Cümə surəsi
Cümə surəsinin fəziləti
İmam Sadiq (ə)-ın belə buyurduğu nəql olunur: “Bizim şiəmiz olan hər bir möminə cümə axşamı namazlarında “Cümə” və “Əla” surələrini və cümə gününün zöhründə “Cümə” və “Münafiqin” surələrini oxumaları vacibdir. Hər kim buna əməl eləsə, elə bil, peyğəmbərin əməlini yerinə yetirmişdir və bu əməlin savabı ancaq cənnətdir.”
| Ayə | Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|---|
| № | Bismillahir rəhmanir rəhim | Bağışlayan və mehriban Allahın adı ilə | ﷽ |
| 1 | Yusəbbihu lillahi ma fis səmavati və ma fil ərzil məlikil quddusil əzizil həkim | Göylərdə və yerdə nə varsa (hamısı), (bütün varlıq aləminə) hökmran, (hər bir eyb və nöqsandan) pak, yenilməz qüdrət sahibi və (yaradılış mərhələsində) gözəl yaradan, (şəriətdə) mətin olan Allaha daim (dil və hal ilə) zikr edir. | يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ الْمَلِكِ الْقُدُّوسِ الْعَزِيزِ الْحَكِيمِ |
| 2 | Huvəlləzi bəəsə fil ummiyyinə rəsulən minhum yətlu ələyhim ayatihi və yuzəkkihim və yuəllimuhumul kitabə vəl hikmətə və in kanu min qəblu ləfi zəlalin mubin | Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab, dini və əqli mərifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən Odur. Doğrudan da onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər. | هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِنْ كَانُوا مِنْ قَبْلُ لَفِي ضَلَالٍ مُبِينٍ |
| 3 | Və axərinə minhum ləmma yəlhəqu bihim və huvəl əzizul həkim | Və onu (bəşərin nəsli kəsilənədək) onlardan olan lakin hələ onlara qoşulmamış digər cəmiyyətlər üçün də (seçdi). O, (istədiyi şeydə) yenilməz qüdrət sahibi və (əbədi qalan dinin qanunlarının çıxarılmasında) hikmət sahibidir. | وَآخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا بِهِمْ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ |
| 4 | Zalikə fəzlullahi yu`tihi mən yəşau vəllahu zul fəzlil əzim | Bu, (risalət) Allahın kərəmidir ki, onu istədiyinə verər və Allah böyük kərəm sahibidir. | ذَٰلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ |
| 5 | Məsəlulləzinə hummilut Təvratə summə ləm yəhmiluha kəməsəlil himari yəhmilu əsfara bi`sə məsəlul qəvmilləzinə kəzzəbu biayatillahi vəllahu la yəhdil qəvməz zalimin | Tövrat (elmi, əməli və təbliğinə dair bilgi) çiyinlərinə qoyulduqdan sonra onu daşımayan kəslər (yəhudi alimləri) neçə-neçə kitablar daşıyan (amma ondan heç bir bəhrəsi olmayan) ulağa bənzəyər. Allahın ayələrini (Tövratın buyruqlarına qarşı çıxmaqla) təkzib və inkar edənlər barədə (çəkilən məsəl) necə də pis məsəldir! Allah zalım qövmü doğru yola yönəltməz! | مَثَلُ الَّذِينَ حُمِّلُوا التَّوْرَاةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ الْحِمَارِ يَحْمِلُ أَسْفَارًا ۚ بِئْسَ مَثَلُ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِ اللَّهِ ۚ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ |
| 6 | Qul ya əyyuhəlləzinə hadu in zəəmtum ənnəkum əvliyau lillahi min dunin nasi fətəmənnəvul məvtə in kuntum sadiqin | De: «Ey yəhudilər, əgər belə hesab edirsinizsə ki, başqa insanlar deyil, siz Allah dostlarısınız, əgər düz danışırsınızsa (onda Allahdan) ölüm diləyin (ki, dostunuzun rəhmət və nemətinə nail olasınız,)». | قُلْ يَا أَيُّهَا الَّذِينَ هَادُوا إِنْ زَعَمْتُمْ أَنَّكُمْ أَوْلِيَاءُ لِلَّهِ مِنْ دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ |
| 7 | Və la yətəmənnəvnəhu əbədəm bima qəddəmət əydihim vəllahu əlimun biz zalimin | Halbuki onlar öz əlləri ilə törədib öncədən göndərdikləri şeyə görə əsla ölümü arzulamazlar və Allah zalımları(n halını) biləndir. | وَلَا يَتَمَنَّوْنَهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ۚ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ |
| 8 | Qul innəl məvtəlləzi təfirrunə minhu fəinnəhu mulaqikum, summə turəddunə ila alimil ğəybi vəş şəhadəti fəyunəbbiukum bima kuntum tə`məlun | De: «Şübhəsiz, qaçdığınız o ölüm mütləq sizə yetişəcək, sonra isə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. O da (dünyadakı) əməllərinizi sizə xəbər verəcəkdir». | قُلْ إِنَّ الْمَوْتَ الَّذِي تَفِرُّونَ مِنْهُ فَإِنَّهُ مُلَاقِيكُمْ ۖ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ |
| 9 | Ya əyyuhəlləzinə amənu iza nudiyə lis səlati min yəvmil cumuəti fəs`əv ila zikrillahi və zərul bəy`ə zalikum xəyrun ləkum in kuntum tə`ləmun | Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir. | يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ |
| 10 | Fəiza quziyətis səlatu fəntəşiru fil ərzi vəbtəğu min fəzlillahi vəzkurullahə kəsirən ləəlləkum tuflihun | Və namaz qurtardıqda, yer üzünə dağılışın və Allahın kərəmindən istəyin (iş və ruzi dalınca gedin) və Allahı çox zikr edin, bəlkə səadətə yetişəsiniz. | فَإِذَا قُضِيَتِ الصَّلَاةُ فَانْتَشِرُوا فِي الْأَرْضِ وَابْتَغُوا مِنْ فَضْلِ اللَّهِ وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ |
| 11 | Və iza rəəv ticarətən əv ləhvəninfəzzu iləyha və tərəkukə qaimən qul ma indəllahi xəyrun minəl ləhvi və minət ticarəti vəllahu xəyrur raziqin | (Lakin cümə namazına əhəmiyyət vermirlər) bir ticarət, ya əyləncə gördükdə, səni ayaq üstə (xütbə, ya namaz halında) buraxıb onun tərəfinə axışarlar. De: «Allahın dərgahında olan şey əyləncədən (malların şəhərə daxil olması zamanı çalınan musiqi və təbil səsindən) və ticarətdən daha xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!» | وَإِذَا رَأَوْا تِجَارَةً أَوْ لَهْوًا انْفَضُّوا إِلَيْهَا وَتَرَكُوكَ قَائِمًا ۚ قُلْ مَا عِنْدَ اللَّهِ خَيْرٌ مِنَ اللَّهْوِ وَمِنَ التِّجَارَةِ ۚ وَاللَّهُ خَيْرُ الرَّازِقِينَ |
