Ziyarətnamə: Kufə məscidinin əməlləri — 7 hissə — İmam Əli ibn Əbu Talibin (ə) mehrabında əməllər
Həzrətə zərbət vurulan yerdə 2 rəkət «Həmd» və istənilən surə ilə namaz qıl, salamları deyib Fatimeyi Zəhranın (s) təsbihatını çevirdikdən sonra de[1]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya mən əzhərəl cəmilə və sətərəl qəbih, | Ey gözəlliyi aşkar edən və çirkinliyi gizlədən! | يَا مَنْ أَظْهَرَ الْجَمِيلَ وَ سَتَرَ الْقَبِيحَ |
| ya mən ləm yuaxiz bil cərirəti və ləm yəhtikəs sitrə vəs sərirəh, | Ey günaha görə cəzalandırmayan və günahkarların pərdəsini yırtmayan! | يَا مَنْ لَمْ يُؤَاخِذْ بِالْجَرِيرَةِ وَ لَمْ يَهْتِكِ السِّتْرَ وَ السَّرِيرَةَ |
| ya əziməl əfvi ya həsənət təcavuz, ya vasiəl məğfirəti ya basitəl yədəyni bir rəhməh, | Ey böyük əfv sahibi, ey gözəl güzəşt edən, ey bəxşişi geniş, lütf və mərhəmət əli açıq olan! | يَا عَظِيمَ الْعَفْوِ يَا حَسَنَ التَّجَاوُزِ يَا وَاسِعَ الْمَغْفِرَةِ يَا بَاسِطَ الْيَدَيْنِ بِالرَّحْمَةِ |
| ya sahibə kulli nəcva ya muntəha kulli şəkva, ya kəriməs səfhi ya əzimər rəca, ya səyyidi salli əla Muhəmmədin və ali Muhəmməd, vəf`əl bi ma əntə əhluhu ya kərim. | Ey bütün sirlərin sahibi, ey bütün şikayət edənlərin müraciət mərkəzi, ey günahlardan keçən kəramət sahibi, ey ümid bəsləyənlərin böyük ümidi, ey mənim sərvərim, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir və Sənə layiq olduğu kimi mənimlə rəftar et, ey kərim Allah! | يَا صَاحِبَ كُلِّ نَجْوَى يَا مُنْتَهَى كُلِّ شَكْوَى يَا كَرِيمَ الصَّفْحِ يَا عَظِيمَ الرَّجَاءِ يَا سَيِّدِي صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ افْعَلْ بِي مَا أَنْتَ أَهْلُهُ يَا كَرِيمُ |
Yaxşı olar ki, bu məkanda Əmirəlmöminin Əlinin(ə) bu məhşur minacatın oxuyaq[2]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukəl əmanə yəvmə la yənfəu malun və la bənun, illa mən ətəllahə biqəlbin səlim, | İlahi, mən “yalnız sağlam qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlər) başqa, mal-dövlət və övladın heç kimə fayda vermədiyi gün” – Səndən aman diləyirəm! | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْأَمَانَ يَوْمَ لا يَنْفَعُ مَالٌ وَ لا بَنُونَ إِلا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ |
| və əs`əlukəl əmanə yəvmə yəəzzuz zalimu əla yədəyhi yəqulu ya ləytənittəxəztu məər rəsuli səbila, | İlahi, mən “zalımların əllərini çeynəyərək “Kaş ki, Peyğəmbərə qoşulub doğru yol tutardım!” deyən gün” – Səndən aman diləyirəm! | وَ أَسْأَلُكَ الْأَمَانَ يَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَى يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلا |
| və əs`əlukəl əmanə yəvmə yu`rəful mucrimunə bisimahum, fəyu`xəzu bin nəvasi vəl əqdam, | İlahi, mən “günahkarların simalarından tanınacağı, alınları və ayaqlarından tutulub yaxalanacağı gün” – Səndən aman diləyirəm! | وَ أَسْأَلُكَ الْأَمَانَ يَوْمَ يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَ الْأَقْدَامِ |
| və əs`əlukəl əmanə yəvmə la yəcri validun vələdih, və la məvludun huvə cazin ən validihi şəy`a, innə və`dəllahi həqqun | İlahi, mən “atanın oğluna, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi və Allahın vədinin (qiyamətin) hökmən olacağı gün” – Səndən aman diləyirəm! | وَ أَسْأَلُكَ الْأَمَانَ يَوْمَ لا يَجْزِي وَالِدٌ عَنْ وَلَدِهِ وَ لا مَوْلُودٌ هُوَ جَازٍ عَنْ وَالِدِهِ شَيْئا اِنَّ وَعْدَ اللَّهِ حَقٌّ |
| və əs`əlukəl əmanə yəvmə la yənfəuz zaliminə mə`zirətuhum, və ləhumul lə`nətu və ləhum suud dar, | İlahi, mən “zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəyi, onların lənətləyəcəyi və axirət yurdunun pis əzabına düçar olacağı gün” – Səndən aman diləyirəm! | وَ أَسْأَلُكَ الْأَمَانَ يَوْمَ لا يَنْفَعُ الظَّالِمِينَ مَعْذِرَتُهُمْ وَ لَهُمُ اللَّعْنَةُ وَ لَهُمْ سُوءُ الدَّارِ |
| və əs`əlukəl əmanə yəvmə la təmliku nəfsun linəfsin şəy`a, vəl əmru yəvməizin lillah, | İlahi, mən “heç kəs başqasının karına gələ bilməyəcəyi və hökmün ancaq Allaha məxsus olacağı gün” – Səndən aman diləyirəm! | وَ أَسْأَلُكَ الْأَمَانَ يَوْمَ لا تَمْلِكُ نَفْسٌ لِنَفْسٍ شَيْئا وَ الْأَمْرُ يَوْمَئِذٍ لِلَّهِ |
| və əs`əlukəl əmanə yəvmə yəfirrul mər`u min əxihi və ummihi və əbihi və sahibətihi və bənih, likullimriin şə`nun yuğnih, | İlahi, mən “hər kəsin öz qardaşından, anasından, atasından, zövcəsindən və oğullarından qaçacağı və hərənin öz hayında olacağı gün” – Səndən aman diləyirəm! | وَ أَسْأَلُكَ الْأَمَانَ يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ وَ أُمِّهِ وَ أَبِيهِ وَ صَاحِبَتِهِ وَ بَنِيهِ لِكُلِّ امْرِىءٍ مِنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ |
| və əs`əlukəl əmanə yəvmə yəvəddul mucrimu ləv yəftədi min əzabi yəvməizin bibənihi və sahibətihi və əxih, və fəsilətihilləti tu`vihi və mən fil ərzi cəmia, summə yuncihi kəla innəha ləza nəzza`ətən liş şəva, | İlahi, mən “əzabın şiddətindən günahkar bəndənin öz oğullarını, zövcəsini və qardaşını, ona sığınacaq verən qohum əqrəbasını və yer üzündə olanların hamısını fəda etməyə razı olub, (Allahın əzabından) qurtulmaq istədiyi və xeyr (bunun mümkün olmadığı), artıq (cəhənnəmin) alovlandığı, başların dərisini sıyırıb ayırdığı gün” – Səndən aman diləyirəm! | وَ أَسْأَلُكَ الْأَمَانَ يَوْمَ يَوَدُّ الْمُجْرِمُ لَوْ يَفْتَدِي مِنْ عَذَابِ يَوْمِئِذٍ بِبَنِيهِ وَ صَاحِبَتِهِ وَ أَخِيهِ وَ فَصِيلَتِهِ الَّتِي تُؤْوِيهِ وَ مَنْ فِي الْأَرْضِ جَمِيعا ثُمَّ يُنْجِيهِ كَلا اِنَّهَا لَظَى نَزَّاعَةً لِلشَّوَى |
| məvlayə ya məvlayə əntəl məvla və ənəl əbd, və həl yərhəmul əbdə illəl məvla, | Ey mənim mövlam və sərvərim! Sənsən ağa, mən isə qul, bəs, qula ağadan başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الْمَوْلَى وَ أَنَا الْعَبْدُ وَ هَلْ يَرْحَمُ الْعَبْدَ إِلا الْمَوْلَى |
| məvlayə ya məvlayə əntəl maliku və ənəl məmluk, və həl yərhəmul məmlukə illəl malik, | Ey mənim mövlam və sərvərim! Sənsən sahib, mən isə nökər, bəs, nökərə sahibdən başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الْمَالِكُ وَ أَنَا الْمَمْلُوكُ وَ هَلْ يَرْحَمُ الْمَمْلُوكَ إِلا الْمَالِكُ |
| məvlayə ya məvlayə əntəl əzizu və ənəz zəlil, və həl yərhəmuz zəlilə illəl əziz, | Ey mənim mövlam və sərvərim! Sənsən izzətli, mən isə zəlil, bəs, zəlilə izzətlidən başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الْعَزِيزُ وَ أَنَا الذَّلِيلُ وَ هَلْ يَرْحَمُ الذَّلِيلَ إِلا الْعَزِيزُ |
| məvlayə ya məvlayə əntəl xaliqu və ənəl məxluq, və həl yərhəmul məxluqə illəl xaliq, | Ey mənim mövlam və sərvərim! Sənsən xaliq, mən isə məxluq, bəs, məxluqa xaliqdən başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الْخَالِقُ وَ أَنَا الْمَخْلُوقُ وَ هَلْ يَرْحَمُ الْمَخْلُوقَ إِلا الْخَالِقُ |
| məvlayə ya məvlayə əntəl əzimu və ənəl həqir, və həl yərhəmul həqirə illəl əzim, | Ey mənim mövlam və sərvərim! Sənsən əzəmətli, mən isə aciz, bəs, acizə əzəmətlidən başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الْعَظِيمُ وَ أَنَا الْحَقِيرُ وَ هَلْ يَرْحَمُ الْحَقِيرَ إِلا الْعَظِيمُ |
| məvlayə ya məvlayə əntəl qəviyyu və ənəz zəif, və həl yərhəmuz zəifə illəl qəviyy, | Ey mənim mövlam və sərvərim! Sənsən qüdrətli, mən isə zəif, bəs, zəifə qüdrətlidən başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الْقَوِيُّ وَ أَنَا الضَّعِيفُ وَ هَلْ يَرْحَمُ الضَّعِيفَ إِلا الْقَوِيُّ |
| məvlayə ya məvlayə əntəl ğəniyyu və ənəl fəqir, və həl yərhəmul fəqirə illəl ğəniyy, | Ey mənim mövlam və sərvərim! Sənsən varlı, mən isə yoxsul, bəs, yoxsula varlıdan başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الْغَنِيُّ وَ أَنَا الْفَقِيرُ وَ هَلْ يَرْحَمُ الْفَقِيرَ إِلا الْغَنِيُّ |
| məvlayə ya məvlayə əntəl mu`ti və ənəs sail, və həl yərhəmus sailə illəl mu`ti, | Ey mənim mövlam və sərvərim! Sənsən əliaçıq, mən isə əlaçan, bəs, əlaçana əliaçıqdan başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الْمُعْطِي وَ أَنَا السَّائِلُ وَ هَلْ يَرْحَمُ السَّائِلَ إِلا الْمُعْطِي |
| məvlayə ya məvlayə əntəl həyyu və ənəl məyyit, və həl yərhəmul məyyitə illəl həyy, | Ey mənim mövlam və sərvərim! Sənsən diri, mən isə ölü, bəs, ölüyə diridən başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الْحَيُّ وَ أَنَا الْمَيِّتُ وَ هَلْ يَرْحَمُ الْمَيِّتَ إِلا الْحَيُّ |
| məvlayə ya məvlayə əntəl baqi və ənəl fani, və həl yərhəmul faniyə illəl baqi, | Ey mənim mövlam və sərvərim! Sənsən əbədi, mən isə fani, bəs, faniyə əbədidən başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الْبَاقِي وَ أَنَا الْفَانِي وَ هَلْ يَرْحَمُ الْفَانِيَ إِلا الْبَاقِي |
| məvlayə ya məvlayə əntəd daimu və ənəz zail, və həl yərhumuz zailə illəd daim, | Ey mənim mövlam və sərvərim! Sənsən daimi, mən isə məhv olan, bəs, məhv olana daimidən başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الدَّائِمُ وَ أَنَا الزَّائِلُ وَ هَلْ يَرْحَمُ الزَّائِلَ إِلا الدَّائِمُ |
| məvlayə ya məvlayə əntər raziqu və ənəl mərzuq, və həl yərhəmul mərzuqə illər raziq, | Ey mənim mövlam və sərvərim! Sənsən ruzi verən, mən isə ruzi uman, bəs, ruzi umana ruzi verəndən başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الرَّازِقُ وَ أَنَا الْمَرْزُوقُ وَ هَلْ يَرْحَمُ الْمَرْزُوقَ إِلا الرَّازِقُ |
| məvlayə ya məvlayə əntəl cəvadu və ənəl bəxil, və həl yərhəmul bəxilə illəl cəvad, | Ey mənim mövlam və sərvərim! Sənsən səxavətli, mən isə əsirgəyən, bəs, əsirgəyənə səxavətlidən başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الْجَوَادُ وَ أَنَا الْبَخِيلُ وَ هَلْ يَرْحَمُ الْبَخِيلَ إِلا الْجَوَادُ |
| məvlayə ya məvlayə əntəl muafi və ənəl mubtəla, və həl yərhəmul mubtəla illəl muafi, | Ey mənim mövlam və sərvərim! Sənsən dada yetən, mən isə dara düşən, bəs, dara düşənə dada yetəndən başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الْمُعَافِي وَ أَنَا الْمُبْتَلَى وَ هَلْ يَرْحَمُ الْمُبْتَلَى إِلا الْمُعَافِي |
| məvlayə ya məvlayə əntəl kəbiru və ənəs səğir, və həl yərhəmus səğirə illəl kəbir, | Ey mənim mövlam və sərvərim! Sənsən böyük, mən isə kiçik, bəs, kiçiyə böyükdən başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الْكَبِيرُ وَ أَنَا الصَّغِيرُ وَ هَلْ يَرْحَمُ الصَّغِيرَ إِلا الْكَبِيرُ |
| məvlayə ya məvlayə əntəl hadi və ənəz zall, və həl yərhəmuz zallə illəl hadi, | Ey mənim mövlam və sərvərim! Sənsən hidayətçi, mən isə çaşqın, bəs, çaşqına hidayətçidən başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الْهَادِي وَ أَنَا الضَّالُّ وَ هَلْ يَرْحَمُ الضَّالَّ إِلا الْهَادِي |
| məvlayə ya məvlayə əntər rəhmanu və ənəl mərhum, və həl yərhəmul mərhumə illər rəhman, | Ey mənim mövlam və sərvərim! Sənsən mərhəmətli, mən isə sığınan, bəs, sığınana mərhəmətlidən başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الرَّحْمَنُ وَ أَنَا الْمَرْحُومُ وَ هَلْ يَرْحَمُ الْمَرْحُومَ إِلا الرَّحْمَنُ |
| məvlayə ya məvlayə əntəs sultanu və ənəl mumtəhən, və həl yərhəmul mumtəhənə illəs sultan, | Ey mənim mövlam və sərvərim! Sənsən soltan, mən isə bəlalı, bəs, bəlalıya soltandan başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ السُّلْطَانُ وَ أَنَا الْمُمْتَحَنُ وَ هَلْ يَرْحَمُ الْمُمْتَحَنَ إِلا السُّلْطَانُ |
| məvlayə ya məvlayə əntəd dəlilu və ənəl mutəhəyyir, və həl yərhəmul mutəhəyyirə illəd dəlil, | Ey mənim mövlam və sərvərim! Sənsən bələdçi, mən isə sərgərdan, bəs, sərgərdana bələdçidən başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الدَّلِيلُ وَ أَنَا الْمُتَحَيِّرُ وَ هَلْ يَرْحَمُ الْمُتَحَيِّرَ إِلا الدَّلِيلُ |
| məvlayə ya məvlayə əntəl ğəfuru və ənəl muznib, və həl yərhəmul muznibə illəl ğəfur, | Ey mənim mövlam və sərvərim! Sənsən bağışlayan, mən isə günahkar, bəs, günahkara bağışlayandan başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الْغَفُورُ وَ أَنَا الْمُذْنِبُ وَ هَلْ يَرْحَمُ الْمُذْنِبَ إِلا الْغَفُورُ |
| məvlayə ya məvlayə əntəl ğalibu və ənəl məğlub, və həl yərhəmul məğlubə illəl ğalib, | Ey mənim mövlam və sərvərim! Sənsən qalib, mən isə məğlub, bəs, məğluba qalibdən başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الْغَالِبُ وَ أَنَا الْمَغْلُوبُ وَ هَلْ يَرْحَمُ الْمَغْلُوبَ إِلا الْغَالِبُ |
| məvlayə ya məvlayə əntər rəbbu və ənəl mərbub, və həl yərhəmul mərbubə illər rəbb, | Ey mənim mövlam və sərvərim! Sənsən Rəbb, mən isə bəndə, bəs, bəndəyə Rəbdən başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الرَّبُّ وَ أَنَا الْمَرْبُوبُ وَ هَلْ يَرْحَمُ الْمَرْبُوبَ إِلا الرَّبُّ |
| məvlayə ya məvlayə əntəl mutəkəbbiru və ənəl xaşi`, və həl yərhəmul xaşiə illəl mutəkəbbir, | Ey mənim mövlam və sərvərim! Sənsən möhtəşəm, mən isə zəlil, bəs, zəlilə möhtəşəmdən başqa kim rəhm edər?! | مَوْلايَ يَا مَوْلايَ أَنْتَ الْمُتَكَبِّرُ وَ أَنَا الْخَاشِعُ وَ هَلْ يَرْحَمُ الْخَاشِعَ إِلا الْمُتَكَبِّرُ |
| məvlayə ya məvlayə irhəmni birəhmətikə vərzə ənni bicudikə və kərəmikə və fəzlik, | Ey mənim mövlam və sərvərim! Rəhmətinlə mənə mərhəmət et, bəxşiş, kərəm və fəzlinlə mənə güzəştə get. | مَوْلايَ يَا مَوْلايَ ارْحَمْنِي بِرَحْمَتِكَ وَ ارْضَ عَنِّي بِجُودِكَ وَ كَرَمِكَ وَ فَضْلِكَ |
| ya zəl cudi vəl ihsani vət təvli vəl imtinan, birəhmətikə ya ərhəmər rahimin. | Ey bəxşiş, ehsan, nemət və bərəkət sahibi, Sənə Öz rəhmətini and verirəm, ey rəhmlilərin ən rəhmlisi! | يَا ذَا الْجُودِ وَ الْإِحْسَانِ وَ الطَّوْلِ وَ الامْتِنَانِ بِرَحْمَتِكَ يَا أَرْحَمَ |
Şeyx Abbas Qumi deyir: “Seyid ibn Tavus bu minacatdan sonra o həzrətdən “Əman” duası adlı uzun bir dua nəql edib ki, o dua uzun olduğu üçün onu burada zikr etmirik. Bu məqamda başqa bir şərafətli duanı oxunur ki, Zeyd məscidində deyiləcək. Biz “Hədiyyətuz-zairin” kitabında zərbət vurulan mehrabın hansı mehrab olması haqda ixtilafa işarə etdik. Dedik ki, ya bu məşhur mehrabdır, ya da o kənarda qalan mehrabdır. Sonra dedik ki, yaxşı olar ehtiyata əməl edib əməlləri hər iki mehrabda etsinlər.
Mənbələr:
[1] Seyid ibn Tavus — Misbahuz-zair, səh 87,
Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 418
[2] Seyid ibn Tavus — Misbahuz-zair, səh 88,
Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 419
