Müstəhəb namaz: Həftə günlərinin namazları — Bazar ertəsi gününün namazı
Seyid ibn Tavus İmam Həsən Əskəridən (ə) nəql etmişdir: “Hər kəs həftənin 1-ci günündə 10 rəkət namaz qılsa və onun hər rəkətində Həmd və İxlas surələrini oxusa, Allah Taala Qiyamətdə onun məskunlaşdığı yeri işıqlandırmaq üçün nur göndərər və bütün aləm ona qibtə edər.” Ravi o həzrətdən soruşdu: “Bu namazları günün hansı vaxtında qılaq?” Buyurdu: “Gün çıxandan batana qədər olan fasilədə.”
Mənbə:
Şeyx Abbas Qumi — Məfatihul-cinan kitabı
