْنُ لِذلِكَ مُعْتَقِدُونَ، وَفي نَصْرِهِمْ مُجْتَهِدُونَ

Читайте также: