Ziyarətnamə: İmam Əlinin (ə) Peyğəmbərin (s) mövludu günü məxsusi ziyarəti
Əllamə Məclisi Şeyx Mufiddən, Şəhid Əvvəldən və Seyid ibn Tavusdan belə rəvayət edir ki, İmam Sadiq (ə) Həzrət Əmirəlmömin Əli (ə)-ı Rəbiul-əvvəl ayının 17-də bu ziyarətlə ziyarət etdi və onu ən etibarlı səhabələrdən olan Muhəmməd ibn Müslim Səqəfiyə öyrədərək ona belə buyurdu: “İmamın qəbrinə gəlməmindən qüsl al, ən təmiz geyimlərini geyin, özünə xoş ətir vur, yavaş-yavaş vüqarlı addımlarla hərəmə tərəf yollan. Elə ki, Babussəlama, yəni, hərəmin qapısına yetişdin, üzü qibləyə dayanıb 30 dəfə “Əllahu əkbər” dedikdən sonra duanı oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu əla rəsulillah, əssəlamu əla xiyərətillah, əssəlamu ələl bəşirin nəziris siracil muniri və rəhmətullahi və bərəkatuh, əssəlamu ələt tuhrit tahir, əssəlamu ələl ələmiz zahir, əssəlamu ələl mənsuril muəyyəd, əssəlamu əla əbil qasimi Muhəmmədin və rəhmətullahi və bərəkatuh, əssəlamu əla ənbiyaillahil mursəlinə və ibadillahis salihin, əssəlamu əla məlaikətillahil haffinə bihazəl hərəmi və bihazəz zərihil laizinə bih. | Salam olsun Allahın Rəsuluna! Salam olsun Allahın seçdiyi şəxsə! Salam olsun müjdələyən, qorxudan və parlaq çırağa! Allahın rəhmət və bərəkətləri olsun ona! Salam olsun pak-pakizə peyğəmbərə! Salam olsun parlaq bayrağa! Salam olsun yardım olunan və təsdiqlənən şəxsə! Salam olsun Əbəlqasim Muhəmmədə! Allahın rəhmət və bərəkətləri olsun ona! Salam olsun Allahın “mürsəl” peyğəmbərləri və saleh bəndələrinə! Salam olsun bu türbə və günbəzin ətrafına toplaşan ilahi mələklərə! | اَلسَّلَامُ عَلَىٰ رَسُولِ اللهِ. اَلسَّلَامُ عَلَىٰ خِیَرَةِ اللهِ. اَلسَّلَامُ عَلَى الْبَشِیرِ النَّذِیرِ، اَلسِّرَاجِ الْمُنِیرِ، وَ رَحْمَةُ اللهِ وَ بَرَکَاتُهُ. اَلسَّلَامُ عَلَى الطُّهْرِ الطَّاهِرِ. اَلسَّلَامُ عَلَى الْعَلَمِ الزَّاهِرِ. اَلسَّلَامُ عَلَى الْمَنْصُورِ الْمُؤَیَّدِ. اَلسَّلَامُ عَلَىٰ اَبِى الْقَاسِمِ مُ`حَمَّدٍ، وَ رَحْمَةُ اللهِ وَ بَرَکَاتُهُ. اَلسَّلَامُ عَلَىٰ اَنْبِیَآءِ اللهِ الْمُرْسَلِینَ، وَ عِبَادِ اللهِ الصَّالِحِینَ. اَلسَّلَامُ عَلَىٰ مَلَآئِکَةِ اللهِ الْحَآفِّینَ بِهٰذَا الْحَرَمِ وَ بِهٰذَا الضَّرِیحِ، اَللَّائِذِینَ بِهِ |
Sonra qəbrin yanına get və de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya vəsiyyəl əvsiya, əssəlamu ələykə ya imadəl ətqiya, əssəlamu ələykə ya vəliyyəl əvliya, əssəlamu ələykə ya səyyidəş şuhəda, əssəlamu ələykə ya ayətəllahil uzma, əssəlamu ələykə ya xamisə əhlil əba, əssəlamu ələykə ya qaidəl muhəccəlinəl ətqiya, əssəlamu ələykə ya ismətəl əvliya, əssəlamu ələykə ya zəynəl muvəhhidinən nucəba, əssəlamu ələykə ya xalisəl əxilla, əssəlamu ələykə ya validəl əimmətil uməna, əssəlamu ələykə ya sahibəl həvzi və hamiləl liva, əssəlamu ələykə ya qəsiməl cənnəti və ləza, əssəlamu ələykə ya mən şurrifət bihi Məkkətu və Mina, əssəlamu ələykə ya bəhrəl ulumi və kənəfəl (kəhfil) fuqəra, əssəlamu ələykə ya mən vulidə fil Kə`bəti və zuvvicə fis səmai bisəyyidətin nisa, və kanə şuhuduhəl məlaikətul əsfiya, əssəlamu ələykə ya misbahəz ziya, əssəlamu ələykə ya xassətun nəbiyyu bicəzilil hiba, əssəlamu ələykə ya mən batə əla firaşi xatəmil ənbiya, və vəqahu binəfsihi şərrəl ə`da, əssəlamu ələykə ya mən ruddət ləhuş şəmsu fəsama şəm`unəs səfa, əssəlamu ələykə mən əncəllahu səfinətə Nuhin bismihi vəsmi əxihi həysultətəməl mau həvləha və təma, əssəlamu ələykə ya mən tabəllau bihi və biəxihi əla Adəmə iz ğəva, əssəlamu ələykə ya fulkən nəcatilləzi mən rəkibəhu nəca, və mən təəxxərə ənhu həva, əssəlamu ələykə ya mən xətəbəs su`banə və zi`bəl fəla, əssəlamu ələykə ya əmirəl mu`mininə və rəhmətullahi və bərəkatuh, əssəlamu ələykə ya huccətəllahi əla mən kəfərə və ənab, əssəlamu ələykə ya imamə zəvil əlbab, əssəlamu ələykə ya mə`dinəl hikməti və fəsləl xitab, əssəlamu ələykə ya mən indəhu ilmul kitab, əssəlamu ələykə ya mizanə yəvmil hisab, əssəlamu ələykə ya fasiləl hukmin natiqi bis səvab, əssəlamu ələykə əyyuhəl mutəsəddiqu bil xatəmi fil mihrab, əssəlamu ələykə ya mən kəfəllahul mu`mininəl qitalə bihi yəvməl əhzab, əssəlamu ələykə ya mən əxləsə lillahil vəhdaniyyətə və ənab, əssəlamu ələykə ya qatilə Xəybərə və qaliəl babi, əssəlamu ələykə ya mən dəahu xəyrul ənami lil məbiti əla firaşih, fəəsləmə nəfsəhu lil məniyyəti və əcab, əssəlamu ələykə ya mən ləhu tuba və həsunu məab, və rəhmətullahi və bərəkatuh, əssəlamu ələykə ya vəliyyə ismətid dini və ya səyyidəs sadat, əssəlamu ələykə ya sahibəl mu`cizat, əssəlamu ələykə ya mən nəzələt fi fəzlihi surətul Adiyat, əssəlamu ələykə ya mən kutibəsmuhu fis səmai ələs suradiqat, əssəlamu ələykə ya muzhirəl əcaibi vəl ayat, əssəlamu ələykə ya əmirəl ğəzəvat, əssəlamu ələykə ya muxbirən bima ğəbərə və bima huvə at, əssəlamu ələykə ya muxatibə zi`bil fələvat, əssəlamu ələykə ya xatiməl həsa və mubəyyinəl muşkilat, əssəlamu ələykə ya mən əcibət mən həməlatihi fil vəğa məlaikətus səmavat, əssəlamu ələykə ya mən nacər rəsulə fəqəddəmə bəynə yədəy nəcvahus sədəqat, əssəlamu ələykə ya validəl əimmətil bərərətis sadat, və rəhmətullahi və bərəkatuh, əssəlamu ələykə ya taliyəl məb`us, əssəlamu ələykə ya varisə ilmi xəyri məvrus, və rəhmətullahi və bərəkatuh, əssəlamu ələykə ya səyyidəl vəsiyyin (əl mu`minin), əssəlamu ələykə ya imaməl muttəqin, əssəlamu ələykə ya ğiyasəl məkrubin, əssəlamu ələykə ya ismətəl mu`minin, əssəlamu ələykə ya muzhirəl bərahin, əssəlamu ələykə ya Taha və Yasin, əssəlamu ələykə ya həbləllahil mətin, əssəlamu ələykə ya mən təsəddəqə fi səlatihi bixatəmihi ələl miskin, əssəlamu ələykə ya qaliəs səxrəti ən fəmil qəlibi və muzhirəl mail məin, əssəlamu ələykə ya əynəllahin nazirətə və yədəhul basitətə və lisanəhul muəbbirə ənhu fi bəriyyətihi əcməin, əssəlamu ələykə ya varisə ilmin nəbiyyin, və mustəvdəə ilmil əvvəlinə vəl axirin, və sahibə livail həmdi və saqiyə əvliyaihi min həvzi xatəmin nəbiyyin, əssəlamu ələykə ya yə`subəd dini və qaidəl ğurril muhəccəlin, və validəl əimmətil mərziyyin, və rəhmətullahi və bərəkatuh, əssəlamu ələsmillahir rəziyyi və vəchihil muzii və cənbihil qəviyyi və siratihis səviyy, əssəlamu ələl imamit təqiyyil muxlisis səfiyy, əssəlamu ələl kəvkəbid durriyy, əssəlamu ələl imami Əbil Həsəni Əliyy, və rəhmətullahi və bərəkatuh, əssəlamu əla əimmətil huda və məsabihid duca, və ə`lamit tuqa və mənaril huda, və zəvin nuha və kəhfil vəra, vəl urvətil vusqa vəl huccəti əla əhlid dunya, və rəhmətullahi və bərəkatuh, əssəlamu əla nuril ənvari və huccətil cəbbar, və validil əimmətil əthari və qəsimil cənnəti vən nar, əl muxbiri ənil asaril mudəmmiri ələl kuffar, mustənqiziş şiətil muxlisinə min əzimil əvzar, əssəlamu ələl məxsusi bit tahirətit təqiyyətibnətil muxtar, əl məvludi fil bəyti zil əstar, əl muzəvvəci fis səmai bil bərrətit tahirətir rəziyyətil mərziyyəti validətil əthar, və rəhmətullahi və bərəkatuh, əssəlamu ələn nəbəil əzimilləzi hum fihi muxtəlifun, və ələyhi yu`rəzunə və ənhu yus`əlun, əssəlamu əla nurillahil ənvəri və ziyaihil əzhər, və rəhmətullahi və bərəkatuh, əssəlamu ələykə ya vəliyyəllahi və huccətəh, və xalisətəllahi və xassətəh, əşhədu ənnəkə ya vəliyyəllahi (və huccətəhu) ləqəd cahədtə fi səbilillahi həqqə cihadih, vəttəbə`tə minhacə rəsulillah, sələllahu ələyhi və alih, və həlləltə həlaləllahi və hərrəmtə həraməllah, və şərə`tə əhkaməhu və əqəmtəs səlatə və atəytəz zəkah, və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər, və cahədtə fi səbilillahi sabirən nasihən muctəhida, muhtəsibən indəllahi əziməl əcri hətta ətakəl yəqin, fələənəllahu mən dəfəəkə ən həqqikə və əzaləkə ən məqamik, və ləənəllahu mən bələğəhu zalikə fərəziyə bih, uşhidullahə və məlaikətəhu və ənbiyaəhu və rusuləhu ənni vəliyyun limən valak, və əduvvun limən adak, əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh. | Salam olsun sənə, ey canişinlər canişini! Salam olsun sənə, ey təqvalıların dayağı! Salam olsun sənə, ey övliyaların qəyyumu! Salam olsun sənə, ey şəhidlər sərvəri! Salam olsun sənə, ey Allahın böyük nişanəsi! Salam olsun sənə, ey “əba” əhlinin beşinci üzvü! Salam olsun sənə, ey başıuca təqvalıların rəhbəri! Salam olsun sənə, ey övliyaları hifz edən! Salam olsun sənə, ey seçilmiş təkallahçıların zinəti! Salam olsun sənə, ey ilahi dostların ixlaslısı! Salam olsun sənə, ey əmanətdar imamların atası! Salam olsun sənə, ey (qiyamət günü) “Kövsər” hovuzunun sahibi və bayrağı (şəfaət bayrağını) dalğalandıran! Salam olsun sənə, ey cənnətlə cəhənnəmi (cənnət əhli ilə cəhənnəm əhlini) ayıran! Salam olsun sənə, ey Məkkə ilə Minanı şərəfləndirən! Salam olsun sənə, ey elmlər dəryası və yoxsulların pənahı! Salam olsun sənə, ey Kəbədə doğulan və nikahı səmada qadınların sərvəri ilə kəsilən! Sənin nikahının şahidləri seçilmiş mələklər idi. Salam olsun sənə, ey aydın çıraq! Salam olsun sənə, ey Peyğəmbərin böyük hədiyyəyə məxsus bildiyi şəxs! Salam olsun son peyğəmbərin yatağında yataraq, onu öz canı ilə düşmənlərin şərindən qoruyana! Salam olsun sənə, ey ona xatir günəşin (möcüzə ilə) geri döndüyü və Şəmun Səfadan üstün olan şəxs! Salam olsun sənə, ey Allahın onun və qardaşının adının vasitəsilə fırtına zamanı təhlükə ilə üzləşən Nuhun gəmisinə nicat verdiyi! Salam olsun sənə, ey Allahın onun və qardaşının vasitəsilə Adəmin yolunu azdığı zaman tövbəsini qəbul etdiyi! Salam olsun sənə, ey nicat gəmisi; belə ki, ona minən nicat tapar və ondan uzaqlaşan həlak olar. Salam olsun sənə, ey əjdaha və səhra canavarı ilə danışan! Salam olsun sənə, ey möminlərin əmiri! Allahın rəhmət və bərəkətləri olsun sənə! Salam olsun sənə, ey küfr etdikdən sonra tövbə edənə Allahın höccəti! Salam olsun sənə, ey ağıl sahiblərinin imamı! Salam olsun sənə, ey hikmət mədəni və haqq ilə batili ayıran! Salam olsun sənə, ey kitab elminə sahib olan! Salam olsun sənə, ey hesab gününün tərəzisi! Salam olsun sənə, ey hökmü ayıran və doğru danışan! Salam olsun sənə, ey ibadət mehrabında öz üzüyünü sədəqə verən! Salam olsun sənə, ey “Əhzab” (Xəndək) döyüşündə Allahın onun vasitəsilə möminləri müharibədən nicat verdiyi! Salam olsun sənə, ey Allahın yeganəliyini ixlasla tanıyan və Ona doğru üz tutan! Salam olsun sənə, ey “Xeybər” kafirlərini öldürən və onu yerindən qoparan! Salam olsun sənə, ey (Peyğəmbərin) yatağında yatmaq üçün dəvət olunub, öz canını təhlükəyə atan ən yaxşı insan və ona müsbət cavab verən! Salam olsun sənə, ey “tuba” məqamı (başıucalıq) və gözəl mənzilə layiq görülən! Allahın rəhmət və bərəkətləri olsun sənə! Salam olsun sənə, ey dini qoruyan rəhbər! Salam olsun sənə, ey ağaların ağası! Salam olsun sənə, ey möcüzələr sahibi! Salam olsun sənə, ey fəziləti barəsində “Adiyat” surəsinin nazil olduğu! Salam olsun sənə, ey səmada adı pərdələr üzərində yazılan! Salam olsun sənə, ey qəribəliklər və nişanələri aşkar edən! Salam olsun sənə, ey döyüşlər (ordu) sərkərdəsi! Salam olsun sənə, ey keçmiş və gələcəkdən xəbər verən! Salam olsun sənə, ey səhra canavarı ilə danışan! Salam olsun sənə, ey elm və kamalın sonu və çətin məsələləri şərh edən! Salam olsun sənə, ey səmalarda mələklərin döyüş meydanında hücumlarından heyran qaldığı! Salam olsun sənə, ey Peyğəmbərlə gizli danışan (pıçıldayan) və gizli danışdığına görə sədəqə verən! Salam olsun sənə, ey xeyirxah imamlar və sərvərlərin atası! Allahın rəhmət və bərəkətləri olsun sənə! Salam olsun sənə, ey peyğəmbərliyə seçilən şəxsdən sonra gələn! Salam olsun sənə, ey yaxşı irs qoyanların elminin varisi! Allahın rəhmət və bərəkətləri olsun sənə! Salam olsun sənə, ey vəsilərin sərvəri! Salam olsun sənə, ey təqvalıların imamı! Salam olsun sənə, ey qəmlilərin dadına yetən! Salam olsun sənə, ey möminləri hifz edən! Salam olsun sənə, ey dəlil və nişanələri aşkar edən! Salam olsun sənə, ey Taha və Yasin! Salam olsun sənə, ey Allahın möhkəm ipi! Salam olsun sənə, ey namaz üstə öz üzüyünü yoxsula sədəqə verən! Salam olsun sənə, ey quyudan böyük daşı qoparıb dadlı su çıxaran! Salam olsun sənə, ey Allahın görən gözü, açıq əli və bütün yaranmışlar arasında danışan (bəyan edən) dili! Salam olsun sənə, ey peyğəmbərlərin elminin varisi, birinci və sonuncuların elminin xəzinəsi, “Həmd” bayrağının sahibi və sonuncu peyğəmbərin hovuzundan Allahın dostlarını sirab edən! Salam olsun sənə, ey dinin rəhbəri, üzüağ şəxslərin öndəri və bəyənilmiş (haqq) imamlarının atası! Allahın rəhmət və bərəkətləri olsun sənə! Salam olsun Allahın bəyənilmiş adı, parlayan cilvəsi, güclü tərəfi və doğru yoluna! Salam olsun təqvalı, xalis və səfalı (seçilmiş) imama! Salam olsun parlaq ulduza! Salam olsun imam Əbəlhəsən Əliyə! Allahın rəhmət və bərəkətləri olsun ona! Salam olsun hidayətçi imamlara, gecə çıraqlarına, təqva nişanələrinə, hidayət məşəllərinə, əql sahiblərinə, insanların pənahına, (Allahla bəndələri arasında) möhkəm rabitə iplərinə və dünya əhli üzərindəki höccətlərə! Allahın rəhmət və bərəkətləri olsun onlara! Salam olsun nurlar nuruna, hakim Allahın höccətinə, pak imamların atasına, cənnətlə cəhənnəmi (cənnət əhli ilə cəhənnəm əhlini) ayırana, hadisələrdən xəbər verənə, kafirləri həlak edənə, xalis şiələri ağır günahlardan nicat verənə! Salam olsun seçilmiş Peyğəmbərin təqvalı qızı Tahirəyə (Fatimeyi-Zəhraya) məxsus olana – pərdəli evdə (Kəbədə) doğulana və səmada xeyirxah, pakizə, sevilmli, bəyənilmiş və pak imamların anası ilə evlənənə! Allahın rəhmət və bərəkətləri olsun ona! Salam olsun barəsində ixtilaf olunmuş, insanlara təqdim olunacaq və haqqında soruşulacaq böyük xəbərə! Salam olsun Allahın ən nurlu nuruna və parlaq çırağına! Allahın rəhmət və bərəkətləri olsun ona! Salam olsun sənə, ey Allahın vəlisi, höccəti, xalis və xas bəndəsi! Ey Allahın vəlisi (və höccəti), şəhadət verirəm ki, sən əbədiyyətə qovuşan vaxta qədər Allah yolunda layiqincə mübarizə apardın, Rəsulullahın (Allahın salamı olsun ona və Əhlibeytinə) sünnəsinə tabe oldun, Allahın halalını halal, haramını isə haram bildin, hökmlərini və namazı bərpa etdin, zəkat verdin, (insanları) yaxşılıqlara dəvət etdin, pisliklərdən çəkindirdin, Allah yolunda səbirlə, xeyirxahlıqla, ciddiyyətlə və böyük savab ümidi ilə mübarizə apardın. Elə isə Allah sənin haqqını mənimsəyən və səni öz məqamından kənarlaşdıranlara lənət etsin. Allah bu hadisəni eşidib sevinənlərə lənət etsin. Allahı, mələkləri, peyğəmbərləri və elçilərini şahid tuturam ki, mən səni sevəni sevir və səninlə düşmənçilik edənlə düşmənçilik edirəm. Salam olsun sənə! Allahın rəhmət və bərəkətləri olsun sənə! | السَّلامُ عَلَيْكَ يَا وَصِيَّ الْأَوْصِيَاءِ السَّلامُ عَلَيْكَ يَا عِمَادَ الْأَتْقِيَاءِ السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ الْأَوْلِيَاءِ السَّلامُ عَلَيْكَ يَا سَيِّدَ الشُّهَدَاءِ السَّلامُ عَلَيْكَ يَا آيَةَ اللَّهِ الْعُظْمَى السَّلامُ عَلَيْكَ يَا خَامِسَ أَهْلِ الْعَبَاءِ السَّلامُ عَلَيْكَ يَا قَائِدَ الْغُرِّ الْمُحَجَّلِينَ الْأَتْقِيَاءِ السَّلامُ عَلَيْكَ يَا عِصْمَةَ الْأَوْلِيَاءِ السَّلامُ عَلَيْكَ يَا زَيْنَ الْمُوَحِّدِينَ النُّجَبَاءِ السَّلامُ عَلَيْكَ يَا خَالِصَ الْأَخِلاءِ السَّلامُ عَلَيْكَ يَا وَالِدَ الْأَئِمَّةِ الْأُمَنَاءِ السَّلامُ عَلَيْكَ يَا صَاحِبَ الْحَوْضِ وَ حَامِلَ اللِّوَاءِ السَّلامُ عَلَيْكَ يَا قَسِيمَ الْجَنَّةِ وَ لَظَى السَّلامُ عَلَيْكَ يَا مَنْ شُرِّفَتْ بِهِ مَكَّةُ وَ مِنًى السَّلامُ عَلَيْكَ يَا بَحْرَ الْعُلُومِ وَ كَنَفَ [كَهْفَ] الْفُقَرَاءِ السَّلامُ عَلَيْكَ يَا مَنْ وُلِدَ فِي الْكَعْبَةِ وَ زُوِّجَ فِي السَّمَاءِ بِسَيِّدَةِ النِّسَاءِ وَ كَانَ شُهُودُهَا الْمَلائِكَةَ الْأَصْفِيَاءَ السَّلامُ عَلَيْكَ يَا مِصْبَاحَ الضِّيَاءِ السَّلامُ عَلَيْكَ يَا مَنْ خَصَّهُ النَّبِيُّ بِجَزِيلِ الْحِبَاءِ السَّلامُ عَلَيْكَ يَا مَنْ بَاتَ عَلَى فِرَاشِ خَاتَمِ الْأَنْبِيَاءِ وَ وَقَاهُ بِنَفْسِهِ شَرَّ الْأَعْدَاءِ السَّلامُ عَلَيْكَ يَا مَنْ رُدَّتْ لَهُ الشَّمْسُ فَسَامَى شَمْعُونَ الصَّفَا السَّلامُ عَلَيْكَ يَا مَنْ أَنْجَى اللَّهُ سَفِينَةَ نُوحٍ بِاسْمِهِ وَ اسْمِ أَخِيهِ حَيْثُ الْتَطَمَ الْمَاءُ حَوْلَهَا وَ طَمَى السَّلامُ عَلَيْكَ يَا مَنْ تَابَ اللَّهُ بِهِ وَ بِأَخِيهِ عَلَى آدَمَ إِذْ غَوَى السَّلامُ عَلَيْكَ يَا فُلْكَ النَّجَاةِ الَّذِي مَنْ رَكِبَهُ نَجَا وَ مَنْ تَأَخَّرَ عَنْهُ هَوَى السَّلامُ عَلَيْكَ يَا مَنْ خَاطَبَ الثُّعْبَانَ وَ ذِئْبَ الْفَلا السَّلامُ عَلَيْكَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ عَلَى مَنْ كَفَرَ وَ أَنَابَ السَّلامُ عَلَيْكَ يَا إِمَامَ ذَوِي الْأَلْبَابِ السَّلامُ عَلَيْكَ يَا مَعْدِنَ الْحِكْمَةِ وَ فَصْلَ الْخِطَابِ السَّلامُ عَلَيْكَ يَا مَنْ عِنْدَهُ عِلْمُ الْكِتَابِ السَّلامُ عَلَيْكَ يَا مِيزَانَ يَوْمِ الْحِسَابِ السَّلامُ عَلَيْكَ يَا فَاصِلَ الْحُكْمِ النَّاطِقَ بِالصَّوَابِ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْمُتَصَدِّقُ بِالْخَاتَمِ فِي الْمِحْرَابِ السَّلامُ عَلَيْكَ يَا مَنْ كَفَى اللَّهُ الْمُؤْمِنِينَ الْقِتَالَ بِهِ يَوْمَ الْأَحْزَابِ السَّلامُ عَلَيْكَ يَا مَنْ أَخْلَصَ لِلَّهِ الْوَحْدَانِيَّةَ وَ أَنَابَ السَّلامُ عَلَيْكَ يَا قَاتِلَ خَيْبَرَ وَ قَالِعَ الْبَابِ السَّلامُ عَلَيْكَ يَا مَنْ دَعَاهُ خَيْرُ الْأَنَامِ لِلْمَبِيتِ عَلَى فِرَاشِهِ فَأَسْلَمَ نَفْسَهُ لِلْمَنِيَّةِ وَ أَجَابَ السَّلامُ عَلَيْكَ يَا مَنْ لَهُ طُوبَى وَ حُسْنُ مَآبٍ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ عِصْمَةِ الدِّينِ وَ يَا سَيِّدَ السَّادَاتِ السَّلامُ عَلَيْكَ يَا صَاحِبَ الْمُعْجِزَاتِ السَّلامُ عَلَيْكَ يَا مَنْ نَزَلَتْ فِي فَضْلِهِ سُورَةُ الْعَادِيَاتِ السَّلامُ عَلَيْكَ يَا مَنْ كُتِبَ اسْمُهُ فِي السَّمَاءِ عَلَى السُّرَادِقَاتِ السَّلامُ عَلَيْكَ يَا مُظْهِرَ الْعَجَائِبِ وَ الْآيَاتِ السَّلامُ عَلَيْكَ يَا أَمِيرَ الْغَزَوَاتِ السَّلامُ عَلَيْكَ يَا مُخْبِرا بِمَا غَبَرَ وَ بِمَا هُوَ آتٍ السَّلامُ عَلَيْكَ يَا مُخَاطِبَ ذِئْبِ الْفَلَوَاتِ السَّلامُ عَلَيْكَ يَا خَاتِمَ الْحَصَى وَ مُبَيِّنَ الْمُشْكِلاتِ السَّلامُ عَلَيْكَ يَا مَنْ عَجِبَتْ مِنْ حَمَلاتِهِ فِي الْوَغَى مَلائِكَةُ السَّمَاوَاتِ السَّلامُ عَلَيْكَ يَا مَنْ نَاجَى الرَّسُولَ فَقَدَّمَ بَيْنَ يَدَيْ نَجْوَاهُ الصَّدَقَاتِ السَّلامُ عَلَيْكَ يَا وَالِدَ الْأَئِمَّةِ الْبَرَرَةِ السَّادَاتِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ السَّلامُ عَلَيْكَ يَا تَالِيَ الْمَبْعُوثِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عِلْمِ خَيْرِ مَوْرُوثٍ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ السَّلامُ عَلَيْكَ يَا سَيِّدَ الْوَصِيِّينَ [الْمُؤْمِنِينَ] السَّلامُ عَلَيْكَ يَا إِمَامَ الْمُتَّقِينَ السَّلامُ عَلَيْكَ يَا غِيَاثَ الْمَكْرُوبِينَ السَّلامُ عَلَيْكَ يَا عِصْمَةَ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ يَا مُظْهِرَ الْبَرَاهِينِ السَّلامُ عَلَيْكَ يَا طه وَ يس السَّلامُ عَلَيْكَ يَا حَبْلَ اللَّهِ الْمَتِينَ السَّلامُ عَلَيْكَ يَا مَنْ تَصَدَّقَ فِي صَلاتِهِ بِخَاتَمِهِ عَلَى الْمِسْكِينِ السَّلامُ عَلَيْكَ يَا قَالِعَ الصَّخْرَةِ عَنْ فَمِ الْقَلِيبِ وَ مُظْهِرَ الْمَاءِ الْمَعِينِ السَّلامُ عَلَيْكَ يَا عَيْنَ اللَّهِ النَّاظِرَةَ وَ يَدَهُ الْبَاسِطَةَ وَ لِسَانَهُ الْمُعَبِّرَ عَنْهُ فِي بَرِيَّتِهِ أَجْمَعِينَ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عِلْمِ النَّبِيِّينَ وَ مُسْتَوْدَعَ عِلْمِ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ صَاحِبَ لِوَاءِ الْحَمْدِ وَ سَاقِيَ أَوْلِيَائِهِ مِنْ حَوْضِ خَاتَمِ النَّبِيِّينَ السَّلامُ عَلَيْكَ يَا يَعْسُوبَ الدِّينِ وَ قَائِدَ الْغُرِّ الْمُحَجَّلِينَ وَ وَالِدَ الْأَئِمَّةِ الْمَرْضِيِّينَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ السَّلامُ عَلَى اسْمِ اللَّهِ الرَّضِيِّ وَ وَجْهِهِ الْمُضِيءِ وَ جَنْبِهِ الْقَوِيِّ وَ صِرَاطِهِ السَّوِيِّ السَّلامُ عَلَى الْإِمَامِ التَّقِيِّ الْمُخْلِصِ الصَّفِيِّ السَّلامُ عَلَى الْكَوْكَبِ الدُّرِّيِّ السَّلامُ عَلَى الْإِمَامِ أَبِي الْحَسَنِ عَلِيٍّ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ السَّلامُ عَلَى أَئِمَّةِ الْهُدَى وَ مَصَابِيحِ الدُّجَى وَ أَعْلامِ التُّقَى وَ مَنَارِ الْهُدَى وَ ذَوِي النُّهَى وَ كَهْفِ الْوَرَى وَ الْعُرْوَةِ الْوُثْقَى وَ الْحُجَّةِ عَلَى أَهْلِ الدُّنْيَا وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ السَّلامُ عَلَى نُورِ الْأَنْوَارِ وَ حُجَّةِ الْجَبَّارِ وَ وَالِدِ الْأَئِمَّةِ الْأَطْهَارِ وَ قَسِيمِ الْجَنَّةِ وَ النَّارِ الْمُخْبِرِ عَنِ الْآثَارِ الْمُدَمِّرِ عَلَى الْكُفَّارِ مُسْتَنْقِذِ الشِّيعَةِ الْمُخْلِصِينَ مِنْ عَظِيمِ الْأَوْزَارِ السَّلامُ عَلَى الْمَخْصُوصِ بِالطَّاهِرَةِ التَّقِيَّةِ ابْنَةِ الْمُخْتَارِ الْمَوْلُودِ فِي الْبَيْتِ ذِي الْأَسْتَارِ الْمُزَوَّجِ فِي السَّمَاءِ بِالْبَرَّةِ الطَّاهِرَةِ الرَّضِيَّةِ الْمَرْضِيَّةِ وَالِدَةِ الْأَئِمَّةِ الْأَطْهَارِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ السَّلامُ عَلَى النَّبَإِ الْعَظِيمِ الَّذِي هُمْ فِيهِ مُخْتَلِفُونَ وَ عَلَيْهِ يُعْرَضُونَ وَ عَنْهُ يُسْأَلُونَ السَّلامُ عَلَى نُورِ اللَّهِ الْأَنْوَرِ وَ ضِيَائِهِ الْأَزْهَرِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ اللَّهِ وَ حُجَّتَهُ وَ خَالِصَةَ اللَّهِ وَ خَاصَّتَهُ أَشْهَدُ أَنَّكَ يَا وَلِيَّ اللَّهِ [وَ حُجَّتَهُ] لَقَدْ جَاهَدْتَ فِي سَبِيلِ اللَّهِ حَقَّ جِهَادِهِ وَ اتَّبَعْتَ مِنْهَاجَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ حَلَّلْتَ حَلالَ اللَّهِ وَ حَرَّمْتَ حَرَامَ اللَّهِ وَ شَرَعْتَ أَحْكَامَهُ وَ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ جَاهَدْتَ فِي سَبِيلِ اللَّهِ صَابِرا نَاصِحا مُجْتَهِدا مُحْتَسِبا عِنْدَ اللَّهِ عَظِيمَ الْأَجْرِ حَتَّى أَتَاكَ الْيَقِينُ فَلَعَنَ اللَّهُ مَنْ دَفَعَكَ عَنْ حَقِّكَ وَ أَزَالَكَ عَنْ مَقَامِكَ وَ لَعَنَ اللَّهُ مَنْ بَلَغَهُ ذَلِكَ فَرَضِيَ بِهِ أُشْهِدُ اللَّهَ وَ مَلائِكَتَهُ وَ أَنْبِيَاءَهُ وَ رُسُلَهُ أَنِّي وَلِيٌّ لِمَنْ وَالاكَ وَ عَدُوٌّ لِمَنْ عَادَاكَ السَّلامُ عَلَيْكَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
Sonra özünü qəbrə yapışdır və qəbri öp və de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əşhədu ənnəkə təsməu kəlami və təşhədu məqami, və əşhədu ləkə ya vəliyyəllahi bil bəlaği vəl əda, ya məvlayə ya huccətəllahi ya əminəllahi ya vəliyyəllah, innə bəyni və bəynəllahi əzzə və cəllə zunubən qəd əsqələt zəhri, və mənəətni minər ruqadi və zikruha yuqəlqilu əhşai, və qəd hərəbtu iləllahi əzzə və cəll, və iləykə fəbihəqqi məni`təmənəkə əla sirrihi vəstər`akə əmrə xəlqih, və qərənə taətəkə bitaətihi və muvalatəkə bimuvalatih, kun li iləllahi şəfiən və minən nari mucirən və ələd dəhri zəhira. | Şəhadət verirəm ki, sən mənim sözlərimi eşidir və durduğum yeri görürsən. Ey Allahın vəlisi, şəhadət verirəm ki, sən dini təbliğ etdin və vəzifəni layiqincə yerinə yetirdin. Ey mənim mövlam, ey Allahın höccəti, ey Allahın əmanətdarı, ey Allahın vəlisi, həqiqətən, mənimlə böyük və uca Allah arasında çiynimə ağırlıq gətirən, yuxumu əlimdən alan və xatirəsi daxili orqanlarımı titrədən günahlar olduğundan, böyük və uca Allaha və sənə doğru qaçmışam. Bəs, səni Öz sirrinə əmanətdar seçən, məxluqatının işlərini sənə tapşıran, sənə itaəti Öz itaətinə və sənə məhəbbəti Öz məhəbbətinə yaxınlaşdırana xatir Allah dərgahında mənə şəfaət et, cəhənnəm odundan mənə nicat ver və ruzigarın hadisələrində köməyim ol! | أَشْهَدُ أَنَّكَ تَسْمَعُ كَلامِي وَ تَشْهَدُ مَقَامِي وَ أَشْهَدُ لَكَ يَا وَلِيَّ اللَّهِ بِالْبَلاغِ وَ الْأَدَاءِ يَا مَوْلايَ يَا حُجَّةَ اللَّهِ يَا أَمِينَ اللَّهِ يَا وَلِيَّ اللَّهِ اِنَّ بَيْنِي وَ بَيْنَ اللَّهِ عَزَّ وَ جَلَّ ذُنُوبا قَدْ أَثْقَلَتْ ظَهْرِي وَ مَنَعَتْنِي مِنَ الرُّقَادِ وَ ذِكْرُهَا يُقَلْقِلُ أَحْشَائِي وَ قَدْ هَرَبْتُ إِلَى اللَّهِ عَزَّ وَ جَلَّ وَ إِلَيْكَ فَبِحَقِّ مَنِ ائْتَمَنَكَ عَلَى سِرِّهِ وَ اسْتَرْعَاكَ أَمْرَ خَلْقِهِ وَ قَرَنَ طَاعَتَكَ بِطَاعَتِهِ وَ مُوَالاتَكَ بِمُوَالاتِهِ كُنْ لِي إِلَى اللَّهِ شَفِيعا وَ مِنَ النَّارِ مُجِيرا وَ عَلَى الدَّهْرِ ظَهِيرا |
Sonra yenə də özünü qəbrə yapışdır və qəbri öp və de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya vəliyyəllahi ya huccətəllah, ya babə hittətillahi vəliyyukə və zairuk, vəl laizu biqəbrikə vən nazilu bifinaik, vəl munixu rəhləhu fi civarik, yəs`əlukə ən təşfəə ləhu iləllahi fi qəzai hacətih, və nuchi təlibətihi fid dunya vəl axirəh, fəinnə ləkə indəllahil cahəl əzim, vəş şəfaətəl məqbuləh, fəc`əlni ya məvlayə min həmmikə və ədxilni fi hizbik, vəssəlamu ələykə və əla zəciəykə Adəmə və Nuh, vəs səlamu ələykə və əla vələdəykəl Həsəni vəl Husəyn, və ələl əimmətit tahirinə min zurriyyətikə və rəhmətullahi və bərəkatuh. | Ey Allahın vəlisi, ey Allahın höccəti, ey Allahın (günahların bağışlanmasına səbəb olan) “hittə” qapısı! Sənin dostun, zəvvarın, qəbrinə sığınan, qapına gələn və kənarında düşərgə salan səndən Allah dərgahında hacətlərinin rəva olunması, dünya və axirət istəklərinə çatması üçün ona şəfaət etməyini diləyir. Həqiqətən, sənin Allah dərgahında böyük dərəcə və məqbul şəfaət məqamın var. Ey mənim mövlam, mənə qayğı göstər və öz orduna daxil et! Salam olsun sənə və sənin kənarında yatan Adəm və Nuha! Salam olsun sənə, iki övladın Həsən və Hüseynə və övladlarından olan pak imamlara! Allahın rəhmət və bərəkətləri olsun sizə! | ƏRƏBİSİN YAZ |
O vaxt 6 rəkət namaz qıl, 2 rəkəti həzrəti Əmirəlmöminin (ə) üçün, 2 rəkəti həzrət Adəm (ə) üçün və 2 rəkəti də həzrət Nuh (ə) üçün. Allahı çox çağır ki, inşaallah duaların qəbul olacaq.
Qeyd:
1) Əllamə Məclisi buyurmuşdur: “Bu ziyarətnamə, ən yaxşı ziyarətnamələrdən biridir və mötəbər sənədlərlə ən mötəbər kitablarda qeyd olunmuşdur.” Bəzi rəvayətlərdən bu günə məxsus olmadığı başa düşülür, yəni hər zaman oxunması məqsədə uyğun və yaxşıdır.” [1]
2) Şeyx Abbas Qummi “Məzar-Kəbir” kitabına istinadən nəql edir ki, bu ziyarət günəş doğan müddətdə yerinə yetirilir. Həmçinin o nəql edir ki, Əllamə Məclisi deyir: “Bu ziyarət etibarlı sənədlərlə etibarlı kitablarda qeyd olunmuşdur və ən yaxşı ziyarətlərdən hesab olunur”.
3) Bəzilərində belə sual yarana bilər ki, nə üçün 17 Rəbiul əvvəl, yəni Həzrət Rəsulallahın (s) mövlud günündə Əmirəlmöminin Əlini (ə) ziyarət etmək tövsiyə olunubdur?
Bu suala bir neçə cavab vermək olar:
a) Bildiyiniz kimi, Həzrət Rəsulallah (s) buyurmuşdur: “Mən elmin şəhəri, Əli isə onun qapısıdır.” Bu hədisdən belə bir nəticə də çıxarmaq mümkündür ki, Rəsulallahın (s) hüzuruna Əmirəlmöminin Əli (ə) darvazasından keçib getmək gərəkdir.
b) Bu iki ilahi insan iki bədəndə vahid nur və candırlar. Mübahilə ayəsində də bu həqiqətə toxunulmuşdur. Belə ki, “ənfusənə͂” ifadəsində Əmirəlmöminin Əli (ə) nəzərdə tutulur. Bu əsasla, onlardan birini ziyarət etmək digərini ziyarət etmək deməkdir.
c) “Kamiluz-ziyarat” kitabında Mufəzzəl ibn Ömərin İmam Sadiqdən (ə) nəql etdiyi bir hədis qeyd edilmişdir. Hədisdə buyurulur ki, Nəcəfi ziyarət etmək Rəsulallahı (s) ziyarət etməkdir.[2]
Əllamə Məclisi “Məzar-Kəbir” kitabına istinadən nəql edir: “İshaq ibn Əmmar deyir ki, mən İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: “Bir çöl ərəbi Rəsullahın (s) yanına gəlib deyir: “Ey Rəsulallah, mənim evim buradan uzaqda yerləşir. Mən sizi ziyarət etmək üçün bu uzaq yolu qət edib Mədinəyə gəlirəm. Bəzən elə olur ki, səni görə bilmirəm və Əli ibn Əbu Taliblə görüşüb danışıram. Səni görmədiyim üçün qüssələnir və beləcə geri qayıdıram.” Rəsulallah (s) buyurdu: “Kim Əlini ziyarət edərsə, şübhəsiz, məni ziyarət etmişdir. Kim onu dost tutarsa, məni dost tutmuşdur. Kim ona düşmən olarsa, mənə düşmən olmuşdur. Bu mətləbi mənim tərəfimdən öz tayfana çatdır (və de): “Kim Əlinin ziyarətinə gəlsə, mənim ziyarətimə gəlmişdir. Qiyamət günü mən, Cəbrail və saleh möminlər onu mükafatlandıracağıq.”[3]
4) Bunlardan əlavə, şiələrin böyük əksəriyyəti İraqda idi və onlar hər zaman Rəsulallahın (s) qəbrini ziyarət etmək şərəfinə nail olmurdular. Bu səbəbdən də Həzrət Rəsulallahın (s) mövlud günü o həzrətin haqq canişini Əmirəlmöminin Əlini (ə) ziyarət etmək tövsiyə olunmuşdur.
5) Bir mötəbər hədisdə İmam Sadiq (ə) buyurur: “Əgər Nəcəfə getsəniz mütləq Adəm (ə)-ın sümüklərini, Nuh (ə)-ın bədənini, Əli ibn Əbu Talib (ə)-ın cismini. Bunula sən həqiqətən ata-babaları, Hz. Muhəmməd (s)-i və ən yaxşı vəsi Əli (ə)-ı ziyarət etmiş olursan.”
Mənbələr:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 377
[2] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 10, səh 39, hədis 2
[3] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 262, hədis 17,
Muhəmməd ibn əl-Məşhədi — Məzar-Kəbir, səh 37, hədis13
