Məkarim kitabından hacət namazı.
Bu namaz, “Məkarim” adlı kitabdan əxz olunubdur:
Gecə yarısı qüsl verib, 2 rəkət namaz qıl. Hər rəkətdə 1 dəfə “Həmd” surəsini və 500 dəfə “Tövhid” surəsini oxu. 2-ci rəkətdə “Həmd” surəsindən sonra 500 dəfə “Tövhid” surəsini oxuduqdan sonra isə “Həşr” surəsi “Ləv ənzəlna hazəl Qur`anə əla cəbəlin…” ayəsindən başlayaraq, surəni axıradək oxu. Həmçinin “Hədid” surəsinin ilk 6 ayəsini oxu. Daha sonra 1000 dəfə “İyyakə nə`budu və iyyakə nəstəin” ayəsini de. Namazı qurtardıqdan sonra Allaha həmd-səna de. Əgər bu namazı bir dəfə qılsan və hacətin rəva olmasa, ikinci dəfə qıl. İkinci dəfə də hacətin rəva olmasa, üçüncü dəfə qıl, inşaallah, bu dəfə hacətin hökmən rəva olar.
Mənbə:
Şeyx Abbas Qumi — Məfatihul-cinan kitabı
