Dua: Borcu ödəmək üçün 2 dua və 1 əməl
1) İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, o həzrət bu duanın[1] oxunmasını göstəriş vermişdir:
Borc duası_1
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə ləhzətən min ləhəzatikə tuyəssiru əla ğurəmai bihəl qəza, və tuyəssiru li bihəl iqtiza, | İlahi, Səndən elə bir diqqət və qayğı istəyirəm ki, borc sahiblərinin borcunu ödəməyi və onlardan borc almağı mənə asanlaşdırsın! | اللَّهُمَّ لَحْظَةً مِنْ لَحَظَاتِكَ تُيَسِّرُ عَلَى غُرَمَائي بِهَا الْقَضَاءَ، وَ تُيَسِّرُ لي بِهَا الاِْقْتِضَاءَ |
| innəkə əla kulli şəy`in qədir. | Şübhəsiz, Sən hər bir şeyə qadirsən. | اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَديرٌ |
2) Bu dua İmam Musa ibn Cəfərdən (ə) rəvayət olunmuşdur:
Borc duası_2
| Tranksripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummərdud ila cəmii xəlqikə məzaliməhumulləti qibəli, səğirəha və kəbirəha fi yusrin minkə və afiyəh, | İlahi, insanların mənim boynumda olan kiçik və böyük haqlarını asan və sağlamlıqla onların özlərinə qaytar! | اللَّهُمَّ ارْدُدْ اِلَى جَميعِ خَلْقِكَ مَظَالِمَهُمُ الَّتي قِبَلي، صَغيرَهَا وَ كَبيرَهَا في يُسْرٍ مِنْكَ وَ عَافِيَةٍ |
| və ma ləm təbluğhu quvvəti, və ləm təsə`hu zatu yədi, və ləm yəqvə ələyhi bədəni və yəqini və nəfsi, fəəddihi ənni min cəzili ma indəkə min fəzlik, summə la tuxəllif ələyyə minhu şəy`ən təqzihi min həsənati, ya ərhəmər rahimin, | Gücüm çatmayan, imkanımdan və bədənimin, yəqinimin və canımın qüdrətindən xaric olan borcumu sahib olduğun lütf və mərhəmətinlə mənim tərəfimdən ödə, mənim boynumda bir şey qoyma qalsın və onu yaxşı işlərimlə əvəz et, ey mehribanların ən mehribanı! | وَ مَالَمْ تَبْلُغْهُ قُوَّتي، وَ لَمْ تَسَعْهُ ذَاتُ يَدي، وَ لَمْ يَقْوَ عَلَيْهِ بَدَني وَ يَقيني وَ نَفْسي، فَاَدِّهِ عَنّي مِنْ جَزيلِ مَا عِنْدَكَ مِنْ فَضْلِكَ، ثُمَّ لاتُخَلِّفْ عَلَيَّ مِنْهُ شَيْئاً تَقْضيهِ مِنْ حَسَنَاتي، يَا اَرْحَمَ الرَّاحمِينَ |
| əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh, | Şəhadət verirəm ki, həqiqətən, Allahdan başqa heç bir tanrı yoxdur. O, birdir və Onun şəriki yoxdur. | اَشْهَدُ اَنْ لا اِلَهَ اِلاَّ اللهُ وَحْدَهُ لا شَريكَ لَهُ |
| və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, və ənnəd dinə kəma şərəə və ənnəl islamə kəma vəsəf, və ənnəl kitabə kəma ənzələ və ənnəl qəvlə kəma həddəs, | Şəhadət verirəm ki, həqiqətən, Muhəmməd Onun bəndəsi və rəsuludur, din onun şəriəti, İslam onun vəsfi, kitab Allahın nazil etdikləri və söz onun sözündən ibarətdir. | وَ اَشْهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَ رَسُولُهُ، وَ اَنَّ الدّينَ كَمَا شَرَعَ، وَ اَنَّ الاِْسْلامَ كَمَا وَصَفَ، وَ اَنَّ الْكِتَابَ كَمَا اَنْزَلَ، وَ اَنَّ الْقَوْلَ كَمَا حَدَّثَ |
| və ənnəllahə huvəl həqqul mubin, | Həqiqətən, Allah aşkar haqdır. | وَ اَنَّ اللهَ هُوَ الْحَقُ الْمُبينُ |
| zəkərəllahu Muhəmmədən və əhlə bəytihi bixəyr, və həyyən Muhəmmədən və əhlə bəytihi bissəlam. | O, Muhəmməd və onun Əhlibeytini xeyirlə yad etmiş, Muhəmməd və onun Əhlibeytinə salam göndərmişdir. | ذَكَرَ اللهُ مُحَمَّداً وَ اَهْلَ بَيْتِهِ بِخَيْرٍ، وَ حَيَّا مُحَمَّداً وَ اَهْلَ بَيْتِهِ بِالسَّلامِ |
3) Hədisdə oxuyuruq ki, bir nəfər İmam Muhəmməd Təqiyə (ə) məktub yazır və məktubda çoxlu borcu olduğunu qeyd edir. (O, İmamdan (ə) məsləhət istəyir.) İmam Təqi (ə) ona cavab məktubunda yazır: “Allahdan çox bağışlanma istə və «Qədr» surəsini çox oxu.”[2]
Mənbələr:
[1] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 555, hədis 4
[2] Şeyx Kuleyni — Usuli-kafi, c 5, səh 316, hədis 51
