TAM Mübarək Ramazan ayının iyirmi üçüncü gecəsi — Ramazan ayı, 23-cü gecə — 3-cü Qədr gecəsi və onun əməlləri
Bu gecənin əməlləri 3 qismdir:
a) Qədr gecələrinin müştərək əməlləri
b) Mübarək Ramazan ayının son 10 gününün müştərək əməlləri
c) 23-cü gecəyə məxsus əməllər (Bu məqalədə yalnız bu gecəyə məxsus əməlləri qeyd etməyə çalışmışıq)
23-cü gecəyə məxsus əməllər:
1) Mübarək Ramazan ayının 23-cü gecəsinə məxsus olan bu duanı[1] oxuyun:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya rəbbə ləylətil qədr, və cailəha xəyrən min əlfi şəhr, və rəbbəl ləyli vən nəhar, vəl cibali vəl bihar, vəz zuləmi vəl ənvar, vəl ərzi vəs səma, ya bariu ya musəvviru ya hənnanu ya mənnan, ya Əllahu ya rəhman, ya Əllahu ya qəyyum, ya Əllahu bədi, ya Əllahu ya Əllahu ya Əllah, ləkəl əsmaul husna, vəl əmsalul ulya, vəl kibriyau vəl ula, əs`əlukə ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təc`ələsmi fi hazihil ləyləti fis suəda, və ruhi məəş şuhəda, və ihsani fi illiyyin, və isaəti məğfurəh, və ən təhəbə li yəqinən tubaşiru bihi qəlbi, və imanən yuzhibuş şəkkə ənni, və turziyəni bima qəsəmtə li, və atina fid dunya həsənəh, və fil axirəti həsənəh, və qina əzabən naril həriq, vərzuqni fiha zikrəkə və şukrək, vər rəğbətə iləykə vəl inabəh, vət təvfiqə lima vəffəqtə ləhu Muhəmmədən və alə Muhəmməd, ələyhimus səlam. | Ey “qədr” gecəsinin Rəbbi və onu min aydan üstün tutan! Ey gecə və gündüzün, dağlar və dəryaların, zülmət və nurların, yer və göyün Rəbbi! Ey yaradan, ey (məxluqata) surət verən, ey əta edən, ey nemət verən, ey Allah, ey bağışlayan, ey Allah, ey qəyyum, ey Allah, ey (yeni məxluqat) yaradan, ey Allah, ey Allah, ey Allah! Gözəl adlar, ali məsəllər, böyüklük və nemətlər yalnız Sənə məxsusdur. Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərəsən, bu gecə adımı (əbədi) səadətə çatanlar və ruhumu şəhidlər sırasında, ehsanımı “İlliyyin”də və günahlarımı bağışlanmış qeyd edəsən. Mənə qəlbimlə birbaşa rabitədə olan yəqin (dərəcəsi), şəkki aradan qaldıran iman əta edəsən və məni qismət etdiklərinə razı salasan. Bizə dünya və axirətdə yaxşılıq əta edəsən, bizi cəhənnəmin yandırıcı əzabından saxlayasan, bu gecə məni zikrinə, şükrünü yerinə yetirməyə, Sənə rəğbətli olmağa, tövbəyə, Muhəmməd və Muhəmmədin Əhlibeytinə əta etdiyin müvəffəqiyyətə nail edəsən! | يَا رَبَّ لَيْلَةِ الْقَدْرِ وَ جَاعِلَهَا خَيْرا مِنْ أَلْفِ شَهْرٍ وَ رَبَّ اللَّيْلِ وَ النَّهَارِ وَ الْجِبَالِ وَ الْبِحَارِ وَ الظُّلَمِ وَ الْأَنْوَارِ وَ الْأَرْضِ وَ السَّمَاءِ يَا بَارِئُ يَا مُصَوِّرُ يَا حَنَّانُ يَا مَنَّانُ يَا اللَّهُ يَا رَحْمَانُ يَا اللَّهُ يَا قَيُّومُ يَا اللَّهُ يَا بَدِيعُ يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ لَكَ الْأَسْمَاءُ الْحُسْنَى وَ الْأَمْثَالُ الْعُلْيَا وَ الْكِبْرِيَاءُ وَ الْآلاءُ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَجْعَلَ اسْمِي فِي هَذِهِ اللَّيْلَةِ فِي السُّعَدَاءِ وَ رُوحِي مَعَ الشُّهَدَاءِ وَ إِحْسَانِي فِي عِلِّيِّينَ وَ إِسَاءَتِي مَغْفُورَةً وَ أَنْ تَهَبَ لِي يَقِينا تُبَاشِرُ بِهِ قَلْبِي وَ إِيمَانا يُذْهِبُ الشَّكَّ عَنِّي وَ تُرْضِيَنِي بِمَا قَسَمْتَ لِي وَ آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَ فِي الْآخِرَةِ حَسَنَةً وَ قِنَا عَذَابَ النَّارِ الْحَرِيقِ وَ ارْزُقْنِي فِيهَا ذِكْرَكَ وَ شُكْرَكَ وَ الرَّغْبَةَ إِلَيْكَ وَ الْاِنَّابَةَ وَ التَّوْبَةَ وَ التَّوْفِيقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ عَلَيْهِمُ السَّلامُ |
2) Məhəmməd ibn İsa özü gətirdiyi sənədlə Məsumların (ə) belə buyurduğunu nəql edir: «Mübarək Ramazan ayının 23-cü gecəsi bu duanı istər səcdə, istər qiyam, istər rüku, oturan yerdə, ayaq üstə hər halda bacardığın qədər oxu. Həyatında yadına düşən hər bir zamanda çalış bu duanı oxuyasan. Allahı həmd etdikdən və onun peyğəmbərinə salavat göndərdikdən sonra deyirsən[2]»:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə kun livəliyyəkəl huccətibnil Həsən, sələvatukə ələyhi və əla abaih, fi hazihis saəti və fi kulli saəh, vəliyyən və hafiza, və qaidən və nasira, və dəlilən və əyna, hətta tuski-nəhu ərzəkə təv`a, və tumət-tiəhu fiha təvila. | İlahi, Sənin canişinin (nümayəndən) Hüöccət ibnil-Həsənə (imam Zamana) (ona və əcdadına salam və salavatın olsun) indi və hər bir an himayəçi, gözətçi, rəhbər, köməkçi, yolgöstərən və gözü ol! O vaxta qədər ki, öz məsləhətinlə onu yer üzündə sakin edəsən və onu uzun müddət faydalandırasan. | اللَّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَى آبَائِهِ فِي هَذِهِ السَّاعَةِ وَ فِي كُلِّ سَاعَةٍ وَلِيّا وَ حَافِظا وَ قَائِدا وَ نَاصِرا وَ دَلِيلا وَ عَيْنا حَتَّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعا وَ تُمَتِّعَهُ فِيهَا طَوِيلا |
3) Əllərini göyə qaldırıb bu duanı oxu:
| Ərəbcə | يَا مُدَبِّرَ الْأَمُورِ يَا بَاعِثَ مَنْ فِي الْقُبُورِ يَا مُجْرِيَ الْبُحُورِ يَا مُلَيِّنَ الْحَدِيدِ لِدَاوُدَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ افْعَلْ بِي كَذَا وَ كَذَا |
| Tərcümə | Ey işləri idarə edən, ey qəbirlərdə olanları qaldıran, ey dənizləri cari edən, ey dəmiri Davud üçün yumşaldan, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir və mənim bu hacətlərimi rəva qıl! |
| Transkripsiya | Ya mudəbbirul umur, ya bai-sə mən fil qubur, ya mucriyəl buhur, ya muləyyinəl hədidi liDavud, səlli əla Muhəmmədən və ali Muhəmməd, vəf`əl bi kəza və kəza. |
*Kəza və kəza (belə və belə et) sözləri yerinə öz hacətini dilə gətirirsən.
اَللَّيْلَةَ اَللَّيْلَةَ، اَلسَّاعَةَ اَلسَّاعَةَ
(əl-ləylətə əl-ləylətə, əs-səatə, əs-səatə) «Bu gecədə bu gecədə, bu saatda bu saatda.»
Bu duanı rükuda və səcdədə, ayaq üstə və oturan halda təkrar-təkrar oxu.[3]
4) İmam Sadiq (ə) buyurub: «Hər kim ramazan ayının iyirmi üçüncü gecəsində «Ənkəbut» və «Rum» surələrini oxusa, and olsun Allaha, cənnət əhlidir.»[4]
5) 1000 dəfə «Qədr» surəsini oxumaq.[5]
6) «Duxan» surəsini oxumaq.[6]
7) Bu duanı oxuyun[7]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahumməmdud li fi umuri, və əvsi` li fi rizqi, və əsihhə li cismi, və bəlliğni əməli, və in kuntu minəl əşqiyai fəmhuni minəl əşqiya, vəktubni minəs suəda, fəinnəkə qultə fi kita-bikəl munzəli əla nəbiyyikəl mursəl, sələvatukə ələyhi və alih, yəmhullahu ma yəşau və yusbit, və indəhu ummul kitab. | İlahi, mənə uzun ömür ver, mənim ruzimi genişləndir, cismimi sağlam et və məni öz arzuma yetir. Əgər mənim adım bədbəxtlər sırasındadırsa, adımı bədbəxtlər sırasından sil və xoşbəxtlər sırasında yaz. Çünki Sən “mürsəl” Peyğəmbərinə (ona və Əhli-beytinə salam və salavat olsun) nazil olmuş kitabında belə buyurubsan: “Allah istədiyini məhv edir və istədiyini də dərc edir və kitabın əsasını (lövhi-məhfuz) Onun yanındadır.” | اَللَّهُمَّ امْدُدْ لِى فِى عُمْرِى، وَ اَوْسِعْ لِى فِى رِزْقِى، وَ اَصِحَّ لِى جِسْمِى، وَ بَلِّغْنِى اَمَلِى؛ وَ اِنْ کُنْتُ مِنَ الْاَشْقِیَآءِ فَامْحُنِى مِنَ الْاَشْقِیَآءِ، وَ اکْتُبْنِى مِنَ السُّعَدَآءِ، فَاِنَّکَ قُلْتَ فِى کِتَابِکَ الْمُنْزَلِ عَلَىٰ نَبِیِّکَ الْمُرْسَلِ، صَلَوَاتُکَ عَلَیْهِ وَ اٰلِهِ: یَمْحُو اللهُ مَا یَشَآءُ وَ یُثْبِتُ، وَ عِنْدَهُ اُمُّ الْکِتَابِ |
8) İmam Sadiqin (ə) buyurduğu bu duanı[8] oxuyun:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahumməc`əl fima təqzi və fima tuqəddiru minəl əmril məhtum, və fima təfruqu minəl əmril həkimi fi ləylətil qədr, minəl qəzailləzi la yurədd, və la yubəddəlu ən təktubəni min huccaci bəytikəl hərami fi ami haza, əl məbruri həccuhum, əl məşkuri sə`yuhum, əl məğfuri zunubuhum, əl mukəffəri ənhum səyyiatuhum, vəc`əl fima təqzi və tuqəddiru ən tutilə umri, və tuvəssiə li fi rizqi.subhanə mən huvə hakə-za və la hakəza ğəyruh. | İlahi, hökm və müqəddər etdiyin qaçılmaz əmrində, ayırdığın hikmətli əmrində, dəyişilməyən və geri qaytarılmayan hökmündə məni Öz evinin – “Beytül-Haram”ın həcləri gözəl, səylərinin əvəzi verilmiş, günahları bağışlanmış və pis əməlləri pərdələnmiş hacılarından hesab edəsən. Həmçinin hökm və müqəddər etdiyin işlərdə ömrümü uzun edib ruzimi bol edəsən! | اَللَّهُمَّ اجْعَلْ فِیمَا تَقْضِى وَ فِیمَا تُقَدِّرُ مِنَ الْاَمْرِ الْمَحْتُومِ، وَ فِیمَا تَفْرُقُ مِنَ الْاَمْرِ الْحَکِیمِ فِى لَیْلَةِ الْقَدْرِ، مِنَ الْقَضَآءِ الَّذِى لَا یُرَدُّ وَ لَا یُبَدَّلُ، اَنْ تَکْتُبَنِى مِنْ حُجَّاجِ بَیْتِکَ الْحَرَامِ فِى عَامِى هٰذَا، اَلْمَبْرُورِ حَجُّهُمْ، اَلْمَشْکُورِ سَعْیُهُمْ، اَلْمَغْفُورِ ذُنُوبُهُمْ، اَلْمُکَفَّرِ عَنْهُمْ سَیِّئَاتُهُمْ، وَ اجْعَلْ فِیمَا تَقْضِى وَ تُقَدِّرُ، اَنْ تُطِیلَ عُمْرِى، وَ تُوَسِّعَ لِى فِى رِزْقِى |
9) İmam Həsənin (ə) buyurduğu bu duanı[9] oxuyun:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya batinən fi zuhurih, və ya zahirən fi butunih, və ya ba-tinən ləysə yəxfa, və ya zahirən ləysə yura, ya məvsufən la yəbluğu bikəynunətihi məvsuf, və la həddun məhdud, və ya ğaibən (ğayibu) ğəyrə məfqud, və ya şahidən (şahidu) ğəyrə məşhud, yutləbu fəyusab, və la (ləm) yəxlu minhus səmavatu vəl ərz, və ma bəynəhuma tur-fətə (tərfətə) əynin la yudrəku bikəyf (bikəyfə), və la yuəyyə-nu biəynin (biəynə) və la bihəys (bihəysu), əntə nurun nuri və rəbbul ərbab, əhəttə bicəmiil umur, subhanə mən ləysə kəmislihi şəy`, və huvəs səmiul bəsir, subhanə mən huvə hakə-za və la hakəza ğəyruh. | Ey aşkar olduğu halda gizli və gizli olduğu halda aşkar olan, ey zahiri gözdən gizli olan və bəsirət gözündən gizli olmayan, ey görünməz aşkar, ey zatı və həqiqətinə çatmayan və həddi-hüdudu olmayan vəsf və tərif sahibi, ey həmişə hazır olan qaib, ey gözlə müşahidə olunmayan şahid, hər kim Səni istəsə, Sənə çatacaqdır! Səmalar, yer və onların içindəkilər bir göz qırpımında belə Səndən boş deyildir. Ey vəsflə dərk olunmayan, məkan və cəhəti olmayan, Sən nurların nuru və şahların şahısan! Elminlə bütün işləri əhatə edibsən. Tayı-bərabəri və misli olmayan Allah pak və bütün eyiblərdən uzaqdır. O, eşidən və görəndir. Bütün bu vəsflərə başqası deyil, yalnız pak və bütün eyiblərdən uzaq olan Allah sahibdir. | یَا بَاطِنًا فِى ظُهُورِهِ، وَ یَا ظَاهِرًا فِى بُطُونِهِ؛ وَ یَا بَاطِنًا لَیْسَ یَخْفَىٰ، وَ یَا ظَاهِرًا لَیْسَ یُرَىٰ؛ یَا مَوْصُوفًا لَا یَبْلُغُ بِکَیْنُونَتِهِ مَوْصُوفٌ، وَ لَا حَدٌّ مَحْدُودٌ؛ وَ یَا غَآئِبًا غَیْرَ مَفْقُودٍ، وَ یَا شَاهِدًا غَیْرَ مَشْهُـودٍ! یُطْـلَبُ فَیُـصَابُ؛ وَ لَمْ یَخْلُ مِنْهُ السَّمٰـوَاتُ وَ الْاَرْضُ وَ مَا بَیْنَهُمَا طَرْفَةَ عَیْنٍ؛ لَا یُدْرَکُ بِکَیْفٍ، وَ لَا یُؤَیَّنُ بِاَیْنٍ وَ لَا بِحَیْثٍ؛ اَنْتَ نُورُ النُّورِ، وَ رَبُّ الْاَرْبَابِ؛ اَحَطْتَ بِجَمِیـعِ الْاُمُورِ، سُبْحَانَ مَنْ لَیْسَ کَمِثْلِهِ شَىْءٌ، وَ هُوَ السَّمِیعُ الْبَصِیرُ؛ سُبْحَانَ مَنْ هُوَ هٰکَذَا، وَ لَا هٰکَذَا غَیْرُهُ |
Sonra Allahdan öz istəklərini dilə.
10) Mübarək Ramazan ayının 23-cü gecəsi qüsl etmək, əhya saxlamaq və İmam Hüseyni (ə) ziyarət etməyin böyük fəziləti vardır. Həmçinin Qədr gecələrində qılınan 100 rəkət namazın da böyük savabını əldən verməyin. Şeyx Tusi «Təhzibul-əhkam»kitabında Əbu Bəsirdən nəql edir ki, İmam Sadiq (ə) belə buyurdu: «Qədr gecəsi olmasına ümid bəslənilən həmin gecədə 100 rəkət namaz qılın. Hər rəkətdə «Həmd» surəsindən sonra) 10 dəfə «İxlas» surəsini oxuyun.» Əbu Bəsir soruşur: «Əgər namazı ayaq üstə qıla bilməsəm, nə edim?» İmam (ə) buyurur: «Oturan halda qıl.» Əbu Bəsir yenə soruşur: «Əgər oturan halda qıla bilməsəm, nə edim?» İmam (ə) buyurur: «Yatağında uzandığın halda qıl.»[10]
11) Mərhum Əllamə Məclisi «Zadul-məad» kitabında yazır: Bu gecədə bacardığın qədər Quran oxu, həmçinin «əs-Səhifətus-Səccadiyyə» kitabıbının dualarından oxu, xüsusilə də, «Məkarimul-əxlaq» (Səhifeyi Səccadiyyənin 20-ci duası), «Tövbə» dualarını. Qədr gecələrinin gündüzlərini də ibadət və dua etməklə məşğul olmaq lazımdır. Hədislərdə buyurulur ki, Qədr gecələrinin gündüzləri Qədr gecələri qədər fəzilətlidir.[11]
12) «Dəaimul-İslam» kitabında nəql olunur ki, Peyğəmbər (s) axırıncı onluqda (yəni Mübarək Ramazan ayının son 10 günü) yerini yığışdırıb özünü möhkəm ibadət üçün hazırlayardı. 23-cü gecə öz ailəsini oyadırdı və qoymurdu biri yuxuya getsin, üstlərinə su səpirdi. Həzrət Fatimə (s) da bu gecə qoymazdı evdə biri yatsın. Onları oyaq saxlamaq üçün bir az yemək verərdi və onları gecəni əhya saxlamağa hazırlayardı. Gündüz onları gecə yuxuları gəlməsin və əhya saxlaya bilsinlər deyə yatıb istirahət etməyə əmr edirdi və buyurardı: «O şəxs məhrumdur ki, bu gecənin xeyrindən məhrum qalsın.» Rəvayət olunur ki, İmam Sadiq (ə) bərk xəstə idi. 23-cü gecə olduqda öz dostlarına onu məscidə aparmaqlarını istədi. O gecəni səhərə kimi, məsciddə qaldı.
13) Şeyx Kuleyni rəvayət edir ki, İmam Baqir (ə) Mübarək Ramazan ayının 21-ci və 23-cü gecə gecənin yarısına kimi, dua oxuyardı, sonra namaz qılmağa başlayardı.
Mənbələr:
[1] Şeyx Kuleyni – Usuli-kafi, c 4, səh 161,
Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 629
[2] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 630,
Şeyx Kəf`əmi, səh 586 (cüzi fərqlə)
[3] Fəqih, c 2, səh 162,
Əllamə Məclisi — Biharul-ənvar, c 95, səh 70
[4] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 628,
Seyid ibn Tavus — İqbal, səh 211
[5] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 628,
Seyid ibn Tavus — İqbal, səh 211
[6] Seyid ibn Tavus — İqbal, səh 214
[7]Seyid ibn Tavus — İqbal, səh 209,
Seyid ibn Tavus — İqbal, səh 211
[8] Seyid ibn Tavus — İqbal, səh 211
[9] Seyid ibn Tavus — İqbal, səh 211,
Seyid ibn Tavus — İqbal, səh 211, səh 165-də qeyd olunub ki,
bu duanı İmam Əli ibn Hüseyn (ə) Qədr gecəsində oxuyarmış.
[10] Şeyx Tusi — Təhzibul-əhkam, c 3, səh 64, hədis 19
[11] Əllamə Məclisi — Zadul-məad, səh 190
