TAM Mübarək Ramazan ayının on üçüncü gecəsi — Ramazan ayı, 13-cü gecə
Bu gecə “ləyaliye beyz”in (aydın gecələr) birinci gecəsidir. Bu gecədə aşağıdakı əməlləri yerinə yetirmək hədislərdə qeyd olunubdur:
1) Qüsl etmək.[1]
2) Dörd rəkət (iki rəkət-iki rəkət) namaz qılmaq: hər rəkətdə 1 dəfə «Fatihə» surəsi və 25 dəfə «İxlas» surəsi oxunur.[2]
3) Rəcəb və Şaban aylarının 13-cü gecəsində qılınan 2 rəkətli namazı qılmaq: hər rəkətdə «Fatihə» surəsindən sonra «Yasin», «Mulk» və «İxlas» surələri oxunur.[3]
4) 13-cü, 14-cü və 15-ci gecələrdə «Mucir» duasını da oxuyun.
Mənbələr:
[1] Əllamə Məclisi — Zadul-məad, səh 142
[2] Şeyx Kəf`əmi — Misbah, səh 563
[3] Əllamə Məclisi — Zadul-məad, səh 178
