TAM Şeytanın (lən) vəsvəsəsinin dəf edilməsi üçün dua və salavat
1) Nəql olunmuşdur ki, Allaha pənah apardıqdan sonra belə desin:
| Ərəbcə | آمَنْتُ بِاللهِ وَ بِرَسُولِهِ مُخْلِصاً لَهُ الدّينَ |
| Tərcümə | Xalis din (sırf ibadət və təmiz itaət) Allaha məxsus olduğu halda, Ona və Rəsuluna iman gətirdim |
| Transkripsiya | Aməntu billahi və birəsulihi muxlisən ləhud din |
2) Şeyx Şəhid Muhəmməd peyğəmbərdən (s) belə nəql etmişdir: “Şeytan (lən) 2 qrupa bölünür:
a) Cin tayfasından olan şeytanlar. Bunu dəf etmək üçün “La həvlə və la quvvətə illa billahil əliyyil əzim” demək faydalıdır.
b) İnsanlardan olan şeytanlar. Onların şərrindən amanda qalmaq üçün Peyğəmbər (s) və onun Əhlibeytinə (ə) salavat göndərilsin.”
