İslam aylarının əməlləri: Şəvval ayının birinci günü — Şəvval ayı, 1-ci gün — Fitr Bayramı günü
Şəvval ayı, 1-ci gün — Fitr Bayramı günü
Fitr bayramı müsəlmanlar üçün böyük əhəmiyyət daşıyır, çünki bir ay oruc tutub ibadət etdikdən sonra Allahdan bunun mükafatını almağa hazırlaşırlar. Bu səbəbdən də bu gün bir tərəfdən sevinc günüdür, çünki hər bir müsəlman ilahi vəzifəni yerinə yetirdiyinə görə sevinir. Lakin bir tərəfdən də ilahi mükafatın verilməsi günü olduğundan insanda bir qorxu və nigarançılıq yaranır ki, görəsən onu bu bir ay ərzində yerinə yetirdiyi əməllər nə dərəcədə qəbul olunubdur?
İmam Baqir (ə) Həzrət Rəsulallahın (s) belə buyurduğunu nəql edir: «Şəvval ayının 1-ci günü olduqda bir carçı belə car çəkir: «Ey möminlər, öz mükafatlarınızı almağa tələsin!»». Bu vaxt İmam Baqir (ə) buyurdu: «Allahın mükafatı padşahların mükafatına bənzəməz.» (Yəni Allahın mükafatı olduqca böyükdür və mənəvi mükafatları, itaətlərin qəbul olunmasını, Allahın razılığını əhatə edir.) İmam (ə) sonda təkidlə buyurdu: «Şəvval ayının 1-ci günü mükafatların alınması günüdür.»[1]
Şəvval ayının 1-ci günü üçün bir neçə əməl qeyd olunubdur:
1) Sübh və bayram namazından sonra, Şəvval ayının 1-ci gecəsində (3-cü bənd) qeyd olunan təkbirləri oxusun[2].
2) Seyid ibn Tavusun rəvayət etdiyi duanı «Əllahummə inni təvəccəhtu iləykə bi Muhəmmədin əmami…» sübh namazından sonra oxusun. Şeyx bu duanı bayram namazından sonra gətirmişdir.
3) Fitrə pulu çıxarmaq. Hər adama bir «sa» (təxminən 3 kq) bayram namazından sonra, necə ki, təfsilatı ilə fiqhi kitablarda gəlmişdir, fitrə cıxarmaq vacibdir. Fitrə pulu təkid olunmuş vaciblərdəndir. Ramazan ayının qəbul olma şərtlərindəndir və gələn ilə qədər bəlalardan qorunmağa səbəb olar.[3] Allah Təala zəkatı (o cümlədən fitrə zəkatını) ayədə namazdan qabaq gətirmişdir. – «Qəd əfləhə mən təzəkka və zəkərəsmə rəbbihi fəsəlla.» (Əla surəsi, 14-15-ci ayələr)
4) Qüsl almaq. Əgər mümkün olsa çayda qüsl alsa yaxşıdır. Vaxtı, dan yeri söküləndən bayram namazı qılınana kimidir. Necə ki, Şeyx Tusi belə buyurub: «Hədisdə deyilir ki, qüslü, tavanı olan yerdə al. Qüsl alarkən belə de[4]:
| Ərəbcə | اللَّهُمَّ إِيمَانا بِكَ وَ تَصْدِيقا بِكِتَابِكَ وَ اتِّبَاعَ سُنَّةِ نَبِيِّكَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ |
| Tərcümə | İlahi, Sənə iman gətirdiyimə, kitabını təsdiq etdiyimə və peyğəmbərin Muhəmmədin (Allahın salamı olsun ona və Əhlibeytinə) sünnəsinə tabe olduğuma xatir! |
| Transkripsiya | Əllahummə imanən bikə və təsdiqən bikitabik, vəttibaə sunnəti nəbiyyikə Muhəmmədin salləllahu ələyhi və alih. |
Sonra «Bismillah» deyib qüsl al. Aldıqdan sonra belə de[5]:
| Ərəbcə | اللَّهُمَّ اجْعَلْهُ كَفَّارَةً لِذُنُوبِي وَ طَهِّرْ دِينِي اللَّهُمَّ أَذْهِبْ عَنِّي الدَّنَسَ |
| Tərcümə | İlahi, onu (qüslü) günahlarımın kəffarəsi qərar ver və dinimi pakla! İlahi, çirkinliyi məndən uzaqlaşdır! |
| Transkripsiya | Əllahumməc`əlhu kəffarətən lizunubi və təhhir dini, Əllahummə əzhib ənnid dənəs. |
5) Şeyx Tusi qeyd edir ki, bu gün ən gözəl libaslarını geyin, ətirlən və vüqarla bayram namazı qılınan məkana tərəf hərəkət et.[6] Namaz qılmaq üçün Məkkədə olmasa, səhraya açıq səmanın altına getmək.
6) Bayram namazından qabaq günün əvvəlində iftar et.[7] Yaxşı olar ki, xurma ilə iftar edəsən.[8] Şeyx Mufid yazır: «Seyiduş-şuhəda İmam Hüseynin (ə) türbətindən bir qədər yemək müstəhəbdir. Bu, hər dərdə şəfadır.»[9]
7) Günəş doğduqdan sonra bayram namazı qılmaq üçün müsəllaya (namaz qılmaq üçün məkan) tərəf hərəkət edin (necə ki, Həzrət Rəsulallahdan (s) nəql olunubdur).[10] Məsumların (ə) buyurduqları duaları oxuyun. O cümlədən Əbu Həmzə Sumali, İmam Baqirin(ə) belə buyurduğunu nəql edir: «Fitr, qurban bayramlarında və cümə günündə namaza getməyə hazır olduqda bu duanı oxu»[11]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə mən təhəyyəə fi hazəl yəvmi əv təəbbəə əv əədd, vəstəəddə livifadətin ila məxluqin rəcaə rifdihi və nəvafilihi və fəvazilihi və ətayah, fəinnə iləykə ya səyyidi təhyiəti və tə`biyəti və i`dadi, vəsti`dadi rəcaə rifdikə və cəvaizik, və nəvafilikə və fəzailikə və ətayakə və qəd ğədəutu ila iydin min ə`yadi umməti nəbiyyikə Muhəmmədin sələvatullahi ələyhi və əla alihi və ləm əfid iləykəl yəvmə biəməlin salihin əsiqu bihi qəddəmtuhu | İlahi, hər kəs bu gündə məxluqun ümidi ilə, ondan bir bəxşiş almaq üçün hazırlaşıb səfər yükü bağladısa, ey mənim sərvərim, mənim də ümidim, mükafat və bəxşiş almağım, tədarük görüb hazırlaşmağım Sənə doğrudur. Peyğəmbərin Muhəmmədin (Allahın salamı olsun ona və Əhlibeytinə) bayramlarından birinə qədəm qoymuşam və bu gün Sənə təqdim etmək üçün yaxşı əməlimə ümid bəsləyib, ona arxalanmaqla dərgahına üz tutmamışam, | اللَّهُمَّ مَنْ تَهَيَّأَ فِي هَذَا الْيَوْمِ أَوْ تَعَبَّأَ أَوْ أَعَدَّ وَ اسْتَعَدَّ لِوِفَادَةٍ إِلَى مَخْلُوقٍ رَجَاءَ رِفْدِهِ وَ نَوَافِلِهِ وَ فَوَاضِلِهِ وَ عَطَايَاهُ فَاِنَّ إِلَيْكَ يَا سَيِّدِي تَهْيِئَتِي وَ تَعْبِئَتِي وَ إِعْدَادِي وَ اسْتِعْدَادِي رَجَاءَ رِفْدِكَ وَ جَوَائِزِكَ وَ نَوَافِلِكَ وَ فَوَاضِلِكَ وَ فَضَائِلِكَ وَ عَطَايَاكَ وَ قَدْ غَدَوْتُ إِلَى عِيدٍ مِنْ أَعْيَادِ أُمَّةِ نَبِيِّكَ مُحَمَّدٍ صَلَوَاتُ اللَّهِ عَلَيْهِ وَ عَلَى آلِهِ وَ لَمْ أَفِدْ إِلَيْكَ الْيَوْمَ بِعَمَلٍ صَالِحٍ أَثِقُ بِهِ قَدَّمْتُهُ |
| və la təvəccəhtu biməxluqin əmməltuhu və lakin ətəytukə xaziən muqirrən bizunubi və isaəti ila nəfsi fəya əzimu ya əzimu ya əzimu iğfir liyəl əzimə min zunubi fəinnəhu la yəğfiruz zunubəl izamə illa əntə ya la ilahə illa əntə ya ərhəmər rahimin. | məxluqatından da heç kimə üz tutub bel bağlamamışam. Əksinə təvazökarlıq, günahlarımı etiraf və özümə zülm etməklə Sənin dərgahına gəlmişəm. Belə isə, ey böyük Allah, ey böyük Allah, ey böyük Allah, mənim böyük günahlarımı bağışla ki, Səndən başqa heç kim böyük günahları bağışlamaz! Ey Səndən başqa heç bir tanrı olmayan, ey mehribanların ən mehribanı! | وَ لا تَوَجَّهْتُ بِمَخْلُوقٍ أَمَّلْتُهُ وَ لَكِنْ أَتَيْتُكَ خَاضِعا مُقِرّا بِذُنُوبِي وَ إِسَاءَتِي إِلَى نَفْسِي فَيَا عَظِيمُ يَا عَظِيمُ يَا عَظِيمُ اغْفِرْ لِيَ الْعَظِيمَ مِنْ ذُنُوبِي فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ الْعِظَامَ إِلا أَنْتَ يَا لا إِلَهَ إِلا أَنْتَ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
8) Bayram namazı qılmaq və o iki rəkətdir. 1-ci rəkətdə «Həmd» surəsi ilə «Əla» surəsini oxumaq (və ya istədiyiniz digər surəni oxumaq). Qurtardıqdan sonra 5 təkbir deyin və hər bir təkbirdən sonra qunutda belə deyin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
| Əllahummə (əntə) əhləl kibriyai vəl əzəməti və əhləl cudi vəl cəbəruti və əhləl əfvi vər rəhməti və əhlət təqva vəl məğfirəti əs`əlukə bihəqqi hazəl yəumil ləzi cəəltəhu lilmusliminə iydən və li Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən (və şərəfən) və məzidən ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və ali Muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və ali Muhəmmədin sələvatukə ələyhi və ələyhim (əcməinə) | İlahi, Sən calal və əzəmət, bəxşiş və qüdrət, əfv və rəhmət, təqva və məğfirət sahibisən! Səndən istəyirəm ki, müsəlmanlar üçün bayram və Muhəmməd (Allahın salamı olsun ona və Əhlibeytinə) üçün zəxirə, şərəf və yüksək məqam təyin etdiyin bu günə xatir, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərəsən, Muhəmməd və Muhəmmədin Əhlibeytini daxil etdiyin hər bir xeyir və səadətə məni də daxil etdirəsən, Muhəmməd və Muhəmmədin Əhlibeytini (Allahın salamı olsun ona və onlara) çıxartdığın hər bir şərdən məni də çıxarasan! | اللَّهُمَّ [أَنْتَ أَهْلُ] أَهْلَ الْكِبْرِيَاءِ وَ الْعَظَمَةِ وَ أَهْلَ الْجُودِ وَ الْجَبَرُوتِ وَ أَهْلَ الْعَفْوِ وَ الرَّحْمَةِ وَ أَهْلَ التَّقْوَى وَ الْمَغْفِرَةِ أَسْأَلُكَ بِحَقِّ هَذَا الْيَوْمِ الَّذِي جَعَلْتَهُ لِلْمُسْلِمِينَ عِيدا وَ لِمُحَمَّدٍ صَلَّى اللَّهِ عَلَيْهِ وَ آلِهِ ذُخْرا وَ شَرَفا وَ مَزِيدا أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تُدْخِلَنِي فِي كُلِّ خَيْرٍ أَدْخَلْتَ فِيهِ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ وَ أَنْ تُخْرِجَنِي مِنْ كُلِّ سُوءٍ أَخْرَجْتَ مِنْهُ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَيْهِمْ أَجْمَعِينَ |
| Əllahummə inni əs`əlukə xəyrə ma səələkə (minhu) ibadukəs salihunə və əuzu bikə (fihi) mimməstəazə minhu ibadukəs salihun (muxlisun). | İlahi, mən Səndən saleh bəndələrinin Səndən istədiklərini istəyir, saleh və xalis bəndələrinin Sənə pənah gətirdikləri ilə Sənə pənah gətirirəm! | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ خَيْرَ مَا سَأَلَكَ مِنْهُ عِبَادُكَ الصَّالِحُونَ وَ أَعُوذُ بِكَ فِيهِ مِمَّا اسْتَعَاذَ مِنْهُ عِبَادُكَ الصَّالِحُونَ الْمُخْلِصُونَ |
6-cı təkbiri dedikdən sonra rükuya gedir. Rüku və səcdədən sonra isə ayağa qalxıb 2-ci rəkətə başlasın. Qiyama «Həmd» surəsindən sonra «Şəms» surəsini oxusun. Sonra 4 təkbir desin və hər təkbirdən sonra yenədə 1-ci rəkətin qunutunda oxunan duanı oxuyun. Sonra 5-ci təkbiri deyib rükuya gedib və adi qaydada namazı bitirin[12]. Salamlardan sonra Fatimə Zəhranın (s)-nın təsbihatını desin[13].
Bayram namazından sonra çoxlu dualar zikr olunmuşdur. Bunların ən yaxşısı «Səhifeyi Səccadiyə» kitabının 46-cı duasıdır.
Bayram namazının açıq səma altında, yerdə, torpağın üstündə heç bir şey olmadan qılmaq[14] və evə qayıdarkən gəldiyi yoldan qayıtmamaq müstəhəbdir. Yaxşı olar ki, bütün mömin qardaş və bacıların əməllərinin qəbul olması üçün dua eləsin.
9) İmam Hüseyn əleyhissalamın ziyarəti oxumaq.
10) «Nüdbə» duasını oxumaq. Seyid ibn Tavus buyurur ki, duanı bitirdikdən sonra səcdəyə gedib bu sözləri desin:
| Ərəbcə | أَعُوذُ بِكَ مِنْ نَارٍ حَرُّهَا لا يُطْفَى وَ جَدِيدُهَا لا يَبْلَى وَ عَطْشَانُهَا لا يُرْوَى |
| Tərcümə | (İlahi,) mən Sənə hərarəti sönməyən, təzəliyi köhnəlməyən, susuzluğu aradan qalxmayan cəhənnəmin odundan sığınıram! |
| Transkripsiya | Əuzu bikə min narin hərruha la yutfa, və cədiduha la yəbla, və ətşanuha la yurva. |
Sonra sağ üzünü yerə qoyub desin:
| Ərəbcə | إِلَهِي لا تُقَلِّبْ وَجْهِي فِي النَّارِ بَعْدَ سُجُودِي وَ تَعْفِيرِي لَكَ بِغَيْرِ مَنٍّ مِنِّي عَلَيْكَ بَلْ لَكَ الْمَنُّ عَلَيَّ |
| Tərcümə | İlahi, mən Sənə minnət qoymadan, əksinə Sənin mənə minnətin olduğu halda, Sənə səcdə etdikdən və Sənə xatir üzümü torpağasürtdükdən sonra üzümü cəhənnəmə atma! |
| Transkripsiya | İlahi la tuqəllibu vəchi fin nari bə`də sucudi, və tə`firi ləkə biğəyri mənnin minni ələyk, bəl ləkəl mənnu ələy. |
Daha sonra sol üzünü yerə qoyub desin:
| Ərəbcə | ارْحَمْ مَنْ أَسَاءَ وَ اقْتَرَفَ وَ اسْتَكَانَ وَ اعْتَرَفَ |
| Tərcümə | Pislik edən, itaət etməyən, çarəsiz qalan və (onları) etiraf edən şəxsə rəhm et! |
| Transkripsiya | İrhəm mən əsaə vəqtərəfə vəstəkanə və`tərəf. |
Yenidən səcdə halına qayıdıb desin:
| Ərəbcə | إِنْ كُنْتُ بِئْسَ الْعَبْدُ فَأَنْتَ نِعْمَ الرَّبُّ عَظُمَ الذَّنْبُ مِنْ عَبْدِكَ فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ يَا كَرِيمُ |
| Tərcümə | Əgər mən pis bəndəyəmsə, Sən isə yaxşı Rəbsən! Sənin bəndənin günahı böyükdür, belə isə, Sənin əfv və güzəştin yaxşı olmalıdır, ey kəramət sahibi! |
| Transkripsiya | İn kuntu bi`səl əbdu fəəntə ni`mər rəbb, əzuməz zənbu min əbdikə fəlyəhsunil əfvu min indikə ya kərim. |
Sonra 100 dəfə desin: «Əl-əfv, əl-əfv»
Daha sonra Seyid ibn Tavus buyurur:
| Ərəbcə | وَ لا تَقْطَعْ يَومَكَ هَذا بِاللَّعْبِ وَ الِْإهْمالِ وَ أَنْتَ لَا تَعْلَمُ أَ مَرْدُودٌ أَمْ مَقْبُولُ الأعْمَالِ فَإِنْ رَجَوْتَ الْقَبُولَ فَقَابِلْ ذَلِكَ بِالشُّكْرِ الْجَمِيلِ وَ إِنْ خِفْتَ الرَّدَّ فَكُنْ أَسِيرَ الْحُزْنِ الطَّوِيلِ |
| Tərcümə | Sən əməllərinin qəbul və ya rədd olunmasını bilmədiyin halda, bu gününü boş-boşuna və əyləncə ilə keçirmə! Əgər əməllərinin qəbuluna ümid edirsənsə, yaxşı şükürlə onun əvəzini ver və əgər əməllərinin rədd olunmasından qorxursansa, uzun kədərə qapıl! |
| Transkripsiya | Və la təqtə` yəvməkə haza bil lə`bi vəl ihmal, və əntə la tə`ləmu əmərdudun əm məqbulul ə`mal, fəin rəcəvtəl qəbulə fəqabil zalikə biş şukril cəmil, və in xiftər rəddə fəkun əsirəl huznit təvil. |
Mənbələr:
[1] Şeyx Kuleyni — Usuli-kafi, c 4, səh 168, hədis 3
[2] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 648
[3] Əllamə Məclisi – Zadul məad, səh 224
[4] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 653
[5] Seyid ibn Tavus – İqbal, səh 279
[6] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 653
[7] Seyid ibn Tavus — İqbal, səh 280
[8] Seyid ibn Tavus — İqbal, səh 281
[9] Şeyx Mufid — Məsaruş-şiə, səh 31
[10] Seyid ibn Tavus — İqbal, səh 281
[11] Seyid ibn Tavus – İqbal, səh 280
[12] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 654
[13] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 655
[14] Seyid ibn Tavus – İqbal, səh 285
