Ziyarətnamə: Kəsra Tavanın ziyarəti
Kəsra tavanı ziyarəti
Birincisi, Kəsra sarayında 2 rəkət və ya daha çox namaz qılsınlar. Bu məkan, həzrət Əmirilmöminin Əlinin (ə) namaz qıldığı yer olubdur. Əmmar Sabati nəql edir ki, həzrət Əli (ə) Mədainə gəldi və Kəsra sarayını özünə mənzilgah seçib, orada namaz qıldı. Dələf ibni Bühəyr də onunla birgə idi. O həzrət namazını bitirdikdin sonra ayağa qalxıb, Dələfə buyurdu: “Ayağa qalx!”. Sabat, əhlindən olan bir dəstə də o həzrətlə birlikdə Kəsra sarayının otaqlarını gəzməyə başladılar. Həzrət Əli (ə) sarayın otaqlarını gəzə-gəzə Dələfə buyururdu: “Kəsra sarayının, məsələn, bu otağında filan işləri yerinə yetirirlərmiş və s.” Dələf də o həzrətin dediklərini təsdiqləyərək deyirmiş: “Bəli, and olsun Allaha ki, buyurduğunuz kimidir.” Xülasə, o həzrət o dəstə ilə birlikdə sarayın bütün otaqlarını gəzdi. Dələf o həzrətə demişdir: “Ey mənim mövlam, sizin bu saray barəsində dedikləriniz o qədər dəqiq və doğrudur ki, sanki buranı siz tikdirmisiniz.”
Həmçinin rəvayət olunur ki, həzrət Əli (ə) Mədaindən ötdüyü vaxt Kəsra sarayının xarabalıqlarına tamaşa edir və o həzrətin həmsəfərlərindən biri ibrət üçün bu bu şeiri bəsləyir:
| Ərəbcə | جَرَتِ الرِّيَاحُ عَلَى رُسُومِ دِيَارِهِمْ فَكَـأَنَّهُـمْ كَانُوا عَلَى مِيعــادِ |
| Tərcümə | Yəni, külək onların mənzillərinin xarabalıqları üstündən əsir, sanki onların taleləri belə təyin olunmuşdur |
| Transkripsiya | Cərətir riyahu əla rusumi diyarihim Fə kəənnəhum kanu əla miadi. |
Həzrət Əli (ə) bu şeiri dinlədikdən sonra buyurur: “Nə üçün bunu [1]oxumursan:
| Ərəbcə | كَمْ تَرَكُوا مِنْ جَنَّاتٍ وَ عُيُونٍ وَ زُرُوعٍ وَ مَقَامٍ كَرِيمٍ وَ نِعْمَةٍ كَانُوا فِيهَا فَاكِهِينَ كَذَلِكَ وَ أَوْرَثْنَاهَا قَوْما آخَرِينَ فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَاءُ وَ الْأَرْضُ وَ مَا كَانُوا مُنْظَرِينَ |
| Tərcümə | Çoxları, malik olduqları bağları, çeşmələri, böyük mənsəbləri və fəravan ne`mətləri qoyub getmişdirlər. Biz, onları başqalarına irs verdik. Nə göylər və nə də yerlər onun üçün göz yaşı tökmədilər ( yə`ni, onlar üçün təəssüflənmədilər ) və onlara möhlət verilmədi. |
| Transkripsiya | Kəm tərəku min cənnatin və uyunin və zuruin və məqamin kərim, və ni`mətin kanu fiha fakihinə kəzalək, əvrəsnaha qəvmən axərin, fəma bəkət ələyhimus səmau vəl ərzu və ma kanu munzərin. |
Sonra o həzrət (ə) buyurur[2]:
| Ərəbcə | اِنَّ هَؤُلاءِ كَانُوا وَارِثِينَ فَأَصْبَحُوا مَوْرُوثِينَ لَمْ يَشْكُرُوا النِّعْمَةَ فَسُلِبُوا دُنْيَاهُمْ بِالْمَعْصِيَةِ إِيَّاكُمْ وَ كُفْرَ النِّعَمِ لا تَحُلَّ [تَحِلَ] بِكُمُ النِّقَمُ |
| Tərcümə | Həqiqətən də onlar varis idilər, lakin indi varislər üçün irs qoyub gedənlərdirlər. Onlar ne`mətlərin müqabilində şükür etmədikləri üçün dünya ne`mətləri onların əlindən alındı. Ne`mətlərə qarşı naşükürlükdən qaçın ki, üstünüzə bədbəxtlik yağar. |
| Transkripsiya | İnnə haulai kanu varisin, fə əsbəhu məvrusin, ləm yəşkurun ni`mətə fəsulibu dunyahum bil mə`siyəti iyyakum, və kufrən niəmi la tuhillə (təhilə) bikumun niqəm. |
Mənbələr:
[1] Duxan surəsi, 25-29 ayələr
[2] İbn Əbil-Hədid — Nəhcül-bəlağənin şərhi, , c 3, səh 202,
Əllamə Məclisi — Biharul-ənvar, c 75, səh 84, hədis 91
