Dua: Zalımların (düşmənlərin) şərindən, acı hadisələrdən amanda qalmaq üçün oxunan dualar

Print Friendly, PDF & Email

1) İmam Baqirdən (ə) nəql olunmuşdur ki, şahdan qorxmamaq və onun zərərini uzaqlaşdımaq üçün Əhlibeytin (ə) bu duasını[1] oxuyun:

TranskripsiyaTərcüməƏrəbcə
Ya kainən qəblə kulli şəy`in və ya mukəvvinə kulli şəy`, və ya baqiyən bə`də kulli şəy`, Ey hər bir şeydən öncə olan, ey hər bir şeyi vücuda gətirən və ey hər bir şeydən sonra (diri) qalan! يَا كَائِناً قَبْلَ كُلِّشَيْءٍ، وَ يَا مُكَوِّنَ كُلِّشَيْءٍ، وَ يَا بَاقِياًبَعْدَ كُلِّشَيْءٍ
salli əla Muhəmmədin və ali Muhəmmədin vəf`əl bi *kəza və kəza.Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir və mənimlə *belə və belə rəftar et (hacətlərimi rəva et).صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ افْعَلْ بي كَذَا وَ كَذَا
*«Kəza və kəza» sözlərinin yerinə öz hacətlərinizi deyin.
2) İmam Baqirdən (ə) zalım şahdan qorunmaq üçün oxunan dua:
TranskripsiyaTərcüməƏrəbcə
Həsbiyəllahu lə ilahə illa huvə ələyhi təvəkkəlt, və huvə rəbbul ərşil əzim, Allah mənə yetər. Ondan başqa heç bir tanrı yoxdur. Mən Ona təvəkkül edirəm. O, böyük ərşin Rəbbidir. حَسْبِيَ اللهُ لا اِلَهَ اِلاََّ هُوَ عَلَيْهِ تَوَكَّلْتُ، وَ هُوَ رَبُ الْعَرْشِ الْعَظيمِ
vəmtəniu bihəvlillahi və quvvətih, min həvlihim və quvvətihim, və əmtəniu birəbbil fələqi min şərri ma xələq, Allahın güc və qüdrəti ilə özümü onların güc və qüdrətindən qoruyub-saxlayır və məxluqatın şərindən sübhün Rəbbinə pənah aparıram! وَ اَمْتَنِعُ بِحَوْلِ اللهِ وَ قُوَّتِهِ، مِنْ حَوْلِهِمْ وَ قُوَّتِهِمْ وَ اَمْتَنِعُ بِرَبِّ الْفَلَقِ مِنْ شَرِّ مَا خَلَقَ
və lə həvlə və lə quvvətə illa billah.Allahdan başqa güc və qüdrət yoxdur.وَ لا حَوْلَ وَ لا قُوَّةَ اِلاََّ بِاللهِ

3) İmam Sadiq (ə) buyurmuşdur: «Hər kəs zalım şahın yanına getmək istəsə, bu duanı oxusun»
TranskripsiyaTərcüməƏrəbcə
Billahi əstəftihu və billahi əstəncih, və bi Muhəmmədin salləllahu ələyhi və alihi ətəvəccəh, Allahın vasitəsilə qələbə və səadət diləyir, Muhəmmədə (Allahın salamı olsun ona və Əhlibeytinə) üz tuturam. بِاللهِ اَسْتَفْتِحُ، وَ بِاللهِ اَسْتَنْجِحُ، وَ بِمُحَمَّدٍ صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ اَتَوَجَّهُ
Əllahummə zəllil li suubətəhu və səhhil li huzulətəh, fəinnəkə təmhu ma təşau və tusbitu və indəkə ummul kitab.İlahi, onun (qələbənin) eniş-yoxuşlarını mənə ram et və çətinliyi asanlaşdır ki, həqiqətən, Sən istədiyini məhv edir, istədiyini isə saxlayırsan və kitabın əsası Sənin yanındadır.اللَّهُمَّ ذَلِّلْ لي صُعُوبَتَهُ، وَ سَهِّلْ لي حُزُونَتَهُ، فَاِنَّكَ تَمْحُو مَا تَشَاءُ، وَ تُثْبِتُ وَ عِنْدَكَ اُمُ الْكِتَابِ

4) Şeyx ibn Fəhd Hilli belə nəql edir: Bir gün Əbu Dərdaya (Peyğəmbərin (s) səhabəsi evinin yanmasını xəbər verdikdə, o, dedi: «Yanmamışdır!» Bu xəbəri başqa bir şəxs təsdiq etdikdə, yenə də onun yalan olmasını bildirdi. Onu üçüncü dəfə də dedikdə, o, əvvəlki sözünü təkrarladı. Nəhayət sonradan onun evinin ətrafındakı bütün evlərin yanması, təkcə onun evinin yanmaması məlum olduqda, camaat dedilər: «Ey Əbu Dərda! Evinin yanmamasını haradan bildin?» O, cavab verib dedi: «Həzrət Peyğəmbərdən (s) eşitdim ki, hər kəs həm sübh, həm də gecə bu duanı oxusa, həmin gün və həmin gecə ona heç bir fəlakət və bədbəxtçilik üz gətirməz. Buna görə də mən həmin günü bu duanı[2] oxumuşdum:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə əntə rəbbi la ilahə illa ənt, ələykə təvəkkəltu və əntə rəbbul ərşil əzim, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim, ma şaəllahu kanə və ma ləm yəşə` ləm yəkun, ə`ləmu ənnəllahə əla kulli şəy`in qədir, və ənnəllahu qəd əhatə bikulli şəy`in ilma,İlahi, Sən mənim Rəbbimsən! Səndən başqa heç bir tanrı yoxdur. Sənə təvəkkül etdim. Sən böyük ərşin Rəbbisən. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. Allahın istədiyi mütləq gerçəkləşir, istəmədiyi isə gerçəkləşmir. Bilirəm ki, Allah hər şeyə qadir və elmi hər şeyi əhatə etmişdir. اللَّهُمَّ اَنْتَ رَبّي لا اِلَهَ اِلاََّ اَنْتَ، عَلَيْكَ تَوَكَّلْتُ، وَ اَنْتَ رَبُّ الْعَرْشِ الْعَظيمِ، وَ لا حَوْلَ وَ لا قُوَّةَ اِلاََّ بِاللهِ الْعَلِيِ الْعَظيمِ، مَا شَاءَ اللهُ كَانَ، وَ مَالَمْ يَشَأْ لَم يَكُنْ اَعْلَمُ اَنَّ اللهَ عَلَى كُلِّ شَيْيٍ قَديرٌ، وَ اَنَّ اللهَ قَدْ اَحَاطَ بِكُلِّ شَيْيٍ عِلْماً
Əllahummə inni əuzu bikə min şərri nəfsi və min şərri qəzais su, və min şərri kulli zi şərr, və min şərril cinni vəl ins, və min şərri kulli dabbətin əntə axizun binasiyətiha, innə rəbbi əla siratin mustəqim.İlahi, mən öz nəfsimin, çirkin mühitin, bütün şər sahiblərinin, cin və insanların və ixtiyarı Sənin qüdrət əlində olan hər bir heyvanın şərindən Sənə pənah aparıram! Həqiqətən, mənim Rəbbim doğru yoldadır!اللَّهُمَّ اِنّي اَعُوذُ بِكَ مِنْ شَرِّ نَفْسي وَ مِنْ شَرِّ قَضَاءِ السُّوءِ، وَ مِنْ شَرِّ كُلِّ ذي شَرٍّ، وَ مِنْ شَرِّ الْجِنِّ وَ الاِْنْسِ، وَ مِنْ شَرِّ كُلِّ دَابَّةٍ اَنْتَ آخِذٌ بِنَاصِيَتَهَا، اِنَّ رَبّي عَلَى صِرَاطٍ مُسْتَقيمٍ

5) Mərhum Şeyx Kəf`əmi «Misbah» kitabında yazır ki, Seyid ibn Tavus bu duanı zalım hökmdarın zülmündən, düşmənin bəlasından və onun hakim kəsilməsindən, yoxsulluq qorxusundan və qəm-qüssədən amanda qalmaq üçün qeyd etmişdir. Bu dua[3] «əs-Səhifətus-Səccadiyyənin» 7-ci duası «Ya mən tuhəllu bihi `uqədul kəmərih» duasıdır:
TranskripsiyaTərcüməƏrəbcə
Ey çətinliklər düyününü açan! Ey çıxılmaz hallarda yоl açan! Ey sıxıntıdan asayişə çıxmaq üçün çağırılan (Allah)! Çətin işlər Sənin qüdrətinlə asanlaşır, (həyatın davam etməsi üçün lazım оlan) səbəblər və vasitələr Sənin lütfünlə yaranır, qəza-qədər (hadisələr) Sənin qüdrətinlə dövran edir və hər bir şey Sənin iradən əsasında meydana gəlir. Bəs, yalnız Sənsən ki, (sözlə) bir hökm vermədən, hər bir şey Sənə itaət edir. Yalnız Sənsən ki, bir işi (sözlə) qadağan etmədən və təkcə iradə etməyinlə hər bir şey işdən düşür.
Bütün çətinliklərdə Səni (köməyə) çağırırlar və bütün giriftarçılıqlarda Sənə pənah gətirirlər. Sən, bəlanı uzaqlaşdırmasan, heç bir bəla (bizdən) uzaqlaşmaz və Sən, çətinlikləri həll etməsən, heç bir çətinlik aradan qalxmaz.
Ey Rəbbim оlan Allah, mənə bir bəla üz verib ki, оnun ağırlığı məni kədərləndirib. Elə çətinliklərlə üzləşmişəm ki, оnlara dözmək mənim üçün ağırdır. Düçar оlduğum bu bəla Sənin qüdrətin, qarşılaşdığım bu çətinlik Sənin təqdirin sayəsindədir.
İlahi, Sənin düçar etdiyin giriftarçılığı heç kim aradan qaldıra və Sənin nazil etdiyini (bəlanı) heç kim geri qaytara bilməz! Düyünə saldığın (bir işi) heç kim aça bilməz və açdığın (düyünü) heç kim bağlaya bilməz! Çətinləşdirdiyin (bir işi) heç kim asanlaşdıra bilməz və zəlil etdiyin kəsə heç kim köməklik göstərə bilməz!
Muhəmməd və оnun Əhlibeytinə salavat göndər və ey Rəbbim, rəhmətinlə asayiş qapısını üzümə aç, qüdrətinlə həyatımdakı qəm-kədər sultanını (təcəssüm) sındır (məhv et), lütfünlə məni gileyləndiklərimə nail et və dilədiklərimə icabət (qəbul оlunma) şirinliyini dadızdır. Öz tərəfindən məsləhət bildiyin rəhmət və qurtuluşu mənə nəsib et və tezliklə giriftarçılıqlardan nicat tapmağı mənim barəmdə hökm ver. Məni vaciblərinə riayət etmək və müstəhəblərini yerinə yetirməkdən uzaqlaşdıran qəm-qüssə ilə məşğul etmə (qəm-qüssəyə düçar etmə). Ey Rəbbim, çünki mən, başıma gələn bu bəlaya görə taqətdən düşmüşəm və həyatımda baş verən bu hadisəyə görə qəlbim qəm-qüssə ilə dоlub. Bu giriftarçılığımı aradan qaldırmağa və düşdüyüm bu çətinliyi məndən uzaqlaşdırmağa yalnız Sən qadirsən! Bəs bu qüdrətini mənim üçün də göstər, hərçənd ki, mən buna layiq deyiləm. Ey əzəmətli ərşin sahibi!
یَا مَنْ تُحَلُّ بِهِ عُقَدُ الْمَکَارِهِ، وَ یَا مَنْ یُفْثَأُ بِهِ حَدُّ الشَّدَآئِدِ، وَ یَا مَنْ یُلْتَمَسُ مِنْهُ الْمَخْرَجُ اِلَىٰ رَوْحِ الْفَرَجِ! ذَلَّتْ لِقُدْرَتِکَ الصِّعَابُ، وَ تَسَبَّبَتْ بِلُطْفِکَ الْاَسْبَابُ، وَ جَرَىٰ بِقُدْرَتِکَ الْقَضَآءُ، وَ مَضَتْ عَلَىٰ اِرَادَتِکَ الْاَشْیَآءُ. فَهِىَ بِمَشِیَّتِکَ دُونَ قَوْلِکَ مُؤْتَمِرَةٌ، وَ بِإِرَادَتِکَ دُونَ نَهْیِکَ مُنْزَجِرَةٌ. اَنْتَ الْمَدْعُوُّ لِلْمُهِمَّاتِ، وَ اَنْتَ الْمَفْزَعُ فِى الْمُلِمَّاتِ. لَا یَنْدَفِعُ مِنْهَا اِلَّا مَا دَفَعْتَ، وَ لَا یَنْکَشِفُ مِنْهَا اِلَّا مَا کَشَفْتَ. وَ قَدْ نَزَلَ بِى یَا رَبِّ مَا قَدْ تَکَأَّدَنِى ثِقْلُهُ، وَ اَلَمَّ بِى مَا قَدْ بَهَظَنِى حَمْلُهُ. وَ بِقُدْرَتِکَ اَوْرَدْتَهُ عَلَىَّ، وَ بِسُلْطَانِکَ وَجَّهْتَهُ اِلَىَّ. فَلَا مُصْدِرَ لِمَا اَوْرَدْتَ، وَ لَا صَارِفَ لِمَا وَجَّهْتَ، وَ لَا فَاتِحَ لِمَا اَغْلَقْتَ، وَ لَا مُغْلِقَ لِمَا فَتَحْتَ، وَ لَا مُیَسِّرَ لِمَا عَسَّرْتَ، وَ لَا نَاصِرَ لِمَنْ خَذَلْتَ. فَصَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِهِ، وَ افْتَحْ لِى یَا رَبِّ بَابَ الْفَرَجِ بِطَوْلِکَ، وَ اکْسِرْ عَنِّى سُلْطَانَ الْهَمِّ بِحَوْلِکَ؛ وَ اَنِلْنِى حُسْنَ النَّظَرِ فِیـمَا شَکَوْتُ، وَ اَذِقْنِى حَلَاوَةَ الصُّنْعِ فِیـمَا سَأَلْتُ؛ وَ هَبْ لِى مِنْ لَدُنْکَ رَحْمَةً وَ فَرَجًا هَنِیئًا، وَ اجْعَلْ لِى مِنْ عِنْدِکَ مَخْرَجًا وَحِیًّا؛ وَ لَا تَشْغَلْنِى بِالْإهْتِمَامِ عَنْ تَعَاهُدِ فُرُوضِکَ، وَ اسْتِعْمَالِ سُنَّتِکَ. فَقَدْ ضِقْتُ لِمَا نَزَلَ بِى یَا رَبِّ ذَرْعًا، وَ امْتَلَأْتُ بِحَمْلِ مَا حَدَثَ عَلَىَّ هَمًّا. وَ اَنْتَ الْقَادِرُ عَلَىٰ کَشْفِ مَا مُنِیتُ بِهِ، وَ دَفْعِ مَا وَقَعْتُ فِیهِ. فَافْعَلْ بِى ذٰلِکَ، وَ اِنْ لَمْ اَسْتَوْجِبْهُ مِنْکَ، یَا ذَا الْعَرْشِ الْعَظِیمِ، وَ ذَا الْمَنِّ الْکَرِیمِ، فَاَنْتَ قَادِرٌ، یَا اَرْحَمَ الرَّاحِمِینَ، اٰمِینَ رَبَّ الْعَالَمِینَ

Mənbə:
[1] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 560, hədis 13
[2] İbn Fəhd Hilli — Uddətud-da`i, səh 271,
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 297 (cüzi fərqlə)
[3] Şeyx Kəf`əmi — Misbah, səh 233,
İmam Səccad (ə) — Səhifətus-Səccadiyyə, 7-ci dua (cüzi fərqlə)

Читайте также: