Dua: «Əhdnamə» duası
Əllamə Məclisi yazır: Mərhum Təbərsi, Kəf`əmi və başqaları nəql edirlər ki, Həzrət Rəsulallah (s) öz səhabələrinə buyurdu: “Hər sübh və şam Allah dərgahından əhd ala bilmirsinizmi?” Səhabələr soruşdular: “Necə əhd alaq?” O həzrət buyurdu: “Kim bu duanı oxusa, bu duanı möhürləyər və ilahi ərşin altına qoyarlar. Qiyamət günü olduqda carçı car çəkər: “Rəhman Allahın yanında əhdi olanlar haradadırlar?” Kim bu duanı oxuyubsa, bu əhdi ona verərlər və o, bu əhdnamə ilə Cənnətə daxil olar.”[1]
Mərhum Şeyx Tusi bu duanı (əhdnaməni) sübh namazının təqibatında qeyd etmişdir[2]:
Təqibat_sübh_26
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə fatirəs səmavati vəl ərz, `əliməl ğəybi vəşşəhadəti, ərrəhmanur rəhim. | Ey Allahım, ey göyləri və yeri vücuda gətirən, ey qeybi (gizlini) və şəhadəti (aşkarı) bilən, ey Rəhman və Rəhim! | اَللَّهُمَّ فَاطِرَ السَّمَاوَاتِ وَ الْاَرْضِ، عَالِمَ الْغَیْبِ وَ الشَّهَادَةِ، اَلرَّحْمٰنَ الرَّحِیمَ |
| Ə`hədu iləykə fi həzihid dünya, ənnəkə əntəllahu lə şəriykə lənə və ənnə Muhəmmədən salləllahu `ələyhi və alihi `əbdukə və rəsulukə. | Bu dünyada Səninlə əhd bağlayıram ki, Sən o Allahsan ki, Səndən qeyri İlah yoxdur, yeganəsən və şərikin yoxdur; Muhəmməd – Allahın salamı olsun ona və Əhlibeytinə – Sənin bəndən və elçindir. | اَعْهَدُ اِلَیْکَ فِى هٰذِهِ الدُّنْیَا، اَنَّکَ اَنْتَ اللهُ لَا اِلٰهَ اِلَّا اَنْتَ، وَحْدَکَ لَا شَرِیکَ لَکَ؛ وَ اَنَّ مُحَمَّدًا صَلَّى اللهُ عَلَیْهِ وَ اٰلِهِ، عَبْدُکَ وَ رَسُولُکَ |
| Əllahummə fəsalli `əla Muhəmmədin və alihi vəla təkilni ila nəfsi tərfətə `əyni əbədən vəla ila əhədin min xəlqikə fə ənnəkə in vəkəltəni iləyhə tubə`idni minəl xəyri və tuqərribni minəl şərri. | Ey Allahım, Muhəmmədə və onun Əhlibeytinə salam göndər, məni heç vaxt bir göz qırpımı qədər belə öz başıma buraxma və məxluqatından heç birinə tapşırma; çünki əgər məni onlara tapşırsan, məni xeyirdən uzaqlaşdırmış və şərə yaxınlaşdırmış olarsan. | اَللَّهُمَّ فَصَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِهِ، وَ لَا تَکِلْنِى اِلَىٰ نَفْسِى طَرْفَةَ عَیْنٍ اَبَدًا، وَ لَا اِلَىٰ اَحَدٍ مِنْ خَلْقِکَ؛ فَاِنَّکَ اِنْ وَکَلْتَنِى اِلَیْهَا تُبَاعِدْنى مِنَ الْخَیْرِ، وَ تُقَرِّبْنِى مِنَ الشَّرِّ |
| Əy Rəbbi, la əsiqu illə birəhmətikə fəsalli əla Muhəmmədin və alihit təyyibinə vəc`əl li indəkə `əhdən tuəddihi iləyyə yə`vməl qiyaməti innəkə lə tixliful mi`əd. | Ey Rəbbim, mənim Sənin rəhmətindən başqa heç nəyə güvənim yoxdur, elə isə, Muhəmmədə və onun pak Əhlibeytinə salam göndər, Öz yanında mənim üçün bir əhd-peyman qərar ver ki, Qiyamət günü onu mənə qaytarasan, çünki Sən vədinə xilaf çıxmarsan. | اَىْ رَبِّ، لَا اَثِقُ اِلَّا بِرَحْمَتِکَ، فَصَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِهِ الطَّیِّبِینَ، وَ اجْعَلْ لِى عِنْدَکَ عَهْدًا تُؤَدِّیهِ اِلَىَّ یَوْمَ الْقِیَامَةِ، اِنَّکَ لَا تُخْلِفُ الْمِیعَادَ |
Mənbələr:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 152, hədis 35,
[2] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 214.
