Ziyarətnamə: İmam Hüseynin (ə) məxsusi ziyarəti — Cümə gecəsi və digər xüsusi günlərdə ziyarəti
Heç şübhəsiz, qeyd olunan xüsusi günlərdən qeyri günlərdə İmam Hüseyni (ə) ziyarət etmək hər bir vaxt, xüsusilə də o həzrətlə əlaqəli olan mübarək günlərdə (məsələn, Mübahilə günü, “Həl əta” surəsinin nazil olduğu gün, o həzrətin doğum günü və s.) fəzilətlidir. Belə günlərdə mələklər asimandan yerə enirlər.[1] Cümə gecələri isə xüsusi əhəmiyyətə malikdir və bu barədə bir çox hədislər nəql olunmuşdur. O cümlədən:
1) İmam Sadiqin (ə) buyurduğu bir hədisdə oxuyuruq ki, Mütəal Allah hər cümə gecəsi İmam Hüseynə (ə) xüsusi lütf nəzərini salır və bütün peyğəmbərləri və vəsiləri onun ziyarətinə göndərir.[2]
2) İbn Qavlaveyh İmam Sadiqin (ə) səhabələrinin birindən o həzrətin belə buyurduğunu nəql edir: “Hər kim hər cümə İmam Hüseynin (ə) qəbrini ziyarət edərsə, şübhəsiz, bağışlanar və dünyadan həsrətlə getməz. O, Cənnətdə İmam Hüseynlə (ə) qonşu olar.” O həzrət sözünə əlavə etdi: “ Kim Cənnətdə İmam Hüseynlə (ə) qonşu olmaqdan sevinməz?!” Ərz etdi: “Nicat tapmayan kəs.”[3]
3) Bəzi hədislərdə oxuyuruq ki, İmam Zaman (ə.f) Süleyman Ə`məşin söylədiyini təsdiq edir. Belə ki, Süleyman Ə`məş deyir: “Qonşusu ona dedi: “Yuxuda gördüm ki, göydən vərəqlər tökülür və onlarda cümə gecəsi İmam Hüseyni (ə) ziyarət edənə Cəhənnəm odundan aman verildiyi yazılmışdır.”[4]
Qeyd: Bu mübarək günlər üçün xüsusi bir ziyarət nəql olunmamışdır, təkcə o həzrətin doğum günü üçün (şaban ayının 3-ü) İmamlardan (ə) bir dua nəql olunmuşdur ki, saytın Şaban ayının 3-cü günü məqaləsində tapa bilərsiz.
Mənbələr:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 98, səh 98, hədis 29
[2] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 38, səh 113, hədis 4
[3] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 74, səh 183, hədis 3
[4] Əllamə Məclisi — Biharul-ənvar, c 95, səh 401, hədis 12
