Dua: Namazdan əvvəl və sonra oxunan dualar toplusu
1) İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, Əmirəlmöminin Əli (ə) belə buyurmuşdur: «Hər kəs namaz qılmamışdan öncə bu duanı oxusa, Qiyamət günündə Muhəmməd (s) və onun Əhlibeyti (ə) ilə birgə olar:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni ətəvəccəhu iləykə bi Muhəmmədin və ali Muhəmməd, | İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinin vasitəsilə Sənə üz tutur, | اللَّهُمَّ اِنّي اَتَوَجَّهُ اِلَيْكَ بِمُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
| və uqəddimuhum bəynə yədəy sələvati, və ətəqərrəbu bihim iləyk, | onları namazlarım üçün vasitə seçir və onların vasitəsilə Sənin dərgahına yaxınlaşıram. | وَ اُقَدِّمُهُمْ بَيْنَ يَدَيْ صَلَوَاتي، وَ اَتَقَرَّبُ بِهِمْ اِلَيْكَ |
| fəc`əlni bihim vəcihən fid dunya vəl axirəti və minəl muqərrəbin, | Elə isə məni dünya və axirətdə onların vasitəsilə üzüağ et, dərgahına yaxın olan bəndələrinin zümrəsində yerləşdir. | فَاجْعَلْني بِهِمْ وَجيهاً فِي الدُّنْيَا وَالْآخِرَةِ وَ مِنَ الْمُقَرَّبينَ |
| mənəntə ələyyə bimə`rifətihim, | Onları mənə tanıtdırmaqla mənə minnət qoydun. | مَنَنْتَ عَلَيَّ بِمَعْرِفَتِهمْ |
| fəxtim li bitaətihim və mə`rifətihim və vilayətihim, fəinnəhəs səadətu | Əməlimi onlara itaət, onları tanımaq və sevməklə sona yetir ki, səadət elə odur! | فَاخْتِمْ لي بِطَاعَتِهِمْ وَ مَعْرِفَتِهِمْ وَ وِلايَتِهِمْ |
| vəxtim li biha, fə innəkə əla kulli şəy`in qədir. | Axır-aqibətimi də onunla bitir ki, həqiqətən, Sən hər bir şeyə qadirsən. | وَ اخْتِمْ لي بِهَا، فَاِنَّكَ عَلَى كُلِّ شَيْيٍ قَديرٌ |
Namazı qılıb qurtardıqdan sonra belə desin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahumməc`əlni məə Muhəmmədin və ali Muhəmməd, fi kulli afiyətin və bəlain vəc`əlni məə Muhəmmədin və ali Muhəmməd, fi kulli məsvən və munqələb, | İlahi, hər afiyət və bəla zamanı məni Muhəmməd və Muhəmmədin Əhlibeytindən ayırma, hər bir məkan və dönüş yerində məni Muhəmməd və Muhəmmədin Əhlibeytindən ayırma. | اللَّهُمَّ اجْعَلْني مَعَ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ في كُلِّ عَافِيَةٍ وَ بَلاءٍ، وَاجْعَلْني مَعَ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ في كُلِّ مَثْويً وَ مُنْقَلَبٍ |
| Əllahumməc`əl məhyayə məhyahum və məmati məmatəhum | İlahi, həyatımı onların həyatı, ölümümü də onların ölümü kimi qərar ver! | اللَّهُمَّ اجْعَلْ مَحْيَايَ مَحْيَاهُمْ، وَمَمَاتي مَمَاتَهُمْ |
| vəc`əlni məəhum fil məvatini kulliha, vəla tufərriq bəyni və bəynəhum, innəkə əla kulli şəy`in qədir. | Məni hər bir yerdə onlara yoldaş seç və mənimlə onların arasında ayrılıq salma ki, həqiqətən, Sən hər bir şeyə qadirsən! | وَاجْعَلْني مَعَهُمْ فيِالْمَوَاطِنِ كُلِّهَا، وَلاتُفَرِّق بَيْني وَ بَيْنَهُمْ، اِنَّكَ عَلَى كُلِّ شَيءٍ قَديرٌ |
2) Səfvan Cəmmaldan nəql olunmuşdur: Mən İmam Sadiqi (ə) gördüm ki, namaz qılmaq üçün üzü qibləyə durub, təkbirdən qabaq belə deyirdi:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə la tu`yisni min rəvhik, və la tuqənnitni min rəhmətik, və la tu`minni məkrək, | İlahi, məni Öz ruhbəxş nəsimindən (rəhmətindən) məhrum, lütf və mərhəmətindən naümid etmə və məkrindən (tədbirindən) əmin-amanlıqda saxla! | اللَّهُمَّ لا تُؤْيِسْني مِنْ رَوْحِكَ، وَ لا تُقَنِّطْني مِنْ رَحْمَتِكَ، وَلا تُؤْمِنّي مَكْرَكَ |
| fəinnəhu la yə`mənu məkrəllahi illəl qəvmul xasirun. | Çünki Allahın məkrindən yalnız ziyankar dəstələr əmin-amanlıqda qalmaz. | فَاِنَّهُ لا يَاْمَنُ مَكْرَاللهِ اِلاَّ الْقَوْمُ الْخَاسِرُونَ |
3) İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, həzrət Əmirəlmöminin Əli (ə) gün batandan sonra bu duanı oxuyurdu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni ətəqərrəbu iləykə bicudikə və kərəmik, | İlahi, bəxşiş və böyüklüyünlə Sənə yaxınlaşıram. | اللَّهُمَّ اِنّي اَتَقَرَّبُ اِلَيْكَ بِجُودِكَ وَ كَرَمِكَ |
| və ətəqərrəbu iləykə bi Muhəmmədin əbdikə və rəsulik, | Bəndən və rəsulun Muhəmmədin vasitəsilə Sənə yaxınlaşıram. | وَ اَتَقَرَّبُ اِلَيْكَ بِمُحَمَّدٍ عَبْدِكَ وَ رَسُولِكَ |
| və ətəqərrəbu iləykə biməlaikətikəl muqərrəbin, və ənbiyaikəl mursəlinə və bik, | Yaxın mələklərin, elçilərin və Sənin vasitənlə Sənə yaxınlaşıram. | وَ اَتَقَرَّبُ اِلَيْكَ بِمَلائِكَتِكَ الْمُقَرَّبينَ، وَ اَنْبِيَائِكَ الْمُرْسَلينَ وَ بِكَ |
| Əllahummə əntəl ğəniyyu ənni, və biyə faqətu iləykə | İlahi, Sən məndən ehtiyacsızsan, mən isə Sənə möhtacam. | اللَّهُمَّ اَنْتَ الْغَنِيُّ عَنّي، وَ بِيَ الْفَاقَةُ اِلَيْكَ |
| əntəl ğəniyyu ənni, və ənəl fəqiru iləyk, | Sən qənisən, mən isə yoxsulam. | اَنْتَ الْغَنِيُّ عَنّي، وَ اَنَا الْفَقيرُ اِلَيْكَ |
| əqəltəni əsrəti, və sətərtə ələyyə zunubi, | Sən xətalarımdan keçdin və günahlarımı örtüb bağışladın. | اَقَلْتَني عَثْرَتي، وَ سَتَرْتَ عَلَيَّ ذُنُوبي |
| fəqzil yəvmə hacəti, və la tuəzzibni biqəbihi ma tə`ləmu minni, | Bu gündə hacətlərimi qəbul et və məni xəbərdar olduğun çirkin işlərimə görə cəzalandırma | فَاقْضِ الْيَوْمَ حَاجَتي، وَ لا تُعَذِّبْني بِقَبيحِ مَا تَعْلَمُ مِنّي |
| bəl əfvukə və cudukə yəsəuni. | Çünki Sənin əfv və bəxşişin mənə də aiddir. | بَلْ عَفْوُكَ وَ جُودُكَ يَسَعُني |
Sonra səcdəyə gedib deyirdi:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ey təqva əhli, ey məğfirət əhli, ey xeyirxah, ey mehriban! | Ya əhlət təqva və ya əhləl məğfirəh, ya bərru ya rəhim, | يَا اَهْلَ التَّقْوَى وَ يَا اَهْلَ الْمَغْفِرَةِ، يَا بَرُّ يَا رَحيمُ |
| Sən atam-anam və bütün məxluqata nisbətən mənimlə yaxşı rəftar etdin. | əntə əbərru bi min əbi və ummi və min cəmiil xəlaiq | اَنْتَ اَبَرُّبي مِنْ اَبي وَ اُمّي وَ مِنْ جَميعِ الْخَلايِقِ |
| Hacətlərimi rəva, duamı qəbul etdiyin və səsimi eşitdiyin halda məni geri qaytar. | iqlibni biqəzai hacəti, mucabən duai, mərhumən səvti, | اِقْلِبْني بِقَضَاءِ حَاجَتي، مُجَاباً دُعَائي، مَرْحُوماً صَوْتي |
| Şübhəsiz, Sən bir çox bəlaları məndən uzaqlaşdırdın. | qəd kəşəfət ənvaəl bəlai ənni. | قَدْ كَشَفْتَ اَنْوَاعَ الْبَلاءِ عَنّي |
4) İmam Muhəmməd Təqi (ə) buyurmuşdur: “Gündəlik vacibi namazı qılıb qurtardıqdan sonra belə de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Rəziytu billahi rəbbən və bi Muhəmmədin nəbiyya, və bil islami dina, və bil Qur`ani kitaba, və *"bifulanin və fulan". | Allahın Rəbb, Məhəmmədin peyğəmbər, İslamın din, Quranın kitab, *"filankəs və filankəslərin" – imam olmasına sevindim. | رَضيتُ بِاللهِ رَبّاً وَ بِمُحَمَّدٍ نَبِيّاً، وَ بِالاِْسْلامِ ديناً، وَ بِالْقُرْآنِ كِتَاباً، وَ بِفُلانٍ وَ فُلانٍ |
*“Bi fulanin və bi fulan” (filankəs və filankəslərin) sözlərinin yerinə belə de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Və bi Əliyyin vəl Həsəni vəl Huseyni və Əliyyin və Muhəmmədin və Cə`fərin və Musa, və Əliyyin və Muhəmmədin və Əliyyin vəl Həsəni vəl huccəti əimməh | Əli, Həsən, Hüseyn, Əli, Məhəmməd, Cəfər, Musa, Əli, Məhəmməd, Əli, Həsən və Höccətin (imam Mehdi) imam olmasına sevindim. | وَ بِعَلِيٍ وَالْحَسَنِ وَالْحُسَيْنِ وَ عَلِيٍ وَ مُحَمَّدٍ وَ جَعْفَرٍ وَ مُوسَى وَ عَلِيٍ وَ مُحَمَّد وَعَلِيٍ وَالْحَسَنِ وَالْحُجَّةِ اَئِمَّةً |
| Əllahummə vəliyyukə *"fulanun" əl qaimul huccəh. | Allahım, Qaim Höccət olan *"filankəs" sənin dostundur. | اللَّهُمَّ وَلِيُّكَ فُلانٌ الْقَائِمُ الحُجَّةُ |
*“Fulanun” sözünün yerinə belə de:
| Transkipsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Fəhfəzhu min bəyni yədəyhi və min xəlfih, və ən yəminihi və ən şimalih, və min fəvqihi və min təhtih, vəmdud ləhu fi umrih, vəc`əlhul qaimə biəmrik, vəl muntəsirə lidinik, | İlahi, dostun və nümayəndən filankəsi öndən və arxadan, sağdan və soldan, yuxarıdan və aşağıdan qoru, onun ömrünü uzat, Öz əmrinlə qiyam etməyə və dininə yardımçı təyin et. | فَاحْفَظْهُ مِنْ بَيْنِ يَدَيْهِ وَ مِنْ خَلْفِهِ، وَ عَنْ يَمينِهِ وَ عَنْ شِمَالِهِ، وَ مِنْ فَوْقِهِ وَ مِنْ تَحْتِهِ، وَامْدُدُ لَهُ عُمْرِهِ، واجْعَلْهُ الْقَائِمَ بِاَمْرِكَ، وَالْمُنْتَصِرَ لِدينِكَ |
| və ərihi ma yuhib, və ma təqirru bihi əynuhu fi nəfsihi və zurriyyətih, və fi əhlihi və malihi və fi şiətihi və fi əduvvih, | İstədiyini və özü, övladları, xanədanı, malı, şiələri və düşmənləri ilə bağlı gözünün aydınlığına səbəb olanları ona göstər. | وَ اَرِهِ مَا يُحِبُّ، وَ مَا تَقِرُّ بِهِ عَيْنُهُ في نَفْسِهِ وَ ذُرّيَّتِهِ، وَ في اَهْلِهِ وَ مَالِهِ وَ في شيعَتِهِ وَ فيعَدُوِّهِ |
| və ərihim minhu ma yəhzərun, və ərihi fihim ma yuhib, və təqirru bihi əynuh, vəşfi sudurəna və sudurə qəvmin mu`minin. | Onların da ondan qorxduqlarını, onunla bağlı sevdikləri və gözlərinin aydınlığına səbəb olanları onlara göstər, bizim və möminlərin sinələrinə şəfa ver! | وَ اَرِهِمْ مِنْهُ مَا يَحْذَرُونَ، وَ اَرِهِ فيهِمْ مَا يُحِبُّ، وَ تَقِرُّبِهِ عَيْنُهُ، وَاشْفِ صُدُورَنَا، وَ صُدُورَ قَوْمٍ مُؤْمِنينَ |
5) O həzrət buyurur ki, Peyğəmbər (s) namazı qıldıqdan sonra həmişə belə deyərdi:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahumməğfirli ma qəddəmtu və ma əxxərtu və ma əsrərtu və ma ə`lənt, və israfi əla nəfsi və ma əntə ə`ləmu bihi minni, | İlahi, keçmiş və gələcək, gizli və aşkar günahlarımı, öz nəfsimə israfçılığımı və Sənin mənim haqda bildiklərini bağışla! | اللَّهُمَّ اغْفِرْلي مَا قَدَّمْتُ وَ مَا اَخَّرْتُ وَ مَا اَسْرَرْتُ وَ مَا اَعْلَنْتُ، وَ اِسْرَافي عَلَى نَفْسي، وَ مَا اَنْتَ اَعْلَمُ بِهِ مِنّي |
| Əllahummə əntəl muqəddimu vəl muəxxir, | İlahi, əvvəl (keçmiş) və axır (gələcək) Sənsən! | اللَّهُمَّ اَنْتَ الْمُقَدِّمُ وَ الْمُؤَخِّرُ |
| la ilahə illa ənt, biilmikəl ğəyb, və biqudrətikə ələl xəlqi əcməin, | Sənin qeyb elmindən və bütün məxluqatın üzərindəki qüdrətindən xəbərdar olan Səndən başqa bir tanrı yoxdur. | لا اِلَهَ اِلاََّ اَنْتَ، بِعِلْمِكَ الْغَيْبَ، وَ بِقُدْرَتِكَ عَلَي الْخَلْقِ اَجْمَعينَ |
| ma əlimtəl həyatə xəyrən li fəəhyini, və təvəffəni iza əlimtəl vəfatə xəyrən li, | Həyatımın mənə xeyirli olacağını bildiyin vaxta qədər mənə ömür ver və ölümün mənə xeyirli olacağını bildiyin vaxt məni dünyadan apar! | مَا عَلِمْتَ الْحَيوةَ خَيْراً لي فَاَحْينِي، وَ تَوَفَّني اِذَا عَلِمْتَ الوَفَاةَ خَيْراً لي |
| Əllahummə inni əs`əlukə xəşyətəkə fis sirri vəl əlaniyəh, və kəlimətəl həqqi fil ğəzəbi vər riza, vəl qəsdə fil fəqri vəl ğina, | İlahi, Səndən gizli və aşkarda Sənin xofunu, qəzəb və şadlıq zamanı haqq söz deməyi, yoxsulluq və sərvət zamanı mötədillik istəyirəm. | اللَّهُمَّ اِنّي اَسْئَلُكَ خَشْيَتَكَ فِي السِّرِّ وَالْعَلانِيَةِ، وَ كَلِمَةَ الْحَقِّ فِي الْغَضَبِ وَالرِّضَا، وَالْقَصْدَ فِي الْفَقْرِ وَالْغِنَا |
| və əs`əlukə nəimən la yənfəd, və qurrətə əynin la tənqəti`, | Səndən tükənməyən nemət və kəsilməyən göz aydınlığı istəyirəm. | وَ اَسْئَلُكَ نَعيماً لايَنْفَدُ، وَ قُرَّةَ عَيْنٍ لاتَنْقَطِعُ |
| və əs`əlukər riza bil qəza, və bərəkətəl məvti bə`dəl əyş, və bərdəl əyşi bə`dəl məvt, və ləzzətəl mənzəri ila vəchik, və şəvqən ila ru`yətik, və liqaikə min ğəyri zərraə muzirrəh, və la fitnətin muzilləh, | Səndən qəza və qədərinə razılıq, həyatdan sonra ölümün mübarək, ölümdən sonra həyatın və Səninlə görüşün ləzzətli olmasını, Səninlə görüşmək üçün şövq və Səninlə zərərsiz və fitnəsiz görüş istəyirəm. | وَ اَسْئَلُكَ الرِّضَا بِالْقَضَاءِ، وَ بَرَكَةَ الْمَوْتِ بَعْدَ الْعَيْشِ، وَ بَرْدَ الْعَيْشِ بَعْدَ الْمَوْتِ، وَ لَذَّةَ الْمَنْظَرِ اِلَى وَجْهِكَ، وَ شَوْقاً اِلَى رُؤْيَتِكَ، وَ لِقَائِكَ مِنْ غَيْرِ ضَرَّاءَ مُضِرَّةٍ، وَلافِتْنَةٍ مُضِلَّةٍ |
| Əllahummə zəyyinna bizinətil iman, vəc`əlna hudatən muhtədin, | İlahi, bizi imanla zinətləndir və hidayət olunmuş rəhbərlərdən qərar ver! | اللَّهُمَّ زَيِّنَّا بِزينَةِ الاْيمَانِ، وَاجْعَلْنَا هُدَاةٍ مُهْتَدينَ |
| Əllahumməhdina fi mən hədəyt, | İlahi, bizi hidayət etdiyin kəslərin zümrəsinə hidayət et! | اللَّهُمَّ اهْدِنَا فيمَنْ هَدَيْتَ |
| Əllahummə inni əs`əlukə əzimətər rəşad, vəs səbbati fil əmri vər ruşd, | İlahi, Səndən doğru qərar, dini işlər və haqq yolda müqavimət istəyirəm! | اللَّهُمَّ اِنّي اَسْئَلُكَ عَزيمَةَ الرَّشَادِ، وَالثَّبَاتَ فِي الاَمْرِ وَ الرُّشْدَ |
| və əs`əlukə şukrə ni`mətikə və husnə afiyətik, və ədaə həqqik, | Səndən nemətinə şükür etmək, yaxşı afiyətə bürünmək və haqqını yerinə yetirmək üçün müvəffəqiyyət istəyirəm. | وَاَسْئَلُكَ شُكْرَ نِعْمَتِكَ، وَ حُسْنَ عَافِيَتِكَ، وَ اَدَاءَ حَقِّكَ |
| və əs`əlukə ya rəbbi qəlbən səlimən və lisanən sadiqa, | Ey Rəbbim, Səndən sağlam qəlb və doğru dil istəyirəm! | وَاَسْئَلُكَ يَا رَبِّ قَلْباً سَليماً وَ لِسَاناً صَادِقاً |
| vəstəğfirukə lima tə`ləmu və əs`əlukə xəyrə ma tə`ləm, | Sənin xəbərdar olduqlarından bağışlanma və onun xeyrini diləyirəm. | وَاَسْتَغْفِرُكَ لِمَا تَعْلَمُ، وَ اَسْئَلُكَ خَيْرَ مَا تَعْلَمُ |
| və əuzu bikə min şərri ma tə`ləm, fəinnəkə tə`ləmu və la nə`ləm, və əntə əllamul ğuyub. | Xəbərdar olduqlarının şərindən Sənə pənah aparıram ki, doğrudan da, Sən bilirsən, biz isə bilmirik və Sən qeyblərdən xəbərdarsan! | وَ اَعُوذُ بِكَ مِنْ شَرِّ مَا تَعْلَمُ، فَاِنَّكَ تَعْلَمُ وَلانَعْلَمُ، وَ اَنْتَ عَلاََّمُ الْغُيُوبِ |
6) İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, hər kəs vacibi namazdan sonra bu ayələri oxusa, özü, övladları, evi və mal-dövləti Allahın amanında olar:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Uciru nəfsi və mali və vələdi və əhli və dari, və kullə ma huvə minni, billahil vahidil əhədis səmədilləzi ləm yəlid və ləm yuləd, vələm yəkun ləhu kufuvən əhəd, | Özümü, malımı, övladımı, ailəmi, evimi və sahib olduqlarımı yeganə, bir, ehtiyacsız, doğmayan, doğulmayan və tayı-bərabəri olmayan Allaha tapşırıram. | اُجيرُ نَفْسي وَ مَالي وَ وَلَدي وَ اَهْلي وَ دَاري، وَ كُلَّ مَا هُوَ مِنّي، بِاللهِ الْوَاحِدِ الاَحَدِ الصَّمَدِ الَّذي لَمْ يَلِدْ وَ لَمْ يُولَدْ، وَ لَمْ يَكُنْ لَهُ كُفُواً اَحَدٌ |
| və uciru nəfsi və mali və vələdi və kullə ma huvə minni birəbbil fələqi min şərri ma xələq, | Özümü, malımı, övladımı və sahib olduqlarımı yaratdıqlarının şərindən sübhün Rəbbinə, Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən, | وَ اُجيرُ نَفْسي وَ مَالي وَ وَلَدي، وَ كُلَّ مَا هُوَ مِنّي، بِرَبِّ الْفَلَقِ مِنْ شَرِّ مَا خَلَقَ |
| və min şərri ğasiğin iza vəğəb, | Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən, | وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ |
| və min şərri nəffəsati fil uğəd, | (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən, | وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ |
| və min şərri hasidin iza həsəd. | Və bir də paxıllığı tutanda paxılın şərindən tapşırıram. | وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ مِنْ شَرِّ مَا خَلَقَ |
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Və uciru nəfsi və mali və vələdi və kullə ma huvə minni birəbbin nasi məlikin nas, | Özümü, malımı, övladımı və sahib olduqlarımı insanların Rəbbinə tapşırıram, insanların ixtiyar sahibinə, | وَ اُجيرُ نَفْسي وَ مَالي وَ وَلَدي، وَ كُلَّ مَا هُوَ مِنّي، بِرَبِّ النَّاسِ مَلِكِ ٱلنَّاسِ |
| ilahin nas, | İnsanların tanrısına, | إِلَٰهِ ٱلنَّاسِ |
| min şərril vəsvasil xənnas, | Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən, | مِن شَرِّ ٱلْوَسْوَاسِ ٱلْخَنَّاسِ |
| əlləzi yuvəsvisu fisudurin nas, | O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, | ٱلَّذِى يُوَسْوِسُ فِى صُدُورِ ٱلنَّاسِ |
| minəl cinnəti vən nas. | (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]'" – ayəsinə tapşırıram. | ٱلْجِنَّةِ وَٱلنَّاسِ |
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Və uciru nəfsi və mali və vələdi və kullə ma huvə minni billahi la ilahə illa huvəl həyyul qəyyum, la tə`xuzuhu sinətun və la nəvmun ləhu ma fis səmavati vəl ərz, mən zəlləzi yəşfəu indəhu illa biiznih, yə`ləmu ma bəynə əydihim və ma xəlfənum, və la yuhitunə bişəy`in min ilmihi illa bima şa, vəsiə kursiyyuhus səmavati vəl ərzi və la yəuduhu hifzuhumz, və huvəl əliyyul əzim | Özümü, malımı, övladımı və sahib olduqlarımı o Allaha tapşırıram ki, Ondan başqa heç bir tanrı yoxdur, O, diri və əbədidir, nə yatır, nə də mürgüləyir. (Yaradılış, qorumaq, idarə etmək və yox etmək Onun istəyindən asılı olduğu üçün) göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil olmaqla) Ona məxsusdur. İzni olmadan Onun hüzurunda kim vasitəçilik və şəfaət (bu dünyada səbəblərlə nəticələr arasında qeyri-ixtiyari vasitəçilik, o dünyada isə əməllərin cəzasının ləğvi və savabların artırılması üçün olan ixtiyari şəfaət) edə bilər?! İnsanların qarşısında olanı da, arxalarında olanı da (dünyanın keçmiş və gələcək hadisələrini) bilir və onlar Onun elmin-dən Onun istədiyindən başqa heç bir şeyi bilə bilməzlər. Onun (səltənət və rübubiyyət) kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları (göyləri və yeri) qoruyub saxlamaq Onun üçün çətin və yorucu deyildir. O, çox uca və böyükdür | اُجيرُ نَفْسي وَ مَالي وَ وَلَدي، وَ كُلَّ مَا هُوَ مِنّي، بِاللهِ لا اِلَهَ اِلاَّ هُوَ الْحَيُ الْقَيُّومُ لا تَاْخُذُهُ سِنَةٌ وَلانَوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ ۚ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۖ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ ۚ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ ۖ وَلَا يَئُودُهُ حِفْظُهُمَا ۚ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ |
| La ikrahə fid din, qəd tabəyyənər ruşdu minəl ğəyy, fəmən yəkfur bit tağuti və yu`min billahi fəqədistəm-səkə bil urvətil vusqa lənfisamə ləha, vəllahu səmiun əlim | Dində (əqidənin əsasalarında) məcburiyyət yoxdur (çünki, daxili inanc və etiqadlar zorla qəbul etdirilə bilməzlər və dəlil-sübuta tabedirlər). Şübhəsiz, (bu Quran vasitəsilə) hidayət yolu azğınlıqdan (seçilib) aydınlaşmışdır. Buna görə də, kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir | لاَ إِكْرَاهَ فِي الدِّينِ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِيعٌ عَلِيمٌ |
| Əllahu vəliyyulləzinə amənu yuxricuhum minəz zulumzti ilən nur, vəlləzinə kəfəru əvliyauhumut tağut, yuxricunəhum minən nuri iləz zulumat, ulaikə əshabun nari hum fiha xalidun. | Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik) qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları (hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar - ayələrinin Rəbbin tapşırıram. | اللّهُ وَلِيُّ الَّذِينَ آمَنُواْ يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّوُرِ وَالَّذِينَ كَفَرُواْ أَوْلِيَآؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَى الظُّلُمَاتِ أُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ |
