Ziyarətnamə: İmam Əlinin (ə) Məbəs gecəsində məxsusi ziyarəti
Rəcəb ayının 27-də üç ziyarət vardır:
1) Rəcəbiyyə ziyarəti — “Əlhəmdu lillahilləzi əşhədəna məşhədə əvliyaihi” bu ziyarət Rəcəb ayının əməllərində keçdi. Bu ziyarətnaməni Rəcəb ayında müqəddəs məkanların hər birində oxuya bilərsiniz. Lakin “Qədim məzar” kitabının müəllifi və Şeyx Muhəmməd ibn Məşhədi onu məbəs gecəsinin məxsus ziyarətlərindən saymışdır.
2) “Əssəlamu əla əbil-əimməti və mə`dinin-nubuvvəti” ziyarətidir ki, Əllamə Məclisi (rəhmətullah) onu “Töhfə” kitabının 7-ci ziyarəti qərar vermişdir. “Qədim məzar” kitabının sahibi Şəhid Əvvəl onu Rəcəb ayının 27-ci gecəsinə məxsus olduğunu bilib. Necə ki, biz “Hədiyyətuz-zair” kitabında Şeyx Abbas Qumi onu zikr edibdir.
3) Bu ziyarəti Şeyx Mufid, Seyid və Şəhid nəql ediblər,elə ki, əgər məbəs gecəsi, ya onun gündüzü istədin həzrət Əmirəlmöminini (ə) ziyarət edəsən, o həzrətin pak qəbrinin qarşısında dayan və belə de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əşhədu ən lə ilahə illəllahu vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, və ənnə Əliyyəbnə Əbi Talibin Əmirəl mu`mininə əbdullahi və əxu rəsulih, və ənnəl əimmətət tahirinə min vuldihi hucəcullahi əla xəlqih. | Şəhadət verirəm ki, həqiqətən, Allahdan başqa heç bir tanrı yoxdur. O təkdir və Onun şəriki yoxdur. Şəhadət verirəm ki, həqiqətən, Muhəmməd Onun bəndəsi və rəsulu, Əmirəlmöminin Əli ibn Əbu Talib Allahın bəndəsi və Onun Rəsulunun qardaşı, onun övladlarından olan pak imamlar Allahın varlıqlar üzərindəki höccətidirlər. | اَشْهَدُ اَنْ لَا اِلـٰهَ اِلَّا اللهُ، وَحْدَهُ لَا شَرِیکَ لَهُ. وَ اَشْهَدُ اَنَّ مُحَمَّدًا عَبْدُهُ وَ رَسُولُهُ، وَ اَنَّ عَلِىَّ بْنَ اَبِى طَالِبٍ اَمِیرَ الْمُؤْمِنِینَ عَبْدُ اللهِ وَ اَخُو رَسُولِهِ، وَ اَنَّ الْاَئِمَّةَ الطَّاهِرِینَ مِنْ وُلْدِهِ حُجَجُ اللهِ عَلَىٰ خَلْقِهِ |
Sonra daxil ol və o həzrətin qəbrinin yanında dayan, üzün qəbrə, arxan isə qibləyə tərəf olduqda, yüz dəfə təkbir deyib, bu ziyarəmnaməni oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya varisə Adəmə xəlifətillah, Əssəlamu ələykə ya varisə Nuhin səfvətillah, əssəlamu ələykə ya varisə İbrahimə xəlilillah, əssəlamu ələykə ya varisə Musa kəlimillah, əssəlamu ələykə ya varisə İsa ruhillah, əssəlamu ələykə ya varisə Muhəmmədin səyyidi rusulillah, əssəlamu ələykə ya əmirəl mu`minin, əssəlamu ələykə ya imaməl muttəqin, əssəlamu ələykə ya səyyidəl vəsiyyin, əssəlamu ələykə ya vəsiyyə rəsuli rəbbil aləmin, əssəlamu ələykə ya varisə ilmil əvvəlinə vəl axirin, əssəlamu ələykə əyyuhən nəbəul əzim, əssəlamu ələykə əyyuhəs siratul mustəqim, əssəlamu ələykə əyyuhəl muhəzzəbul kərim, əssəlamu ələykə əyyuhəl vəsiyyut təqiyy, əssəlamu ələykə əyyuhər rəziyyuz zəkiyy, əssəlamu ələykə əyyuhəl bədrul muzi`, əssəlamu ələykə əyyuhəs siddiqul əkbər, əssəlamu ələykə əyyuhəl faruqul ə`zəm, əssəlamu ələykə əyyuhəs siracul munir, əssəlamu ələykə ya imaməl huda, əssəlamu ələykə ya ələmət tuqa, əssəlamu ələykə ya huccətəllahil kubra, əssəlamu ələykə ya xassətəllahi və xalisətəh, və əminəllahi və səfvətəh, və babəllahi və huccətəh, və mə`dinə hukmillahi və sirrihi və əybətə ilmillahi və xazinəh, və səfirəllahi fi xəlqih, əşhədu ənnəkə əqəmtəs səlatə və atəytəz zəkah, və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər, vəttəbə`tər rəsulə və tələvtəl kitabə həqqə tilavətih, və bəlləğtə ənillahi və vəfəytə biəhdillah, təmmət bikə kəlimatullahi və cahədtə fillahi həqqə cihadih, və nəsəhtə lillahi və lirəsulihi sələllahu ələyhi və alih, və cudtə binəfsikə sabirən muhtəsibən mucahidən ən dinillah, muvəqqiyən lirəsulillahi talibən ma indəllah, rağibən fima vəədəllah, və məzəytə lilləzi kuntə ələyhi şəhidən və şahidən və məşhuda, fəcəzakəllahu ən rəsulihi və ənil islami və əhlih, min siddiqin əfzələl cəza, əşhədu ənnəkə kuntə əvvələl qəvmi islama, və əxləsəhum imanən və əşhəddəhum yəqina, və əxvəfəhum lillahi və ə`zəməhum ənaa, və əhvətəhum əla rəsulillahi səlləllahu ələyhi və alih, və əfzələhum mənaqibə və əksərəhum səvabiq, və ərfəəhum dərəcətən və əşrəfəhum mənziləh, və əkrəməhum ələyhi fəqəvitə (qəvəytə) hinə vəhənu, və ləzimtə minhacə rəsulillahi səlləllahu ələyhi və alih, və əşhədu ənnəkə kuntə xəlifətəhu həqqən ləm tunazə` birəğmil munafiqin, və ğəyzil kafirinə və ziğnil fasiqin, və qumtə bil əmri hinə fəşilu və nətəqtə hinə tətə`təu, və məzəytə binurillahi iz vəqəfu, fəmənittəbəəkə fəqədihtəda (hudiy), kuntə əvvələhum kəlamən və əşəddəhum xisama, və əsvəbəhum məntiqən və əsəddəhum rə`ya, və əşcəəhum qəlbən və əksərəhum yəqina, və əhsənəhum əmələn və ə`rəfəhum bil umur, kuntə lil mu`mininə əbən rəhimən iz saru ələykə iyala, fəhəməltə əsqalə ma ənhu zəufu, və həfiztə ma əzau və rəəytə ma əhməlu, və şəmmərtə iz cəbənu və ələvtə iz həliu, və səbərtə iz cəziu, kuntə ələl kafirinə əzabən səbbən və ğilzətən və ğəyza, və lil mu`mininə ğəysən və xisbən və ilmən ləm tufləl huccətuk, və ləm yəziğ qəlbukə və ləm təz`uf bəsirətuk, və ləm təcbun nəfsukə kuntə kəl cəbəli la tuhərrikuhul əvasif, və la tuziluhul qəvasif, kuntə kəma qalə rəsulullahi səlləllahu ələyhi və alih, qəviyyən fi bədənikə mutəvaziən fi nəfsik, əzimən indəllahi kəbirən fil ərzi cəlilən fis səma, ləm yəkun liəhədin fikə məhməz, və la liqailin fikə məğməz və la lixəlqin fikə mətmə`, və la liəhədin indəkə həvadətun yucəduz zəifuz zəlilu indəkə qəviyyən əziza, hətta tə`xuzə ləhu bihəqqihi vəl qəviyyul əzizu indəkə zəifa (zəlila), hətta tə`xuzu minhul həqqəl qəribu vəl bəidu indəkə fi zalik, səvaun şə`nukəl həqqu vəs sidqu vər rifq, və qəvlukə hukmun və hətmun və əmrukə hilmun və əzm, və rə`yukə ilmun və həzm (və cəzm), i`tədələ bikəd dinu və səhulə bikəl əsir, və utfiət bikən niranu və qəviyə bikəl iman, və səbətə bikəl islamu və həddət musibətukəl ənam, fəinna lillahi və inna iləyhi raciun, ləənəllahu mən qətələk, və ləənəllahu mən xaləfək, və ləənəllahu məniftəra ələykə və ləənəllahu mən zələməkə və ğəsəbəkə həqqək, və ləənəllahu mən bələğəhu zalikə fərəziyə bih, inna iləllahi minhum burəa, ləənəllahu ummətən xaləfətkə və cəhədət vilayətəkə və təzahərət ələyk, və qətələtkə və hadət ənkə və xəzələtk, əl həmdu lillahilləzi cəələn narə məsvahum və bi`səl virdul məvrud, əşhədu ləkə ya vəliyyəllahi və vəliyyə rəsulihi sələllahu ələyhi və alih, bil bəlaği vəl əda (vən nəsihəh), və əşhədu ənnəkə həbibullah (cənbullah) və babuh, və ənnəkə cənbullahi (həbibullah) və vəchuhulləzi minhu yu`ta, və ənnəkə səbilullahi və ənnəkə əbdullahi və əxu rəsulih, səlləllahu ələyhi və alih, ətəytukə zairən liəzimi halik, və mənzilətikə indəllahi və ində rəsulihi mutəqərribən iləllahi biziyarətikə rağibən iləykə fiş şəfaəh, əbtəği bişəfaətikə xəlasə nəfsi mutəəvvizən bikə minən nar, haribən min zunubiyəllətih tətəbtuha əla zəhri, fəziən iləykə rəcaə rəhməti rəbbi, ətəytukə əstəşfiu bikə ya məvlayə iləllah, və ətəqərrəbu bikə iləyhi liyəqziyə bikə həvaici, fəşfə` li ya əmirəl mu`mininə iləllah, fəinni əbdullahi və məvlakə və zairuk, və ləkə indəllahil məqamul mə`lumu vəl cahul əzimu vəş şə`nul kəbir, vəş şəfaətul məqbuləh, Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, və səlli əla əbdikə və əminikəl əvfa və urvətikəl vusqa, və yədikəl ulya və kəlimətikəl husna və huccətikə ələl vəra, və siddiqikəl əkbəri səyyidil əvsiyai və ruknil əvliya, və imadil əsfiyai əmiril mu`minin, və yə`subil muttəqinə və qudvətis siddiqin, və imamis salihinəl mə`sumi minəz zələl, vəl məftumi minəl xələl, vəl muhəzzəbi minəl əybi vəl mutəhhəri minər rəyb, əxi nəbiyyikə və vəsiyyi rəsulikə vəl baiti əla firaşih, vəl muvasi ləhu binəfsihi və kaşifil kərbi ən vəchihilləzi cəəltəhu səyfən linubuvvətih, və mu`cizən lirisalətihi və dilalətin vazihətən lihuccətih, və hamilən lirayətihi və viqayətən limuhcətih, və hadiyən liummətihi və yədən libə`sihi və tacən lirə`sih, və babən linəsrihi və miftahən lizəfərih, hətta həzəmə cunudəş şirki biəydikə və əbadə əsakirəl kufri biəmrik, və bəzələ nəfsəhu fi mərzatikə və mərzati rəsulik, və cəələha vəqfən əla taətihi və micənnən dunə nəkbətih, hətta fazət nəfsuhu sələllahu ələyhi və alihi fi kəffih, vəstələbə bərdəha və məsəhəhu əla vəchih, və əanəthu məlaikətukə əla ğuslihi və təchizih, və səlla ələyhi və vara şəxsəhu və qəza dəynəhu və əncəzə və`dəh, və ləzimə əhdəhu vəhtəza misaləhu və həfizə vəsiyyətəh, və hinə vəcədə ənsarən nəhəzə mustəqillən biə`bail xilafəh, muztəliən biəsqalil imaməh, fənəsəbə rayətəl huda fi ibadikə və nəşərə səvbəl əmni fi biladik, və bəsətəl ədlə fi bəriyyətikə və həkəmə bikitabikə fi xəliqətik, və əqaməl hududə və qəməəl cuhudə və qəvvəməz zəyğ, və səkkənəl ğəmrətə və əbadəl fətrətə və səddəl furcəh, və qətələn nakisətə vəl qasitətə vəl mariqəz, və ləm yəzəl əla minhaci rəsulillahi səlləllahu ələyhi və alih, və tirətihi və lutfi şakilətihi və cəmali sirətih, muqtədiyən bisunnətihi mutəəlliqən bihimmətihi mubaşirən litəriqətih, və əmsilətuhu nəsbu əynəyhi yəhmilu ibadəkə ələyha, və yəd`uhum iləyha ila ən xuzibət şəybətuhu min dəmi rə`sih, Əllahummə fəkəma ləm yu`sir fi taətikə şəkkən əla yəqin, və ləm yuşrik bikə tərfətə əyn, səlli ələyhi səlatən zakiyətən namiyəh, yəlhəqu biha dərəcətən nubuvvəti fi cənnətik, və bəlliğhu minna təhiyyətən və səlama, və atina min lədunkə fi muvalatihi fəzlən və ihsanən və məğfirətən və rizvana, innəkə zul fəzlil cəsimi birəhmətikə ya ərhəmər rahimin. | Salam olsun sənə, ey Allahın xəlifəsi olan Adəmin varisi! Salam olsun sənə, ey Allahın seçdiyi Nuhun varisi! Salam olsun sənə, ey Allahın dostu İbrahimin varisi! Salam olsun sənə, ey Allahla həmsöhbət olan Musanın varisi! Salam olsun sənə, ey Allahın ruhu İsanın varisi! Salam olsun sənə, ey Allahın elçilərinin sərvəri Muhəmmədin varisi! Salam olsun sənə, ey Əmirəlmöminin! Salam olsun sənə, ey təqvalıların imamı! Salam olsun sənə, ey vəsilərin sərvəri! Salam olsun sənə, ey aləmlərin Rəbbinin Rəsulunun canişini! Salam olsun sənə, ey birinci və sonuncuların elminin varisi! Salam olsun sənə, ey böyük xəbər! Salam olsun sənə, ey doğru yol! Salam olsun sənə, ey eyiblərdən pak olan və kəramət sahibi! Salam olsun sənə, ey təqvalı vəsi! Salam olsun sənə, ey Allahın bəyəndiyi və pakizə bəndə! Salam olsun sənə, ey işıqlı ay! Salam olsun sənə, ey böyük siddiq (düzdanışan)! Salam olsun sənə, ey haqq ilə batili ayıran ən böyük insan! Salam olsun sənə, ey parlayan çıraq! Salam olsun sənə, ey hidayətçi imam! Salam olsun sənə, ey təqva nişanəsi! Salam olsun sənə, ey Allahın böyük höccəti! Salam olsun sənə, ey Allahın xas və xalis bəndəsi, Onun əmanətdarı, seçdiyi, Allahın qapısı, höccəti, Allahın hökm və sirrinin mədəni, elminin xəzinə və xəzinədarı, Allahın Öz yaratdıqları arasındakı səfiri! Şəhadət verirəm ki, sən namazı bərpa etdin, zəkat verdin, (insanları) yaxşılıqlara dəvət etdin, pisliklərdən çəkindirdin, Peyğəmbərə itaət etdin, kitabı (Qurani-Kərimi) layiqincə tilavət etdin, Allah tərəfindən dini təbliğ etdin, Allahın əhdinə sadiq qaldın, sənin vasitənlə Allahın kəlmələri tamamlandı, Allah yolunda layiqincə mübarizə apardın, Allah və Onun Peyğəmbəri (Allahın salamı olsun ona və Əhlibeytinə) yolunda xeyirxahlıq göstərdin, bu yolda səbirlə, savab ümidi ilə, Allahın dinini müdafiə edib Rəsulullahı qorumaq, Allahın dərgahındakı savabı əldə etmək və Onun vəd etdiklərinə meyil göstərmək məqsədilə canını fəda etdin və beləcə, şəhid, şahid və müşahidə halında dünyadan getdin. Allah Öz Rəsulu, İslam və İslam əhli tərəfindən belə bir sadiq insana ən yaxşı mükafat əta etsin. Şəhadət verirəm ki, sən İslamı qəbul edən ilk şəxs, iman baxımından insanların ən xalisi, yəqin baxımından ən möhkəmi, Allahdan ən çox qorxanı, ən çox əzab-əziyyət çəkəni, Rəsulullaha (Allahın salam olsun ona və Əhli-beytinə) ən çox qayğı göstərəni, fəzilətcə ən üstünü, İslamda parlaq keçmişə sahib olanı, məqamca ən yüksəyi və şərafətlisi və onun yanında ən hörmətlisisən! Onlar tənbəllik etdiyi zaman sən möhkəm dayandın və Rəsulullahın (Allahın salamı olsun ona və Əhli-beytinə) yolu və sünnəsindən əl çəkmədin. Şəhadət verirəm ki, sən onun haqq xəlifəsi idin və münafiqlərin varlığı, kafirlərin qəzəbi və fasiqlərin kin-küdurəti ilə belə, bu məsələdə heç kim səninlə çəkişə bilməz. Başqaları süstlük etdikləri zaman sən dini təbliğ etmək üçün qiyam etdin; susduqları zaman sən danışdın; dayandıqları zaman sən Allahın nuru sayəsində irəliyə doğru hərəkət etdin. Sənə itaət edən doğru yola yönəldi və sən sözdə (həqiqəti deməkdə) onların birincisi, qəzəbin şiddətli, danışığın düzgün, tədbirin möhkəm, qəlbin şücaətli, yəqinin çox, əməlin yaxşı, (elmi və ictimai) işlərlə tanış və möminlərə mehriban ata idin. Çünki onları öz əhli-əyalın bilirdin, onların daşıya bilmədikləri ağır yüklərini sən öz çiyninə götürdün, onların zay etdiklərini qorudun, onlar qorxduqları zaman şücaətlə səsini ucaltdın, taqətsizlik etdikləri zaman qayğı göstərdin və fəryad etdikləri zaman səbir etdin. Sən kafirlərə qarşı dərdli əzab və qəzəbli, möminlərə qarşı isə bərəkətli yağış, bol nemət və elm dəryası idin. Sənin dəlil və bürhanın zəif deyildi, qəlbin azğınlığa düşmədi, bəsirət gözün zəifləmədi və nəfsin əsla qorxmadı. Sən bərk küləklər və möhkəm tufanların yerindən qopara bilmədiyi dağa bənzəyirdin. Necə ki, Allahın Rəsulu (Allahın salamı olsun ona və Əhlibeytinə) buyurmuşdur: “Bədənin güclü, öz-özlüyündə təvazökar, Allah dərgahında məqamın uca, yer üzündə böyük və səmada şövkət sahibisən. Heç kim səndə nalayiq xislət və eyib tapa və heç bir məxluq səni həris edə bilməz. Səndən mehribanlıq ummayan bir şəxs yoxdur, aciz və zəiflər sənin yanında güclü və qüdrətli olduğundan onların haqqını zalımlardan alırsan. Güclü və qüdrətlilər isə sənin yanında aciz və zəlil olduğundan məzlumların haqqını onlardan alırsan. Bu məsələdə uzaq (biganə) ilə yaxın sənin üçün bərabərdir.” Sənin işin haqq, doğru və mehribanlıq, kəlamın qəti hökm, əmrin helm və qəti qərar, rəy və nəzərin elm və ehtiyat idi. Din (haqq) səninlə möhkəmləşdi, çətin işlər sənin əlinlə asanlaşdı, müharibə odu (fitnələr) söndü, iman gücləndi, İslam bərpa oldu və sənin müsibətin insanları sarsıtdı. Biz Allah tərəfindən gəlmişik və Allaha tərəf də qayıdacağıq! Allah səni qətlə yetirənə lənət etsin. Allah səninlə müxalifətçilik edənə lənət etsin! Allah sənə iftira yaxana lənət etsin! Allah sənə zülm və haqqını mənimsəyənə lənət etsin! Allah bu hadisəni eşidib sevinən şəxsə lənət etsin! Biz Allah dərgahında onlara nifrət edirik. Allah səninlə müxalifətçilik edən, vilayətini danan, sənin əleyhinə əlbir olan, səni qətlə yetirən, səndən üz çevirib səni yalqız qoyan camaata lənət etsin! Həmd olsun Allaha ki, cəhənnəmi onların yeri təyin etdi və ora daxil olanlar üçün necə də pis yerdir! Ey Allahın və Rəsulunun (Allahın salamı olsun ona və Əhli-beytinə) vəlisi, şəhadət verirəm ki, sən dini təbliğ etdin, vəzifəni yerinə yetirdin ( və xeyirxahlıq göstərdin). Şəhadət verirəm ki, sən Allahın həbibi (tərəfdarı), (rəhmət) qapısı, tərəfdarı (həbibi), Ona doğru getmək üçün surəti, Onun yolu, bəndəsi və Peyğəmbərinin (Allahın salamı olsun ona və Əhli-beytinə) qardaşısan. Səni ziyarət etmək üçün qapına gəlmişəm. Çünki sənin Allah və Rəsulunun yanında böyük məqamın var. Mən səni ziyarət etməklə Allaha yaxınlaşır və beləcə, şəfaətinə müştağam. Sənin şəfaətinlə canım cəhənnəm odundan nicat tapır. Cəhənnəm odundan sənə pənah gətirmişəm. Çiynimə yüklədiyim günahlardan qaçıram. Ah-nalə etdiyim və Rəbbimin rəhmətinə ümid bəslədiyim halda, sənə üz tutmuşam. Mənə şəfaət etmək üçün qapına gəlmişəm, ey Allah dərgahında mənim mövlam, sənin vasitənlə Allahın dərgahına yaxınlaşıram ki, hacətlərimi rəva etsin. Elə isə mənə şəfaətçi ol, ey Allahın dərgahında möminlərin əmiri! Həqiqətən, mən Allahın bəndəsi, sənin dostun və zəvvarınam. Sənin Allah dərgahında məlum məqamın, böyük dərəcən və məqbul şəfaət məqamın var. İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir! Bəndən, vəfalı əmanətdarın, möhkəm ipin, uca (qüdrətli) əlin, gözəl adın, insanlara höccətin, ən böyük düzdanışan bəndən, vəsilərin sərvəri, övliyaların dayağı, seçilmişlərin pənahı, möminlərin əmiri, təqvalıların rəhbəri, düzdanışanların öndəri, salehlərin imamı, çirkinliklərdən, xətalardan, eyiblərdən və şəkk-şübhədən uzaq və pak olan, Peyğəmbərinin qardaşı, Rəsulunun canişini, onun yatağında yatıb, canını onun yolunda fəda edən, qəm-qüssəni onun çöhrəsindən uzaqlaşdıran, onun peyğəmbərliyi üçün qılınc, risaləti üçün möcüzə, höccəti üçün aydın dəlil, bayrağını daşıyan, canına sipər, ümmətinə hidayətçi, döyüşlərdə onun üçün qüdrətli əl, başının tacı, köməyi üçün qapı və qələbəsi üçün açar seçdiyin və hətta Öz köməyinlə şirk qoşunlarını məğlub, əmrinlə küfr qoşunlarını məhv edən, canını Sənin və Rəsulunun razılığı yolunda qurban verən, ona itaətə vəqf etdiyin və çətinlikləri müqabilində sipər seçdiyin şəxsə salam yetir ki, o həzrət (Allahın salamı olsun ona və Əhli-beytinə) onun əli üstə ikən canını Allaha tapşırdı və onun soyuqluğunu götürüb öz üzünə çəkdi (əlini o həzrətin pak cəsədinə sürtüb üzünə çəkdi). Sənin mələklərin də onun qüsl, kəfən və dəfn işlərində ona yardım etdilər. Ona namaz qılıb cənazəsini dəfn etdi, borclarını ödədi, vədinə əməl etdi, əhd-peymanına sadiq qaldı, eynilə onun kimi rəftar etdi, vəsiyyətini qorudu, özünə köməkçi tapdıqda, müstəqil olaraq xilafət işləri ilə məşğul oldu, imamət və rəhbərliyin ağır məsuliyyətini öhdəsinə götürdü, bəndələrin arasında hidayət bayrağını dalğalandırdı, şəhərlərinə əmniyyət libasını geyindirdi, insanlar arasında haqq-ədaləti genişləndirdi, kitabınla hökm yürütdü, cəza tədbirlərini icra etdi, küfrün kökünü qırdı, əyrilikləri islah etdi, fitnələri yatırtdı, süstlükləri aradan qaldırdı, boşluqları doldurdu, əhdini pozanlar, zülmkarlar və dindən çıxanları qətlə yetirdi, Rəsulullahın (Allahın salamı olsun ona və Əhlibeytinə) yolu və gözəl rəftarından əl çəkmədi, onun sünnəsinə iqtida etdi, hümmətindən yapışdı, yolu ilə getdi, o həzrətin işlərinin nümunəsi və ülvi məqsədlərini gözündən yayındırmadı, bəndələrini həmin işlərə dəvət etdi və nəhayət, başına dəyən qılınc zərbəsi ilə qanına boyandı. İlahi, o, Sənə itaətdə heç vaxt şəkki yəqindən üstün bilmədiyi və bir göz qırpımı qədər Sənə şərik qoşmadığı kimi, Sən də ona elə bir salam yetir ki, pakizə və üstün olsun, onu cənnətdə peyğəmbərlik məqamına qovuşdursun. Bizim tərəfdən də ona salam çatdır və bizə də onu sevdiyimiz üçün Öz dərgahından fəzl, ehsan, məğfirət və razılıq əta et ki, həqiqətən, Sən böyük fəzl sahibisən! Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi! | السَّلامُ عَلَيْكَ يَا وَارِثَ آدَمَ خَلِيفَةِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ نُوحٍ صَفْوَةِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ إِبْرَاهِيمَ خَلِيلِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُوسَى كَلِيمِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عِيسَى رُوحِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُحَمَّدٍ سَيِّدِ رُسُلِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ يَا إِمَامَ الْمُتَّقِينَ السَّلامُ عَلَيْكَ يَا سَيِّدَ الْوَصِيِّينَ السَّلامُ عَلَيْكَ يَا وَصِيَّ رَسُولِ رَبِّ الْعَالَمِينَ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عِلْمِ الْأَوَّلِينَ وَ الْآخِرِينَ السَّلامُ عَلَيْكَ أَيُّهَا النَّبَأُ الْعَظِيمُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الصِّرَاطُ الْمُسْتَقِيمُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْمُهَذَّبُ الْكَرِيمُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْوَصِيُّ التَّقِيُّ السَّلامُ عَلَيْكَ أَيُّهَا الرَّضِيُّ الزَّكِيُّ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْبَدْرُ الْمُضِيءُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الصِّدِّيقُ الْأَكْبَرُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْفَارُوقُ الْأَعْظَمُ السَّلامُ عَلَيْكَ أَيُّهَا السِّرَاجُ الْمُنِيرُ السَّلامُ عَلَيْكَ يَا إِمَامَ الْهُدَى السَّلامُ عَلَيْكَ يَا عَلَمَ التُّقَى السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ الْكُبْرَى السَّلامُ عَلَيْكَ يَا خَاصَّةَ اللَّهِ وَ خَالِصَتَهُ وَ أَمِينَ اللَّهِ وَ صَفْوَتَهُ وَ بَابَ اللَّهِ وَ حُجَّتَهُ وَ مَعْدِنَ حُكْمِ اللَّهِ وَ سِرِّهِ وَ عَيْبَةَ عِلْمِ اللَّهِ وَ خَازِنَهُ وَ سَفِيرَ اللَّهِ فِي خَلْقِهِ أَشْهَدُ أَنَّكَ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ اتَّبَعْتَ الرَّسُولَ وَ تَلَوْتَ الْكِتَابَ حَقَّ تِلاوَتِهِ وَ بَلَّغْتَ عَنِ اللَّهِ وَ وَفَيْتَ بِعَهْدِ اللَّهِ وَ تَمَّتْ بِكَ كَلِمَاتُ اللَّهِ وَ جَاهَدْتَ فِي اللَّهِ حَقَّ جِهَادِهِ وَ نَصَحْتَ لِلَّهِ وَ لِرَسُولِهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ جُدْتَ بِنَفْسِكَ صَابِرا مُحْتَسِبا مُجَاهِدا عَنْ دِينِ اللَّهِ مُوَقِّيا لِرَسُولِ اللَّهِ طَالِبا مَا عِنْدَ اللَّهِ رَاغِبا فِيمَا وَعَدَ اللَّهُ وَ مَضَيْتَ لِلَّذِي كُنْتَ عَلَيْهِ شَهِيدا وَ شَاهِدا وَ مَشْهُودا فَجَزَاكَ اللَّهُ عَنْ رَسُولِهِ وَ عَنِ الْإِسْلامِ وَ أَهْلِهِ مِنْ صِدِّيقٍ أَفْضَلَ الْجَزَاءِ أَشْهَدُ أَنَّكَ كُنْتَ أَوَّلَ الْقَوْمِ إِسْلاما وَ أَخْلَصَهُمْ إِيمَانا وَ أَشَدَّهُمْ يَقِينا وَ أَخْوَفَهُمْ لِلَّهِ وَ أَعْظَمَهُمْ عَنَاءً وَ أَحْوَطَهُمْ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ أَفْضَلَهُمْ مَنَاقِبَ وَ أَكْثَرَهُمْ سَوَابِقَ وَ أَرْفَعَهُمْ دَرَجَةً وَ أَشْرَفَهُمْ مَنْزِلَةً وَ أَكْرَمَهُمْ عَلَيْهِ فَقَوِيتَ [قَوَيتَ] حِينَ وَهَنُوا وَ لَزِمْتَ مِنْهَاجَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ أَشْهَدُ أَنَّكَ كُنْتَ خَلِيفَتَهُ حَقّا لَمْ تُنَازَعْ بِرَغْمِ الْمُنَافِقِينَ وَ غَيْظِ الْكَافِرِينَ وَ ضِغْنِ الْفَاسِقِينَ وَ قُمْتَ بِالْأَمْرِ حِينَ فَشِلُوا وَ نَطَقْتَ حِينَ تَتَعْتَعُوا وَ مَضَيْتَ بِنُورِ اللَّهِ إِذْ وَقَفُوا فَمَنِ اتَّبَعَكَ فَقَدِ اهْتَدَى [هُدِيَ] كُنْتَ أَوَّلَهُمْ كَلاما وَ أَشَدَّهُمْ خِصَاما وَ أَصْوَبَهُمْ مَنْطِقا وَ أَسَدَّهُمْ رَأْيا وَ أَشْجَعَهُمْ قَلْبا وَ أَكْثَرَهُمْ يَقِينا وَ أَحْسَنَهُمْ عَمَلا وَ أَعْرَفَهُمْ بِالْأُمُورِ كُنْتَ لِلْمُؤْمِنِينَ أَبا رَحِيما إِذْ صَارُوا عَلَيْكَ عِيَالا فَحَمَلْتَ أَثْقَالَ مَا عَنْهُ ضَعُفُوا وَ حَفِظْتَ مَا أَضَاعُوا وَ رَعَيْتَ مَا أَهْمَلُوا وَ شَمَّرْتَ إِذْ جَبَنُوا وَ عَلَوْتَ إِذْ هَلِعُوا وَ صَبَرْتَ إِذْ جَزِعُوا كُنْتَ عَلَى الْكَافِرِينَ عَذَابا صَبّا وَ غِلْظَةً وَ غَيْظا وَ لِلْمُؤْمِنِينَ غَيْثا وَ خِصْبا وَ عِلْما لَمْ تُفْلَلْ حُجَّتُكَ وَ لَمْ يَزِغْ قَلْبُكَ وَ لَمْ تَضْعُفْ بَصِيرَتُكَ وَ لَمْ تَجْبُنْ نَفْسُكَ كُنْتَ كَالْجَبَلِ لا تُحَرِّكُهُ الْعَوَاصِفُ وَ لا تُزِيلُهُ الْقَوَاصِفُ كُنْتَ كَمَا قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ قَوِيّا فِي بَدَنِكَ مُتَوَاضِعا فِي نَفْسِكَ عَظِيما عِنْدَ اللَّهِ كَبِيرا فِي الْأَرْضِ جَلِيلا فِي السَّمَاءِ لَمْ يَكُنْ لِأَحَدٍ فِيكَ مَهْمَزٌ وَ لا لِقَائِلٍ فِيكَ مَغْمَزٌ وَ لا لِخَلْقٍ فِيكَ مَطْمَعٌ وَ لا لِأَحَدٍ عِنْدَكَ هَوَادَةٌ يُوجَدُ الضَّعِيفُ الذَّلِيلُ عِنْدَكَ قَوِيّا عَزِيزا حَتَّى تَأْخُذَ لَهُ بِحَقِّهِ وَ الْقَوِيُّ الْعَزِيزُ عِنْدَكَ ضَعِيفا [ذَلِيلا] حَتَّى تَأْخُذَ مِنْهُ الْحَقَّ الْقَرِيبُ وَ الْبَعِيدُ عِنْدَكَ فِي ذَلِكَ سَوَاءٌ شَأْنُكَ الْحَقُّ وَ الصِّدْقُ وَ الرِّفْقُ وَ قَوْلُكَ حُكْمٌ وَ حَتْمٌ وَ أَمْرُكَ حِلْمٌ وَ عَزْمٌ وَ رَأْيُكَ عِلْمٌ وَ حَزْمٌ وَ [جَزْمٌ] اعْتَدَلَ بِكَ الدِّينُ وَ سَهُلَ بِكَ الْعَسِيرُ وَ أُطْفِئَتْ بِكَ النِّيرَانُ وَ قَوِيَ بِكَ الْإِيمَانُ وَ ثَبَتَ بِكَ الْإِسْلامُ وَ هَدَّتْ مُصِيبَتُكَ الْأَنَامَ فَاِنَّا لِلَّهِ وَ اِنَّا إِلَيْهِ رَاجِعُونَ لَعَنَ اللَّهُ مَنْ قَتَلَكَ وَ لَعَنَ اللَّهُ مَنْ خَالَفَكَ وَ لَعَنَ اللَّهُ مَنِ افْتَرَى عَلَيْكَ وَ لَعَنَ اللَّهُ مَنْ ظَلَمَكَ وَ غَصَبَكَ حَقَّكَ وَ لَعَنَ اللَّهُ مَنْ بَلَغَهُ ذَلِكَ فَرَضِيَ بِهِ اِنَّا إِلَى اللَّهِ مِنْهُمْ بُرَآءُ لَعَنَ اللَّهُ أُمَّةً خَالَفَتْكَ وَ جَحَدَتْ وِلايَتَكَ وَ تَظَاهَرَتْ عَلَيْكَ وَ قَتَلَتْكَ وَ حَادَتْ عَنْكَ وَ خَذَلَتْكَ الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَ النَّارَ مَثْوَاهُمْ وَ بِئْسَ الْوِرْدُ الْمَوْرُودُ أَشْهَدُ لَكَ يَا وَلِيَّ اللَّهِ وَ وَلِيَّ رَسُولِهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ بِالْبَلاغِ وَ الْأَدَاءِ [وَ النَّصِيحَةِ] وَ أَشْهَدُ أَنَّكَ حَبِيبُ [جَنْبُ] اللَّهِ وَ بَابُهُ وَ أَنَّكَ جَنْبُ [حَبِيبُ] اللَّهِ وَ وَجْهُهُ الَّذِي مِنْهُ يُؤْتَى وَ أَنَّكَ سَبِيلُ اللَّهِ وَ أَنَّكَ عَبْدُ اللَّهِ وَ أَخُو رَسُولِهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ أَتَيْتُكَ زَائِرا لِعَظِيمِ حَالِكَ وَ مَنْزِلَتِكَ عِنْدَ اللَّهِ وَ عِنْدَ رَسُولِهِ مُتَقَرِّبا إِلَى اللَّهِ بِزِيَارَتِكَ رَاغِبا إِلَيْكَ فِي الشَّفَاعَةِ أَبْتَغِي بِشَفَاعَتِكَ خَلاصَ نَفْسِي مُتَعَوِّذا بِكَ مِنَ النَّارِ هَارِبا مِنْ ذُنُوبِيَ الَّتِي احْتَطَبْتُهَا عَلَى ظَهْرِي فَزِعا إِلَيْكَ رَجَاءَ رَحْمَةِ رَبِّي أَتَيْتُكَ أَسْتَشْفِعُ بِكَ يَا مَوْلايَ إِلَى اللَّهِ وَ أَتَقَرَّبُ بِكَ إِلَيْهِ لِيَقْضِيَ بِكَ حَوَائِجِي فَاشْفَعْ لِي يَا أَمِيرَ الْمُؤْمِنِينَ إِلَى اللَّهِ فَإِنِّي عَبْدُ اللَّهِ وَ مَوْلاكَ وَ زَائِرُكَ وَ لَكَ عِنْدَ اللَّهِ الْمَقَامُ الْمَعْلُومُ وَ الْجَاهُ الْعَظِيمُ وَ الشَّأْنُ الْكَبِيرُ وَ الشَّفَاعَةُ الْمَقْبُولَةُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ صَلِّ عَلَى عَبْدِكَ وَ أَمِينِكَ الْأَوْفَى وَ عُرْوَتِكَ الْوُثْقَى وَ يَدِكَ الْعُلْيَا وَ كَلِمَتِكَ الْحُسْنَى وَ حُجَّتِكَ عَلَى الْوَرَى وَ صِدِّيقِكَ الْأَكْبَرِ سَيِّدِ الْأَوْصِيَاءِ وَ رُكْنِ الْأَوْلِيَاءِ وَ عِمَادِ الْأَصْفِيَاءِ أَمِيرِ الْمُؤْمِنِينَ وَ يَعْسُوبِ الْمُتَّقِينَ وَ قُدْوَةِ الصِّدِّيقِينَ وَ إِمَامِ الصَّالِحِينَ الْمَعْصُومِ مِنَ الزَّلَلِ وَ الْمَفْطُومِ مِنَ الْخَلَلِ وَ الْمُهَذَّبِ مِنَ الْعَيْبِ وَ الْمُطَهَّرِ مِنَ الرَّيْبِ أَخِي نَبِيِّكَ وَ وَصِيِّ رَسُولِكَ وَ الْبَائِتِ عَلَى فِرَاشِهِ وَ الْمُوَاسِي لَهُ بِنَفْسِهِ وَ كَاشِفِ الْكَرْبِ عَنْ وَجْهِهِ الَّذِي جَعَلْتَهُ سَيْفا لِنُبُوَّتِهِ وَ مُعْجِزا لِرِسَالَتِهِ وَ دِلالَةً وَاضِحَةً لِحُجَّتِهِ وَ حَامِلا لِرَايَتِهِ وَ وِقَايَةً لِمُهْجَتِهِ وَ هَادِيا لِأُمَّتِهِ وَ يَدا لِبَأْسِهِ وَ تَاجا لِرَأْسِهِ وَ بَابا لِنَصْرِهِ وَ مِفْتَاحا لِظَفَرِهِ حَتَّى هَزَمَ جُنُودَ الشِّرْكِ بِأَيْدِكَ وَ أَبَادَ عَسَاكِرَ الْكُفْرِ بِأَمْرِكَ وَ بَذَلَ نَفْسَهُ فِي مَرْضَاتِكَ وَ مَرْضَاةِ رَسُولِكَ وَ جَعَلَهَا وَقْفا عَلَى طَاعَتِهِ وَ مِجَنّا دُونَ نَكْبَتِهِ حَتَّى فَاضَتْ نَفْسُهُ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ فِي كَفِّهِ وَ اسْتَلَبَ بَرْدَهَا وَ مَسَحَهُ عَلَى وَجْهِهِ وَ أَعَانَتْهُ مَلائِكَتُكَ عَلَى غُسْلِهِ وَ تَجْهِيزِهِ وَ صَلَّى عَلَيْهِ وَ وَارَى شَخْصَهُ وَ قَضَى دَيْنَهُ وَ أَنْجَزَ وَعْدَهُ وَ لَزِمَ عَهْدَهُ وَ احْتَذَى مِثَالَهُ وَ حَفِظَ وَصِيَّتَهُ وَ حِينَ وَجَدَ أَنْصَارا نَهَضَ مُسْتَقِلا بِأَعْبَاءِ الْخِلافَةِ مُضْطَلِعا بِأَثْقَالِ الْإِمَامَةِ فَنَصَبَ رَايَةَ الْهُدَى فِي عِبَادِكَ وَ نَشَرَ ثَوْبَ الْأَمْنِ فِي بِلادِكَ وَ بَسَطَ الْعَدْلَ فِي بَرِيَّتِكَ وَ حَكَمَ بِكِتَابِكَ فِي خَلِيقَتِكَ وَ أَقَامَ الْحُدُودَ وَ قَمَعَ الْجُحُودَ وَ قَوَّمَ الزَّيْغَ وَ سَكَّنَ الْغَمْرَةَ وَ أَبَادَ الْفَتْرَةَ وَ سَدَّ الْفُرْجَةَ وَ قَتَلَ النَّاكِثَةَ وَ الْقَاسِطَةَ وَ الْمَارِقَةَ وَ لَمْ يَزَلْ عَلَى مِنْهَاجِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ وَتِيرَتِهِ وَ لُطْفِ شَاكِلَتِهِ وَ جَمَالِ سِيرَتِهِ مُقْتَدِيا بِسُنَّتِهِ مُتَعَلِّقا بِهِمَّتِهِ مُبَاشِرا لِطَرِيقَتِهِ وَ أَمْثِلَتُهُ نَصْبُ عَيْنَيْهِ يَحْمِلُ عِبَادَكَ عَلَيْهَا وَ يَدْعُوهُمْ إِلَيْهَا إِلَى أَنْ خُضِبَتْ شَيْبَتُهُ مِنْ دَمِ رَأْسِهِ اللَّهُمَّ فَكَمَا لَمْ يُؤْثِرْ فِي طَاعَتِكَ شَكّا عَلَى يَقِينٍ وَ لَمْ يُشْرِكْ بِكَ طَرْفَةَ عَيْنٍ صَلِّ عَلَيْهِ صَلاةً زَاكِيَةً نَامِيَةً يَلْحَقُ بِهَا دَرَجَةَ النُّبُوَّةِ فِي جَنَّتِكَ وَ بَلِّغْهُ مِنَّا تَحِيَّةً وَ سَلاما وَ آتِنَا مِنْ لَدُنْكَ فِي مُوَالاتِهِ فَضْلا وَ إِحْسَانا وَ مَغْفِرَةً وَ رِضْوَانا اِنَّكَ ذُو الْفَضْلِ الْجَسِيمِ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Şeyx Abbas Qumi deyir: -”Mötəbər bir rəvayətdə deyilir ki, həzrət Xızır (ə) həzrət Əmirəlmöminin Əlinin (ə) şəhadət günündə ağlayan halda və “İnna lillahi və inna iləyhi raciun” ayəsini oxuyan halda sürətlə gəldi. Həzrət Əmirəlmömininin (ə) qapısında dayandı və sonra dedi:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Rəhiməkəllahu ya Əbəl Həsən, kuntə əvvələl qəvmi islamən və əxləsəhum imanən və əşəddəhum yəqinən və əxvəfəhum lillah. | Allah sənə rəhmət etsin, ey Əbəlhəsən! Sən insanlar arasında İslamı qəbul edən ilk şəxs, iman baxımından onların ən xalisi, yəqin baxımından ən möhkəmi və onların arasında Allahdan ən çox qorxanısan! | رَحِمَكَ اللهُ يَا اَبَا الْحَسَنِ٬ كُنْتَ اَوَّلَ الْقَوْمِ اسْلَامًا٬ وَ اَخْلَصَهُمْ اِيمَانًا٬ وَ اَشَدَّهُمْ يَقِينًا٬ وَ اَخْوَفَهُمْ لِلَّهِ |
Sonra zərihi öp və 2 rəkət ziyarət namazı qıl. Namazdan sonra Allahdan öz istəklərini dilə. Duadan sonra Xanım Fatimeyi Zəhranın (s.ə) təsbihini de. Zikrdən sonra isə de[1]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə innəkə bəşşərtəni əla lisani nəbiyyikə və rəsulik, Muhəmmədin sələvatukə ələyhi və alih, fəqultə və bəşşirilləzinə amənu ənnə ləhum qədəmə sidqin ində rəbbihim, Əllahummə və inni mu`minun bicəmii ənbiyaikə və rusulikə sələvatukə ələyhim, fəla təqifni bə`də mə`rifətihim, məvqifən təfzəhuni fihi əla ruusil əşhad, bəl qifni məəhum və təvəffəni ələt təsdiqi bihim, Əllahummə və əntə xəsəstəhum bikəramətikə və əmərtəni bittibaihim, Əllahummə əbdukə və zairukə mutəqərribən iləykə biziyarəti əxi rəsulik, və əla kulli mə`tiyyin və məzur, həqqun limən ətahu və zarəhu və əntə xəyru mə`tiyyin və əkrəmu məzur, fəəs`əlukə ya Əllahu ya rəhimu ya cəvadu ya macid ya əhədu ya səməd, ya mən ləm yəlid və ləm yuləd, və ləm yəkun ləhu kufuvən əhəd, və ləm yəttəxiz sahibətən və la vələda, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təc`ələ tuhfətəkə iyyayə min ziyarəti əxa rəsulik, fəkakə rəqəbəti minən nar, və ən təc`ələni mimmən yusariu fil xəyrat, və yəd`ukə rəğəbən və rəhəba, və təc`ələni ləkə minəl xaşiin, Əllahummə innəkə mənəntə ələyyə biziyarəti məvlay, Əliyyibni Əbi Talibin və vilayətihi və mə`rifətih, fəc`əlni mimmən yənsuruhu və yəntəsiru bih, və munnə ələyyə binəsrikə lidinik, Əllahummə vəc`əlni min şiətihi və təvəffəni əla dinih, Əllahummə əvcib li minər rəhməti vər rizvan, vəl məğfirəti vəl ihsan, vər rizqil vasiil həlalit təyyib, ma əntə əhluhu ya ərhəmər rahimin, vəl həmdu lillahi rəbbil aləmin. | İlahi, Sən məni peyğəmbər və rəsulun Muhəmmədin (Allahın salamı olsun ona və Əhlibeytinə) dili ilə müjdələyib buyurdun: “İman gətirənləri (yaxşı əməllərinə görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!” İlahi, mən Sənin bütün peyğəmbərlərin və elçilərinə (Sənin salamın olsun onlara) iman gətirmişəm. Bəs, onları tanıdıqdan sonra məni insanların müqabilində rüsvayçılığıma səbəb olacaq yerdə yerləşdirmə, əksinə məni onlarla bir məkanda saxla, onları təsdiq etdiyim halda dünyadan apar! İlahi, Sən onları Öz kəramətinə məxsus və məni də onlara itaətə əmr etdin! İlahi, mən Sənin bəndən və zəvvarınam, Sənin Peyğəmbərinin qardaşını ziyarət etməklə Sənə yaxınlaşıram. Görüşünə gedilən və ziyarət olunan şəxsin boynunda görüşünə və ziyarətinə gələn şəxsin haqqı var və Sən görüşünə gedilənlərin ən yaxşısı və ziyarət olunanların ən kəramətlisisən! Belə isə, ey Allah, ey bağışlayan, ey mehriban, ey ehsan edən, ey şövkət sahibi, ey yeganə və ehtiyacsız Allah, ey doğmayan və doğulmayan, ey tayı-bərabəri olmayan, ey Özünə həyat yoldaşı və övlad götürməyən, Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərəsən, mənə də Peyğəmbərinin qardaşını ziyarət etdiyim üçün cəhənnəm odundan qurtuluşu töhfə verəsən, məni xeyir işlərə doğru tələsən, şövq və qorxu ilə Səni çağıran və dərgahında təvazökarlıq edib boyun əyənlər sırasına qatasan! İlahi, sərvərim Əli ibn Əbu Talibin ziyarətini, ona məhəbbət və mərifəti mənə nəsib edərək minnət qoydun! Elə isə məni onun dostları və ona yardım edənlərdən təyin et və mənə Öz dininə yardım etməyi qismət edərək minnət qoy! İlahi, məni onun şiələri zümrəsində yaz və onun dinində (olduğum halda) dünyadan apar! İlahi, Sənə layiq olan tərzdə rəhmət, razılıq, məğfirət, ehsan və bol, halal və pak ruzini mənə vacib et, ey mehribanların ən mehribanı! Həmd aləmlərin Rəbbi Allaha məxsusdur! | اللَّهُمَّ اِنَّكَ بَشَّرْتَنِي عَلَى لِسَانِ نَبِيِّكَ وَ رَسُولِكَ مُحَمَّدٍ صَلَوَاتُكَ عَلَيْهِ وَ آلِهِ فَقُلْتَ وَ بَشِّرِ الَّذِينَ آمَنُوا أَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِنْدَ رَبِّهِمْ اللَّهُمَّ وَ إِنِّي مُؤْمِنٌ بِجَمِيعِ أَنْبِيَائِكَ وَ رُسُلِكَ صَلَوَاتُكَ عَلَيْهِمْ فَلا تَقِفْنِي بَعْدَ مَعْرِفَتِهِمْ مَوْقِفا تَفْضَحُنِي فِيهِ عَلَى رُءُوسِ الْأَشْهَادِ بَلْ قِفْنِي مَعَهُمْ وَ تَوَفَّنِي عَلَى التَّصْدِيقِ بِهِمْ اللَّهُمَّ وَ أَنْتَ خَصَصْتَهُمْ بِكَرَامَتِكَ وَ أَمَرْتَنِي بِاتِّبَاعِهِمْ اللَّهُمَّ وَ إِنِّي عَبْدُكَ وَ زَائِرُكَ مُتَقَرِّبا إِلَيْكَ بِزِيَارَةِ أَخِي رَسُولِكَ وَ عَلَى كُلِّ مَأْتِيٍّ وَ مَزُورٍ حَقٌّ لِمَنْ أَتَاهُ وَ زَارَهُ وَ أَنْتَ خَيْرُ مَأْتِيٍّ وَ أَكْرَمُ مَزُورٍ فَأَسْأَلُكَ يَا اللَّهُ يَا رَحْمَانُ يَا رَحِيمُ يَا جَوَادُ يَا مَاجِدُ يَا أَحَدُ يَا صَمَدُ يَا مَنْ لَمْ يَلِدْ وَ لَمْ يُولَدْ وَ لَمْ يَكُنْ لَهُ كُفُوا أَحَدٌ وَ لَمْ يَتَّخِذْ صَاحِبَةً وَ لا وَلَدا أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَجْعَلَ تُحْفَتَكَ إِيَّايَ مِنْ زِيَارَتِي أَخَا رَسُولِكَ فَكَاكَ رَقَبَتِي مِنَ النَّارِ وَ أَنْ تَجْعَلَنِي مِمَّنْ يُسَارِعُ فِي الْخَيْرَاتِ وَ يَدْعُوكَ رَغَبا وَ رَهَبا وَ تَجْعَلَنِي لَكَ مِنَ الْخَاشِعِينَ اللَّهُمَّ اِنَّكَ مَنَنْتَ عَلَيَّ بِزِيَارَةِ مَوْلايَ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ وَ وِلايَتِهِ وَ مَعْرِفَتِهِ فَاجْعَلْنِي مِمَّنْ يَنْصُرُهُ وَ يَنْتَصِرُ بِهِ وَ مُنَّ عَلَيَّ بِنَصْرِكَ لِدِينِكَ اللَّهُمَّ وَ اجْعَلْنِي مِنْ شِيعَتِهِ وَ تَوَفَّنِي عَلَى دِينِهِ اللَّهُمَّ أَوْجِبْ لِي مِنَ الرَّحْمَةِ وَ الرِّضْوَانِ وَ الْمَغْفِرَةِ وَ الْإِحْسَانِ وَ الرِّزْقِ الْوَاسِعِ الْحَلالِ الطَّيِّبِ مَا أَنْتَ أَهْلُهُ يَا أَرْحَمَ الرَّاحِمِينَ وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ |
Daha sonra o həzrətin bu ziyarətnamədə olan ibarətlərə uyğun bir çox fəzilətlərini saydı. Deməli, belə gündə bu ziyarətnamə oxunsa da münasibdir və bu cümlələr əsl mənada şəhadət gününün ziyarətnaməsinin yerinədir. Müraciət etmək istəyənlər Şeyx Abbas Quminin “Hədiyyətuz-zair” kitabına baxa bilərlər.
Bil ki, biz bundan əvvəl “Məbəs gecəsinin əməlləri” fəslində Rihlə ibni Bətutə adlı şəxsdən söz açmışdıq ki, o bu müqəddəs məkana da aid edilir. İstəyənlər müraciət edə bilərlər.
Mənbələr:
[1] Şəhid-əvvəlin — Məzar kitabı, səh 99,
Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 377, hədis: 10 (cüzi fərqlə)
