TAM 6-cı İmam Sadiqin (ə) namazı
İmam Sadiqin (ə) namazı 2 rəkətdir və hər rəkətdə 1 dəfə «Həmd» surəsi və 100 dəfə «Şəhidəllah» ayəsi ayəsi oxunmalıdır.
Namazdan sonra bu dua[1] oxunur:
6-ci İmam Sadiq (ə)-ın namazı_27
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya saniə kulli məsnuin, ya cabirə kulli kəsir, və ya hazirə kulli mələ`, və ya şahidə kulli nəcva, və ya alimə kulli xəfiyyəh | Ey bütün məxluqatı yaradan, ey bütün qəlbisınıqlara aramlıq bəxş edən, ey bütün yığıncaqlarda hazır olan, ey bütün sirlərə şahid olan, ey bütün gizli işləri bilən | يَا صَانِعَ كُلِّ مَصْنُوعٍ يَا جَابِرَ كُلِّ كَسِيرٍ [كَسْرٍ] وَ يَا حَاضِرَ كُلِّ مَلَإٍ وَ يَا شَاهِدَ كُلِّ نَجْوَى وَ يَا عَالِمَ كُلِّ خَفِيَّةٍ |
| və ya şahidu ğəyrə ğaib, və ğalibu ğəyrə məğlub, və ya qəribu ğəyrə bəid, və ya munisə kulli vəhid | ey qaib olmayan şahid, ey məğlub olmayan qalib, ey uzaq olmayan yaxın, ey bütün təklərin munis | وَ يَا شَاهِدُ [شَاهِدا] غَيْرَ غَائِبٍ وَ يَا غَالِبُ [غَالِبا] غَيْرَ مَغْلُوبٍ وَ يَا قَرِيبُ [قَرِيبا] غَيْرَ بَعِيدٍ وَ يَا مُونِسَ كُلِّ وَحِيدٍ |
| və ya həyyu muhyiyəl məvta, və mumitəl əhya, əl qaimu əla kulli nəfsin bima kəsəbət, və ya həyyən hiynə la həyy | ey ölüləri dirildən və diriləri öldürən diri, ey qazanan hər bir kəsi qoruyan, ey diri varlıq olmayan zaman diri olan | وَ يَا حَيُّ مُحْيِيَ الْمَوْتَى وَ مُمِيتَ الْأَحْيَاءِ الْقَائِمُ [الْقَائِمَ] عَلَى كُلِّ نَفْسٍ بِمَا كَسَبَتْ وَ يَا حَيّا حِينَ لا حَيَّ |
| lə ilahə illa ənt, salli əla Muhəmmədin və ali Muhəmməd. | Səndən başqa məbud yoxdur, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir! | لا إِلَهَ إِلا أَنْتَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
Mənbələr:
[1] Seyid ibn Tavus — Cəmalul-usbu, səh 276,
Əllamə Məclisi — Biharul-ənvar, c 88, səh 188
