Ziyarətnamə: Kufə məscidinin əməlləri — 4-cü hissə — Beşinci sütunun əməlləri

Print Friendly, PDF & Email

Kufə məscidinin fəzilətli məkanlarından biri də “beşinci sütun”dur. Bu sütunun yanında namaz qılmaq və Allahdan hacət diləmək tövsiyə olunur. Səhih hədislərdə buyurulur ki, bu məkan İbrahim Xəlilullahın (ə) namaz qıldığı məkan olmuşdur.[1] Bu hədisin, “yedinci sütun”u Həzrət İbrahimin (ə) məqamı tanıtdıran hədislə ziddiyyəti yoxdur, çünki o bilsin ki, o həzrət bütun bu məkanlarda namaz qılmışdır. Başqa bir hədisdə İmam Sadiq (ə) buyurmuşdur ki, “beşinci sütun” Cəbrailin (ə) məqamıdır.[2] Əbu İsmail Sərracın nəql etdiyi hədisdə isə (bir qədər əvvəldə “Yeddinci sütunun əməlləri” başlığı altında) bu sütunun “İmam Həsənin (ə) məqamı” olduğu qeyd edilmişdi.
Seyid ibn Tavus belə deyir: “Beşinci sütunun yanında 2 rəkət «Həmd» və istənilən surə ilə namaz qıl, salam deyib Fatimeyi Zəhranın (s) təsbihini dedikdən sonra bu duanı oxu[3]:

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni əs`əlukə bicəmii əsmaikə kulliha, ma əlimna minha və ma la nə`ləm,İlahi, Səndən bildiyim və bilmədiyim bütün adlarını istəyirəm! اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِجَمِيعِ أَسْمَائِكَ كُلِّهَا مَا عَلِمْنَا مِنْهَا وَ مَا لا نَعْلَمُ
və əs`əlukə bismikəl əzimil kəbiril əkbərilləzi mən dəakə bihi əcəbtəh, və mən səələkə bihi ə`təytəh, və mənistənsərəkə bihi nəsərtəh, və mənistəğfərəkə bihi ğəfərtə ləh, və mənistəanəkə bihi əəntəh Səndən əzəmətli və daha əzəmətli, böyük və daha böyük adlarını istəyirəm; o adlarını ki, Səni həmin adlarla çağıranlara cavab verdin, Səndən hacət istəyənlərin hacətini əta etdin, Səndən yardım istəyənlərə yardım etdin, bağışlanma istəyənləri bağışladın, kömək istəyənlərə kömək etdin, وَ أَسْأَلُكَ بِاسْمِكَ الْعَظِيمِ الْأَعْظَمِ الْكَبِيرِ الْأَكْبَرِ الَّذِي مَنْ دَعَاكَ بِهِ أَجَبْتَهُ وَ مَنْ سَأَلَكَ بِهِ أَعْطَيْتَهُ وَ مَنِ اسْتَنْصَرَكَ بِهِ نَصَرْتَهُ وَ مَنِ اسْتَغْفَرَكَ بِهِ غَفَرْتَ لَهُ وَ مَنِ اسْتَعَانَكَ بِهِ أَعَنْتَهُ
və mənistərzəqəkə bihi rəzəqtəh, və mənistəğasəkə bihi əğəstəh, və mənistərhəməkə bihi rəhimtəh, və mənistəcarəkə bihi əcərtəh, və mən təvəkkələ ələykə bihi kəfəytəh,ruzi istəyənlərə ruzi verdin, Səni çağıranların dadına yetdin, Səndən rəhm istəyənlərə rəhm etdin, sığınacaq istəyənlərə sığınacaq verdin, həmin adlarla Sənə təvəkkül edənlərə yetərli oldun, وَ مَنِ اسْتَرْزَقَكَ بِهِ رَزَقْتَهُ وَ مَنِ اسْتَغَاثَكَ بِهِ أَغَثْتَهُ وَ مَنِ اسْتَرْحَمَكَ بِهِ رَحِمْتَهُ وَ مَنِ اسْتَجَارَكَ بِهِ أَجَرْتَهُ وَ مَنْ تَوَكَّلَ عَلَيْكَ بِهِ كَفَيْتَهُ
və mənistə`səməkə bihi əsəmtəh, və mənistənqəzəkə bihi minən nari ənqəztəh, və mənistə`təfəkə bihi təəttəftə ləh, və mən əmmələkə bihiSəndən günahlardan qorunmağını istəyənləri günahlardan qorudun, cəhənnəm odundan qurtuluş istəyənləri cəhənnəm odundan xilas etdin, məhəbbət istəyənlərə məhəbbət göstərdin və həmin adlarla Səni arzulayanlara əta etdin. وَ مَنِ اسْتَعْصَمَكَ بِهِ عَصَمْتَهُ وَ مَنِ اسْتَنْقَذَكَ بِهِ مِنَ النَّارِ أَنْقَذْتَهُ وَ مَنِ اسْتَعْطَفَكَ بِهِ تَعَطَّفْتَ لَهُ وَ مَنْ أَمَّلَكَ بِهِ
ə`təytəhulləzittəxəztə bihi Adəmə səfiyya, və Nuhən nəciyyən və İbrahimə xəlila, və Musa kəlimən və İsa ruhən və Muhəmmədən həbiba, və Əliyyən vəsiyyən salləllahu ələyhim əcməin,Həmin adlarla Adəmi Özün üçün bəyənib-seçdin, Nuha nicat verdin, İbrahimi Özünə dost, Musanı həmsöhbət, İsanı ruh, Məhəmmədi həbib və Əlini vəsi seçdin! Allahın salamı olsun onların hamısına! أَعْطَيْتَهُ الَّذِي اتَّخَذْتَ بِهِ آدَمَ صَفِيّا وَ نُوحا نَجِيّا وَ إِبْرَاهِيمَ خَلِيلا وَ مُوسَى كَلِيما وَ عِيسَى رُوحا وَ مُحَمَّدا حَبِيبا وَ عَلِيّا وَصِيّا صَلَّى اللَّهُ عَلَيْهِمْ أَجْمَعِينَ
ən təqziyə li həvaici və tə`fuvə əmma sələfə min zunubi, və tətəfəzzələ ələyyə bima əntə əhluh, və licəmiil mu`mininə vəl mu`minati lid dunya vəl axirəh, ya mufərricə həmmil məhmumin, və ya xiyasəl məlhufin,(Ey Rəbbim, həmin adların vasitəsilə) hacətlərimi rəva et, keçmiş günahlarımı bağışla, Sənə layiq olan tərzdə mənə, bütün mömin kişi və möminə qadınlara dünya və axirətdə lütf və mərhəmət göstər, ey qəmlilərin qəmini açan və ey çarəsizlərin dadına yetən! أَنْ تَقْضِيَ لِي حَوَائِجِي وَ تَعْفُوَ عَمَّا سَلَفَ مِنْ ذُنُوبِي وَ تَتَفَضَّلَ عَلَيَّ بِمَا أَنْتَ أَهْلُهُ وَ لِجَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ لِلدُّنْيَا وَ الْآخِرَةِ يَا مُفَرِّجَ هَمِّ الْمَهْمُومِينَ وَ يَا غِيَاثَ الْمَلْهُوفِينَ
lə ilahə illa ənt, subhanəkə ya rəbbəl aləmin.Səndən başqa heç bir tanrı yoxdur. Sən bütün eyiblərdən pak və uzaqsan, ey aləmlərin Rəbbi! لا إِلَهَ إِلا أَنْتَ سُبْحَانَكَ يَا رَبَّ الْعَالَمِينَ

Şexy Abbas Qumi deyir: “Həzrət imam Sadiqdən (ə) belə rəvayət olunur ki, öz səhabələrindən bir neçəsinə buyurdu: “Beşinci sütunun yanında 2 rəkət namaz qıl ki, ora həzrət İbrahimin (ə) müsəllasıdır və de: “Əssəlamu əla əbina Adəmə və ummina Həvva”.

Mənbələr:
[1] Şeyx Kuleyni — Usuli-kafi, c 3, səh 493, hədis: 6
[2] Şeyx Kuleyni — Usuli-kafi, c 3, səh 493, hədis: 7
[3] Seyid ibn Tavus — Misbahuz-zair, səh 83,
Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 415

Читайте также: