Ziyarətnamə: Mədinə şəhərindən xaric olarkən vida ziyarəti

Print Friendly, PDF & Email

1) İmam Sadiq (ə) ən yaxın dostlarından olan Müaviyə ibn Əmmar nəql edir ki, İmam buyurdu: «Mədinədən gedən zaman qüsl edib peyğəmbərin (s) qəbrinin yanına get və əvvəllər həzrətin qəbrinin yanına gedəndə hansı əməli yerinə yetirirdinsə onlara əməl edib o həzrətlə vidalaşaraq de»:

Bəqi ziyarəti_16

TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya Rəsuləllah, əstəvdiukəllahə və əstər`ikə və əqrəu ələykəs səlam, aməntu billahi və bima ci`tə bihi və dələltə ələyh, Əllahummə la təc`əlhu axirəl əhdi minni liziyarəti qəbri nəbiyyik, fəin təvəffəytəni qəblə zalikə fəinni əşhədu fi məmati əla ma şəhidtu ələyhi fi həyati, ən la ilahə illa əntə və ənnə Muhəmmədən əbdukə və rəsulukə salləllahu ələyhi və alih.Salam olsun sənə, ey Allahın Rəsulu! Səni Allaha tapşırır (səninlə vidalaşır), səndən mənə qayğı göstərməyini istəyir və sənə salam verirəm. Allaha, sənin gətirdiyin və ona doğru yol göstərdiklərinə iman gətirmişəm. İlahi, bu ziyarətimi Peyğəmbərinin türbəsinin ziyarəti ilə bağlı son ziyarətim qərar vermə! Əgər mənim canımı ondan qabaq alsan, bu dünyada (həyatımda) şəhadət verdiklərimə axirət aləmində də şəhadət verəcəyəm! Şəhadət verəcəyəm ki, Sən elə bir Allahsan ki, Səndən başqa heç bir tanrı yoxdur və Muhəmməd (Allahın salamı olsun ona və Əhlibeytinə) Sənin bəndən və rəsulundur.السَّلامُ عَلَيْكَ يَا رَسُولَ اللَّهِ أَسْتَوْدِعُكَ اللَّهَ وَ أَسْتَرْعِيكَ وَ أَقْرَأُ عَلَيْكَ السَّلامَ آمَنْتُ بِاللَّهِ وَ بِمَا جِئْتَ بِهِ وَ دَلَلْتَ عَلَيْهِ اللَّهُمَّ لا تَجْعَلْهُ آخِرَ الْعَهْدِ مِنِّي لِزِيَارَةِ قَبْرِ نَبِيِّكَ فَإِنْ تَوَفَّيْتَنِي قَبْلَ ذَلِكَ فَإِنِّي أَشْهَدُ فِي مَمَاتِي عَلَى مَا شَهِدْتُ عَلَيْهِ فِي حَيَاتِي أَنْ لا إِلَهَ إِلا أَنْتَ وَ أَنَّ مُحَمَّدا عَبْدُكَ وَ رَسُولُكَ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ صَلَّى اللَّهُ عَلَيْكَ

2) Həzrəti Sadiq (ə) peyğəmbərin (s) qəbri ilə vidalaşanda Yunis ibn Yəquba belə deməyi buyurubdur[1]:
Ərəbcəالسَّلامُ عَلَيْكَ لا جَعَلَهُ اللَّهُ آخِرَ تَسْلِيمِي عَلَيْكَ أَرْضٌ مَشَى جِبْرِيلُ فِي عَرَصَاتِهَا وَ اللَّهُ شَرَّفَ أَرْضَهَا وَ سَمَاءَهَا
TərcüməAllahın salamı olsun sənə! Salam olsun sənə! Allah mənim sənə salamımı sonuncu salamım qərar verməsin!
TranskripsiyaSalləllahu ələyk, əssəlamu ələykə la cəələhullahu axirə təslimi ələyk.

Şeyx Abbas Qumi deyir: «Biz «Hədiyyətüz-zairin» kitabında zəvvarların Mədinədəki vəzifələrini bəyan etmişik. Bu vəzifələrin ən mühümü budur ki, onlar Mədinədə olduqda, fürsətdən yaxşı istifadə edərək, həzrət Peyğəmbəri Əkrəmin (s) məscidində çoxlu namaz qılsınlar; çünki orada qılınan bir rəkət namaz başqa məkanda qılınan 10000 namaza bərabərdir. Peyğəmbər məscidinin ən yaxşı yeri qəbirlə minbərin arasıdır. «Həsən» bir hədisdə Həzrəmidən nəql olunmuşdur ki, İmam Sadiq (ə) mənə həzrət Peyğəmbəri Əkrəmin (s) məscidində çoxlu namaz qılmağı əmr etdi və buyurdu ki, həmişə bu məscidə getmək mümkün olmayacaqdır!»
Şeyx Tusi «Təhzib» kitabında mötəbər sənədlə Mürazimdən İmam Sadiqin (ə) belə buyurduğunu nəql etmişdir: «Mədinədə oruc tutmaq və məscidin sütunlarının yanında namaz qılmaq vacib deyildir, vacib namaz və oruc gündəlik qıldığımız beş namaz və Ramazan ayında tutduğumuz orucdur. Lakin hər kəs orada oruc tutsa, bu, onun üçün çox yaxşıdır, eləcə də bu məsciddə çoxlu namaz qılın!» Bilin ki, insan bəzən dünyəvi işlərdə çox zirəkdir, camaat onu zirəkliyinə görə tərifləyirlər. Amma insan gərək axirət işlərində də zirək olsun! (Mədinədə olduğun müddətdə) həzrət Peyğəmbəri Əkrəmi (s) hər gün, eləcə də «Bəqi» qəbiristanlığında dəfn olunan imamları imkan daxilində təkrar-təkrar ziyarət et. Peyğəmbəri Əkrəmin (s) otağını gördükdə, o həzrətə salam ver. Mədinədə olduğun müddətdə günahlardan uzaq ol. Mədinə şəhərinin və Peyğəmbərin (s) məscidini əzəməti haqda təfəkkür et ki, o həzrət bu şəhərin küçə-bazarlarında gəzmiş, məsciddə ibadət etmiş, addım atmışdır və bil ki, bu şəhər vəhyin nazil olduğu, mələklərin, xüsusilə Cəbrailin (ə) yerə endiyi bir yerdir. Şair necə də gözəl demişdir: «(Mədinə) elə bir yerdir ki, Cəbrail (ə) onun küçə-bazarlarında yol getmiş və uca Allah yer və göyünə şərəf vermişdir!»
Mədinədə, Peyğəmbərin (s) məscidində, xüsusilə seyidlərə, o həzrətin övladlarına imkan daxilində sədəqə ver ki, bunun çoxlu savabı vardır. Əllamə Məclisi yazmışdır: «Mötəbər bir rəvayətdə buyurulmuşdur ki, Mədinədə sədəqə verilən bir dirhəm pul başqa yerlərdə sədəqə verilən on min dirhəm pula bərabərdir.  Əgər imkan varsa, get onun yaxınlığında məskunlaş, bu şəhərlə qonşu olmağın böyük savabı vardır. Şair bu barədə belə buyurmuşdur: «Allah Mədinədəki türbəni yağışı ilə sirab etsin. Həqiqətən, həmin şəhərdə hidayət peyğəmbərinin bərəkəti ilə əmin-amanlıq yarandı. Allahın mələkləri ona salam göndərdi. Bizim tərəfdən də onun pak ruhuna salam olsun! Gündüz aydın olduğu və gecə ulduzları saçdığı vaxta qədər Allahın salamı olsun ona!»

Mənbələr:
[1] İbn Qavlaveyh Qumi — Kamiluz-ziyarat, bölüm 7, səh 26, hədis 1 və 2

Читайте также: