Müstəhəb namaz: Həftə günlərinin namazları — Cümə gününün namazı
Seyid ibni Tavus İmam Həsən Əskərinin (ə) belə buyurduğunu nəql etmişdir: “Hər kəs cümə günündə 4 rəkət namaz qılsa və onun hər rəkətində Həmd, Mulk və Fussilət surələrini oxusa, mütəal Allah onu cənnətə daxil edər, onun öz ailəsinə şəfaət verməsini qəbul edər, qəbir əzabından və Qiyamətin gününün qorxulu, vəhşətli hadisələrindən amanda saxlayar.” Ravi o həzrətdən soruşdu: “Bu namazları günün hansı vaxtında qılaq?” Buyurdu: “Gün çıxandan batana qədər olan fasilədə.”
Mənbə:
Şeyx Abbas Qumi — Məfatihul-cinan kitabı
