TAM Namazların müştərək təqibatları — 1
Şeyx Abbas Qumi deyir: “Bizim məsum imamlarımızdan (ə), namazdan sonra həm axirət üçün və həm də dünya üçün oxunan saysız-hesabsız dualar nəql olunubdur. Bildiyiniz kimi, ən üstün ibadət, namazdır və namazın təqibatı da onu kamilləşdirir və Allah dərgahında bəndənin məqamının ucalmasına, günahların bağışlanmasına və hacətlərin rəva olmasına səbəb olur. Odur ki, qərara aldım onlardan bəzisin bu kitabda qeyd edim.
Bilməlisiniz ki, namazın təqibatları iki növdür:
a) Məxsus təqibatlar
b) Müştərək təqibatlar
Məxsus təqibatlar yalnız bir namaza məxsusdur. Məsələn, sübh namazının nafiləsi, yalnız sübh namazına məxsusdur.
Müştərək təqibatlar isə gündə qılınan beş namaza aiddir.
1) Məsələn, namazın salamını verib, onu bitirdikdən sonra 3 dəfə “Allahu Əkbər” demək kimi. Şeyx Tusinin “Misbah” kitabından nəql olunmuşdur ki, namazın salamını verdikdən sonra 3 dəfə “Allahu Əkbər” de, hər dəfə “Allahu Əkbər” dedikdə əllərini qulağının qarşısına qədər qaldırıb belə de:
| Tranksripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| La ilahə illəllahu ilahən vahidən və nəhnu ləhu muslimun, la ilahə illəllahu və la nə`budu illa iyyahu muxlisinə ləhud din, və ləv kərihəl muşrikun, | Allahdan başqa (ibadət və itaətə layiq) məbud yoxdur. Yeganə məbud Odur və biz də Ona təslimik. Ondan başqa bir məbud yoxdur və biz də Ondan başqasına ibadət etmirik. Müşriklərin xoşuna gəlməsə də, dini (və ibadəti) yalnız Onun üçün xalis edirik. | لا إِلَهَ إِلا اللَّهُ إِلَها وَاحِدا وَ نَحْنُ لَهُ مُسْلِمُونَ لا إِلَهَ إِلا اللَّهُ وَ لا نَعْبُدُ إِلا إِيَّاهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَ لَوْ كَرِهَ الْمُشْرِكُونَ |
| la ilahə illəllahu rəbbuna və rəbbu abainəl əvvəlin, la ilahə iləllahu vəhdəhu vəhdəhu vəhdəh, əncəzə və`dəh və nəsərə əbdəh, və əəzzə cundəh və həzəməl əhzabə vəhdəh, | Allahdan başqa heç bir tanrı yoxdur. O, bizim və bizdən əvvəlki ata-babalarımızın Rəbbidir. Allahdan başqa heç bir tanrı yoxdur, birdir, birdir və birdir! Öz vədəsinə vəfa edən, bəndəsinə kömək edən, qoşununu qüvvətləndirən və (haqq ilə müxalif olan) dəstələri təkliyi ilə məhv edəndir. | لا إِلَهَ إِلا اللَّهُ رَبُّنَا وَ رَبُّ آبَائِنَا الْأَوَّلِينَ لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ وَحْدَهُ وَحْدَهُ أَنْجَزَ وَعْدَهُ وَ نَصَرَ عَبْدَهُ وَ أَعَزَّ جُنْدَهُ وَ هَزَمَ الْأَحْزَابَ وَحْدَهُ |
| fələhul mulku və ləhul həmdu yuhi və yumit, və yumitu və yuhyi və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəy`in qədir | Belə isə, mülk və hakimiyyət, tərif və həmd-səna yalnız Ona məxsusdur! Dirildib öldürən və öldürüb dirildəndir. Heç vaxt ölməyən diri Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir. | فَلَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ يُمِيتُ وَ يُحْيِي وَ هُوَ حَيٌّ لا يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ |
sonra de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyum və ətubu iləyh | Ondan başqa heç bir məbud olmayan “həyy” (diri) və “qəyyum” Allahdan bağışlanmaq diləyir və (günah və xətalarımdan) tövbə edib Onun dərgahına üz tuturam | أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لا إِلَهَ إِلا هُوَ الْحَيُّ الْقَيُّومُ وَ أَتُوبُ إِلَيْهِ |
sonra de:
Təqibat_3
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə ihdini min indik, və əfiz ələyyə min fəzlikə vənşur ələyyə min rəhmətik, və ənzil ələyyə min bərəkatik, subhanəkə la ilahə illa ənt, iğfir li zunubi kulləha cəmia, fəinnəhu la yəğfiruz zunubə kulləha cəmiən illa ənt, Əllahummə inni əs`əlukə min kulli xəyrin əhatə bihi ilmukə və əuzu bikə min kulli şərrin əhatə bihi ilmuk, Əllahummə inni əs`əlukə afiyətəkə fi umuri kulliha, və əuzu bikə min xizyid dunya və əzabil axirəh, və əuzu bivəchikəl kərim və izzətikəlləti la turam, və qudrətikəlləti la yəmtəniu minha şəy`un min şərrid dunya vəl axirəh, və min şərril əvcai kulliha və min şərri kulli dabbətin əntə axizun binasiyətiha innə rəbbi əla siratin mustəqim, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim, Təvəkkəltu ələl həyyilləzi la yəmutu vəl həmdu lillahilləzi ləm yəttəxiz vələdən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyyun minəz zulli və kəbbirhu təkbira | İlahi, məni Öz tərəfindən (doğru yola) hidayət et. Lütfünü mənə artır, rəhmətini mənə genişləndir və bərəkətini mənə nazil et. Sən (bütün eyib və nöqsanlardan) pak və uzaqsan. Səndən başqa məbud yoxdur. Mənim bütün günahlarımı birdəfəlik bağışla! Çünki bütün günahları Səndən başqası birdəfəlik bağışlamaz. İlahi, mən elminin əhatə etdiyi bütün xeyirləri Səndən diləyir və elminin əhatə etdiyi bütün şərlərdən Sənə sığınıram. İlahi, bütün işlərimdə Sənin afiyət (sağlamlıq) verməyini istəyir, dünya bədbəxtliyi və axirət əzabından Sənə sığınıram! Mən dünya və axirətin (xoşagəlməz hadisələrindən), bütün dərd və bəlaların, müqəddəratı Sənin qüdrət əlində olan hər bir canlının şərindən Sənin böyük zatına, məğlubedilməz izzətinə, heç bir şeyin mane olub qarşısını ala bilmədiyi qüdrətinə sığınıram! Həqiqətən, mənim Rəbbim doğru yoldadır. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. Heç vaxt ölməyən diri Allaha təvəkkül edirəm. Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil! | اللَّهُمَّ اهْدِنِي مِنْ عِنْدِكَ وَ أَفِضْ عَلَيَّ مِنْ فَضْلِكَ وَ انْشُرْ عَلَيَّ مِنْ رَحْمَتِكَ وَ أَنْزِلْ عَلَيَّ مِنْ بَرَكَاتِكَ سُبْحَانَكَ لا إِلَهَ إِلا أَنْتَ اغْفِرْ لِي ذُنُوبِي كُلَّهَا جَمِيعا فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ كُلَّهَا جَمِيعا إِلا أَنْتَ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ كُلِّ خَيْرٍ أَحَاطَ بِهِ عِلْمُكَ وَ أَعُوذُ بِكَ مِنْ كُلِّ شَرٍّ أَحَاطَ بِهِ عِلْمُكَ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ عَافِيَتَكَ فِي أُمُورِي كُلِّهَا وَ أَعُوذُ بِكَ مِنْ خِزْيِ الدُّنْيَا وَ عَذَابِ الْآخِرَةِ وَ أَعُوذُ بِوَجْهِكَ الْكَرِيمِ وَ عِزَّتِكَ الَّتِي لا تُرَامُ وَ قُدْرَتِكَ الَّتِي لا يَمْتَنِعُ مِنْهَا شَيْءٌ مِنْ شَرِّ الدُّنْيَا وَ الْآخِرَةِ وَ مِنْ شَرِّ الْأَوْجَاعِ كُلِّهَا وَ مِنْ شَرِّ كُلِّ دَابَّةٍ أَنْتَ آخِذٌ بِنَاصِيَتِهَا اِنَّ رَبِّي عَلَى صِرَاطٍ مُسْتَقِيمٍ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ تَوَكَّلْتُ عَلَى الْحَيِّ الَّذِي لا يَمُوتُ وَ الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَدا وَ لَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَ لَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ وَ كَبِّرْهُ تَكْبِيرا |
Sonra Həzrət Zəhranın (s) təsbihini deyib, yerindən hərəkət etməmişdən qabaq 10 dəfə aşağıdakı zikri deyirsiniz:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh, ilahən vahidən əhədən fərdən səməda, ləm yəttəxiz sahibətən və la vələda | Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. O yeganə və şəriksizdir, “bir”, “yeganə”, “tək” və ehtiyacsızdır. Özünə heç kimi həyat yoldaşı və övlad seçməmişdir | أَشْهَدُ أَنْ لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ إِلَها وَاحِدا أَحَدا فَرْدا صَمَدا لَمْ يَتَّخِذْ صَاحِبَةً وَ لا وَلَدا |
Şeyx Abbas Qumi deyir: “Bu təhlilin (təhlil — yəni “La ilahə illəllah” demək) fəziləti çox böyükdür. Xüsusilə sübh və şam namazlarının təqibatında və eləcə də gün çıxarkən və batarkən oxunarsa savabı çoxdur. Sonra belə deyirsən:
Təqibat_5
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Subhanəllahi kuləma səbbəhəllahə şəy`un və kəma yuhibbullahu ən yusəbbəh, və kəma huvə əhluhu və kəma yənbəği likərəmi vəhcihi və izzi cəlalih, vəl həmdu lillahi kulləma həmidəllahə şəy`un və kəma yuhibbullahu ən yuhmədə və kəma huvə əhluh, və kəma yənbəği likərəmi vəchihi və izzi cəlalih, və la ilahə illəllahu kulləma həllələllahə şəy`un və kəma yuhibbullahu ən yuhəlləl, və kəma huvə əhluhu və kəma yənbəği likərəmi vəchihi və izzi cəlalih, vəllahu əkbəru kulləma kəbbərəllahə şəy`un və kəma yuhibbullahu ən yukəbbər, və kəma huvə əhluhu və kəma yənbəği likərəmi vəchihi və izzi cəlalihi subhanəllahi vəl həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər, əla kulli ni`mətin ən`əmə biha ələyyə və əla kulli əhədin min xəlqih, mimmən kanə əv yəkunu ila yəvmil qiyaməh, Əllahummə inni əs`əlukə ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və əs`əlukə min xəyri ma ərcu və xəyri ma la ərcu, və əuzu bikə min şərri ma əhzəru və min şərri ma la əhzər. | Allah bütün eyiblərdən pak və uzaqdır. Allahın öz istədiyi, Ona və Onun böyük zatına, izzət və calalına layiq olduğu kimi, hər şey Onu təsbeh edir (bütün eyiblərdən pak və uzaq bilir). Həmd Allaha məxsusdur. Allahın Öz istədiyi, Ona və Onun böyük zatına, izzət və calalına layiq olduğu kimi, hər şey Onu həmd edir. Allahdan başqa heç bir tanrı yoxdur. Allahın Öz istədiyi, Ona və Onun böyük zatına, izzət və calalına layiq olduğu kimi, hər şey Onu yeganəliyi ilə yad edir. Allah böyükdür, Allahın Öz istədiyi, Ona və Onun böyük zatına, izzət və calalına layiq olduğu kimi, hər şey Onu böyüklüyü ilə yad edir. Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd Allaha məxsusdur. Ondan başqa heç bir tanrı yoxdur. Allah hər şeydən böyükdür. Mənə və məxluqatından bu anda mövcud olana və yaxud bundan sonra qiyamətə qədər var olacaqlara verdiyi hər bir nemət müqabilində Onu beləcə yad edirəm. İlahi, Səndən istəyirəm ki, Muhəmməd və onun Əhlibeytinə salam yetir! Ümid etdiyim və ümid etmədiyim hər bir xeyir işi Səndən istəyirəm. Qorxduğum və qorxmadığım hər bir şeyin şərindən Sənə sığınıram. | سُبْحَانَ اللَّهِ كُلَّمَا سَبَّحَ اللَّهَ شَيْءٌ وَ كَمَا يُحِبُّ اللَّهُ أَنْ يُسَبَّحَ وَ كَمَا هُوَ أَهْلُهُ وَ كَمَا يَنْبَغِي لِكَرَمِ وَجْهِهِ وَ عِزِّ جَلالِهِ وَ الْحَمْدُ لِلَّهِ كُلَّمَا حَمِدَ اللَّهَ شَيْءٌ وَ كَمَا يُحِبُّ اللَّهُ أَنْ يُحْمَدَ وَ كَمَا هُوَ أَهْلُهُ وَ كَمَا يَنْبَغِي لِكَرَمِ وَجْهِهِ وَ عِزِّ جَلالِهِ وَ لا إِلَهَ إِلا اللَّهُ كُلَّمَا هَلَّلَ اللَّهَ شَيْءٌ وَ كَمَا يُحِبُّ اللَّهُ أَنْ يُهَلَّلَ وَ كَمَا هُوَ أَهْلُهُ وَ كَمَا يَنْبَغِي لِكَرَمِ وَجْهِهِ وَ عِزِّ جَلالِهِ وَ اللَّهُ أَكْبَرُ كُلَّمَا كَبَّرَ اللَّهَ شَيْءٌ وَ كَمَا يُحِبُّ اللَّهُ أَنْ يُكَبَّرَ وَ كَمَا هُوَ أَهْلُهُ وَ كَمَا يَنْبَغِي لِكَرَمِ وَجْهِهِ وَ عِزِّ جَلالِهِ سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ عَلَى كُلِّ نِعْمَةٍ أَنْعَمَ بِهَا عَلَيَّ وَ عَلَى كُلِّ أَحَدٍ مِنْ خَلْقِهِ مِمَّنْ كَانَ أَوْ يَكُونُ إِلَى يَوْمِ الْقِيَامَةِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَسْأَلُكَ مِنْ خَيْرِ مَا أَرْجُو وَ خَيْرِ مَا لا أَرْجُو وَ أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا أَحْذَرُ وَ مِنْ شَرِّ مَا لا أَحْذَرُ |
Sonra «Həmd» surəsini, «Ayətəl-kürsi» ayəsini, “Şəhidəllah” ayəsini, “Qulillahummə malikəl mulk” ayəsini və «Səxrə» ayəsini oxuyursan.
Sonra 3 dəfə deyirsən:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Subhanə rəbbikə rəbbil izzəti əmma yəsifun və səlamun ələl mursəlin, vəl həmdu lillahi rəbbil aləmin | Sənin Rəbbin – yenilməz qüvvət sahibi (mülkündə hər şeyə qalib) olan Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır! Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha həmd olsun! | سُبْحَانَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُونَ وَ سَلامٌ عَلَى الْمُرْسَلِينَ وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ |
Sonra 3 dəfə deyirsən:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, vəc`əl li min əmri fərəcən və məxrəca, vərzuqni min həysu əhtəsibu və min həysu la əhtəsib. | İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, işlərimdə genişlik və çıxış yolu qərar ver, mənə güman etdiyim və güman etmədiyim yerdən ruzi ver! | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اجْعَلْ لِي مِنْ أَمْرِي فَرَجا وَ مَخْرَجا وَ ارْزُقْنِي مِنْ حَيْثُ أَحْتَسِبُ وَ مِنْ حَيْثُ لا أَحْتَسِبُ |
Bu dua, Cəbrailin Həzrət Yusifə (ə) zindanda olduğu zaman öyrətdiyi duadır. Sağ əlinlə saqqalını tutub, sol əlinin içini göyə tərəf açıb 7 dəfə de:
| Ərəbcə | يَا رَبَّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ عَجِّلْ فَرَجَ آلِ مُحَمَّدٍ |
| Tərcümə | Ey Muhəmməd və Muhəmmədin Əhlibeytinin Rəbbi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir və Muhəmmədin Əhlibeytinin zühurunu tezləşdir! |
| Transkripsiya | Ya Rəbbə Muhəmmədin və ali Muhəmməd, salli əla Muhəmmədin və ali Muhəmməd, və əccil fərəcə ali Muhəmməd. |
Həmin halda 3 dəfə de:
| Ərəbcə | يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ارْحَمْنِي وَ أَجِرْنِي مِنَ النَّارِ |
|---|---|
| Tərcümə | Ey calal və kəramət sahibi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, mənə rəhm et və cəhənnəm odundan qoru! |
| Transkripsiya | Ya zəl cəlali vəl ikram, salli əla Muhəmmədin və ali Muhəmməd, vərhəmni və əcirni minən nar. |
Sonra 12 dəfə «İxlas» surəsini oxuyub deyirsən:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə biismikəl məknunil məxsunit tahirit tuhr, və əs`əlukə biismikəl əzimi və sultanikəl qədim, ya vahibəl ətaya, və ya mutliqəl usara, və ya fəkkakər riqabi minnən nar, əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən tu`tiqə rəqəbəti minən nar, və ən tuxricəni minəd dunya salima, və (ən) tudxilənil cənnətə amina, və ən təc`ələ duai əvvələhu fəlaha, və əvsətəhu nəcaha, və axirəhu səlaha, innəkə əntə əllamul ğuyub | İlahi, pak, pakizə, mübarək olan gizli adını and verib Səndən istəyirəm, böyük adına və əzəli hakimiyyətini and verib Səndən istəyirəm! Ey əvəzsiz əta edən, ey əsirləri azad edən, ey məxluqata cəhənnəm odundan nicat verən, Səndən Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərməyi, məni də cəhənnəm odundan azad etməyi, dünyadan sağlam imanla aparmağı, əmin-amanlıqla behiştə daxil etməyi, duamın başlanğıcını doğruluq, ortasını nicat, axırını isə ləyaqət qərar verməyini istəyirəm. Çünki Sən qeyb aləminin sirlərini bilənsən! | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِاسْمِكَ الْمَكْنُونِ الْمَخْزُونِ الطَّاهِرِ الطُّهْرِ الْمُبَارَكِ وَ أَسْأَلُكَ بِاسْمِكَ الْعَظِيمِ وَ سُلْطَانِكَ الْقَدِيمِ يَا وَاهِبَ الْعَطَايَا وَ يَا مُطْلِقَ الْأُسَارَى وَ يَا فَكَّاكَ الرِّقَابِ مِنَ النَّارِ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تُعْتِقَ رَقَبَتِي مِنَ النَّارِ وَ أَنْ تُخْرِجَنِي مِنَ الدُّنْيَا سَالِما وَ [أَنْ] تُدْخِلَنِي الْجَنَّةَ آمِنا وَ أَنْ تَجْعَلَ دُعَائِي أَوَّلَهُ فَلاحا وَ أَوْسَطَهُ نَجَاحا وَ آخِرَهُ صَلاحا اِنَّكَ أَنْتَ عَلامُ الْغُيُوبِ |
“Səhifətun Ələviyyə” də hər vacib namazdan sonra belə deyilməsi yazılır:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya mən la yəşğəluhu səm`un ən səm`, və ya mən la yuğəllituhus sailun, və ya mən la yubrimuhu ilhahul mulihhin, əziqni bərdə əfvikə və həlavətə rəhmətikə və məğfirətik | Ey nəyisə eşitmək digər bir şeyi eşitməsinə mane olmayan, ey çoxlu sayda hacət istəyənlərin hacəti onu səhv və xətaya uğratmayan və onların arzusunun çoxluğundan yorulmayan! İlahi, bağışlamağının ləzzəti, lütf və mərhəmətinin şirinliyini mənə dadızdır! | يَا مَنْ لا يَشْغَلُهُ سَمْعٌ عَنْ سَمْعٍ وَ يَا مَنْ لا يُغَلِّطُهُ السَّائِلُونَ وَ يَا مَنْ لا يُبْرِمُهُ إِلْحَاحُ الْمُلِحِّينَ أَذِقْنِي بَرْدَ عَفْوِكَ وَ حَلاوَةَ رَحْمَتِكَ وَ مَغْفِرَتِكَ |
Yenə deyirsən:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| İlahi hazihi səlati səlləytuha, la licahətin minkə iləyha, və la rəğbətin minkə fiha illa tə`zimən və taətən və icabətən ləkə ila ma əmərtəni bih, | İlahi, bu mənim namazımdır və mən onu qıldım, Sənin ona ehtiyacın və rəğbətin olduğu üçün yox, yalnız Sənə təzim, itaət və əmrini yerinə yetirmək üçün qıldım! | إِلَهِي هَذِهِ صَلاتِي صَلَّيْتُهَا لا لِحَاجَةٍ مِنْكَ إِلَيْهَا وَ لا رَغْبَةٍ مِنْكَ فِيهَا إِلا تَعْظِيما وَ طَاعَةً وَ إِجَابَةً لَكَ إِلَى مَا أَمَرْتَنِي بِهِ |
| ilahi in kanə fiha xələlun əv nəqsun min rukuiha əv sucudiha fəla tuaxizni və təfəzzəl ələyyə bil qəbuli vəl ğufran. | İlahi, bu namazın rüku və səcdələrində xələl və ya qüsur varsa, ona görə məni cəzalandırma, lütf və mərhəmətinlə onu məndən qəbul et və mənə bağışla! | إِلَهِي إِنْ كَانَ فِيهَا خَلَلٌ أَوْ نَقْصٌ مِنْ رُكُوعِهَا أَوْ سُجُودِهَا فَلا تُؤَاخِذْنِي وَ تَفَضَّلْ عَلَيَّ بِالْقَبُولِ وَ الْغُفْرَانِ |
Həmçinin hər vacib namazdan sonra peyğəmbərin Əmirəlmömininə (ə) yaddaşı gücləndirmək üçün öyrətdiyi bu duanı oxuyursan:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Subhanə mən la yə`tədi əla əhli məmləkətih, subhanə mən la yə`xuzu əhləl ərzi biəlvanil əzab, subhanər rəufir rəhim. | Hakimiyyəti altında olanlara zülm etməyən Allah bütün eyiblərdən pak və uzaqdır. Yer əhlini müxtəlif əzablarla cəzalandırmayan Allah bütün eyiblərdən pak və uzaqdır. Mehriban və rəhmli Allah bütün eyiblərdən pak və uzaqdır. | سُبْحَانَ مَنْ لا يَعْتَدِي عَلَى أَهْلِ مَمْلَكَتِهِ سُبْحَانَ مَنْ لا يَأْخُذُ أَهْلَ الْأَرْضِ بِأَلْوَانِ الْعَذَابِ سُبْحَانَ الرَّءُوفِ الرَّحِيمِ |
| Əllahumməc`əl li fi qəlbi nurən və bəsərən və fəhmən və ilma, innəkə əla kulli şəy`in qədir. | İlahi, qəlbimdə nur (mərifət), bəsirət, düşüncə və elm yerləşdir! Çünki Sən hər bir şeyə qadirsən. | اللَّهُمَّ اجْعَلْ لِي فِي قَلْبِي نُورا وَ بَصَرا وَ فَهْما وَ عِلْما اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ |
“Misbah”kitabında bu duanın namazlardan sonra 3 dəfə oxunması qeyd olunmuşdur:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Uizu nəfsi və dini və əhli və mali və vələdi və ixvani fi dini, və ma rəzəqəni rəbbi və xəvatimə əməli və mən yə`nini əmruhu billahil vahidil əhədis səmədilləzi ləm yəlid və ləm yuləd və ləm yəkun ləhu kufuvən əhəd, və rəbbil fələqi min şərri ma xələqə və min şərri ğasiqin iza vəqəb, və min şərrin nəffasati fil uqəd, və min şərri hasidin iza həsəd, və birəbbin nasi məlikin nasi ilahin nasi min şərril vəsvasil xən nas, əlləzi yuvəsvisu fi sudurin nasi minəl cinnəti vən nas | Özümü, dinimi, əhli-əyalımı, malımı, övladımı, din qardaşlarımı, Rəbbimin mənə ruzi verdiklərini, əməlimin sonunu, işini bəyəndiyim kəsləri (və yaxud mənimlə bağlı olan kəsləri) bir, yeganə, ehtiyacsız, doğmayan və doğulmayan, şəriki və tayı-bərabəri olmayan Allaha tapşırıram! Pənah aparıram sübhün Rəbbinə yaratdıqlarının şərindən, zülmətə bürünməkdə olan gecənin şərindən, düyünlərə üfürən (cadugər) qadınların şərindən və paxıllığı tutanda paxılın şərindən! Pənah aparıram insanların Rəbbinə, insanların hökmdarına və (mütləq) hakiminə, insanların (həqiqi) məbuduna, gizlincə vəsvəsə edən, irəli-geri çəkilərək insanların ürəklərinə vəsvəsə salan şeytanın şərindən, istər cinlərdən olsun, istərsə də insanlardan! | أُعِيذُ نَفْسِي وَ دِينِي وَ أَهْلِي وَ مَالِي وَ وَلَدِي وَ إِخْوَانِي فِي دِينِي وَ مَا رَزَقَنِي رَبِّي وَ خَوَاتِيمَ عَمَلِي وَ مَنْ يَعْنِينِي أَمْرُهُ بِاللَّهِ الْوَاحِدِ الْأَحَدِ الصَّمَدِ الَّذِي لَمْ يَلِدْ وَ لَمْ يُولَدْ وَ لَمْ يَكُنْ لَهُ كُفُوا أَحَدٌ وَ بِرَبِّ الْفَلَقِ مِنْ شَرِّ مَا خَلَقَ وَ مِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ وَ مِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ وَ مِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ وَ بِرَبِّ النَّاسِ مَلِكِ النَّاسِ إِلَهِ النَّاسِ مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ مِنَ الْجِنَّةِ وَ النَّاسِ |
2) Şeyx, Şəhiddən Həzrət Rəsuli Əkrəmin (s) belə buyurduğunu nəql edir: “Hər kəsə Qiyamət günü Allah Taala onu pis əməllərindən xəbər verərək, günahlar divanının açılmasını istəmirsə, hər namazdan sonra bu duanı oxusun:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə innə məğfirətəkə ərca min əməli, və innə rəhmətəkə əvsəu min zənbi, | İlahi, həqiqətən, Sənin bəxşişinə öz əməlimdən daha çox ümidvaram! Həqiqətən, Sənin rəhmətin mənim günahımdan daha genişdir! | اللَّهُمَّ اِنَّ مَغْفِرَتَكَ أَرْجَى مِنْ عَمَلِي وَ اِنَّ رَحْمَتَكَ أَوْسَعُ مِنْ ذَنْبِي |
| Əllahummə in kanə zənbi indəkə əzimən fəəfvukə ə`zəmu min zənbi, | İlahi, əgər mənim günahım Sənin dərgahında böyükdürsə, Sənin əfv və güzəştin mənim günahımdan da böyükdür! | اللَّهُمَّ إِنْ كَانَ ذَنْبِي عِنْدَكَ عَظِيما فَعَفْوُكَ أَعْظَمُ مِنْ ذَنْبِي |
| Əllahummə in ləm əkun əhlən ən əbluğə rəhmətəkə fərəhmətukə əhlun ən təbluğəni və təsəəni, liənnəha vəsiət kullə şəy`, birəhmətikə ya ərhəmər rahimin. | İlahi, əgər mən Sənin rəhmətinə şamil olmağa layiq deyiləmsə, Sənin rəhmətinin mənə şamil olması və məni əhatə etməsi layiqdir! Çünki rəhmətin hər şeyi əhatə etmişdir. Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi! | اللَّهُمَّ إِنْ لَمْ أَكُنْ أَهْلا أَنْ أَبْلُغَ رَحْمَتَكَ فَرَحْمَتُكَ أَهْلٌ أَنْ تَبْلُغَنِي وَ تَسَعَنِي لِأَنَّهَا وَسِعَتْ كُلَّ شَيْءٍ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
3) İbn Babaveyhdən nəql olunmuşdur ki, Fatimeyi Zəhranın (s.ə) təsbihini deyib qurtardıqdan sonra belə de:
Təqibat_16
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə əntəs səlamu və minkəs səlam və ləkəs səlam, və iləykə yəudus səlam, subhanə rəbbikə rəbbil izzəti əmma yəsifun, və səlamun ələl mursəlin, vəl həmdu lillahi rəbbil aləmin, | İlahi, Sənin adın Salamdır, sağlamlıq da Sənin tərəfindən və Sənə məxsusdur. (Ümumiyyətlə,) sağlamlıq Sənə qayıdır. Sənin Rəbbin – yenilməz qüvvət sahibi (mülkündə hər şeyə qalib) olan Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır! Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha həmd olsun! | اللَّهُمَّ أَنْتَ السَّلامُ وَ مِنْكَ السَّلامُ وَ لَكَ السَّلامُ وَ إِلَيْكَ يَعُودُ السَّلامُ سُبْحَانَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُونَ وَ سَلامٌ عَلَى الْمُرْسَلِينَ وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ |
| Əssəlamu ələykə əyyuhən nəbiyyu və rəhmətullahi və bərəkatuh, əssəlamu ələl əimmətil hadinəl məhdiyyin, əssəlamu əla cəmii ənbiyaillahi və rusulihi və məlaikətih, əssəlamu ələyna və əla ibadillahis salihin, | Salam olsun sənə, ey Allahın Rəsulu, Allahın rəhmət və bərəkətləri olsun sənə! Salam olsun hidayət edən və hidayət olunmuş imamlara! Salam olsun Allahın bütün peyğəmbərlərinə, elçiləri və mələklərinə! Salam olsun bizə (biz möminlərə) və Allahın saleh (xeyirxah) bəndələrinə! | السَّلامُ عَلَى الْأَئِمَّةِ الْهَادِينَ الْمَهْدِيِّينَ السَّلامُ عَلَى جَمِيعِ أَنْبِيَاءِ اللَّهِ وَ رُسُلِهِ وَ مَلائِكَتِهِ السَّلامُ عَلَيْنَا وَ عَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ |
| əssəlamu əla Əliyyin Əmiril mu`minin, əssəlamu ələl Həsəni vəl Huseyni səyidəy şəbabi əhlil cənnəti əcməin, əssəlamu əla Əliyyibnil Hüsəyn Zəynil abidin, əssəlamu əla Muhəmmədibni Əliyyin Baqiri ilmin nəbiyyin, əssəlamu əla Cə`fəribni Muhəmmədinis Sadiq, əssəlamu əla Musəbnə Cə`fərinil Kazim, əssəlamu əla Əliyyibni Musər Riza, əssəlamu əla Muhəmmədibni Əliyyinil Cəvad, əssəlamu əla Əliyyibni Muhəmmədinil Hadi, əssəlamu ələl Həsənibni Əliyyiniz Zəkiyyil Əskəri, əssəlamu ələl huccətibnil Həsənil Qaimil Məhdiyy, sələvatullahi ələyhim əcməin. | Salam olsun Əmirəlmöminin Əliyə! Salam olsun behişt əhlinin cavanlarının sərvəri Həsən və Hüseynə! Salam olsun ibadət əhlinin zinəti Hüseynin oğlu Əliyə! Salam olsun peyğəmbərlərin elmini açan Əlinin oğlu Muhəmməd Baqirə! Salam olsun Muhəmməd Baqirin oğlu Cəfər Sadiqə! Salam olsun Cəfər Sadiqin oğlu Musa Kazimə (qəzəbini udana)! Salam olsun Musa Kazimin oğlu Əli Rzaya! Salam olsun Əli Rzanın oğlu Muhəmməd Cavada! Salam olsun Muhəmməd Cavadın oğlu Əli Hadiyə! Salam olsun Əli Hadinin ruhu pak-pakizə olan oğlu Həsən Əskəriyə! Salam olsun Həsən Əskərinin oğlu Höccətə – Qaim Mehdiyə! Allahın salam və salavatı olsun onların hamısına! | السَّلامُ عَلَى عَلِيٍّ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَى الْحَسَنِ وَ الْحُسَيْنِ سَيِّدَيْ شَبَابِ أَهْلِ الْجَنَّةِ أَجْمَعِينَ السَّلامُ عَلَى عَلِيِّ بْنِ الْحُسَيْنِ زَيْنِ الْعَابِدِينَ السَّلامُ عَلَى مُحَمَّدِ بْنِ عَلِيٍّ بَاقِرِ عِلْمِ النَّبِيِّينَ السَّلامُ عَلَى جَعْفَرِ بْنِ مُحَمَّدٍ الصَّادِقِ السَّلامُ عَلَى مُوسَى بْنِ جَعْفَرٍ الْكَاظِمِ السَّلامُ عَلَى عَلِيِّ بْنِ مُوسَى الرِّضَا السَّلامُ عَلَى مُحَمَّدِ بْنِ عَلِيٍّ الْجَوَادِ السَّلامُ عَلَى عَلِيِّ بْنِ مُحَمَّدٍ الْهَادِي السَّلامُ عَلَى الْحَسَنِ بْنِ عَلِيٍّ الزَّكِيِّ الْعَسْكَرِيِّ السَّلامُ عَلَى الْحُجَّةِ بْنِ الْحَسَنِ الْقَائِمِ الْمَهْدِيِّ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ أَجْمَعِينَ |
Sonra hər hacətin varsa, Allah Taaladan dilə.
4) Şeyx Kəfəmi deyir: “Namazlardan sonra belə de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Rəzitu billahi rəbbən və bil İslami dina, və bi Muhəmmədin səlləllahu ələyhi və alihi nəbiyya, və bi Əliyyin imama, və bil Həsəni vəl Husəyni və Əliyyin və Muhəmmədin və Cə`fərin və Musa və Əliyyin və Muhəmmədin və Əliyyin vəl Həsən, vəl xələfis salihi ələyhimus səlamu əimmətən və sadətən və qadəh, bihim ətəvəlla və min ə`daihim ətəbərrə` | Allahın Rəbb, İslamın din, Muhəmmədin (Allahın salamı ona və onun Əhlibeytinə olsun) peyğəmbər, Əlinin imam və Həsən, Hüseyn, Əli, Muhəmməd, Cəfər, Musa, Əli, Muhəmməd, Əli, Həsən və onun saleh övladının (onlara salam olsun) imam, sərvər və rəhbər olmasına sevindim. Onları sevir, düşmənlərinə isə nifrət edirəm. | رَضِيتُ بِاللَّهِ رَبّا وَ بِالْإِسْلامِ دِينا وَ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ نَبِيّا وَ بِعَلِيٍّ إِمَاما وَ بِالْحَسَنِ وَ الْحُسَيْنِ وَ عَلِيٍّ وَ مُحَمَّدٍ وَ جَعْفَرٍ وَ مُوسَى وَ عَلِيٍّ وَ مُحَمَّدٍ وَ عَلِيٍّ وَ الْحَسَنِ وَ الْخَلَفِ الصَّالِحِ عَلَيْهِمُ السَّلامُ أَئِمَّةً وَ سَادَةً وَ قَادَةً بِهِمْ أَتَوَلَّى وَ مِنْ أَعْدَائِهِمْ أَتَبَرَّأ |
Sonra 3 dəfə de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukəl əfvə vəl afiyətə vəl muəfətə fid dunya vəl axirəh | İlahi, Mən səndən dünya və axirətdə əfv, bağışlanma, sağlamlıq və asayiş diləyirəm! | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَ الْعَافِيَةَ وَ الْمُعَافَاةَ فِي الدُّنْيَا وَ الْآخِرَةِ |
