TAM Xanım Fatimənin (s.ə) qıldığı digər müstəhəb namazı
Şeyx Tusi[1] və Seyid ibn Tavus[2] Səfvandan belə nəql edirlər ki, Muhəmməd ibn Əli Hələbi cümə günü Həzrət İmam Sadiq ələyhissalamın hüzuruna gedib dedi: “Sizdən bu gündə ən fəzilətli əməli mənə öyrətməyinizi istəyirəm”. Həzrət buyurdu: “Mən, Həzrət Rəsuli Əkrəmin yanında Həzrət Fatimə Zəhradan (s.ə) (hörmətli) böyük bir şəxs tanımıram və peyğəmbərin Həzrət Zəhraya (s.ə) öyrətdiyi əməldən fəzilətli bir əməl görmürəm. (Həzrət peyğəmbər qızı Fatiməyə belə buyurdu: “Cümə günü sübh, qüsl alıb 4 rəkət, 2 salamla namaz qılsın. Yəni bu 4 rəkət namazı sübh namazı kimi, iki rəkət-iki rəkət qılsın. Onun 1-ci rəkətində «Fatihə» surəsindən sonra 50 dəfə «Tövhid» surəsini (yəni «İxlas» surəsini), 2-ci rəkətdə «Fatihə» surəsindən sonra 50 dəfə «Adiyyat» surəsini oxusun. 2-ci namazın 1-ci rəkətində «Fatihə» surəsindən sonra 50 dəfə «Zəlzələ», 2-ci rəkətində isə «Fatihə» surəsindən sonra 50 dəfə «Nəsr» surəsini oxusun. Elə ki, namazın salamını verib onu tamamladı, bu duanı oxusun[3]:
Xanım Fatimə (s)-ın digər namazı
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| İlahi və səyyidi mən təhəyyəə əv təəbba əv əəddə əvistəəddə livifadəti məxluqin rəcaə vifdih, və fəvaidihi və nailihi və fəvazilihi və cəvaizih, fəiləykə ya ilahi, kanət təhiəti və tə`biəti və i`dadi vəsti`dadi rəcaə fəvaidik, və mə`rufikə və nailikə və cəvaizik, fəla tuxəyyibni min zalik, ya mən la təxibu ələyhi məs`ələtus sail, və la tənqusuhu ətiyyətu nail, fəinni ləm atikə biəməlin salih, qəddəmtuhu və la şəfaəti məxluqin rəvəctuh, ətəqərrəbu iləykə bişəfaətihi illa Muhəmmədən və əhli bəytih, sələvatukə ələyhi və ələyhim, ətəytukə ərcu əzimə əfvikəlləzi udtə bihi ələl xəttainə ində ukufihim ələl məharim, fələm yəmnə`kə tulu ukufihim ələl məharimi ən cudtə ələyhim bil məğfirəh, və əntə səyyidil əvvadu bin ni`ma, və ənəl əvvadu bil xəta, əs`əlukə bihəqqi Muhəmmədin və alihit tahirin, ən təğfirə li zənbiyəl əzim, fəinnəhu la yəğfirul əzimə illəl əzim, ya əzimu ya əzimu ya əzimu ya əzimu ya əzimu ya əzimu ya əzim. | İlahi, ey mənim sərvərim, hər kəs bir məxluqun qapısına lütf, əta, xeyir, mənfəət, ehsan və hədiyyə arzusu ilə gedir və istəyini demək üçün hazırlıq görür! İlahi, mən də Sənin qapına beləcə gəlmişəm, Sənin səxavətinə, əfvinə, bəxşişinə, ehsanına və hədiyyənə ümid bəsləyərək dərgahına gəlmişəm. Belə isə, məni həmin bəxşişlərdən məhrum etmə, ey heç bir möhtacı Öz qapısından məhrum etməyən və bəxşişi ilə xəzinəsi azalmayan! Mən Sənin dərgahına yaxşı əməlimə etimad etməklə gəlməmişəm, Sənin dərgahına Muhəmməd və onun Əhlibeytindən (onlara Sənin salamın olsun) başqa, heç bir məxluqu şəfaətçi gətirməmişəm, Sənin dərgahına günahkarlar üçün hazırladığın böyük əfvinə ümidlə gəlmişəm, belə ki, Öz əfvinlə uzun müddət günahlarına israr edən bütün günahkarları bağışladın, onların öz böyük günahlarına israrı Sənin onların günahlarından keçməyinə əsla mane olmadı (və yenə onları rəhmətlə qarşıladın.) Sən mənim sərvərimsən. Günahkarlıq mənim adətim olduğu kimi, bəxşiş və ehsan da Sənin adətindir. Muhəmməd və onun pak Əhli-beytinin haqqına and verib Səndən istəyirəm ki, mənim böyük günahlarımı bağışlayasan. Həqiqətən, böyük günahı böyükdən başqası bağışlaya bilməz, ey böyük Allah, ey böyük Allah, ey böyük Allah, ey böyük Allah, ey böyük Allah, ey böyük Allah, ey böyük Allah! | إِلَهِي وَ سَيِّدِي مَنْ تَهَيَّأَ أَوْ تَعَبَّى أَوْ أَعَدَّ أَوِ اسْتَعَدَّ لِوِفَادَةِ مَخْلُوقٍ رَجَاءَ رِفْدِهِ وَ فَوَائِدِهِ وَ نَائِلِهِ وَ فَوَاضِلِهِ وَ جَوَائِزِهِ فَإِلَيْكَ يَا إِلَهِي كَانَتْ تَهْيِئَتِي وَ تَعْبِئَتِي وَ إِعْدَادِي وَ اسْتِعْدَادِي رَجَاءَ فَوَائِدِكَ وَ مَعْرُوفِكَ وَ نَائِلِكَ وَ جَوَائِزِكَ فَلا تُخَيِّبْنِي مِنْ ذَلِكَ يَا مَنْ لا تَخِيبُ عَلَيْهِ مَسْأَلَةُ السَّائِلِ وَ لا تَنْقُصُهُ عَطِيَّةُ نَائِلٍ فَإِنِّي لَمْ آتِكَ بِعَمَلٍ صَالِحٍ قَدَّمْتُهُ وَ لا شَفَاعَةِ مَخْلُوقٍ رَجَوْتُهُ أَتَقَرَّبُ إِلَيْكَ بِشَفَاعَتِهِ إِلا مُحَمَّدا وَ أَهْلَ بَيْتِهِ صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَيْهِمْ أَتَيْتُكَ أَرْجُو عَظِيمَ عَفْوِكَ الَّذِي عُدْتَ بِهِ عَلَى الْخَطَّائِينَ عِنْدَ عُكُوفِهِمْ عَلَى الْمَحَارِمِ فَلَمْ يَمْنَعْكَ طُولُ عُكُوفِهِمْ عَلَى الْمَحَارِمِ أَنْ جُدْتَ عَلَيْهِمْ بِالْمَغْفِرَةِ وَ أَنْتَ سَيِّدِي الْعَوَّادُ بِالنَّعْمَاءِ وَ أَنَا الْعَوَّادُ بِالْخَطَاءِ أَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ أَنْ تَغْفِرَ لِي ذَنْبِيَ الْعَظِيمَ فَاِنَّهُ لا يَغْفِرُ الْعَظِيمَ إِلا الْعَظِيمُ يَا عَظِيمُ يَا عَظِيمُ يَا عَظِيمُ يَا عَظِيمُ يَا عَظِيمُ يَا عَظِيمُ يَا عَظِيمُ |
Mənbələr:
[1] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 318
[2] Seyid ibn Tavus — Cəmalul-usbu, səh 264
[3] Əllamə Məclisi — Biharul-ənvər, c 86, səh 386, hədis 64 (cüzi fərqlə)
