İslam aylarının əməlləri: İslamda hər yeni ayın müştərək əməlləri

Print Friendly, PDF & Email

Hər yeni ayın əməlləri bir neçə əməldən ibarətdir:

1) Yeni Ayı görərkən oxunan ən yaxşı dua, «Səhifətun Səccadiyyə» kitabının  43-cü duasıdır.
2) Göz ağrısını aradan aparmaq üçün 7 dəfə «Həmd» surəsini oxumaq.
3) Az miqdarda pendir yemək. Hədisdə deyilir ki, hər kim hər ayın əvvəlində bunu yeməyi davam etdirsə, bu ayda olan bütün hacətləri rəva olar.
4) Gecənin əvvəlində 2 rəkət namaz qılmaq. Hər rəkətdə «Həmd» surəsindən sonra «Ənam» surəsini oxumaq. Allah Təaladan istəsə, Rəbbi onu hər növ qorxu və dərddən amanda saxlayar və bu ayda onun başına bəyənmədiyi heç bir iş gəlməz.
5) Birinci gün 2 rəkət namaz qılsın. 1-ci rəkətdə «Həmd» surəsindən sonra 30 dəfə «İxlas» surəsini, 2-ci rəkətdə isə «Həmd» surəsindən sonra 30 dəfə «Qədr» surəsini oxusun. Namazdan sonra sədəqə versin. Əgər belə eləsə, bununla həmin ayda öz sağlamlığını almış olur.
Bəzi rəvayətlərdə, namazdan sonra bu duanın oxunması nəql olunmuşdur:

TranskripsiyaTərcüməƏrəbcə
Bismillahir rəhmanir rəhim, Və ma min dabbətin fil ərzi illa ələllahi rizquha, və yə`ləmu mustəqərrəha və mustəvdəəha kullun fi kitabin mubin, Bağışlayan və mehriban Allahın adı ilə! Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların sığınacaqlarını da, əmanət qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir. (Bunların) hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır). بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ وَ مَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ إِلا عَلَى اللَّهِ رِزْقُهَا وَ يَعْلَمُ مُسْتَقَرَّهَا وَ مُسْتَوْدَعَهَا كُلٌّ فِي كِتَابٍ مُبِينٍ
Bismillahir rəhmanir rəhim, və in yəmsəskəllahu bizurrin fəla kaşifə ləhu illa hu, və in yuridkə bixəyrin fəla raddə lifəzlih, yusibu bihi mən yəşau min ibadih, və huvəl ğəfurur rəhim, Bağışlayan və mehriban Allahın adı ilə! Əgər Allah sənə bir zərər toxundursa, onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O bağışlayandır, rəhm edəndir. بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ وَ إِنْ يَمْسَسْكَ اللَّهُ بِضُرٍّ فَلا كَاشِفَ لَهُ إِلا هُوَ وَ إِنْ يُرِدْكَ بِخَيْرٍ فَلا رَادَّ لِفَضْلِهِ يُصِيبُ بِهِ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ وَ هُوَ الْغَفُورُ الرَّحِيمُ
Bismillahir rəhmanir rəhim, Səyəc`əlullahu bə`də usrin yusra, ma şaəllahu la quvvətə illa billahi həsbunəllahu və ni`məl vəkil, və ufəvvizu əmri iləllah, innəllahə bəsirun bil ibad, Bağışlayan və mehriban Allahın adı ilə! Allah hər bir çətinlikdən sonra asanlıq əta edər. Maşallah (Allahın istədiyi kimi oldu), qüvvət (və qüdrət) yalnız Allaha məxsusdur! “Allah bizə bəs edər. O, nə gözəl vəkildir! Mən öz işimi Allaha tapşırıram. Çünki Allah bəndələri (onların halını) görəndir.بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ سَيَجْعَلُ اللَّهُ بَعْدَ عُسْرٍ يُسْرا مَا شَاءَ اللَّهُ لا قُوَّةَ إِلا بِاللَّهِ حَسْبُنَا اللَّهُ وَ نِعْمَ الْوَكِيلُ وَ أُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ اِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ
La ilahə illa ənt, subhanəkə inni kuntu minəz zalimin, rəbbi inni lima ənzəltə iləyyə min xəyrin fəqir, rəbbi la təzərni fərdən və əntə xəyrul varisin.Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm etmişəm). Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam! Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!)لا إِلَهَ إِلا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ رَبِّ إِنِّي لِمَا أَنْزَلْتَ إِلَيَّ مِنْ خَيْرٍ فَقِيرٌ رَبِّ لا تَذَرْنِي فَرْدا وَ أَنْتَ خَيْرُ الْوَارِثِينَ

Читайте также: