Ziyarətnamə: İmam Əlinin (ə) əziz anası həzrət Fatimə binti Əsədin (s) Bəqidə ziyarəti

Print Friendly, PDF & Email

Əllamə Məclisi, Şeyx Mufid, Seyid ibn Tavus və Şəhid Əvvəl kimi alimlər Bəqi məzarlığında dəfn olunmuş Əmirəlmöminin Əlinin (ə) əziz anası Xanım Fatimə Əsəd qızı üçün də bir ziyarət nəql etmişlər. Ziyarət belədir:

Bəqi ziyarəti_8

TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu əla nəbiyyillah, əssəlamu əla rəsulillah, əssəlamu əla Muhəmmədin səyyidil mursəlin, əssəlamu əla Muhəmmədin səyyidil əvvəlin, əssəlamu əla Muhəmmədin səyyidil axirin, əssəlamu əla mən bəəsəhullahu rəhmətən lil aləmin, əssəlamu ələykə əyyuhən nəbiyyu və rəhmətullahi və bərəkatuh, əssəlamu əla Fatimətə bitni əsədinil haşimiyyəh, əssəlamu ələyki əyyətuhəs siddiqətul mərziyyəh, əssəlamu ələyki əyyətuhət təqiyyətun nəqiyyəh, əssəlamu ələyki əyyətuhəl kərimətur rəziyyəh (mərziyyəh), əssəlamu ələyki ya kafilətə Muhəmmədin xatəmin nəbiyyin, əssəlamu ələyki ya mən tərbiyətuha livəliyyillahil əmin, əssəlamu ələyki və əla ruhikə və bədənikət tahir, əssəlamu ələyki və əla vələdiki və rəhmətullahi və bərəkatuh, əşhədu ənnəki əhsəntil kifalətə və əddəytil əmanəh, vəctəhədti fi mərzatillah, və baləğti fi hifzi rəsulillahi arifətən bihəqqih, mu`minətən bisidqihi mu`tərifətən binubuvvətih, mustəbsirətən bini`mətihi kafilətən bitərbiyətih, muşfiqətən əla nəfsihi vaqifətən əla xidmətih, muxtarətən rizah (mu`sirətən həvah), və əşhədu ənnəki məzəyti ələl iman, vət təməssuki biəşrəfil ədyan, raziyətən mərziyətən tahirətən zəkiyyəh, təqiyyətən nəqiyyəh, fərəziyəllahu ənki və ərzaki və cəələl cənnətə mənziləki və mə`vak, Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, vənfə`ni biziyarətiha və səbbitni əla məhəbbətiha, və la təhrimni şəfaətəha və şəfaətəl əimməti min zurriyyətiha, vərzuqni murafəqətəha vəhşurni məəha və məə əvladihət tahirin, Əllahummə la təc`əlhu axirəl əhdi min ziyarəti iyyaha, vərzuqnil əvdə iləyha əbədən ma əbqəytəni, və iza təvəffəytəni fəhşurni fi zumrətiha, və ədxilni fi şəfaətiha, birəhmətikə ya ərhəmər rahimin, Əllahummə bihəqqiha indəkə və mənzilətiha lədəyk, iğfir li və livalidəyyə və licəmiil mu`mininə vəl mu`minat, və atina fid dunya həsənətən və fil axirəti həsənəh, və qina birəhmətikə əzabən nar.Salam olsun Allahın Peyğəmbərinə! Salam olsun Allahın Rəsuluna! Salam olsun elçilərin sərvəri Muhəmmədə! Salam olsun birincilərin sərvəri Muhəmmədə! Salam olsun axırıncıların sərvəri Muhəmmədə! Salam olsun Allahın aləmlərə rəhmət olaraq peyğəmbərliyə seçdiyi şəxsə! Salam olsun sənə, ey Peyğəmbər! Allahın rəhmət və bərəkətləri olsun sənə! Salam olsun sənə, ey Haşimi tayfasından olan Əsədin qızı Fatiməyə (Əmirəlmöminin Əlinin anası)! Salam olsun sənə, ey düzdanışan və Allahın bəyəndiyi xanım! Salam olsun sənə, ey pəhrizkar və pakizə xanım! Salam olsun sənə, ey kəramətli və Allahdan razı olan (Allaha təslim olan) xanım! Salam olsun sənə, ey peyğəmbərlərin sonuncusu Muhəmmədi öz öhdəsinə götürən! Salam olsun sənə, ey vəsilərin sərvərinin anası! Salam olsun sənə, ey peyğəmbərlərin sonuncu Allahın Rəsuluna qarşı məhəbbət və qayğısını tamamlayan! Salam olsun sənə, ey Allahın əmanətdar nümayəndəsini tərbiyə etməyə layiq görülən! Salam olsun sənə, sənin pak ruh və bədəninə! Salam olsun sənə və sənin övladına (imam Əliyə (ə))! Allahın rəhmət və bərəkətləri olsun sənə! Şəhadət verirəm ki, həqiqətən, sən öhdəçiliyini layiqincə yerinə yetirdin, əmanəti qaytardın, Allahın razılığı yolunda çalışdın, Rəsulullahı qorumaqda çalışqanlığını son həddə çatdırdın, bir halda ki, onun haqqını tanıyırdın, doğruluğuna iman gətirmişdin, peyğəmbərliyini etiraf edirdin, nemətini görürdün, tərbiyəsini öhdənə götürmüşdün, onun özünə məhəbbət bəsləyirdin, xidmətində dayanmışdın, onun istək və razılığını hər bir şeydən üstün bilirdin. Şəhadət verirəm ki, həqiqətən, sən iman, dinlərin ən şərafətlisindən tutduğun, sənin Allahdan və Allahın da səndən razı olduğu, pak, pakizə, təqvalı və çirkinliklərdən uzaq olduğun halda dünyadan getdin. Buna görə də Allah səndən razı olsun, səni sevindirsin və cənnətdə sənə yer versin! İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, məni o xanımın ziyarəti ilə faydalandır, məhəbbətini qəlbimdə möhkəmlət, məni onun və övladlarından olan imamların şəfaətindən məhrum etmə, (behiştdə) onun kənarında olmağı mənə nəsib et və məni onunla və pak övladları ilə birgə məhşur et! İlahi, bu ziyarətimi onun ziyarəti ilə bağlı son ziyarətim qərar vermə, bu dünyada yaşadığım vaxta qədər, daim onu ziyarət etmək üçün geri dönməyi mənə nəsib et, məni dünyadan apardıqdan sonra onun zümrəsində məhşur et və məni onun şəfaətinə şamil et! Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi! İlahi, onun Sənin dərgahında olan haqqı və məqamına xatir, məni, atam-anamı və bütün mömin kişi və möminə qadınları bağışla, dünya və axirətdə mənə xeyir və savab əta et və Öz rəhmətinlə məni cəhənnəm odundan qoru!السَّلامُ عَلَى نَبِيِّ اللَّهِ السَّلامُ عَلَى رَسُولِ اللَّهِ السَّلامُ عَلَى مُحَمَّدٍ سَيِّدِ الْمُرْسَلِينَ السَّلامُ عَلَى مُحَمَّدٍ سَيِّدِ الْأَوَّلِينَ السَّلامُ عَلَى مُحَمَّدٍ سَيِّدِ الْآخِرِينَ السَّلامُ عَلَى مَنْ بَعَثَهُ اللَّهُ رَحْمَةً لِلْعَالَمِينَ السَّلامُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ السَّلامُ عَلَى فَاطِمَةَ بِنْتِ أَسَدٍ الْهَاشِمِيَّةِ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الصِّدِّيقَةُ الْمَرْضِيَّةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا التَّقِيَّةُ النَّقِيَّةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْكَرِيمَةُ الرَّضِيَّةُ [الْمَرْضِيَّةُ] السَّلامُ عَلَيْكِ يَا كَافِلَةَ مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّينَ السَّلامُ عَلَيْكِ يَا وَالِدَةَ سَيِّدِ الْوَصِيِّينَ السَّلامُ عَلَيْكِ يَا مَنْ ظَهَرَتْ شَفَقَتُهَا عَلَى رَسُولِ اللَّهِ خَاتَمِ النَّبِيِّينَ السَّلامُ عَلَيْكِ يَا مَنْ تَرْبِيَتُهَا لِوَلِيِّ اللَّهِ الْأَمِينِ السَّلامُ عَلَيْكِ وَ عَلَى رُوحِكِ وَ بَدَنِكِ الطَّاهِرِ السَّلامُ عَلَيْكِ وَ عَلَى وَلَدِكِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ أَشْهَدُ أَنَّكِ أَحْسَنْتِ الْكَفَالَةَ وَ أَدَّيْتِ الْأَمَانَةَ وَ اجْتَهَدْتِ فِي مَرْضَاةِ اللَّهِ وَ بَالَغْتِ فِي حِفْظِ رَسُولِ اللَّهِ عَارِفَةً بِحَقِّهِ مُؤْمِنَةً بِصِدْقِهِ مُعْتَرِفَةً بِنُبُوَّتِهِ مُسْتَبْصِرَةً بِنِعْمَتِهِ كَافِلَةً بِتَرْبِيَتِهِ مُشْفِقَةً عَلَى نَفْسِهِ وَاقِفَةً عَلَى خِدْمَتِهِ مُخْتَارَةً رِضَاهُ [مُؤْثِرَةً هَوَاهُ‏] وَ أَشْهَدُ أَنَّكِ مَضَيْتِ عَلَى الْإِيمَانِ وَ التَّمَسُّكِ بِأَشْرَفِ الْأَدْيَانِ رَاضِيَةً مَرْضِيَّةً طَاهِرَةً زَكِيَّةً تَقِيَّةً نَقِيَّةً فَرَضِيَ اللَّهُ عَنْكِ وَ أَرْضَاكِ وَ جَعَلَ الْجَنَّةَ مَنْزِلَكِ وَ مَأْوَاكِ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ انْفَعْنِي بِزِيَارَتِهَا وَ ثَبِّتْنِي عَلَى مَحَبَّتِهَا وَ لا تَحْرِمْنِي شَفَاعَتَهَا وَ شَفَاعَةَ الْأَئِمَّةِ مِنْ ذُرِّيَّتِهَا وَ ارْزُقْنِي مُرَافَقَتَهَا وَ احْشُرْنِي مَعَهَا وَ مَعَ أَوْلادِهَا الطَّاهِرِينَ اللَّهُمَّ لا تَجْعَلْهُ آخِرَ الْعَهْدِ مِنْ زِيَارَتِي إِيَّاهَا وَ ارْزُقْنِي الْعَوْدَ إِلَيْهَا أَبَدا مَا أَبْقَيْتَنِي وَ إِذَا تَوَفَّيْتَنِي فَاحْشُرْنِي فِي زُمْرَتِهَا وَ أَدْخِلْنِي فِي شَفَاعَتِهَا بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ اللَّهُمَّ بِحَقِّهَا عِنْدَكَ وَ مَنْزِلَتِهَا لَدَيْكَ اغْفِرْ لِي وَ لِوَالِدَيَّ وَ لِجَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ وَ آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَ فِي الْآخِرَةِ حَسَنَةً وَ قِنَا بِرَحْمَتِكَ عَذَابَ النَّارِ

Sonra 2 rəkət ziyarət namazı qıl və istədiyin duaları et.[1]

Mənbələr:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 218, hədis 17,
Seyid ibn Tavus — Misbahuz-zair, səh 58

Читайте также: