Ziyarətnamə: İmam Museyi Kazimin (ə), İmam Rzanın (ə), İmam Cavadın (ə) və İmam Hadinin (ə) çərşənbə günündə oxunan ziyarəti

Print Friendly, PDF & Email

Çərşənbə günü — İmam Musa ibn Cəfər, İmam Rza, İmam Məhəmməd Təqi və İmam Əli Nəqi ələyhimussəlamın günləridir. Onlara xitabən[1] belə de:

Çərşənbə günü İmam Kazim (ə), İmam Rza (ə), İmam Cavad (ə) və İmam Hadi ziyarəti

TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykum ya əvliyaəllah,Salam olsun sizə, ey Allahın övliyaları! السَّلامُ عَلَيْكُمْ يَا أَوْلِيَاءَ اللَّهِ
əssəlamu ələykum ya hucəcəllah, Salam olsun sizə, ey Allahın höccətləri! السَّلامُ عَلَيْكُمْ يَا حُجَجَ اللَّهِ
əssəlamu ələykum ya nurəllahi fi zulumatil ərz, Salam olsun sizə, ey yer üzünün qaranlıqlarında Allahın nurları! السَّلامُ عَلَيْكُمْ يَا نُورَ اللَّهِ فِي ظُلُمَاتِ الْأَرْضِ
əssəlamu ələykum sələvatullahi ələykum və əla ali bəytikumut təyyibinət tahirin, Allahın salamı sizə və pak-pakizə Əhli-beytinizə olsun! السَّلامُ عَلَيْكُمْ صَلَوَاتُ اللَّهِ عَلَيْكُمْ وَ عَلَى آلِ بَيْتِكُمْ الطَّيِّبِينَ الطَّاهِرِينَ
bi əbi əntum və ummi ləqəd əbədtumullahə muxlisin, Ata-anam sizə fəda olsun. Həqiqətən, siz Allaha ixlascasına ibadət etdiniz, بِأَبِي أَنْتُمْ وَ أُمِّي لَقَدْ عَبَدْتُمُ اللَّهَ مُخْلِصِينَ
və cahədtum fillahi həqqə cihadihi, hətta ətakumul yəqin, Allah yolunda layiqincə mübarizə apardınız və nəhayət, “yəqin” (şəhadət) məqamına çatdınız.وَ جَاهَدْتُمْ فِي اللَّهِ حَقَّ جِهَادِهِ حَتَّى أَتَاكُمُ الْيَقِينُ
fələənəllahu ə`daəkum minəl cinni vəl insi əcməin, Allahın lənəti olsun sizin cin və insanlardan olan düşmənlərinizə! فَلَعَنَ اللَّهُ أَعْدَاءَكُمْ مِنَ الْجِنِّ وَ الْإِنْسِ أَجْمَعِينَ
və ənə əbrəu iləllahi və iləykum minhum, Mən həmin düşmənlərə nifrət edərək Allaha və sizə üz tuturam. وَ أَنَا أَبْرَأُ إِلَى اللَّهِ وَ إِلَيْكُمْ مِنْهُمْ
ya məvlayə ya Əba İbrahimə Musəbnə Cə`fər, Ey mənim sərvərim, ey Əbu İbrahim Musa ibn Cəfər! يَا مَوْلايَ يَا أَبَا إِبْرَاهِيمَ مُوسَى بْنَ جَعْفَرٍ
ya məvlayə ya Əbəl Həsəni Əliyyəbnə Musa, Ey mənim sərvərim, ey Əbülhəsən ibn Əli ibn Musa!يَا مَوْلايَ يَا أَبَا الْحَسَنِ عَلِيَّ بْنَ مُوسَى
ya məvlayə ya Əba Cə`fərin Muhəmmədəbnə Əliyy, Ey mənim sərvərim, ey Əbu Cəfər Muhəmməd ibn Əli! يَا مَوْلايَ يَا أَبَا جَعْفَرٍ مُحَمَّدَ بْنَ عَلِيٍّ
ya məvlaya ya Əbəl Həsəni Əliyyəbnə Muhəmməd, Ey mənim sərvərim, ey Əbülhəsən Əli ibn Muhəmməd! يَا مَوْلايَ يَا أَبَا الْحَسَنِ عَلِيَّ بْنَ مُحَمَّدٍ
ənə məvlən ləkum, mu`minun bisirrikum və cəhrikum, Mən sizi sevir, sizin aşkar və gizli işlərinizə iman gətirmişəm. أَنَا مَوْلًى لَكُمْ مُؤْمِنٌ بِسِرِّكُمْ وَ جَهْرِكُمْ
mutəzəyyifun bikum fi yəvmikum haza, və huvə yəvmul ərbiai və mustəcirun bikum, Bu gün çərşənbə günüdür və sizin gününüzdür. Mən həmin gün sizin qonağınızam və sizə sığınıram. مُتَضَيِّفٌ بِكُمْ فِي يَوْمِكُمْ هَذَا وَ هُوَ يَوْمُ الْأَرْبِعَاءِ وَ مُسْتَجِيرٌ بِكُمْ
fəəzifuni və əciruni biali bəytikumut təyyibinət tahirin.Belə isə, pak-pakizə Əhli-beytinizə xatir, məni qonaqlığa qəbul edin və mənə sığınacaq verin!فَأَضِيفُونِي وَ أَجِيرُونِي بِآلِ بَيْتِكُمُ الطَّيِّبِينَ الطَّاهِرِينَ

Mənbələr:
[1] Seyid ibn Tavus – Cəmalul-usbu, səh 35
Əllamə Məclisi – Biharul-ənvar, c 99, səh 215

Читайте также: