İslam aylarının əməlləri: Zilhiccə ayının sonuncu gecəsi

Print Friendly, PDF & Email

Zilhiccə ayının axırıncı günü:
Bu gün İslami qəməri təqvimin axırıncı günüdür. Buna görə də Mərhum Seyid ibn Tavus nəql edir ki, bu gündə 2 rəkət namaz qıl: hər rəkətdə bir dəfə «Həmd» surəsini, 10 dəfə «İxlas» surəsini və 10dəfə «Ayətəl-kürsi» ayələrini oxu. Namazı qılıb qurtardıqdan sonra de:

TranksripsiyaTərcüməƏrəbcə
Ey Allahım, bu ildə Sənin qadağan etidiyin və razı olmadığın əməllərdən yerinə yetirdiyim, mənim unutduğum və Sənin isə unutmadığın, Sənə qarşı cürət etdikdən sonra məni Özünə tərəf qayıdışa (tövbəyə) çağırdığın əməllərə görə, اَللَّهُمَّ مَا عَمِلْتُ فِى هٰذِهِ السَّنَةِ مِنْ عَمَلٍ نَهَیْتَنِى عَنْهُ وَ لَمْ تَرْضَهُ، وَ نَسِیتُهُ وَ لَمْ تَنْسَهُ، وَ دَعَوْتَنِى اِلَى التَّوْبَةِ بَعْدَ اجْتِرَائِى عَلَیْکَ
Ey Allahım, Səndən bağışlanma diləyirəm, elə isə, onları bağışla; məni Sənə yaxınlaşdıran əməllərdən yerinə yetirdiklərimi məndən qəbul et və ümidimi Özündən qırma, ey Kərimاَللَّهُمَّ فَاِنِّى اَسْتَغْفِرُکَ مِنْهُ فَاغْفِرْ لِى؛ وَ مَا عَمِلْتُ مِنْ عَمَلٍ یُقَرِّبُنِى اِلَیْکَ فَاقْبَلْهُ مِنِّى، وَ لَا تَقْطَعْ رَجَآئِى مِنْکَ، یَا کَرِیمُ
Sən bu əməli yerinə yetirdikdə şeytan deyər: «Vay olsun mənə! Bu il ərzində çəkdiyim zəhməti bu əməl ilə məhv etdi və ilini xeyirlə başa vurdu.»[1]
Bu namazı şəmsi təqvimin axırıncı günü «qəsdi-istihbab» (müstəhəb olma niyyəti ilə) qılmaq tövsiyə olunur.

Mənbə:
[1] Seyid ibn Tavus — İqbal, səh 530

Читайте также: