Ziyarətnamə: Mədinə şəhərindəki məqbərələrin və məscidlərin ziyarəti

Print Friendly, PDF & Email

1) İmam Sadiqin (ə) dostlarından biri deyir ki, mən o həzrətə ərz etdim: «Mədinə ətrafındakı məscidləri (və məqbərələri) ziyarət etmək istədiyim vaxt haradan başlayım?» İmam Sadiq (ə) buyurdu: «Quba məscidindən başla. Orada namaz qıl, həm də çox namaz qıl. Çünki ora Rəsulallahın (s) namaz qıldığı ilk məsciddir. Sonra «Məşrəbeyi-Ummi-İbrahimə» get və orada da namaz qıl. Çünki ora Rəsulallahın (s) məskunlaşdığı və namaz qıldığı yer olub. Sonra «Fəzih» məscidinə[1] (bu məscidə «rəddi-şəms» məscidi də deyilir və Quba məscidinin yaxınlığında yerləşir) daxil ol və 2 rəkət namaz qıl. Çünki Rəsulallah (s) orada namaz qılmışdır. Sonra Uhuda tərəf yollan. Uhuda çatmamış oradakı məsciddən başla və həmin məsciddə namaz qıl. Daha sonra Həmzə ibn Əbdul Muttəlibin (ə) qəbrinə yaxınlaş və ona salam de. Bundan sonra şəhidlərin qəbirlərini ziyarət et və onlara xitabən söylə:

Ərəbcəاَلسَّلَامُ عَلَیْکُمْ یَا اَهْلَ الدِّیَارِ، أَنْتُمْ لَنَا فَرَطٌ، وَ إِنَّا بِکُمْ لَاحِقُونَ
TranskripsiyaSalam olsun sizə ey (axirət) diyarının əhli, siz bizdən qabağa düşdünüz və biz də sizə qovuşacağıq.
TərcüməƏssalamu ələykum ya əhləddiyar, əntum lənə fərətun və innə bikum ləhiqun.

Sonra dağ tərəfdə Uhudun girəcəyində sağ tərəfdə yerləşən məscidə daxil ol və orada namaz qıl… Sonra Əhzab məscidinə (Fəth məscidi də adlanır) daxil ol və orada namaz qıl. Çünki Rəsulallah (s) Əhzab döyüşündə orada dua edib demişdir[2]:

Bəqi ziyarəti_10

TranskripsiyaTərcüməƏrəbcə
Ya sərixəl məkrubin və ya mucibə də`vətil muztərrin vı ya muğisəl məhmumun, ikşif həmmi və kərbi və ğəmmi, fəqəd təra həli və hələ əshabi.Ey çətinliyə düşənlərin köməyinə çatan, ey çarəsizlərin duasını qəbul edən, ey qəm-qüssəyə düçar olanların fəryadına yetən! Mənim qəm-qüssəmi, çətinliyimi və kədərimi aradan qaldır, çünki Sən mənim və əshabımın halına şahidsən.یَا صَرِیخَ الْمَکْرُوبِینَ، وَ یَا مُجِیبَ دَعْوَةِ الْمُضْطَرِّینَ، وَ یَا مُغِیثَ الْمَهْمُومِینَ، اِکْشِفْ هَمِّى وَ کَرْبِی وَ غَمِّى، فَقَدْ تَرَىٰ حَالِى وَ حَالَ اَصْحَابِى

2) Seyid ibn Tavus «Misbahuz-zair»[3] kitabında qeyd edir ki, zəvvar, Rəsulallahın (s) Əhzab məscidində etdiyi duanı özünə tətbiq edərək dəyişə bilər. Yəni 2 rəkət namaz qıldıqdan sonra belə deyə bilər:

Bəqi ziyarəti_11

TranskripsiyaTərcüməƏrəbcə
Ya sərixəl məkrubin və ya mucibə də`vətil muztərrin, və ya muğisəl məhmumin, ikşif ənni zurri və həmmi və kərbi və ğəmmi, kəma kəşəftə ən nəbiyyikə səlləllahu ələyhi və alihi həmməh, və kəfəytəhu həvlə əduvvih, vəkfini ma əhəmməni min əmrid dunya vəl axirəh, ya ərhəmər rahimin.Ey çətinliyə düşənlərin fəryadına yetən, ey çarəsizlərin duasını qəbul edən və ey qəmlilərin dadına çatan, mənim çarəsizliyimi, kədərimi, çətinliyimi və qəm-qüssəmi aradan qaldır, necə ki, Peyğəmbərinin (Allahın salamı olsun ona və Əhlibeytinə) qəm-qüssəsini aradan qaldırdın və düşmənindən qorxduğu zaman ona yetərli oldun. Dünya və axirətlə bağlı mühüm işlərimdə mənə də yetərli ol, ey mehribanların ən mehribanı!يَا صَرِيخَ الْمَكْرُوبِينَ وَ يَا مُجِيبَ دَعْوَةِ الْمُضْطَرِّينَ وَ يَا مُغِيثَ الْمَهْمُومِينَ اكْشِفْ عَنِّي ضُرِّي وَ هَمِّي وَ كَرْبِي وَ غَمِّي كَمَا كَشَفْتَ عَنْ نَبِيِّكَ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ هَمَّهُ وَ كَفَيْتَهُ هَوْلَ عَدُوِّهِ وَ اكْفِنِي مَا أَهَمَّنِي مِنْ أَمْرِ الدُّنْيَا وَ الْآخِرَةِ يَا أَرْحَمَ الرَّاحِمِينَ

3) Seyid ibn Tavus ardınca belə qeyd edir: «Sonra İmam Zeynulabidinin (ə) və İmam Cəfər Sadiqin (ə) evində, Salman Farsinin məscidində, Həmzənin qəbri müqabilində yerləşən Əmirəlmöminin Əlinin (ə) məscidində və Mübahilə məscidində bacardığın qədər namaz qıl və istədiyin duaları et.[4]

Mənbələr:
[1] Təəssüflər olsun ki, «Məşrəbeyi-Ummi-Davud»
və «Fəzih» adlı məscidləri viran ediblər.
[2] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 213, hədis 4,
İbn Qavlaveyh — Kamiluz-ziyarat, səh 23, hədis 2 və səh 26, hədis 5
[3] Seyid ibn Tavus — Misbahuz-zair, səh 64
[4] Seyid ibn Tavus — Misbahuz-zair, səh 65,
Məhəmməd ibn əl-Məşhədi — Məzar-Kəbir, səh 102

Читайте также: