İslam aylarının əməlləri: Şəvval ayının birinci gecəsi — Şəvval ayı, 1-ci gecə — Fitr Bayramı gecəsi
Şəvval ayının birinci günü — Şəvval ayı, 1-ci gün — Fitr Bayramı günü
Çox şərafətli gecələrdən biridir. Onda ibadətin fəziləti, savabı və oyaq qalmaq haqda çoxlu hədislər nəql olmuşdur. Rəvayətdə deyilir ki, o, heç də Qədr gecələrindən geri qalmır. Onda bir neçə əməl vardır:
1) Gün batdıqdan sonra qüsl almaq. [1]
2) Gecəni məsciddə qalıb namaz qılmaq, dua etmək və bağışlanma diləməklə keçirmək: Rəvayət olunur ki, İmam Əli ibn Hüseyn (ə) belə edərdi.[2]
3) İmam Sadiq (ə) buyurub: «Məğrib, işa, sübh və bayram namazlarından sonra bu zikrləri deyin»[3]:
| Ərəbcə | اَللهُ اَکْبَرُ، اَللهُ اَکْبَرُ، لَا اِلٰهَ اِلَّا اللهُ. وَ اللهُ اَکْبَرُ، اَللهُ اَکْبَرُ، و لِلَّهِ الْحَمْدُ. اَللهُ اَکْبَـرُ عَلَىٰ مَا هَـدَانَا، وَ لَهُ الشُّکْرُ عَلَىٰ مَا أَوْلَانَا |
| Tərcümə | Allah böyükdür. Allah böyükdür. Allahdan başqa heç bir tanrı yoxdur və Allah böyükdür. Allah böyükdür. Həmd Allaha məxsusdur. Həmd olsun o Allaha ki, bizi hidayət etdi. Bizə bağışladığına görə şükür olsun Ona! |
| Transkripsiya | Əllahu əkbəru Əllahu əkbər, la ilahə illəllahu vəllahu əkbər, Əllahu əkbəru və lillahil həmd, əlhəmdu lillahi əla ma hədana və ləhuş şukru əla ma əvlana. |
4) İmam Sadiq (ə) buyurub ki, məğrib namazını və onun nafiləsini qıldıqdan sonra əllərini göyə qaldırıb de[4]:
| Ərəbcə | َا ذَا الْمَنِّ وَ الطَّوْلِ، یَا ذَا الْجُودِ، یَا مُصْطَفِىَ مُحَمَّدٍ وَ نَاصِرَهُ، صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، وَ اغْفِرْ لِى کُلَّ ذَنْبٍ اَحْصَیْتَهُ، وَ هُوَ عِنْدَکَ فِى کِتَاب مُبِینٍ |
| Tərcümə | Ey nemət və mərhəmət sahibi, ey bəxşiş sahibi, ey Məhəmmədi bəyənib seçən və Onun yardımçısı! Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, mənim saydığın və yanındakı aydın kitabında qeydə alınan bütün günahlarımı bağışla! |
| Transkripsiya | Ya zəl mənni vət təvl, ya zəl cud, ya mustəfiyə Muhəmmə-din və nasirəh, səlli əla Mu-həmmədin və ali Muhəmməd, vəğfir li kullə zənbin əhsəytəh, və huvə indəkə fi kitabin mubin. |
Sonra səcdəyə gedib 100 dəfə: «Ətubu iləllah» de. Sonra Allahdan öz istəklərini dilə, inşaallah həyata keçər» [5]
Şeyx Tusidən nəql olunan rəvayətdə isə deyilir ki, məğrib namazından sonra səcdəyə gedib desin:
| Ərəbcə | يَا ذَا الْحَوْلِ يَا ذَا الطَّوْلِ يَا مُصْطَفِياً مُحَمَّدا وَ نَاصِرَهُ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اغْفِرْ لِي كُلَّ ذَنْبٍ أَذْنَبْتُهُ وَ نَسِيتُهُ أَنَا وَ هُوَ عِنْدَكَ فِي كِتَابٍ مُبِينٍ |
| Tərcümə | Ey qüdrət sahibi, ey bəxşiş sahibi, ey Məhəmmədi bəyənib seçən və Onun yardımçısı! Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, yerinə yetirdiyim və unutduğum, yanındakı aydın kitabda qeydə alınan bütün günahlarımı bağışla! |
| Transkripsiya | Ya zəl həvli ya zət təvl, ya mustəfiyən Muhəmmədən və nasirəh, səlli əla Muhəmmədin və ali Muhəmməd, vəğfir li kullə zənbin əznəbtuhu və nəsituhu əna, və huvə indəkə fi kitabin mubin. |
5) İmam Hüseyn əleyhissalamı ziyarət etmək. Çoxlu savaba malikdir. Bu gecənin xüsusi ziyarətnaməsi «Ziyarətlər» bölümündə gələcək.
6) Cümə axşamının əməllərində (9-cu bənd) qeyd olununa bu duanı 10 dəfə oxusun[6]:
Cümə gecəsi əməlləri_7
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya daiməl fəzli ələl bəriyyəh, | Ey lütf və mərhəməti məxluqata daimi olan, | يَا دَائِمَ الْفَضْلِ عَلَى الْبَرِيَّةِ |
| ya basitəl yədəyni bil ətiyyəh, | iki bəxşiş və əta əli bəndələrinə doğru uzanan, | يَا بَاسِطَ الْيَدَيْنِ بِالْعَطِيَّةِ |
| ya sahibəl məvahibis səniyyəh, | ey böyük bəxşişlərin sahibi, | يَا صَاحِبَ الْمَوَاهِبِ السَّنِيَّةِ |
| salli əla Muhəmmədin və alihi xəyril vəra səciyyəh, | Muhəmməd və onun Əhlibeytinə – xilqət və fitrətdə məxluqatın ən yaxşılarına salam yetir, | صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ خَيْرِ الْوَرَى سَجِيَّةً |
| vəğfir ləna ya zəl ula fi hazihil əşiyyəh. | ey uca Allah, elə bu gecə mənim günahlarımı bağışla! | وَ اغْفِرْ لَنَا يَا ذَا الْعُلَى فِي هَذِهِ الْعَشِيَّةِ |
7) Mübarək Ramazan ayının axırıncı gecəsində (12-ci bənd) nəql olunan 10 rəkət namazı qılmaq.
8) 2 rəkət namaz qılmaq, 1-ci rəkətdə «Həmd» surəsin sonra 1000 dəfə «İxlas» surəsini və 2-ci rəkətdə isə «İxlas» surəsini 1 dəfə oxumaq lazımdır. Salamları verdikdən sonra isə başını səcdəyə qoyub 100 dəfə «Ətubu iləyh» demək. Daha sonra desin:
| Ərəbcə | يَا ذَا الْمَنِّ وَ الْجُودِ يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ يَا مُصْطَفِيَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ افْعَلْ بِي كَذَا وَ كَذَا |
| Tərcümə | Ey nemət və bəxşiş sahibi, ey nemət və mərhəmət sahibi, ey Məhəmmədi bəyənib seçən, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir və mənim hacətlərimi yerinə yetir! |
| Transkripsiya | Ya zəl mənni vəl cud, ya zəl mənni vət təvl, ya mustəfiyə Muhəmmədin səlləllahu ələyhi və alih, səlli əla Muhəmmədin və alih, vəf`əl bi kəza və kəza. |
Əmirəlmömininin (ə) buyurduğu başqa bir hədisdə 1000 dəfə «İxlas» surəsinin yerinə 100 dəfə oxumaq qeyd olunubdur. Lakin bu hədisdə buyurulub ki, bu namazı məğrib namazı və onun nafiləsindən sonra qılın.[8] (Hər iki namazı qılmaq yaxşıdır.)
Şeyx Tusi və Seyid ibn Tavus bu namazdan sonra bu duanı oxumağı nəql edirlər[9]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya Əllahu, ya Əllah, ya Əllah | Ey Allah, ey Allah, ey Allah! | یَا اَللهُ یَا اَللهُ یَا اَللهُ |
| ya rəhman ya Əllahu , ya rəhim ya Əllahu , | Ey bağışlayan, ey Allah! Ey mehriban, ey Allah! | یَا رَحْمٰنُ یَا اَللهُ، یَا رَحِیمُ یَا اَللهُ |
| ya məlik ya Əllahu , ya quddus ya Əllahu, | Ey malik, ey Allah! Ey müqəddəs, ey Allah! | یَا مَلِکُ یَا اَللهُ، یَا قُدُّوسُ یَا اَللهُ |
| ya səlam ya Əllahu , ya mu`min ya Əllahu, | Ey sağlamlıq verən, ey Allah! Ey əmin-amanlıq verən, ey Allah! | یَا سَلَامُ یَا اَللهُ، یَا مُؤْمِنُ یا اَللهُ |
| ya muhəymin ya Əllahu , ya əziz ya Əllahu, | Ey qoruyan (ey şahid), ey Allah! Ey izzət sahibi, ey Allah! | یَا مُهَیْمِنُ یَا اَللهُ، یَا عَزِیزُ یَا اَللهُ |
| ya cəbbar ya Əllahu, ya mutəkəbbir ya Əllahu, | Ey qüdrət sahibi, ey Allah! Ey məqamı uca, ey Allah! | یَا جَبَّارُ یَا اَللهُ، یَا مُتَکَبِّرُ یَا اَللهُ |
| ya xaliq ya Əllahu, ya bari` ya Əllahu, | Ey yaradan, ey Allah! Ey vücuda gətirən, ey Allah! | یَا خَالِقُ یَا اَللهُ، یَا بَارِئُ یَا اَللهُ |
| ya musəvvir ya Əllahu, ya alim ya Əllahu, | Ey (məxluqata) surət verən, ey Allah! Ey alim, ey Allah! | یَا مُصَوِّرُ یَا اَللهُ، یَا عَالِمُ یَا اَللهُ |
| ya əzim ya Əllahu, ya əlim ya Əllahu, | Ey böyük, ey Allah! Ey hər bir şeyi bilən, ey Allah! | یَا عَظِیمُ یَا اَللهُ، یَا عَلِیمُ یَا اَللهُ |
| ya kərim ya Əllahu, ya həlim ya Əllahu, | Ey kəramət sahibi, ey Allah! Ey səbirli, ey Allah! | یَا کَرِیمُ یَا اَللهُ، یَا حَلِیمُ یَا اَللهُ |
| ya həkim ya Əllahu, ya səmi` ya Əllahu, ya bəsir ya Əllahu, | Ey hikmət sahibi, ey Allah! Ey eşidən ey Allah! Ey görən, ey Allah! | یَا حَکِیمُ یَا اَللهُ، یَا سَمِیعُ یَا اَللهُ، یَا بَصِیرُ یَا اَللهُ |
| ya qərib ya Əllahu, ya mucib ya Əllahu, ya cəvad ya Əllahu, | Ey yaxın, ey Allah! Ey duaları qəbul edən, ey Allah! Ey bəxşiş sahibi, ey Allah! | یَا قَرِیبُ یَا اَللهُ، یَا مُجِیبُ یَا اَللهُ، یَا جَوَادُ یا اَللهُ |
| ya macid ya Əllahu, ya məliy ya Əllahu, | Ey şövkət sahibi, ey Allah! Ey iqtidar sahibi, ey Allah! | یَا مَاجِدُ یَا اَللهُ، یَا مَلِىُّ یَا اَللهُ |
| ya vəfiy ya Əllahu, ya məvla ya Əllahu, | Ey vəfadar, ey Allah! Ey mövla, ey Allah! | یَا وَفِىُّ یَا اَللهُ، یَا مَوْلَىٰ یَا اَللهُ |
| ya qazi ya Əllahu, ya səri ya Əllahu, | Ey qazi, ey Allah! Ey sürətli (tezliklə haqq-hesab çəkən), ey Allah! | یَا قَاضِى یَا اَللهُ، یَا سَرِیعُ یَا اَللهُ |
| ya şədid ya Əllahu, ya rəuf ya Əllahu, | Ey şiddətli, ey Allah! Ey mehriban, ey Allah! | یَا شَدِیدُ یَا اَللهُ، یَا رَؤُوفُ یَا اَللهُ |
| ya rəqib ya Əllahu, ya məcid ya Əllahu, | Ey gözətçi, ey Allah! Ey şövkət sahibi, ey Allah! | یَا رَقِیبُ یَا اَللهُ، یَا مَجِیدُ یَا اَللهُ |
| ya həfiz ya Əllahu , ya muhit ya Əllahu, | Ey qoruyan, ey Allah! Ey əhatə edən, ey Allah! | یَا حَفِیظُ یَا اَللهُ، یَا مُحِیطُ یَا اَللهُ |
| ya səyyidəs sadat ya Əllahu, ya əvvəl ya Əllahu, ya axir ya Əllahu, | Ey böyüklərin böyüyü, ey Allah! Ey əvvəl, ey Allah! Ey axır, ey Allah! | یَا سَیِّدَ السَّادَةِ یَا اَللهُ، یَا اَوَّلُ یَا اَللهُ، یَا اٰخِرُ یَا اَللهُ |
| ya zahir ya Əllahu, ya batin ya Əllahu, | Ey zahir, ey Allah! Ey batin, ey Allah! | یَا ظَاهِرُ یَا اَللهُ، یَا بَاطِنُ یَا اَللهُ |
| ya faxir ya Əllahu, ya qahir ya Əllahu, | Ey fəxr edən, ey Allah! Ey qəhr edən, ey Allah! | یَا فَاخِرُ یَا اَللهُ، یَا قَاهِرُ یَا اَللهُ |
| ya rəbbah ya Əllahu, ya rəbbah ya Əllahu, ya rəbbah ya Əllahu, | Ey Rəbb, ey Allah! Ey Rəbb, ey Allah! Ey Rəbb, ey Allah! | یَا رَبَّاهُ یَا اَللهُ، یَا رَبَّاهُ یَا اَللهُ، یَا رَبَّاهُ یَا اَللهُ |
| ya vədud ya Əllahu, ya nur ya Əllahu, | Ey dost, ey Allah! Ey nur, ey Allah! | یَا وَدُودُ یَا اَللهُ، یَا نُورُ یَا اَللهُ |
| ya rafi` ya Əllahu, ya mani` ya Əllahu, | Ey ucaldan, ey Allah! Ey mane, ey Allah! | یَا رَافِعُ یَا اَللهُ، یَا مَانِعُ یَا اَللهُ |
| ya dafi` ya Əllahu, ya fatih ya Əllahu, | Ey dəf edən, ey Allah! Ey fəth edən, ey Allah! | یَا دَافِعُ یَا اَللهُ، یَا فَاتِحُ یَا اَللهُ |
| ya nəffah (nəffa`) ya Əllahu, ya cəlil ya Əllahu, ya cəmil ya Əllahu, | Ey fayda verən, ey Allah! Ey ulu, ey Allah! Ey gözəl, ey Allah! | یا نَفَّاعُ یَا اَللهُ، یَا جَلِیلُ یَا اَللهُ، یَا جَمِیلُ یَا اَللهُ |
| ya şəhid ya Əllahu, ya şahid ya Əllahu, | Ey şahid, ey Allah! Ey şəhadət verən, ey Allah! | یَا شَهِیدُ یَا اَللهُ، یَا شَاهِدُ یَا اَللهُ |
| ya muğis ya Əllahu, ya həbib ya Əllahu, | Ey pənah verən, ey Allah! Ey həbib, ey Allah! | یَا مُغِیثُ یَا اَللهُ، یَا حَبِیبُ یَا اَللهُ |
| ya fatir ya Əllahu, ya mutəhhir ya Əllahu, | Ey yaradan, ey Allah! Ey paklayan, ey Allah! | یَا فَاطِرُ یَا اَللهُ، یَا مُطَهِّرُ یَا اَللهُ |
| ya məlik (məliyk) ya Əllahu, ya muqtədir ya Əllahu, | Ey padşah, ey Allah! Ey qüdrətli, ey Allah! | یَا مَلِکُ یَا اَللهُ، یَا مُقْتَدِرُ یَا اَللهُ |
| ya qabiz ya Əllahu, ya basit ya Əllahu, | Ey alan, ey Allah! Ey genişləndirən, ey Allah! | یَا قَابِضُ یَا اَللهُ، یَا بَاسِطُ یَا اَللهُ |
| ya muhyi ya Əllahu, ya mumit ya Əllahu, | Ey dirildən, ey Allah! Ey öldürən, ey Allah! | یَا مُحْیِى یَا اَللهُ، یَا مُمِیتُ یَا اَللهُ |
| ya bais ya Əllahu, ya varis ya Əllahu, | Ey (qəbirdən) qaldıran, ey Allah! Ey varis, ey Allah! | یَا بَاعِثُ یَا اَللهُ، یَا وَارِثُ یَا اَللهُ |
| ya mu`ti ya Əllahu, ya mufzil ya Əllahu, | Ey əta edən, ey Allah! Ey artıran, ey Allah! | یَا مُعْطِى یَا اَللهُ، یَا مُفْضِلُ یَا اَللهُ |
| ya mun`im ya Əllahu, ya həqq ya Əllahu, | Ey nemət verən, ey Allah! Ey haqq, ey Allah! | یَا مُنْعِمُ یَا اَللهُ، یَا حَقُّ یَا اَللهُ |
| ya mubin ya Əllahu, ya təyyib ya Əllahu, | Ey aşkar edən, ey Allah! Ey pakizə, ey Allah! | یَا مُبِینُ یَا اَللهُ، یَا طَیِّبُ یَا اَللهُ |
| ya muhsin ya Əllahu, ya mucmil ya Əllahu, | Ey ehsan edən, ey Allah! Ey gözəllik verən, ey Allah! | یَا مُحْسِنُ یَا اَللهُ، یَا مُجْمِلُ یَا اَللهُ |
| ya mubdi` ya Əllahu, ya muid ya Əllahu, | Ey başlayan, ey Allah! Ey qaytaran, ey Allah! | یَا مُبْدِئُ یَا اَللهُ، یَا مُعِیدُ یَا اَللهُ |
| ya bari` ya Əllahu, ya bədi` ya Əllahu, | Ey vücuda gətirən, ey Allah! Ey yenilikçi, ey Allah! | یَا بَارِئُ یَا اَللهُ، یَا بَدِیعُ یَا اَللهُ |
| ya hadi ya Əllahu, ya kafi ya Əllahu, | Ey hidayət edən, ey Allah! Ey kifayət edən, ey Allah! | یَا هَادِى یَا اَللهُ، یَا کَافِى یَا اَللهُ |
| ya şafi ya Əllahu, ya əliy ya Əllahu, | Ey şəfa verən, ey Allah! Ey uca, ey Allah! | یَا شَافِى یَا اَللهُ، یَا عَلِىُّ یَا اَللهُ |
| ya əzim ya Əllahu, ya hənnan ya Əllahu, ya mənnan ya Əllahu, | Ey böyük, ey Allah! Ey mehriban, ey Allah! Ey yaxşılıq edən, ey Allah! | یَا عَظِیمُ یَا اَللهُ، یَا حَنَّانُ یَا اَللهُ، یَا مَنَّانُ یَا اَللهُ |
| ya zət təvl ya Əllahu, ya mutəal ya Əllahu, | Ey nemət sahibi, ey Allah! Ey üstün, ey Allah! | یَا ذَا الْطَّوْلِ یَا اَللهُ، یَا مُتَعَالِى یَا اَللهُ |
| ya ədl ya Əllahu, ya zəl məaric ya Əllahu, | Ey ədalətli, ey Allah! Ey yüksəkliklər sahibi, ey Allah! | یَا عَدْلُ یَا اَللهُ، یَا ذَا الْمَعَارِجِ یَا اَللهُ |
| ya sadiq ya Əllahu, ya səduq ya Əllahu, | Ey sadiq, ey Allah! Ey düzdanışan, ey Allah! | یَا صِدْقُ یَا اَللهُ |
| ya dəyyan ya Əllahu, ya baqi ya Əllahu, ya vaqi ya Əllahu, | Ey cəzalandıran, ey Allah! Ey baqi, ey Allah! Ey saxlayan, ey Allah! | یَا دَیَّانُ یَا اَللهُ، یَا بَاقِى یَا اَللهُ، یَا وَاقِى یَا اَللهُ |
| ya zəl cəlal ya Əllahu, ya zəl ikram ya Əllahu, | Ey calal sahibi, ey Allah! Ey ikram sahibi, ey Allah! | یَا ذَا الْجَلَالِ یَا اَللهُ، یَا ذَا الْإِکْرَامِ یَا اَللهُ |
| ya məhmud ya Əllahu, ya mə`bud ya Əllahu, | Ey bəyənilən, ey Allah! Ey ibadət olunan, ey Allah! | یَا مَحْمُودُ یَا اَللهُ، یَا مَعْبُودُ یَا اَللهُ |
| ya sani ya Əllahu, ya muin ya Əllahu, | Ey düzəldən, ey Allah! Ey kömək edən, ey Allah! | یَا صَانِعُ یَا اَللهُ، یَا مُعِینُ یَا اَللهُ |
| ya mukəvvin ya Əllahu, ya fə`al ya Əllahu, | Ey yaradan, ey Allah! Ey fəal, ey Allah! | یَا مُکَوِّنُ یَا اَللهُ، یَا فَعَّالُ یَا اَللهُ |
| ya lətifu ya Əllahu, ya Cəlil ya Əllahu, ya ğəfur ya Əllahu, | Ey lətif, ey Allah! Ey cəlil, ey Allah! Ey bağışlayan, ey Allah! | یَا لَطِیفُ یَا اَللهُ، یَا جَلِیلُ یَا اَللهُ، یَا غَفُورُ یَا اَللهُ |
| ya şəkur ya Əllahu, ya nur ya Əllahu, ya qədir (qədim) ya Əllahu, | Ey şükür olunan, ey Allah! Ey nur, ey Allah! Ey qüdrətli (qədim), ey Allah! | یَا شَکُورُ یَا اَللهُ، یَا نُورُ یَا اَللهُ، یَا قَدِیرُ یَا اَللهُ |
| ya rəbbahu ya Əllahu, ya rəbbahu ya Əllahu, ya rəbbahu ya Əllahu, ya rəbbahu ya Əllahu, ya rəbbahu ya Əllahu, ya rəbbahu ya Əllahu, ya rəbbahu ya Əllahu, ya rəbbahu ya Əllahu, ya rəbbahu ya Əllahu, ya rəbbahu ya Əllah, | Ey Rəbb, ey Allah! Ey Rəbb, ey Allah! Ey Rəbb, ey Allah! Ey Rəbb, ey Allah! Ey Rəbb, ey Allah! Ey Rəbb, ey Allah! Ey Rəbb, ey Allah! Ey Rəbb, ey Allah! Ey Rəbb, ey Allah! Ey Rəbb, ey Allah! | یَا رَبَّاهُ یَا اَللهُ، یَا رَبَّاهُ یَا اَللهُ، یَا رَبَّاهُ یَا اَللهُ، یَا رَبَّاهُ یَا اَللهُ، یَا رَبَّاهُ یَا اَللهُ، یَا رَبَّاهُ یَا اَللهُ، یَا رَبَّاهُ یَا اَللهُ، یَا رَبَّاهُ یَا اَللهُ، یَا رَبَّاهُ یَا اَللهُ، یَا رَبَّاهُ یَا اَللهُ |
| əs`əlukə ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və təmunnə ələyyə birizakə və tə`fuvə ənni bihilmik, və tuvəssiə ələyyə min rizqikəl həlalit təyyib, və min həysu əhtəsibu və min həysu la əhtəsib, | Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən, Öz razılığınla mənə minnət qoyasan, səbrinlə mənim günahlarımdan keçəsən, mənim üçün güman etdiyim və güman etmədiyim yerdən halal və pak ruzini bol edəsən. | اَسْئَلُکَ اَنْ تُصَلِّىَ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، وَ تَمُنَّ عَلَىَّ بِرِضَاکَ، وَ تَعْفُوَ عَنِّى بِـحِلْمِکَ، وَ تُـوَسِّعَ عَلَىَّ مِـنْ رِزْقِکَ الْحَلَالِ الطَّیِّبِ، وَ مِنْ حَیْثُ اَحْتَسِبُ وَ مِنْ حَیْثُ لَا اَحْتَسِبُ |
| fəinni əbdukə ləysə li əhədun sivak, və la əhədun əs`əluhu ğəyruk, ya ərhəmər rahimin, ma şaəllahu la quvvətə illa billahil əliyyil əzim. | Çünki mən Sənin bəndənəm. Səndən başqa heç kimim yoxdur və Səndən başqa istəyəcəyim bir kəs də yoxdur. Ey mehribanların ən mehribanı! Allahın istədiyi mütləq olur və uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. | فَاِنِّى عَبْدُکَ لَیْسَ لِى اَحَدٌ سِوَاکَ، وَ لَا اَحَدٌ اَسْئَلُهُ غَیْرُکَ، یَا اَرْحَمَ الرَّاحِمِینَ، مَا شَآءَ اللهُ، لَا قُوَّةَ اِلَّا بِاللهِ الْعَلِىِّ الْعَظِیمِ |
Sonra səcdəyə gedib desin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya Əllahu ya Əllahu ya Əllah, ya rəbbi ya rəbbi ya rəbbi, ya munziləl bərəkat, bikə tunzəlu kullu hacəh, əs`əlukə bikullismin fi məxzunil ğəybi indək, vəl əsmail məşhurati indək, əl məktubəti əla suradiqi ərşik, | Ey Allah, ey Allah, ey Allah! Ey Rəbb, ey Rəbb, ey Rəbb! Ey bərəkətləri nazil edən, hər bir hacət Sənin vasitənlə göndərilir! Sənin qeyb xəzinələrindəki bütün adlara, yanında aşkar olan və ərşinin pərdələrində yazılan adlara xatir, | يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ يَا مُنْزِلَ الْبَرَكَاتِ بِكَ تُنْزَلُ كُلُّ حَاجَةٍ أَسْأَلُكَ بِكُلِّ اسْمٍ فِي مَخْزُونِ الْغَيْبِ عِنْدَكَ وَ الْأَسْمَاءِ الْمَشْهُورَاتِ عِنْدَكَ الْمَكْتُوبَةِ عَلَى سُرَادِقِ عَرْشِكَ |
| ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təqbələ minni şəhrə rəməzan, və təktubəni minəl vafidinə ila bəytikəl həram, və təsfəhə li əniz zunubil izam, və təstəxricə li ya rəbbi kunuzəkə ya rəhman. | Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərəsən, Ramazan ayını məndən qəbul edəsən, məni Öz evinə (Kəbəyə) daxil olanlar sırasında yazasan, mənim böyük günahlarımdan keçəsən və ey Rəbbim, xəzinələrini mənim üçün çıxarasan, ey bağışlayan Allah! | أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَقْبَلَ مِنِّي شَهْرَ رَمَضَانَ وَ تَكْتُبَنِي مِنَ الْوَافِدِينَ إِلَى بَيْتِكَ الْحَرَامِ وَ تَصْفَحَ لِي عَنِ الذُّنُوبِ الْعِظَامِ وَ تَسْتَخْرِجَ لِي يَا رَبِّ كُنُوزَكَ يَا رَحْمَانُ |
9) 14 rəkət namaz qılmaq. Hər rəkətdə «Həmd» surəsindən sonra «Ayətəl-kursi» və 3 dəfə «İxlas» surəsini oxumaq, hər rəkətin savabı 40 illik ibadətə və həmin ayı oruc tutub namaz qılanın ibadətinə bərabərdir. [10]
10) Şeyx Kəf`əmi «Misbah» və Şeyx Tusi «Misbahul-mutəhəccid» kitablarında qeyd edirlər ki, gecənin axırında qüsl al və dan yeri sökülənə kimi öz namaz qıldığın yerdə (yəni ibadət ilə məşqul ol) otur.[11]
Mənbələr:
[1] Əllamə Məclisi — Zadul-məad, səh 220,
Şeyx Kuleyni — Usuli-kafi, c 4, səh 167, hədis 3
[2] Seyid ibn Tavus — İqbal, səh 274
[3] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 648
[4] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 648
[5] Seyid ibn Tavus — İqbal, səh 271
[6] Şeyx Kəf`əmi – Misbah, səh 647
[7] Seyid ibn Tavus — İqbal, səh 272,
Əllamə Məclisi — Zadul-məad, səh 221
[8] Seyid ibn Tavus — İqbal, səh 272
[9] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 649,
Seyid ibn Tavus — İqbal, səh 272,
Əllamə Məclisi — Biharul-ənvar, c 88, səh 120 (cüzi fərqlə)
[10] Əllamə Məclisi — Biharul-ənvar, c 88, səh 122
[11] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 651
