Müstəhəb namaz: Cümə günündə qılınan müstəhəb “Kamilə” namazı

Print Friendly, PDF & Email

Qeyd edəcəyimiz nafilələrdən biri də “Kamilə” adlı namazdır. Şeyx, Seyid və Əllamə kimi böyük alimlər onu mötəbər sənədlərlə İmam Sadiqdən (ə) nəql etmişdirlər. Həzrət Muhəmməd peyğəmbər (s) buyurub: “Cümə günü zavaldan (günorta azanından) əvvəl 4 rəkət namaz qılıb, onun hər rəkətində “Həmd” surəsini 10 dəfə və “Nas”, “Fələq”, “İxlas”, “Kafirun”“Ayətəl-kursi” ayələrindən birini 10 dəfə və başqa rəvayətə əsasən “Qədr” surəsini və “Şəhidəllah” ayəsini hər birini 10 dəfə oxuyub namazı qurtardıqdan sonra, 100 dəfə istiğfar edib, 100 dəfə “Subhanəllahi vəl həmdu lillahi, və la ilahə illəllahu vəllahu əkbər və la həvlə və la quvvətə illa billahil əliyyil əzim” zikrini deyib, 100 dəfə salavat göndərən şəxsi Allah Taala yerin-göyün, şeytanın (l), zalım padşahın zülmündən saxlayar”.

Читайте также: