Ziyarətnamə: İmam Əlinin (ə) şəhadətində məxsusi ziyarəti
Əmirəlmöminin Əlinin (ə) şəhadət günündə o həzrətin ziyarəti
Şeyx Abbas Qummi yazır: “Etibarlı bir rəvayətdə qeyd olunub ki, Əmirəlmömininin (ə) şəhid olduğu gün Həzrət Xızır (ə) ağlaya-ağlaya və “istirca”[1] deyə-deyə sürətlə gəlib o həzrətin evinin qapısı ağzında dayandı və dedi”:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Rəhiməkəllahu ya Əbəl Həsən, kuntə əvvələl qəvmi islamən və əxləsəhum imanən və əşəddəhum yəqinən və əxvəfəhum lillah. | Allah sənə rəhmət etsin, ey Əbəlhəsən! Sən insanlar arasında İslamı qəbul edən ilk şəxs, iman baxımından onların ən xalisi, yəqin baxımından ən möhkəmi və onların arasında Allahdan ən çox qorxanısan! | رَحِمَكَ اللهُ يَا اَبَا الْحَسَنِ٬ كُنْتَ اَوَّلَ الْقَوْمِ اسْلَامًا٬ وَ اَخْلَصَهُمْ اِيمَانًا٬ وَ اَشَدَّهُمْ يَقِينًا٬ وَ اَخْوَفَهُمْ لِلَّهِ |
Mənbələr:
[1] “Biz Allaha aidik və Ona tərəf qayıdacağıq”.
[2] Şeyx Abbas Qumi — Məfatihul-cinan, Əmirəlmömininin (ə) “məxsus” ziyarətləri.
