Ziyarətnamə: Ziyarətlərə daxil olmaq üçün izni və ya izni-duxul

Print Friendly, PDF & Email

1) Şeyx Kəf`əmi yazır[1]: «Əgər peyğəmbərin məscidinə, ya başqa məsumların hərəminə daxil olmaq istəsən belə de»:

Izin_1

TranskrispiyaTərcüməƏrəbcə
Əllahummə inni vəqəftu əla babin min əbvabi buyuti nəbiyyik, sələvatukə ələyhi və alih, və qəd mənə`tən nasə ən yədxulu illa biiznih, fəqultə ya əyyuhəlləzinə amənu la tədxulu buyutən nəbiyyi illa ən yu`zənə ləkum, Əllahummə inni ə`təqidu hurmətə sahibi hazəl məşhədiş şərif, fi ğəybətihi kəma ə`təqiduha fi həzrətih, və ə`ləmu ənnə rəsuləkə və xuləfaəkə ələyhimus səlamu əhyaun indəkə yurzəqun, yərəvnə məqami və yəsməunə kəlami və yəruddunə səlami, və ənnəkə həcəbtə ən səm`i kəlaməhum, və fətəhtə babə fəhmi biləzizi munacatihim, və inni əstə`zinukə ya rəbbi əvvəla, və əstə`zinu rəsuləkə səlləllahu ələyhi və alihi saniya, və əstə`zinu xəlifətəl imaməl məfruzə (muftərəzə) ələyyə taətuhu fulanəbnə fulan.İlahi, mən Sənin Peyğəmbərinin (Sənin salamın olsun ona və Əhlibeytinə) evlərinin qapılarından birinin qarşısında dayanmışam. Sən oraya icazəsiz daxil olmağı qadağan edib buyurubsan: “Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə icazə verilmədən daxil olmayın.” İlahi, mən bu şərafətli ziyarətgahın sahibinə ehtiramı yaşadığı vaxtda vacib sandığım kimi, dünyada olmadıqları zaman da vacib sanıram və bilirəm ki, Sənin Peyğəmbərin və xəlifələrin (salan olsun onlara) diridir və Sənin yanında ruzi yeyirlər. Elə hal-hazırda onlar məni görür, sözlərimi eşidir və salamıma cavab verirlər. Sən onların sözlərini eşitməmək üçün mənim qulağıma pərdə çəksən də, onlarla raz-niyaz etmək üçün düşüncə (lütf) qapını üzümə açdın. Ey Rəbbim, mən birinci Səndən, sonra Peyğəmbərin (Allahın salamı olsun ona və Əhlibeytinə) və canişinindən, itaətini mənə vacib buyurduğun imamdan (filankəs oğlu filankəsdən) icazə istəyirəm!اللَّهُمَّ إِنِّي وَقَفْتُ عَلَى بَابٍ مِنْ أَبْوَابِ بُيُوتِ نَبِيِّكَ صَلَوَاتُكَ عَلَيْهِ وَ آلِهِ وَ قَدْ مَنَعْتَ النَّاسَ أَنْ يَدْخُلُوا إِلا بِإِذْنِهِ فَقُلْتَ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لا تَدْخُلُوا بُيُوتَ النَّبِيِّ إِلا أَنْ يُؤْذَنَ لَكُمْ اللَّهُمَّ إِنِّي أَعْتَقِدُ حُرْمَةَ صَاحِبِ هَذَا الْمَشْهَدِ الشَّرِيفِ فِي غَيْبَتِهِ كَمَا أَعْتَقِدُهَا فِي حَضْرَتِهِ وَ أَعْلَمُ أَنَّ رَسُولَكَ وَ خُلَفَاءَكَ عَلَيْهِمُ السَّلامُ أَحْيَاءٌ عِنْدَكَ يُرْزَقُونَ يَرَوْنَ مَقَامِي وَ يَسْمَعُونَ كَلامِي وَ يَرُدُّونَ سَلامِي وَ أَنَّكَ حَجَبْتَ عَنْ سَمْعِي كَلامَهُمْ وَ فَتَحْتَ بَابَ فَهْمِي بِلَذِيذِ مُنَاجَاتِهِمْ وَ إِنِّي أَسْتَأْذِنُكَ يَا رَبِّ أَوَّلا وَ أَسْتَأْذِنُ رَسُولَكَ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ ثَانِيا وَ أَسْتَأْذِنُ خَلِيفَتَكَ الْإِمَامَ الْمَفْرُوضَ [الْمُفْتَرَضَ‏] عَلَيَّ طَاعَتُهُ فُلانَ بْنَ فُلانٍ
*Fulan ibni fulanın yerinə ziyarət etmək istədiyiniz imamın adını və atasının adını gətirin. Məsələn, əgər imam Hüseynin (ə) hərəmini ziyarət edirsinizsə belə deyin: «Əl-Husəynəbnə Əliyyin ələyhissalam» və əgər imam Rzanı (ə) ziyarət edirsinizsə belə deyin: «Əliyyəbnə Musər-Riza ələyhissəlam». Sonra duanın davamını belə oxuyun:

Izin_2

TranskripsiyaTərcüməƏrəbcə
Vəl məlaikətəl muvəkkəlinə bihazihil buq`ətil mubarəkəti salisa, əədxulu ya rəsuləllah, əədxulu ya huccətəllah, əədxulu ya məlaikətəllahil muqərrəbinəl muqiminə fi hazəl məşhəd, fə`zən li ya məvlayə fid duxuli əfzələ ma əzintə liəhədin min əvliyaik, fəin ləm əkun əhlən lizalik, fəəntə əhlun lizalik (ləh).Daha sonra isə, bu mübarək günbəzə vəkil təyin olunan mələklərdən icazə istəyirəm. Ey Allahın Rəsulu, daxil olummu? Ey Allahın höccəti, daxil olummu? Ey bu ziyarətgahda məskunlaşan Allahın yaxın mələkləri, daxil olummu? Ey mənim mövlam, mənə daxil olmaq üçün icazə ver; elə bir icazə ki, dostlarından birinə verdiyin icazədən fəzilətli olsun. Əgər mən ona layiq deyiləmsə, şübhəsiz, Sən ona layiqsən!وَ الْمَلائِكَةَ الْمُوَكَّلِينَ بِهَذِهِ الْبُقْعَةِ الْمُبَارَكَةِ ثَالِثا أَ أَدْخُلُ يَا رَسُولَ اللَّهِ أَ أَدْخُلُ يَا حُجَّةَ اللَّهِ أَ أَدْخُلُ يَا مَلائِكَةَ اللَّهِ الْمُقَرَّبِينَ الْمُقِيمِينَ فِي هَذَا الْمَشْهَدِ فَأْذَنْ لِي يَا مَوْلايَ فِي الدُّخُولِ أَفْضَلَ مَا أَذِنْتَ لِأَحَدٍ مِنْ أَوْلِيَائِكَ فَإِنْ لَمْ أَكُنْ أَهْلا لِذَلِكَ فَأَنْتَ أَهْلٌ لِذَلِكَ [لَهُ‏]
Sonra mübarək utbəni öp, daxil ol və de:

Izin_3

TranskripsiyaTərcüməƏrəbcə
Bismillahi və billahi və fi səbilillah, və əla milləti rəsulillah, səlləllahu ələyhi və alih, Əllahumməğfirli vərhəmni və tub ələyy, innəkə əntət təvvabur rəhim.Allahın adı, Allahın köməyi, Allahın yolu və Allahın Peyğəmbərinin (Allahın salamı olsun ona və Əhli-beytinə) təriqəti ilə başlayıram! İlahi, məni bağışla, mənə rəhm et və tövbəmi qəbul et ki, həqiqətən, Sən tövbələri qəbul edən və mehribansan!بِسْمِ اللَّهِ وَ بِاللَّهِ وَ فِي سَبِيلِ اللَّهِ وَ عَلَى مِلَّةِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ اللَّهُمَّ اغْفِرْ لِي وَ ارْحَمْنِي وَ تُبْ عَلَيَّ اِنَّكَ أَنْتَ التَّوَّابُ الرَّحِيمُ

Əllamə Məclisi bu izni-duxulu «Biharul-ənvar» kitabında «Həzrət Rəsulallahın (ə) ziyarəti» bölümündə qeyd etmişdir.[2]
Lakin bu izni-duxulun ifadələrindən, xüsusilə də, aşağıdakı ifadədən:

وَ أَسْتَأْذِنُ خَلِيفَتَكَ الْمَفْرُوضَ عَلَىَّ طَاعَتُهُ…
itaətini mənə vacib buyurduğun imamdan icazə istəyirəm!

belə başa düşülür ki, bu izni-duxul təkcə Həzrət Rəsulallahın (s) ziyarətinə xas deyil, digər Məsumların (ə) ziyarətində də oxunur.
2) Əllamə Məclisi rəhmətullah səhabə olan müəlliflərin qədim nüsxələrindən müqəddəs sərdaba və əimmə (əleyhimussəlam)-ların nurani məkanlarına daxil olmaq üçün belə deməyi nəql etmişdir[3]:

Izin_4

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə innə hazihi buq`ətun təhhərtəha, və əqvətun şərrəftəha, və məalimu zəkkəytəha, həysu əzhərtə fiha ədillətət təvhid, və əşbahəl ərşil məcidilləzinə istəfəytəhum mulukən lihifzin nizam, vəxtərtəhum ruəsaə licəmiil ənam, və bəəstəhum liqiyamil qist, fi ibtidail vucudi ila yəvmil qiyaməh, summə mənəntə ələyhim bistinabəti ənbiyaikə lihifzi şərayiikə və əhkamik, fəəkməltə bistixlafihim risalətəl munzirin, kəma əvcəbtə riasətəhum fi fitəril mukəlləfin, fəsubhanəkə min ilahin ma ər`əfək, və la ilahə illa ənt, min məlikin ma ə`dələk, həysu tabəqə sun`ukə ma fətərtə ələyhil uqul, və vafəqə hukmukə ma qərrərtəhu fil mə`quli vəl mənqul, fələkəl həmdu əla təqdirikəl həsənil cəmil, və ləkəş şukru əla qəzaikəl muəlləli biəkməlit tə`lil, fəsubhanə mən la yusəlu ən fi`lihi və la yunazəə fi əmrih, və subhanə mən kətəbə əla nəfsihir rəhmətə qəblə ibtidai xəlqih, vəl həmdu lillahilləzi mənnə ələyna bihukkamin yəqumunə məqaməkə ləv kanə hazirən fil məkan, la ilahə illəllahulləzi şərrəfəna biəvsiyaə yəhfəzunəş şərayiə fi kullil əzman, vəllahu əkbərulləzi əzhərəhum ləna bimu`cizatin yə`cuzu ənhəs səqəlan, la həvlə və la quvvətə illa billahil əliyyil əzim, əlləzi əcrana əla əvaidihil cəmiləti fil uməmis salifin, Əllahummə fələkəl həmdu vəs sənaul əliyy, kəma vəcəbə livəchikəl bəqaus sərmədiyy, və kəma cəəltə nəbiyyəna xəyrən nəbiyyin, və mulukəna əfzələl məxluqin, və ixtərtəhum əla ilmin ələl aləmin, vəffiqna lis sə`yi ila əbvabihimul amirəti ila yəvmid din, vəc`əl ərvahəna təhinnu ila məvtii əqdamihim, və nufusəna təhvin nəzərə ila məcalisihim və ərəsatihim, hətta kəənnəna nuxatibuhum fi huzuri əşxasihim, fəsəlləllahu ələyhim min sadətin ğaibin, və mən sulalətin tahirin, və mən əimmətin mə`sumin, Əllahummə fə`zən ləna biduxuli hazihil ərəsatillətistə`bədtə biziyarətiha əhləl ərəzinə vəs səmavat, və ərsil dumuəna bixuşuil məhabəh, və zəllil cəvarihəna bizullil ubudiyyəti və fərzit taəh, hətta nuqirrə bima yəcibu ləhum minəl əvsaf, və nə`tərifə biənnəhum şufəaul xəlayiq, iza nusibətil məvazinu fi yəvmil ə`raf, vəl həmdu lillahi və səlamun əla ibadihilləzinəstəfa Muhəmmədin və alihit tahirin.İlahi, bu, Sənin pakladığın günbəz, şərafət bağışladığın məskən və pak-pakizə etdiyin məkandır. Çünki tövhid nişanələrini və böyük ərşin timsallarını onların vasitəsilə aşkar etdin. Belə ki, onları dünyaya hakim nizamı qorumaq üçün rəhbərliyə təyin etdin, bütün insanlara rəhbərlik etmək üçün seçdin və varlığın başlanğıcından qiyamətə qədər ədaləti bərpa etmək məqsədilə göndərdin, sonra onları şəriət və hökmlərini qorumaq üçün peyğəmbərlərinin yerinə seçərək onlara minnət qoydun. Beləliklə, ümmətə onların rəhbərliyini vacib buyurduğun kimi, onları bir-birinin yerinə təyin etməklə qorxudan peyğəmbərlərin vəzifəsini (risaləti) kamilləşdirdin. Sən bütün eyiblərdən pak və uzaqsan. Sən necə də mehriban məbudsan! Səndən başqa heç bir tanrı yoxdur. Sən necə də ədalətli hakimsən! Çünki yaratdıqların ağıllıların fitrəti ilə, hökmün müəyyən etdiyin əqli və nəqli işlərlə tam uyğundur. Yaxşı və gözəl ölçülərinə görə həmd olsun Sənə! Səbəbi kamil olan qəza hökmünə görə şükür olsun Sənə! Gördüyü işindən sorğu-sual olunmayan və əmrində münaqişə olunmayan Allah bütün eyiblərdən pak və uzaqdır. Xilqətə başlamazdan öncə rəhmət və mehribanlığı Özünə yazan (vacib bilən) Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd olsun Allaha ki, Onun canişini olan və hazır olduğu hər bir məkanda hazır olan rəhbərlərin vücudu ilə bizə minnət qoydu! Hər zaman şəriətlərini qoruyan canişinlər vasitəsilə bizə şərafət bağışlayan Allahdan başqa heç bir tanrı yoxdur. Cin və insanların aciz qaldıqları möcüzələr (qeyri-adi işlər) vasitəsilə həqiqəti aşkar edən Allah (bizim vəsflərimizdən) böyükdür. Keçmiş ümmətlərə əta etdiyi gözəl nemətləri bizə də əta edən uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. İlahi, zatının əbədiyaşarlığı vacib olduğu, bizim Peyğəmbərimizi peyğəmbərlərin ən yaxşısı, imamlarımızı yaranmışların ən fəzilətlisi təyin etdiyin və onları aləmlər üçün elm və biliyə seçdiyin kimi, həmd və uca təriflər Sənə məxsusdur. İlahi, bizi qiyamətə qədər abad etdiyin qapılara doğru tələsməyə müvəffəq et, ruhlarımızı (şiələri) onların ayaq basdıqları yerə (ziyarətgahlarına) qovuşdur və canlarımızı onların məkan və ziyarətgahlarını görməyə elə rəğbətləndir ki, sanki onların hüzurunda dayanıb, onların özləri ilə danışırıq! Allahın salamı olsun onlara – nəzərlərdən uzaq olan sərvərlərə, pak-pakizə sülaləyə və məsum imamlara! İlahi, bizə bu türbələrə daxil olmağa icazə ver ki, yer və göy əhlini onları ziyarət etməyə vadar etdin, onların böyüklüyü müqabilində təvazökarlıqla göz yaşlarımızı axıt, bəndəçilik zilləti və onlara itaətin vacibliyi ilə əzalarımızı zəlil et ki, onlara vacib etdiyin xüsusiyyətləri iqrar edək və “əraf” (qiyamət) günü tərəzilər qurulacağı zaman onların insanlara şəfaətçi olacaqlarını etiraf edək. Həmd-səna yalnız Allaha məxsusdur. Salam olsun seçilmiş (xalis) bəndələrə, Muhəmməd və onun pak-pakizə Əhlibeytinə!اللَّهُمَّ اِنَّ هَذِهِ بُقْعَةٌ طَهَّرْتَهَا وَ عَقْوَةٌ شَرَّفْتَهَا وَ مَعَالِمُ زَكَّيْتَهَا حَيْثُ أَظْهَرْتَ فِيهَا أَدِلَّةَ التَّوْحِيدِ وَ أَشْبَاحَ الْعَرْشِ الْمَجِيدِ الَّذِينَ اصْطَفَيْتَهُمْ مُلُوكا لِحِفْظِ النِّظَامِ وَ اخْتَرْتَهُمْ رُؤَسَاءَ لِجَمِيعِ الْأَنَامِ وَ بَعَثْتَهُمْ لِقِيَامِ الْقِسْطِ فِي ابْتِدَاءِ الْوُجُودِ إِلَى يَوْمِ الْقِيَامَةِ ثُمَّ مَنَنْتَ عَلَيْهِمْ بِاسْتِنَابَةِ أَنْبِيَائِكَ لِحِفْظِ شَرَائِعِكَ وَ أَحْكَامِكَ فَأَكْمَلْتَ بِاسْتِخْلافِهِمْ رِسَالَةَ الْمُنْذِرِينَ كَمَا أَوْجَبْتَ رِئَاسَتَهُمْ فِي فِطَرِ الْمُكَلَّفِينَ فَسُبْحَانَكَ مِنْ إِلَهٍ مَا أَرْأَفَكَ وَ لا إِلَهَ إِلا أَنْتَ مِنْ مَلِكٍ مَا أَعْدَلَكَ حَيْثُ طَابَقَ صُنْعُكَ مَا فَطَرْتَ عَلَيْهِ الْعُقُولَ وَ وَافَقَ حُكْمُكَ مَا قَرَّرْتَهُ فِي الْمَعْقُولِ وَ الْمَنْقُولِ فَلَكَ الْحَمْدُ عَلَى تَقْدِيرِكَ الْحَسَنِ الْجَمِيلِ وَ لَكَ الشُّكْرُ عَلَى قَضَائِكَ الْمُعَلَّلِ بِأَكْمَلِ التَّعْلِيلِ فَسُبْحَانَ مَنْ لا يُسْأَلُ عَنْ فَعْلِهِ وَ لا يُنَازَعُ فِي أَمْرِهِ وَ سُبْحَانَ مَنْ كَتَبَ عَلَى نَفْسِهِ الرَّحْمَةَ قَبْلَ ابْتِدَاءِ خَلْقِهِ وَ الْحَمْدُ لِلَّهِ الَّذِي مَنَّ عَلَيْنَا بِحُكَّامٍ يَقُومُونَ مَقَامَهُ لَوْ كَانَ حَاضِرا فِي الْمَكَانِ لا إِلَهَ إِلا اللَّهُ الَّذِي شَرَّفَنَا بِأَوْصِيَاءَ يَحْفَظُونَ الشَّرَائِعَ فِي كُلِّ الْأَزْمَانِ وَ اللَّهُ أَكْبَرُ الَّذِي أَظْهَرَهُمْ لَنَا بِمُعْجِزَاتٍ يَعْجِزُ عَنْهَا الثَّقَلانِ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ الَّذِي أَجْرَانَا عَلَى عَوَائِدِهِ الْجَمِيلَةِ فِي الْأُمَمِ السَّالِفِينَ اللَّهُمَّ فَلَكَ الْحَمْدُ وَ الثَّنَاءُ الْعَلِيُّ كَمَا وَجَبَ لِوَجْهِكَ الْبَقَاءُ السَّرْمَدِيُّ وَ كَمَا جَعَلْتَ نَبِيَّنَا خَيْرَ النَّبِيِّينَ وَ مُلُوكَنَا أَفْضَلَ الْمَخْلُوقِينَ وَ اخْتَرْتَهُمْ عَلَى عِلْمٍ عَلَى الْعَالَمِينَ وَفِّقْنَا لِلسَّعْيِ إِلَى أَبْوَابِهِمُ الْعَامِرَةِ إِلَى يَوْمِ الدِّينِ وَ اجْعَلْ أَرْوَاحَنَا تَحِنُّ إِلَى مَوْطِئِ أَقْدَامِهِمْ وَ نُفُوسَنَا تَهْوِي النَّظَرَ إِلَى مَجَالِسِهِمْ وَ عَرَصَاتِهِمْ حَتَّى كَأَنَّنَا نُخَاطِبُهُمْ فِي حُضُورِ أَشْخَاصِهِمْ فَصَلَّى اللَّهُ عَلَيْهِمْ مِنْ سَادَةٍ غَائِبِينَ وَ مِنْ سُلالَةٍ طَاهِرِينِ وَ مِنْ أَئِمَّةٍ مَعْصُومِينَ اللَّهُمَّ فَأْذَنْ لَنَا بِدُخُولِ هَذِهِ الْعَرَصَاتِ الَّتِي اسْتَعْبَدْتَ بِزِيَارَتِهَا أَهْلَ الْأَرَضِينَ وَ السَّمَاوَاتِ وَ أَرْسِلْ دُمُوعَنَا بِخُشُوعِ الْمَهَابَةِ وَ ذَلِّلْ جَوَارِحَنَا بِذُلِّ الْعُبُودِيَّةِ وَ فَرْضِ الطَّاعَةِ حَتَّى نُقِرَّ بِمَا يَجِبُ لَهُمْ مِنَ الْأَوْصَافِ وَ نَعْتَرِفَ بِأَنَّهُمْ شُفَعَاءُ الْخَلائِقِ إِذَا نُصِبَتِ الْمَوَازِينُ فِي يَوْمِ الْأَعْرَافِ وَ الْحَمْدُ لِلَّهِ وَ سَلامٌ عَلَى عِبَادِهِ الَّذِينَ اصْطَفَى مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ
Sonra türbəni öpüb xuşu və ağlayan halda daxil ol. Elə sənin belə daxil olmağın onların icazəsi deməkdir.

Mənbə:
[1] Şeyx Kəf`əmi – Bələdul-əmin, səh 276
[2] Əllamə Məclisi – Biharul-ənvar, c 97, səh 160, hədis 41
[3] Əllamə Məclisi – Biharul-ənvar, c 99, səh 115

Читайте также: