Ziyarətnamə: İmam Hüseyni (ə) uzaqdan ziyarət etmək və bu ziyarətin savabı
İmam Hüseyni (ə) uzaqdan ziyarət etməyin savabı:
Qeyd edilən ziyarətlərdən aydın olduğu kimi, İmam Hüseyni (ə) (həmçinin başqa Məsumları (ə)) uzaqdan ziyarət etməyin də çox böyük savabı vardır. Bu barədə saysız hədislər nəql olunmuşdur ki, biz burada onlardan bir neçəsini qeyd edirik:
1) “Əl Qəmənin hədisi” adı ilə tanınan hədisin əvvəlində İmam Baqir (ə) İmam Hüseynin (ə) hərəmində Aşura ziyarətinin savabını əzəmətlə bəyan edərkən, Əlqəmə ondan soruşur: “Sənə fəda olum, Kərbəladan uzaq şəhərlərdə yaşayan və belə bir gündə (Aşura günündə) o həzrətin qəbrini ziyarət etmək imkanı olmayan, eyni zamanda onu bu gündə uzaqdan ziyarət etmək istəyən kəsin savabı nədir?” İmam Baqir (ə) aşağıda qeyd olunacaq əməlləri bəyan etdikdən sonra buyurdu: “Mən Allahın zəmanətini verirəm ki, bu gündə (aşağıda qeyd olunacaq əməllərə riayət edərək) İmam Hüseyni (ə) ziyarət edən kəsə bütün o savablar yazılar.” [1]
2) İbn Əbu Umeyr İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Əgər sizlərdən kiminsə yolu uzaq olsa və evindən bizim qəbrimizə qədər məsafə çox olsa, o kəs açıq bir yerdə dayansın. İki rəkər namaz qılıb bizim qəbrimizə işarə edərək salam desin. Heç şübhəsiz, onun salamı bizə çatar.” [2]
3) İmam Sadiqin (ə) səhabələrindən olan Sudeyrin nəql etdiyi hədisdən aydın başa düşülür ki, İmam Hüseyni (ə) uzaqdan ziyarət etməyin də çox böyük savabı vardır. Belə ki, açıq bir yerdə dayanıb sağına və soluna bax. Sonra üzünü səmaya qaldırıb İmam Hüseynin (ə) qəbrinə işarə edərək de: “Əssəlamu ələykə ya Əba Əbdillah. Əssəlamu ələykə və rəhmətullahi və bərəkətuh.” Bunun əvəzində çoxlu savab yazılar.[3]
4) “İmam Hüseynin (ə) mütləq ziyarətləri”ndən birinci ziyarətin müqəddiməsində qeyd olundu ki, ravi İmam Sadiqdən (ə): “Sənə fəda olum, çox vaxt İmam Hüseyni (ə) yad edirəm. Bu vaxt mən nə edim?”- deyə soruşduqda o həzrət belə buyurdu: “3 dəfə: “Səlləllahu ələykə ya Əba Əbdillah”— de. Uzaqdan və ya yaxından deyilən salam ona çatır.”[4]
5) Hənan ibn Sudeyrin (və ya Sədir) Seyrəfi İmam Sadiqin (ə) yanına gəldi[5]. Onun yanında səhabələri var idi. İmam (ə) buyurdu: «Ey Hənan ibn Sədir, İmam Hüseynin (ə) qəbrini ayda bir dəfə ziyarət edirsən?»
Dedim: «Xeyr».
İmam (ə): «Bəs iki ayda bir dəfə?»
Dedim: «Xeyr».
İmam (ə): «Bəs ildə bir dəfə?»
Dedim: «Xeyr».
İmam (ə) buyurdu: «Ağanıza (ə) qarşı nə etinasızsınız!»
Dedim: «Ey Peyğəmbər övladı! Tədarüküm az, məsafəm isə uzaqdır»
Buyurdu: «Sənə elə bir məqbul ziyarət öyrədim ki, evin uzaq olsa da bunu edə biləsən?»
Dedim: «Onu (ə) necə ziyarət edim?»
Buyurdu: «Cümə günü və ya istədiyin hər hansı bir gündə qüsl al, ən təmiz paltarını geyin, evində və ya səhrada yüksək bir yerə qalx, üzünü onun qəbri istiqamətində qibləyə çevir»[6]. Belə ki, Uca Allah buyurur[7]:»Üzünüzü hara çevirsəniz Allah oradadır».[8]
Sonra de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| bax kamiluz ziyarət səh 521 | اَلسَّلَامُ عَلَیْکَ یَا مَوْلَاىَ وَ ابْنَ مَوْلَاىَ، وَ سَیِّدِى وَ ابْنَ سَیِّدِى. اَلسَّلَامُ عَلَیْکَ یَا مَوْلَاىَ اَلشَّهِیدُ بْنُ الشَّهِیدِ، و الْقَتِیلُ بْنُ الْقَتِیلِ. اَلسَّلَامُ عَلَیْکَ وَ رَحْمَةُ الله وَ بَرَکَاتُهُ. أَنَا زَائِرُکَ یَابْنَ رَسُولِ اللهِ، بِقَلْبِى وَ لِسَانِى وَ جَوَارِحِى، وَ إِنْ لَمْ اَزُرْکَ بِنَفْسِى مُشَاهَدَةً لِقُبَّتِکَ. فَعَلَیْکَ السَّلَامُ یَا وَارِثَ اٰدَمَ صَفْوَةِ اللهِ، وَ وَارِثَ نُوحٍ نَبِیِّ اللهِ، وَ وَارِثَ إِبْرَاهِیمَ خَلِیلِ اللهِ، وَ وَارِثَ مُوسَىٰ کَلِیمِ اللهِ، وَ وَارِثَ عِیسَىٰ رُوحِ اللهِ، وَ وَارِثَ مُحَمَّدٍ حَبِیبِ اللهِ وَ نَبِیِّهِ وَ رَسُولِهِ، وَ وَارِثَ عَلِیٍّ أَمِیرِ الْمُؤْمِنِینَ وَصِىِّ رَسُولِ اللهِ وَ خَلیفَتِهِ، وَ وَارِثَ الْحَسَنِ بْنِ عَلِیٍّ وَصِىِّ أَمِیرِ الْمُؤْمِنِینَ. لَعَنَ اللهُ قَاتِلِیکَ، وَ جَدَّدَ عَلَیْهِمُ الْعَذَابُ فِی هٰذِهِ السَّاعَةِ وَ فِی کُلِّ سَاعَةٍ. أَنَا یَا سَیِّدِى مُتَقَرِّبٌ إلَى اللهِ جَلَّ وَ عَزَّ، وَ إِلَىٰ جَدِّکِ رَسُولِ اللهِ، وَ إِلَىٰ أَبِیکَ أَمِیرِ الْمُؤْمِنِینَ، وَ إِلَىٰ أَخِیکَ الْحَسَنِ، وَ إلَیْکَ یَا مَوْلَاىَ. فَعَلَیْکَ السَّلَامُ وَ رَحْمَةُ اللهِ وَ بَرَکَاتُهُ بِزِیَارَتِى لَکَ بِقَلْبِى وَ لِسَانِی وَ جَمِیعِ جَوَارِحِی. فَکُنْ یَا سَیِّدِی شَفِیعِى لِقَبُولِ ذٰلِکَ مِنِّی. وَ أَنَا بِالْبَرَاءَةِ مِنْ أَعْدَائِکَ وَ اللَّعْنَةِ لَهُمْ وَ عَلَیْهِمْ أَتَقَرَّبُ إِلَى اللهِ وَ إِلَیْکُمْ أَجْمَعِینَ. فَعَلَیْکَ صَلَوَاتُ اللهِ وَ رِضْوَانُهُ وَ رَحْمَتُهُ |
Sonra bir az sola çevril və üzünü Əli ibn Hüseyn (ə) (Əli Əkbər) qəbrinə tərəf tut. O, atasının qəbrinin ayaq tərəfindədir. Eyni salamı ona da söylə. Ardınca din və dünya işlərin barədə hacətini Allahdan dilə.
Sonra 4 rəkət namaz qıl. Ziyarət namazlarını 8, 6, 4 və ya 2 rəkətdə qılmaq olar. Amma yaxşısı 8 rəkətdir (iki rəkət-iki rəkət). Sonra üzünü imam Hüseyn qəbrinə tərəf tut və de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| bax kamiluz ziyarət səh 522 | أَنَا مُوَدِّعُکَ یَا مَوْلَاىَ وَ ابْنَ مَوْلَاىَ، وَ یَا سَیِّدِى وَ ابْنَ سَیِّدِى. و مُوَدِّعُکَ یَا سَیِّدِى وَ ابْنَ سَیِّدِى یَا عَلِىَّ بْنَ الْحُسَیْنِ. وَ مُوَدِّعُکُمْ یَا سَادَاتِی، یَا مَعَاشِرَ الشُّهَدَاءِ. فَعَلَیْکُمْ سَلَامُ اللهِ وَ رَحْمَتُهُ وَ رِضْوَانُهُ وَ بَرَکَاتُهُ |
Mənbələr:
[1] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 71, səh 175, hədis 8
[2] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 96, səh 286, hədis 1
[3] İbn Qavlaveyh — Kamiluz-ziyarat, səh 287, hədis 2
[4] Şeyx Kuleyni — Usuli-kafi, c 4, səh 575, hədis 2
[5] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm96, səh 288, hədis 7
[6] Əllamə Məclisi deyir: «Bu qəbirlə qiblə eyni istiqamətdə olan şəxslər üçündür»
[7] Əllamə Məclisi deyir: «Həmçinin, İmamın (ə) qəbrinə üz tutmaq Allaha tərəf üz tutmaqdır.
Belə ki, insanlar onu salamladıqda Allahın höccətini və dəlilini salamlamış olurlar»
[8] Bəqərə surəsi, 115-ci ayə
