TAM Xəstəliklər və ağrılar barəsində nəql olunan bəzi dualar

Print Friendly, PDF & Email

1) İmam Sadiq (ə) buyurmuşdur: “Bədəndə olan ağrılar üçün vacibi namazı qaldıqdan sonra bu duanı oxu 

TranskripsiyaTərcüməƏrəbcə
Bismillahi və billahi kəm min ni`mətin lillahi fi irqin sakin, və ğəyri sakinin əla əbdin şakirin və ğəyri şakirAllahın adı və Allahın köməyi ilə! Allahın şükür edən və şükür etməyən (nankor) bəndənin damarında sakin olan və olmayan nə çox neməti var!بِسْمِ اللهِ وَ بِاللهِ، كَمْ مِنْ نِعْمَةٍ للهِِ في عِرْقٍ سَاكِنٍ، وَ غَيْرِ سَاكِنٍ، عَلَى عَبْدٍ شَاكِرٍ وَ غَيْرِ شَاكِرٍ
və sağ əlinlə öz saqqalını tutub 3 dəfə de ”:
Ərəbcəاللَّهُمَّ فَرِّجْ عَنّي كُرْبَتي، وَ عَجِّلْ عَافِيَتي، وَاكْشِفْ ضُرّي
Tərcüməİlahi, qəm-qüssəmi aç, mənə sağlamlıq vermək üçün tələs və çətinliklərimi aradan qaldır!
TranskripsiyaƏllahummə fərric ənni kur-bəti, və əccil afiyəti vəkşif zurri

Əlbəttə, bu dua ağlamaqla yanaşı oxunsa, daha yaxşıdır.
2) İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, əlini dərd və ağrı olan yerə qoyub bu duanı oxusun və sonra sağ əlini 3 dəfə ağrı olan yerə çəksin:
TranskripsiyaTərcüməƏrəbcə
Bismillahi və billahi və Muhəmmədun rəsulullah, səlləllahu ələyhi və alih, Allahın adı və Allahın köməyi ilə! Muhəmməd Allahın rəsuludur. Allahın salamı olsun ona və Əhli-beytinə! بِسْمِ اللهِ وَ بِاللهِ، مُحَمَّدٌ رَسُولُ اللهِ، صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ
və la həvlə və la quvvətə illa billah, Allahdan başqa güc və qüdrət yoxdur. وَ لاحَوْلَ وَ لاقُوَّةَ اِلاََّ بِاللهِ
Əllahumməmsəh ənni ma əcidİlahi, hiss etdiyim dərdi məndən sovuşdur!اللَّهُمَّ امْسَحْ عَنّي مَا اَجِدُ

3) İmam Muhəmməd Baqirdən (ə) nəql olunmuşdur ki, Əmirəlmöminin Əli (ə) xəstələndi. Həzrət Peyğəmbər (s) onun yanına gedib, bu duanın oxumasını ona göstəriş verdi:
Ərəbcəاللَّهُمَّ اِنّي اَسْئَلُكَ تَعْجيلَ عَافِيَتِكَ، وَصَبْراً عَلَى بَلِيَّتِكَ، وَ خُرُوجاً اِلَى رَحْمَتِكَ
Tərcüməİlahi, Səndən mənə tezliklə sağlamlıq, müsibətinə dözüm və (müsibətdən çıxıb) rəhmətinə doğru hərəkət əta etməyini istəyirəm!
TranskripsiyaƏllahummə inni əs`əlukə tə`cilə afiyətik, və səbrən əla bəliyyətik, və xurucən ila rəhmətik

4) İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, əlini bədəndə ağrı olan yerə qoyub, 3 dəfə desin:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni əs`əlukə bihəqqil Qur`anil əzim, əlləzi nəzələ bihir ruhul əmin, və huvə indəkə fi ummil kitabi əliyyun həkim,İlahi, uca və hikmətli kitabın əsası Sənin yanında olduğu halda, Ruhul-Əminə nazil etdiyin böyük Quranın xatirinə Səndən istəyirəm ki,اللَّهُمَّ اِنّي اَسْئَلُكَ بِحَقِّ الْقُرْآنِ الْعَظيمِ، الَّذي نَزَلَ بِهِ الرُّوحُ الاَمينُ، وَ هُوَ عِنْدَكَ في اُمِ الْكِتَابِ عَلِيٌ حَكيمٌ
ən təşfiyəni bişifaik, və tudaviyəni bidəvaikə min bəlaikÖz afiyətinlə mənə şəfa verəsən, Öz dərmanınla məni sağaldasan və bəlanı məndən uzaqlaşdırasan!اَنْ تَشْفِيَني بِشِفَائِكَ، وَ تُدَاوِيَني بِدَوَائِكَ، وَ تُعَافِيَني مِنْ بَلائِكَ
Ondan sonra Muhəmməd və Ali Muhəmmədə salavat göndərsin.
5) Əbu Həmzə belə nəql etmişdir: “Mənim dizim ağrımağa başladı, buna görə də ondan İmam Muhəmməd Baqirə (ə) şikayət etdikdə, o həzrət buyurdu: Hər dəfə namaz qıldıqdan sonra belə de”:
TranskripsiyaTərcüməƏrəbcə
Ya əcvədə mən ə`ta, və ya xəyrə mən suil, və ya ərhəmə mənisturhim, Ey əta edənlərin ən səxavətlisi, ey istənilənlərin ən yaxşısı, ey rəhm istəyənlərə ən rəhmli olan!يَا اَجْوَدَ مَنْ اَعْطَى، وَ يَا خَيْرَ مَنْ سُئِلَ، وَ يَا اَرْحَمَ مِنْ اسْتُرْحِمَ
irhəm zə`fi və qillətə hiləti, və`fini min vəcəiMənim zəiflik və çarəsizliyimə rəhm et və məni bu ağrıdan xilas et!اِرْحَمْ ضَعْفي وَ قِلَّةَ حيلَتي، وَاَعْفِني مِنْ وَجَعي
O deyir: “Mən bu duanı oxuduqdan sonra sağaldım”.

Читайте также: