Müstəhəb namaz: Zehnin güclənməsi üçün qılınan namaz
Rəziyəddin Həsən ibn Fəzl “Məkarimul-əxlaq” kitabında nəql olunmuşdur: “Həmd”, “Qədr”, “Yasin”, “Vaqiə”, “Həşr”, “Mulk”, “İxlas”, “Fələq”, “Nas” surələrini və “Ayətəl-kursi” ayəsini zəfəranla təmiz qaba yazıb, “zəm-zəm”, ya yağış, ya da pak su ilə yuduqdan sonra, həmin suya 2 misqal kündür, 10 misqal şəkər və 10 misqal bal qarışdırırsan. Sonra su olan qabın üstünə bir dəmir parçası qoyub gecə ikən səmanın altında saxlayırsan. Gecənin axırında 2 rəkət namaz qılırsan, onun hər rəkətində 50 dəfə “İxlas” surəsini oxuyub, namazı tamamladıqdan sonra, həmin suyu içirsən, çünki bu, zehnin güclənməsi üçün təcrübə olunmuşdur.
Mənbə:
Şeyx Abbas Qumi — Məfatihul-cinan kitabı
