İslam aylarının əməlləri: Mübarək Ramazan ayının sonuncu gecəsi
Bu mübarək gecənin əməlləri aşağıdakılardır:
1) Qüsl etmək[1]
2) İmam Hüseyni (ə) ziyarət etmək[2]
3) «Ənam», «Kəhf» və «Yasin» surələrini oxumaq[3]
4) 100 dəfə istiğfar cümləsini demək (Əstəğfirullahə və ətubu iləyh)[4]
5) Mübarək Ramazan ayının sonuncu gəcəsinin məxsus duasını[5] oxumaq:
| Transripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əlhəmdu lillihi la şərikə ləh, əl həmdu lillahi kəma yənbəği likərəmi vəchihi və izzi cəlalih, və kəma huvə əhluh, ya quddusu ya nur, ya nurəl qudsi ya subbuh, ya muntəhət təsbih, ya rəhmanu ya failər rəhməh, ya Əllahu ya əlimu ya kəbir, ya Əllahu ya lətifu ya cəlil, ya Əllahu ya səmiu ya bəsir, ya Əllahu ya Əllahu ya Əllah, ləkəl əsmaul husna, vəl əmsalul ulya, vəl kibriyau vəl ala, əs`əlukə ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təc`ələsmi fi hazihil ləyləti fis suəda, və ruhi məəş şuhəda, və ihsani fi illiyyin, və isaəti məğfurəh, və ən təhəbə li yəqinən tubaşiru bihi qəlbi, və imanən yuzhibuş şəkkə ənni, və turziyəni bima qəsəmtə li, və atina fid dunya həsənətən və fil axirəti həsənəh, və qina əzabən naril həriq, vərzuqni fiha zikrəkə və şukrək, vər rəğbətə iləykə vəl inabəh, vət təvfiqə lima vəffəqtə ləhu Muhəmmədən və alə Muhəmməd, səlləllahu ələyhi və ələyhim. | Həmd-səna şəriki olmayan Allaha məxsusdur. Böyük zatına və qüdrətli calalına layiq olduğu kimi, həmd-səna Allaha məxsusdur. Necə ki, Ona layiqdir. Ey müqəddəs, ey nur, ey müqəddəs nur, ey bütün eyiblərdən uzaq olan, ey paklığın sonu, ey bağışlayan, ey mehribanlıq yaradan! Ey Allah, ey hər şeyi bilən, ey böyük, ey Allah, ey lətif, ey ulu, ey Allah, ey eşidən, ey görən, ey Allah, ey Allah, ey Allah! Gözəl adlar, ali məsəllər, böyüklük və nemətlər yalnız Sənə məxsusdur. Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərəsən, bu gecə adımı (əbədi) səadətə çatanlar və ruhumu şəhidlər sırasında, ehsanımı “İlliyyin”də və günahlarımı bağışlanmış qeyd edəsən. Mənə qəlbimlə birbaşa rabitədə olan yəqin (dərəcəsi), şəkki aradan qaldıran iman əta edəsən və məni qismət etdiklərinə razı salasan. Bizə dünya və axirətdə yaxşılıq əta edəsən, bizi cəhənnəmin yandırıcı əzabından saxlayasan, bu gecə məni zikrinə, şükrünü yerinə yetirməyə, Sənə rəğbətli olmağa, tövbəyə, Muhəmməd və Muhəmmədin Əhlibeytinə əta etdiyin müvəffəqiyyətə nail edəsən! | الْحَمْدُ لِلَّهِ لا شَرِيكَ لَهُ الْحَمْدُ لِلَّهِ كَمَا يَنْبَغِي لِكَرَمِ وَجْهِهِ وَ عِزِّ جَلالِهِ وَ كَمَا هُوَ أَهْلُهُ يَا قُدُّوسُ يَا نُورُ يَا نُورَ الْقُدْسِ يَا سُبُّوحُ يَا مُنْتَهَى التَّسْبِيحِ يَا رَحْمَانُ يَا فَاعِلَ الرَّحْمَةِ يَا اللَّهُ يَا عَلِيمُ يَا كَبِيرُ يَا اللَّهُ يَا لَطِيفُ يَا جَلِيلُ يَا اللَّهُ يَا سَمِيعُ يَا بَصِيرُ يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ لَكَ الْأَسْمَاءُ الْحُسْنَى وَ الْأَمْثَالُ الْعُلْيَا وَ الْكِبْرِيَاءُ وَ الْآلاءُ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ وَ أَنْ تَجْعَلَ اسْمِي فِي هَذِهِ اللَّيْلَةِ فِي السُّعَدَاءِ وَ رُوحِي مَعَ الشُّهَدَاءِ وَ إِحْسَانِي فِي عِلِّيِّينَ وَ إِسَاءَتِي مَغْفُورَةً وَ أَنْ تَهَبَ لِي يَقِينا تُبَاشِرُ بِهِ قَلْبِي وَ إِيمَانا يُذْهِبُ الشَّكَّ عَنِّي وَ تُرْضِيَنِي بِمَا قَسَمْتَ لِي وَ آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَ فِي الْآخِرَةِ حَسَنَةً وَ قِنَا عَذَابَ النَّارِ الْحَرِيقِ وَ ارْزُقْنِي فِيهَا ذِكْرَكَ وَ شُكْرَكَ وَ الرَّغْبَةَ إِلَيْكَ وَ الْاِنَّابَةَ وَ التَّوْبَةَ وَ التَّوْفِيقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ عَلَيْهِمْ |
6) 30 rəkət namaz qılmaq. Bu namazın qaydası Ramazan ayının 1000 rəkətlik namazı məqaləsində qeyd olunubdur.
7) Şeyx Kuleyninin İmam Sadiqdən (ə) nəql etdiyi bu duanı[6] oxumaq:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə hazə şəhru rəməzanəlləzi ənzəltə fihil Qur`an, və qəd təsərrəmə və əuzu bivəchikəl kərimi ya rəbbi, ən yətluəl fəcru min ləyləti hazihi, əv yətəsərrəmə şəhru rəməzan, və ləkə qibəli təbiətun əv zənbun turidu ən tuəzzibəni bihi yəvmə əlqak | İlahi, Qurani-Kərimi nazil etdiyin bu Ramazan ayı gəlib keçdi! Ey mənim Rəbbim, bu gecənin sübhü üzümə açıldığı halda, mənim üzərimdə Sənin tərəfindən bir cəza və ya Sənə qarşı bir günah qalaraq əzaba düçar olacağımdan Sənin böyük zatına sığınmışam! | اللَّهُمَّ هَذَا شَهْرُ رَمَضَانَ الَّذِي أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ وَ قَدْ تَصَرَّمَ وَ أَعُوذُ بِوَجْهِكَ الْكَرِيمِ يَا رَبِّ أَنْ يَطْلُعَ الْفَجْرُ مِنْ لَيْلَتِي هَذِهِ أَوْ يَتَصَرَّمَ شَهْرُ رَمَضَانَ وَ لَكَ قِبَلِي تَبِعَةٌ أَوْ ذَنْبٌ تُرِيدُ أَنْ تُعَذِّبَنِي بِهِ يَوْمَ أَلْقَاكَ |
8) Mübarək Ramazan ayının 23-cü gecəsinin əməllərində 3-cü bəndə qeyd olunan «Ya mudəbbirəl umur..» duasın oxumaq.
9) Mübarək Ramazan ayı ilə vidalaşmaq: vida dualarını böyük alimlərimiz öz kitablarında qeyd etmişlər. Bunlar arasında ən yaxşı dua «Səhifeyi Səccadiyyə» kitabının 45-ci duasıdır.
10) Seyid ibn Tavus nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur: «Hər kim Mübarək Ramazan ayının axırıncı gecəsi bu ayla vidalaşsa və bu duanı oxusa, sübh olmamışdan qabaq Allah onu bağışlayar, ona tövbə etmək uğurunu əta edər»[7]:
| Ərəbcə | اللَّهُمَّ لا تَجْعَلْهُ آخِرَ الْعَهْدِ مِنْ صِيَامِي لِشَهْرِ رَمَضَانَ وَ أَعُوذُ بِكَ أَنْ يَطْلُعَ فَجْرُ هَذِهِ اللَّيْلَةِ إِلا وَ قَدْ غَفَرْتَ لِي |
| Tərcümə | İlahi, bunu mənim Ramazan ayında tutduğum orucların axırıncısı qərar vermə! Mən Sənə sığınmışam ki, bu gecənin sübhü açıldıqda məni bağışlayasan |
| Transkripsiya | Əllahummə la təc`əlhu axirəl əhdi min siyami lişəhri rəməzan, və əuzu bikə ən yətluə fəcru hazihil ləyləh, illa və qəd ğəfərtə li |
11) Cabir ibn Abdullah Ənsari nəql edir ki, Mübarək Ramazan ayının axırıncı cümə günü Həzrət Peyğəmbərin (s) hüzuruna getmişdim. O həzrət mənə buyurdu: «Bu gün Mübarək Ramazan ayının axırıncı cüməsidir, onunla vidalaş və de»:
| Ərəbcə | اللَّهُمَّ لا تَجْعَلْهُ آخِرَ الْعَهْدِ مِنْ صِيَامِنَا إِيَّاهُ فَإِنْ جَعَلْتَهُ فَاجْعَلْنِي مَرْحُوما وَ لا تَجْعَلْنِي مَحْرُوما |
| Tərcümə | İlahi, bunu bizim tutduğumuz orucların axırıncısı qərar vermə və əgər qərar verəcəksənsə, onda, məni bağışlanmışlardan (rəhmətinə şamil olanlardan) qərar ver və məhrum olanlardan qərar vermə! |
| Transkripsiya | Əllahummə la təc`əlhu axirəl əhdi min siyamina iyyah, fəin cəəltəhu fəc`əlni mərhu-mən və la təc`əlni məhruma |
Həzrət Peyğəmbər (s) daha sonra buyurdu: «Hər kim bu gün bu duanı oxusa, iki yaxşı xislətə nail olar, yaxud gələn Ramazan ayını görər, yaxud Allahın bağışlanmasına və sonsuz rəhmətinə qovuşar.»[8]
12) Həzrət Rəsulallahın (s) buyurduğu bu 10 rəkət namazı qılmaq: Ramazan ayının axırıncı gecəsi 10 rəkət (iki rəkət-iki rəkət) namaz qıl: belə ki, hər rəkətdə bir dəfə «Fatihə» və 10 dəfə «İxlas» surəsini oxu. Rükuda və səcdələrdə 10 dəfə de:
| Ərəbcə | سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ |
| Tərcümə | Allah pak və bütün eyiblərdən uzaqdır. Həmd yalnız Allaha məxsusdur. Allahdan başqa heç bir tanrı yoxdur və Allah böyükdür |
| Transkripsiya | Subhanəllahi vəlhəmdu lil-lahi və la ilahə illəllahu vəllahu əkbər |
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya həyyu ya qəyyum, ya zəl cəlali vəl ikram, ya rəhmanəd dunya vəl axirəti və rəhiməhuma, ya ərhəmər rahimin, ya ilahəl əvvəlinə vəl axirin, | Ey diri, ey əbədi, calal və ikram sahibi, dünya və axirətdə bağışlayan və mehriban olan, ey mehribanların ən mehribanı, ey birinci və sonuncuların Rəbbi, | يَا حَيُّ يَا قَيُّومُ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا رَحْمَانَ الدُّنْيَا وَ الْآخِرَةِ وَ رَحِيمَهُمَا يَا أَرْحَمَ الرَّاحِمِينَ يَا إِلَهَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ |
| iğfir ləna zunubəna və təqəbbəl minna səlatəna və siyaməna və qiyaməna. | bizim günahlarımızı bağışla, namaz, oruc və qiyamımızı (gecə ibadətlərimizi) qəbul et! | اغْفِرْ لَنَا ذُنُوبَنَا وَ تَقَبَّلْ مِنَّا صَلاتَنَا وَ صِيَامَنَا وَ قِيَامَنَا |
Həzrət Rəsulallah (s) buyurub: «Hər kim bu əməlləri yerinə yetirsə, məni peyğəmbərliyə göndərənin haqqına and olsun ki, Cəbrail İsrafildən və İsrafil də öz Rəbbindən mənə xəbər verdi ki, bu şəxs başını səcdədən qaldırmamış Allah onu bağışlayar və Mübarək Ramazan ayını ondan qəbul edər, onun günahlarından keçər…»[9]
Bu namaz bu qaydada Fitr bayramının gecəsi üçün də nəql olunmuşdur. Həmin hədisdə buyurulur ki, rüku və səcdənin zikrinin yerinə Təsbihati-ərbə`əni de, həmçinin: “اِغْفِرْ لَنَا ذُنُوبَنَا، وَ تَقَبَّلْ مِنَّا صَلَوَاتَنَا وَ صِیَامَنَا وَ قِیَامَنَا” («Bizim günahlarımızı bağışla…») cümlələrinin yerinə “اِغْفِرْ لِى ذُنُوبِى، وَ تَقَبَّلْ مِنِّى صَلَوَاتِى وَ صِیَامِى وَ قِیَامِى” (yəni «Mənim günahımı bağışla, orucumu, namazımı və gecə ibadətimi qəbul et» cümlələrini) de (yəni əvəzlikləri «birinci şəxsin təki»ndə de).[10]
Mənbələr:
[1] Seyid ibn Tavus — İqbal, səh 237
[2] Seyid ibn Tavus — İqbal, səh 237
[3] Seyid ibn Tavus — İqbal, səh 242
[4] Seyid ibn Tavus — İqbal, səh 242
[5] Şeyx Kuleyni – Usuli-kafi, c 4, səh 164,
Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 634
[6] Şeyx Kuleyni — Usuli-kafi, c 4, səh 164, hədis 5
[7] Seyid ibn Tavus — İqbal, səh 256,
Əllamə Məclisi — Biharul-ənvar, c 95, səh 181
[8] Seyid ibn Tavus — İqbal, səh 243,
Əllamə Məclisi — Biharul-ənvar, c 95, səh 172
[9] Seyid ibn Tavus — İqbal, səh 241,
Əllamə Məclisi — Biharul-ənvar, c 95, səh 73
[10] Seyid ibn Tavus — İqbal, səh 272,
Əllamə Məclisi — Biharu-ənvar, c 88, səh 130
