TAM Xanım Fatimənin (s.ə) namazı

Print Friendly, PDF & Email

Həzrət Fatimə Zəhranın (s.ə) namazı 2 rəkətdir. Bu namazı, Həzrət Cəbrail (ə) ona öyrətmişdi. O həzrət, namazın 1-ci rəkətində «Həmd» surəsindən sonra 100 dəfə «Qədr» surəsini, 2-ci rəkətdə «Həmd» surəsindən sonra 100 dəfə «İxlas» surəsini və namazdan sonra isə aşağıdakı duanı oxuyardı[1]:

Xanim Fatimə (s)-ın namazı_21a

TranskripsiyaTərcüməƏrəbcə
Subhanə zil izziş şamixil munif, subhanə zil cəlalil bazixil əzimİzzət və uca məqam sahibi olan Allah bütün eyiblərdən pak və uzaqdır. Calal sahibi və böyük Allah bütün eyiblərdən pak və uzaqdırسُبْحَانَ ذِي الْعِزِّ الشَّامِخِ الْمُنِيفِ سُبْحَانَ ذِي الْجَلالِ الْبَاذِخِ الْعَظِيمِ
subhanə zil mulki faxiril qədim, subhanə mən ləbisəl bəhcətə vəl cəmalƏzəli və şərəfli mülkün sahibi olan Allah bütün eyiblərdən pak və uzaqdır. Yaxşılıq və gözəlliklə bürünən Allah bütün eyiblərdən pak və uzaqdırسُبْحَانَ ذِي الْمُلْكِ الْفَاخِرِ الْقَدِيمِ سُبْحَانَ مَنْ لَبِسَ الْبَهْجَةَ وَ الْجَمَالَ
subhanə mən tərədda bin nuri vəl vəqar, subhanə mən yəra əsərən nəmli fis səfaNur və vüqarla bəzənən Allah bütün eyiblərdən pak və uzaqdır. Saf daş üzərində qarışqanın ayaq izini görən Allah bütün eyiblərdən pak və uzaqdırسُبْحَانَ مَنْ تَرَدَّى بِالنُّورِ وَ الْوَقَارِ سُبْحَانَ مَنْ يَرَى أَثَرَ النَّمْلِ فِي الصَّفَا
subhanə mən yəra vəq`ət təyri fil həva, subhanə mən huvə hakəza la hakəza ğəyruh.Havada quşun uçuş izini görən Allah bütün eyiblərdən pak və uzaqdır. Bu kamala başqası deyil, yalnız Özü sahib olan Allah bütün eyiblərdən pak və uzaqdır.سُبْحَانَ مَنْ يَرَى وَقْعَ الطَّيْرِ فِي الْهَوَاءِ سُبْحَانَ مَنْ هُوَ هَكَذَا لا هَكَذَا غَيْرُهُ

Rəvayət olunmuşdur ki, bu namazdan sonra, həzrətin bütün namazlardan sonra deyilməsi müstəhəb olan məşhur təsbihini (34 dəfə Allahu Əkbər, 33 dəfə Əlhəmdulillah, 33 dəfə Subhanəllah) də deyilib, 100 dəfə Muhəmməd və Ali Muhəmmədə salavat göndərilsin.[2]
Şeyx Tusinin özünün “Misbahul-mütəcəhhidin” kitabında buyurur: “Fatimə Zəhra səlamullahi əleyhanın namazı 2 rəkətdir, 1-ci rəkətdə «Həmd» surəsi və 100 dəfə «Qədr» surəsini, 2-ci rəkətdə isə «Həmd» surəsindən sonra 100 dəfə «İxlas» surəsini oxusun. Elə ki, namazın salamını verib namazı sona çatdırdı, həzrətin təsbihini desin və “Subhanə zil izziş şamixil munif…” (yuxarıdakı) zikrini oxusun”. Sonra buyurdu: “Yaxşı olar ki, bu namazı qılıb təsbihi dedikdən sonra dizləri, dirsəkləri və bütün səcdə yerlərini  yerə qoyub hacətlərini diləsin və səcdə halında desin:

Xanım Fatimə (s)-ın namazı_21b

TranskripsiyaTərcüməƏrəbcə
Ya mən ləysə ğəyrəhu rəbbun yud`a, ya mən ləysə fəvqəhu ilahun yuxşa, ya mən ləysə dunəhu məlikun yuttəqa, ya mən ləysə ləhu vəzirun yu`ta, ya mən ləysə ləhu hacibun yurşa, ya mən ləysə ləhu bəvvabun yuğşa, ya mən la yəzdadu əla kəsrətis suali illa kərəmən və cuda, və əla kəsrətiz zunubi illa əfvən və səfha,Duada Rəbb olaraq Səndən başqası çağırılmayan Allah, bir məbud olaraq heç kimin Səndən başqasından qorxmadığı Allah, bir hakim olaraq heç kimin Səndən başqasından çəkinmədiyi Allah, dərgahına üz tutmaq üçün heç bir canişini, qapıçısı və vasitəçisi olmayan Allah, Səndən istənilən hacətlər çoxaldıqca, Öz səxavət və böyüklüyünü artıran Allah, günahlar çoxaldıqca, əfv və güzəşti çoxalan Allah, يَا مَنْ لَيْسَ غَيْرَهُ رَبٌّ يُدْعَى يَا مَنْ لَيْسَ فَوْقَهُ إِلَهٌ يُخْشَى يَا مَنْ لَيْسَ دُونَهُ مَلِكٌ يُتَّقَى يَا مَنْ لَيْسَ لَهُ وَزِيرٌ يُؤْتَى يَا مَنْ لَيْسَ لَهُ حَاجِبٌ يُرْشَى يَا مَنْ لَيْسَ لَهُ بَوَّابٌ يُغْشَى يَا مَنْ لا يَزْدَادُ عَلَى كَثْرَةِ السُّؤَالِ إِلا كَرَما وَ جُودا وَ عَلَى كَثْرَةِ الذُّنُوبِ إِلا عَفْوا وَ صَفْحا
salli əla Muhəmmədin və ali Muhəmməd, vəf`əl bi kəza və kəza.Muhəmməd və onun Əhlibeytinə salam yetir və mənim hacətlərimi qəbul et! صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ افْعَلْ بِي كَذَا وَ كَذَا

*Kəza və kəza sözlərinin yerinə öz hacətini istəsin.

Mənbələr:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 88, səh 180, hədis 7
[2] Əllamə Məclisi — Biharul-ənvar, c 88, səh 180, hədis 8

Читайте также: