Müstəhəb namaz: Həftə günlərinin namazları — Çərşənbə axşamı gününün namazı
Seyid ibn Tavus İmam Həsən Əskəridən (ə) nəql etmişdir: “Hər kəs həftənin 2-ci günündə 6 rəkət namaz qılıb, onun hər rəkətində Həmd surəsini dedikdən sonra Amənər rəsul ayəsini axıra qədər, eləcə də 1 dəfə Zilzal surəsini oxusa, Allah Təala onun günahlarını bağışlayar və anadan olduğu kimi, pak-pakizə olar.” Ravi o həzrətdən soruşdu: “Bu namazları günün hansı vaxtında qılaq?” Buyurdu: “Gün çıxandan batana qədər olan fasilədə.”
Mənbə:
Şeyx Abbas Qumi — Məfatihul-cinan kitabı
