Nas surəsi
Nas və Fələq (Muəvvəzəteyn) surələrin fəziləti
Əgər insan evdən çıxarkən bu surələri oxusa, pis gözdən uzaq olar. Yuxuda qorxan şəxs yatan zaman bu surələri “Ayətəl-kürsi” ilə birlikdə oxusa, yaxşı yatar
| Ayə | Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|---|
| № | Bismillahir rəhmanir rəhim | Bağışlayan və mehriban Allahın adı ilə | بسم الله الرحمن الرحيم |
| 1 | Qul əuzu birəbbin nas | De: «Pənah aparıram insanların Rəbbinə (yaradılış mərhələsinin əvvəlindən tərbiyə mərhələsinin sonuna qədər onları tərbiyə edənə). | قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ |
| 2 | Məlikin nas | İnsanların hökmdarına və (mütləq) hakiminə. | مَلِكِ النَّاسِ |
| 3 | İlahin nas | İnsanların (həqiqi) məbuduna. | إِلَٰهِ النَّاسِ |
| 4 | Min şərril vəsvasil xənnas | Gizlincə vəsvəsə edənin, o irəli – geri çəkilənin şərindən. | مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ |
| 5 | Əlləzi yuvəsvisu fi sudurin nas | O, (şeytanın şərindən) ki, insanların ürəklərinə vəsvəsə salır, | الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ |
| 6 | Minəl cinnəti vən nas | İstər cinlərdən olsun, istərsə də insanlardan». | مِنَ الْجِنَّةِ وَالنَّاسِ |
