TAM 2-ci İmam Həsənin (ə) qıldığı müstəhəb namaz
Həzrət İmam Həsənin (ə) namazı 4 rəkətdir (iki rəkət, iki rəkət qılınır) və eynilə Həzrət Əmirəlmöminin Əlinin (ə) namazı kimi qılınır. Bu namaz cümə günü qılınır.
İmam Həsənnin (ə) digər bir namazınıda Seyid ibn Tavus öz kitabında qeyd etmişdır.[1] Bu namaz 4 rəkətdir və cümə günü qılınır. Hər rəkətdə 1 dəfə «Həmd» surəsi və 25 dəfə «Tövhid» (yəni «İxlas» surəsi) oxunur.
Namazdan sonra bu dua oxunur[2]:
2-ci İmam Həsən (ə)-ın namazı_23
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni ətəqərrəbu iləykə bi cudikə və kərəmik, və ətəqərrəbu iləykə bi Muhəmmədin əbdikə və rəsulik | İlahi, bəxşiş və böyüklüyünlə Sənə yaxınlaşıram. Bəndən və rəsulun Muhəmmədin vasitəsilə Sənə yaxınlaşıram | اللَّهُمَّ إِنِّي أَتَقَرَّبُ إِلَيْكَ بِجُودِكَ وَ كَرَمِكَ وَ أَتَقَرَّبُ إِلَيْكَ بِمُحَمَّدٍ عَبْدِكَ وَ رَسُولِكَ |
| və ətəqərrəbu iləykə biməlaikətikəl muqərrəbinə və ənbiyaikə və rusulik, ən tusalliyə əla Muhəmmədin əbdikə və rəsulikə və əla ali Muhəmməd | Yaxın mələklərinin, peyğəmbərlər və elçilərinin vasitəsilə Sənə yaxınlaşıram ki, bəndən və rəsulun Muhəmməd və onun Əhlibeytinə salam yetirəsən | وَ أَتَقَرَّبُ إِلَيْكَ بِمَلائِكَتِكَ الْمُقَرَّبِينَ وَ أَنْبِيَائِكَ وَ رُسُلِكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ عَبْدِكَ وَ رَسُولِكَ وَ عَلَى آلِ مُحَمَّدٍ |
| fəinnə əfvəkə və cudəkə yəsəuni, innəkə əla kulli şəy`in qədir. | Çünki Sənin əfv və bəxşişin mənə də aiddir. Doğrudan da, Sən hər bir şeyə qadirsən! | فَاِنَّ عَفْوَكَ وَ جُودَكَ يَسَعُنِي اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ |
Mənbələr:
[1] Seyid ibn Tavus — Cəmalul-usbu, səh 270
[2] Əllamə Məclisi — Biharul-ənvar, c 88, səh 185, hədis 11
