Müstəhəb namaz: Borcun ödənməsi və hökmdarın zülmünün aradan qalxması üçün qılınan namaz

Print Friendly, PDF & Email

Şeyx Tusi rəvayət edir ki, bir kişi həzrət Sadiqin (ə) yanına gəlib, dedi: “Ey mənim sərvərim, mən, düşdüyüm ağır borcdan və hökmdarın mənə etdiyi zülmlərdən sənə şikayət edirəm. Mənə elə bir dua öyrədin ki, bir qənimət əldə edim və bu yolla öz borcumu ödəyim. Həmçinin hökmdarın zülmündən amanda qalım.” Həzrət Sadiq (ə) buyurdu: “Gecə vaxtı 2 rəkət namaz qıl. Namazın 1-ci rəkətində “Həmd” surəsindən sonra “Ayətəl-kursi”ni və 2-ci rəkətində “Həmd” surəsindən sonra, “Həşr” surəsi “Ləv ənzəlna hazəl Qur`anə əla cəbəlin…” ayəsindən başlayaraq, surəni axıradək oxu. Sonra Quranı götürüb, başına qoy və bu sözləri de:

TranskripsiyaTərcüməƏrəbcə
Bihəqqi hazəl Qur`ani və bihəqqi mən ərsəltəhu bih, və bihəqqi kulli mu`minin mədəhtəhu fihi və bihəqqikə ələyhim, fəla əhədə ə`rəfu bihəqqikə minkİlahi, Sənə and verirəm bu Quranın haqqına, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqına, Quranda təriflədiyin bütün möminlərin haqqına və Sənin onların üzərindəki Səndən daha yaxşı heç kimin tanımadığı haqqına!بِحَقِّ هَذا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ اَرْسَلْتَهُ بِهِ، وَ بِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فيهِ، بِحَقِّكَ عَلَيْهِمْ فَلا اَحَدَ اَعْرَفُ بِحَقِّكَ مِنْكَ

Daha sonra
10 dəfə “Ya Allah”,
10 dəfə “Ya Muhəmməd”,
10 dəfə “Ya Əli”,
10 dəfə “Ya Fatimə”,
10 dəfə “Ya Həsən”,
10 dəfə “Ya Husəyn”,
10 dəfə “Ya Əliyyəbnəl Husəyn”,
10 dəfə “Ya Muhəmmədəbnə Əli”,
10 dəfə “Ya Cəfərəbnə Muhəmməd”,
10 dəfə “Ya Musəbnə Cəfər”,
10 dəfə “Ya Əliyyəbnə Musa”,
10 dəfə “Ya Muhəmmədəbnə Əli”,
10 dəfə “Ya Əliyyəbnə Muhəmməd”,
10 dəfə “Ya Həsənəbnə Əli”
10 dəfə “Bil Huccəh” de.
Sonra öz hacətini istə.”
Ravi deyir ki, o kişi, bir müddətdən sonra borclarını ödəyib, mal-dövlət sahibi oldu və hökmdarın zülmündən xilas oldu.
Şeyx Abbas Qumi deyir: Hədisdən belə məlum olur ki, bu əməlləri namazı qılıb, qurtardıqdan sonra yerinə yetirmək lazımdır.

Читайте также: