TAM Diz ağrısı üçün dua
1) “Tibbul-əimmə” kitabında nəql olunmuşdur ki, Cabir Cofi İmam Baqirə (ə) dedi: “Mən İmam Hüseynin (ə) yanında idim, bu zaman Bəni Ümməyyə tayfasından olan şiələrdən biri gəlib dedi: “Ey Peyğəmbərin nəvəsi, mən ayağımdakı ağrılıqdan həmişə sizin hüzurunuza gələ bilmirəm.” Həzrət buyurdu: “Nə üçün İmam Həsənin (ə) göstərişinə əməl etmirsən?” O dedi: “Hansı göstərişinə?” Həzrət buyurdu: ““Fəth” surəsini “…və kanəllahu əzizən həkima” ayəsinə qədər oxu.” (red. ya 1-7 ayələr və ya 1-19 ayələr). Həmin şəxs o həzrətin göstərişinə əməl etdikdən sonra, artıq ayağında ağrılıq hiss etmədi.
2) Yenə də diz ağrısı üçün nəql olunmuşdur ki, namaz qıldıqdan sonra belə de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya əcvədə mən ə`ta, ya xəyrə mən suil, və ya ərhəmə mənisturhim, irhəm zə`fi və qilləti hiləti və ə`fini min vəcəi | Ey əta edənlərin ən səxavətlisi, ey istənilənlərin ən yaxşısı və ey rəhm istəyənlərə rəhmli olan! Mənim acizliyik və çarəsizliyimə rəhm et və bu dərdə şəfa ver! | يَا اَجْوَدَ مَنْ اَعْطَى، يَا خَيْرَ مَنْ سُئِلَ، وَ يَا اَرْحَمَ مَنِ اسْتُرْحِمَ، اِرْحَمْ ضَعْفي وَ قِلَّةَ حيلَتي وَ اَعْفِني مِنْ وَجَعي |
3) Həmçinin, 7 dəfə bu ayənin (Kəhf surəsi, 27-ci ayə) oxunması göstərişi verilmişdir:
| Ərəbcə | وَاتْلُ مَا اُوحِيَ اِلَيْكَ مِنْ كِتَابِ رَبِّكَ لا مُبَدِّلَ لِكَلِمَاتِهِ وَ لَنْ تَجِدَ مِنْ دُونِهِ مُلْتَحَداً |
| Tərcümə | Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz. (Allahdan) başqa heç bir sığınacaq tapa bilməzsən! (Pənah yalnız Allahadır!) |
| Transkripsiya | Vətlu ma uhiyə iləykə min kitabi rəbbik, la mubəddilə likəlimatihi və lən təcidə min dunihi multəhəda. |
Mənbə: Şeyx Abbas Qummi — Məfatihul-cinan kitabı
