Müstəhəb namaz: Hacət namazı 4

Print Friendly, PDF & Email

Seyid ibn Tavus “Məzar” adlı kitabında “Kufə məscidinin əməlləri” bölümündə Həzrət Əmirilmöminin Əlinin (ə) mehrabında yerinə yetirilən əməllər sırasında qeyd edibdir: “Bu məkanda qılınan hacət namazı, 4 rəkətdir və 2 rəkət -2 rəkət qılınır. Namazın 1-ci rəkətində “Həmd” surəsindən sonra 10 dəfə “İxlas” surəsini oxuyursan. 2-ci rəkətdə “Həmd” surəsindən sonra 21  dəfə “İxlas” surəsini oxuyursan. 2-ci namazın 1-ci rəkətində “Həmd” surəsindən sonra 31 dəfə “İxlas” surəsini və 4-cü rəkətdə isə “Həmd” surəsindən sonra 41 dəfə “İxlas” surəsini oxuyursan. Namazın salamlarını deyib, zikrləri dedikdən sonra, 51 dəfə “İxlas” surəsini oxuyursan və 50 dəfə istiğfar deyirsən. Daha sonra Peyğəmbərə və onun Əhlibeytinə 50 salavat göndər və 50 dəfə “La həvlə və la quvvətə illa billahil əliyyil əzim” zikrini de. Zikrləri bitirdikdən sonra bu duanı oxu:

TranskripsiyaTərcüməƏrəbcə
Ya Əllahul maniu qudrətəhu xəlqəh, vəl maliku biha sultanəh, vəl mutəsəllitu bima fi yədəyhi əla kulli məvcud, və ğəyrukə yəxibu rəcaə racih, və racikə məsrurun la yəxib, əs`əlukə bikulli rəziyyin lək, və bikulli şəy`in əntə fih, və bikulli şəy`in tuhibbu ən tuzkərə bihi və bik, ya Əllahu fələysə yə`dilukə şəy`un ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və təhfəzni və vələdi və əhli və mali, və təhfəzni bihifzikə və ən təqzi hacəti fi *kəza və kəzaEy qüdrəti ilə yaratdıqlarına zərər yetirməyə mane olan Allah, həmin qüdrəti ilə (hər bir şeyə) malik və hər bir varlığın ixtiyarında olanlara hakim olan! Səndən başqasına ümid edən naümid olar, Sənə ümid bəsləyən sevinər və naümid olmaz. Bəyəndiyin hər bir şey, hər bir yerdə olduğun, hər bir şeylə yad olunmağını sevdiyinlə Səndən istəyirəm, Sənə and verirəm Öz zatını, ey Allah! Heç bir şey Səninlə bərabər deyil. (Səndən istəyirəm ki,) Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərəsən, məni, övladlarımı, ailəmi və mal-dövlətimi hifz edəsən, məni Öz gözətçiliyinlə qoruyasan və *filan və filan hacətimi rəva edəsən!يَا اللهُ الْمَانِعُ قُدْرَتَهُ خَلْقَهُ، وَالْمَالِكُ بِهَا سُلْطَانَهُ، وَالْمُتَسَلِّطُ بِمَافي يَدَيْهِ عَلَى كُلِّ مَوْجُودٍ، وَ غَيْرُكَ يَخيبُ رَجَاءُ رَاجيهِ، وَ رَاجيكَ مَسْرُورٌ لايَخيبُ اَسْئَلُكَ بِكُلِّ رِضيً لَكَ، وَ بِكُلِّ شَيْءٍ اَنْتَ فيهِ، وَ بِكُلِّ شَيْءٍ تُحِبُ اَنْ تُذْكَرَ بِهِ وَ بِكَ يَا اَللهُ فَلَيْسَ يَعْدِلُكَ شَيْءٌ، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ تَْحفَظَني وَ وَلَدي وَ اَهْلي وَ مَالي، وَ تَحْفَظَني بِحِفْظِكَ وَ اَنْ تَقْضِيَ حَاجَتي في كَذَا وَ كَذَا

*Kəza və kəza sözlərinin yerinə öz hacətlərini istə!

Читайте также: